Vladimir Nemiroviç-Dançenko
Vladimir İvanoviç Nemiroviç-Dançenko (23 dekabr 1858, Ozurgeti – 25 aprel 1943[…], Moskva, RSFSR, SSRİ) — rus rejissoru, dramaturq və teatr xadimi, SSRİ Xalq artisti, (1936), Stalin mükafatları laureatı (1942, 1943).
== Həyatı ==
K. S. Stanislavski ilə birlikdə Moskva Bədaye Teatrını yaratmış, 1919-cu ildə həmin teatrın nəzdində musiqi studiyası təşkil etmişdi (1926-cı ildən K. S. Stanislavski və V. İ. Nemiroviç-Dançenko adına Musiqili Teatr). Vladimir Nemiroviç-Dançenkonun Üzeyir Hacıbəyovla işgüzar əlaqələri olmuşdur. Stalin mükafatları komitəsinin sədri V. Nemiroviç-Dançenko, komitənin üzvü Ü. Hacıbəyovla iclaslarda tez-tez görüşür, Ü. Hacıbəyovu rəhbərlik etdiyi teatrın premyera tamaşalarına dəvət edirdi. Vladimir Nemiroviç-Dançenko İncəsənət İşləri üzrə Ümumittifaq Komitəsinin nəzdindəki bədii şuranın sədri kimi də Ü. Hacıbəyovun müzakirələrdəki rəy və fikirləri ilə hesablaşırdı.