naşı sözü azərbaycan dilində

naşı

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • naşı • 89.9666%
  • Naşı • 8.6957%
  • NAŞI • 1.3378%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.90 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 6.85
2003 ••••••••••••••••• 5.51
2004 •••• 1.35
2005 •• 0.67
2006 •• 0.68
2008 •• 0.49
2009 0.32
2010 •• 0.36
2011 ••• 0.94
2012 ••••• 1.55
2013 ••• 1.02
2014 ••• 0.86
2015 ••• 0.85
2016 •• 0.52
2017 •• 0.49
2018 •• 0.60
2019 ••• 0.83
2020 •••• 1.06

naşı sözünün leksik mənası və izahı

  • 1 sif. [ər.] 1. Nabələd, xam, təcrübəsiz, bir işdən yaxşı xəbərdar olmayan. Naşı usta. Naşı adam. Naşı işçi. – Naşı ovçu bərə bəklər, əylənər; Marallar sayrışır yollara doğru. Qurbani. Ailəni iki nəfər naşı və həyata təzəcə atılan, eyni zamanda bir-birini sevən iki adam qurmağa məcburdur. M.S.Ordubadi. // məc. Bişməmiş, püxtələşməmiş, təcrübəsiz, qeyri-kamil. [Yazı] elə naşı, kobud yazılıb ki, bunu uşaqdan savayı heç kəs yaza bilməz. C.Məmmədquluzadə. Şüşənin altında naşı, lakin həyəcanlı bir xətlə … yazılan bir kağız görürəm… Mir Cəlal. 2. Nabələd. Şamo naşı adam dolaşan kimi dolaşır, sonra çox çətinliklə bir nöqtəni tapır və başqa birisinə keçirdi. S.Rəhimov. // İs. mənasında. Burada bir naşı ağlar; Əlində kaşı ağlar… (Bayatı). Qabağa salma naşını; Vurdurar öz yoldaşını. “Koroğlu”.

    Azərbaycan dilinin izahlı lüğəti / naşı

naşı sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 2 NAŞI Səhnəyə ilk dəfə çıxan naşı artist kimi zal onu tutmuşdu (H.Abbaszadə); BİTƏCRÜBƏ [Mirzə Tağı:] Padşahım, siz cavan və bitəcrübəsiniz, ona görə də mən qibleyi-aləmin köməyilə zülmü dağıtmaq istəyirəm (C.Cabbarlı); XAM Qəmər: Ey qəlbimin sultanı Çingiz, Qəmərin şerinin mənasını anlamağa sən hələ xamsan, püxtə olmağa çox səfər gərək (S.S.Axundov); SƏRİŞTƏSİZ Bu, səriştəsiz bir adamın ilan ovlamağa meyil göstərməsi kimi təhlükəli riskə bənzəyirdi (B.Bayramov); TƏCRÜBƏSİZ Dünənə kimi ən adi və sıravi ustalardan fərqlənməyən bu təcrübəsiz gənc, ən sadə tənqidi qeydini deyəndə də dərhal tutarlı bir dəlil gətirir, çox vaxt da dediyi qüsuru düzəltməyin yolunu belə göstərirdi (M.Hüseyn).

    Azərbaycan dilinin sinonimlər lüğəti / naşı

naşı sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 NAŞI – TƏCRÜBƏLİ Ailəni iki nəfər naşı və həyata təzəcə atılan, eyni zamanda bir-birini sevən iki adam qurmağa məcburdur (M.S.Ordubadi); Əlbəttə, o təcrübəlidir (C.Əmirov).

    Azərbaycan dilinin antonimlər lüğəti / naşı

naşı sözünün rus dilinə tərcüməsi

  • 1 неопытный, незнающий (чего), несведущий (в чем), незнакомый (с чем)

    Azərbaycanca-rusca lüğət / naşı
  • 2 I прил. неопытный, неискушённый, несведущий. Naşı sürücü неопытный водитель, naşı cərrah неопытный хирург, naşı ovçu неопытный охотник, siyasətdə naşı неискушённый в политике II сущ. 1. новичок в чём-л., где-л. Hərbi işdə naşı новичок в военном деле 2. профан (несведущий в какой-л. области человек). Mən bu işdə tamam naşıyam в этом деле я полный профан

    Azərbaycanca-rusca lüğət / naşı

naşı sözünün inglis dilinə tərcüməsi

naşı sözünün fransız dilinə tərcüməsi

naşı sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] прил. наши (1. хам, тежрибасуз, са кардиз хъсан белед тушир (мес. устӀар); // пер. бегьем тушир, камил тушир (мес. хатӀ); 2. белед тушир).

    Azərbaycanca-ləzgicə lüğəti / naşı

"naşı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#naşı nədir? #naşı sözünün mənası #naşı nə deməkdir? #naşı sözünün izahı #naşı sözünün yazılışı #naşı necə yazılır? #naşı sözünün düzgün yazılışı #naşı leksik mənası #naşı sözünün sinonimi #naşı sözünün yaxın mənalı sözlər #naşı sözünün əks mənası #naşı sözünün etimologiyası #naşı sözünün orfoqrafiyası #naşı rusca #naşı inglisça #naşı fransızca #naşı sözünün istifadəsi #sözlük