neq sözü azərbaycan dilində

neq

Yazılış

  • neq • 50.0000%
  • Neq • 50.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Alvaro Neqredo
Alvaro Neqredo Sançez (20 avqust 1985[…], Madrid) — "Kadiz" klubunun ispaniyalı hücumçusu.
Aqulyas-Neqras dağı
Aqulyas-Neqras dağı (port. Agulhas Negras) və ya İtatiaya (port. Itatiaia) — Braziliya ərazisində yerləşən zirvə. Serra-da-Martikeyra silsiləsinin ən hündür nöqdəsidir. Hündürlüyü 2791,55 metrdir. Bu göstəci ilə ölkənin ikinci ən hündür zirvəsidir. Zirvə Braziliyanın cənub-şərqində, Rio-de-Janeyrodan 150 km şimal-qərbdə qərarlaşır. İtatiaya Milli Parkı ərazisində qərarlaşır. Əsasən qranitdən təşkil olunmuşdur.
II Pyotr Neqoş
II Pyotr Neqoş (serb. Петар II Петровић Његош) — 1830-1851-ci illərdə Monteneqronun hökmdarı, Monteneqro və Berdsk mitropoliti. Dövlət xadimi, islahatçı, Monteneqronun müstəqil müasir dövlətə çevrilməsinə töhfə vermiş şəxs. Çoxlu şeir və poemaların müəllifidir. Çoxları tərəfindən serb ədəbiyyatının ən görkəmli şairi hesab olunur. == Bioqrafiya == Radivoi (Rade) Tomov Petroviç 1813-cü il noyabrın 13-də Nequşi kəndində Tomo Markov Petroviç və İvana Prorokoviç-Petroviçin ailəsində anadan olmuşdur. Metropolit I Pyotr Petroviçlə əmi oğludur. 1697-1918-ci illərdə Petroviç-Neqoş ailəsi Monteneqroda hakim sülalə idi (1697-ci ildən - Monteneqronun mitropolitləri kimi, 1852-ci ildən şahzadələr, 1910-cu ildən krallar). O, Savinski monastırında və Çetinye monastırında serb şairi və tarixçisi Simo Milutinoviçdən təhsil almışdır. 1830-cu ildəI Pyotr Petroviçin ölümündən sonra vəsiyyətinə əsasən, Pyotr adı ilə monastizmi qəbul edərək Monteneqro ağasının yerini tutur.
Neqara məscidi
Neqara məscidi — Kuala-Lumpurda yerləşən Malayziyanın milli məscidi. Məscidin tutumu 15000 nəfərdir və 53,000 m² sahəni əhatə edən bağların arasında yerləşir. Orijinal struktur İctimai İşlər Nazirliyindən üç nəfərdən ibarət komanda tərəfindən hazırlanıb: Böyük Britaniyalı Hovard Eşli, Malayziyalı Hişam Albakri və Baharuddin Kassim. Məscid 1965-ci ildə keçmiş kilsənin yerində inşa edilib. Məscid hal-hazırda islam ölkəsi olan Malayziyanın mühüm rəmzi sayılır. Məscidin layihələndirilməsi prosesi Hindistan, Pakistan, İran, Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və İspaniyada yerləşən məscidlərdən ilhamlanaraq təxminən üç il vaxt aparıb. Məscidin əsas xüsusiyyətləri qatlanmış çətirə oxaşayan 73 metr hündürlüyündə minarənin və açılmış çətirə oxşayan 16 itiuclu ulduz formalı beton günbəzlərin olmasıdır. Əsas ibadət zalında günbəzin unikal dizaynı nəhəng açılmış çətir altında dayanan təəssüratını yaradır. Dam örtüyünün tam ortasında İstanbuldakı Sultan Əhməd camisindən ilhamlanaraq alüminium üzərinə Quran ayələri həkk olunur. == Tarixi == Malayziya 31 Avqust 1957 Britaniya hökumətindən öz dövlət müstəqilliyini əldə etdi.
Neqativ
Neqativ (latın:negativum (negativus) – mənfi) — ağ-qara,dəfedici 1)fotoqrafiya və kinematoqrafiyada çəkilmiş obyektinin metallik gümüş zərrəcikləri təbəqəsində yaranan əks (qara hissələrin – ağ, ağ hissələrin – qara) təsviri. Rəngli neqativdə isə hər rəng obyekt hissəsi rənginə uyğun tamamlayıcı rənglə ifadə olunur. Məsələn: sarı göylə, mavi qırmızı ilə və s. Neqativ pozitivə çevrildikdə rənglər bərpa olunur. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s. ASE, VII cild, Bakı, 1983. səh. 181.
Neqativ azadlıq
Neqativ azadlıq (mənfi azadlıq) — başqalarının zorakı müdaxilələrindən azad olmaq kimi xarakterizə olunur və fərdin cəmiyyət içindəki sosial sistemin sinifçilik, cinsiyyətçilik və ya irqçilik kimi məhdudiyyətlərindən azadlığı olaraq təyin olunan müsbət azadlığa qarşı istifadə olunur. Mənfi azadlıq konsepsiyası onu liberalizm və klassik liberalizmin sosial liberalizmdən (ABŞ-də qısaldılmış bir ad da istifadə edirlər - liberalizm) və sosial demokratiyadan fərqləndirən mərkəzi ideyasıdır.Mənfi və pozitiv azadlığın fərqi İsayya Berlin tərəfindən "İki Azadlıq Konsepsiyası" adlı mühazirəsində təsvir edilmişdir. Berlin üçün bu fərq siyasi ənənə ilə sıx bağlıdır. Mənfi azadlıq anlayışı Con Lokk, Tomas Hobbs, Adam Smit, Ceremi Bentam kimi İngilis filosofları ilə, müsbət azadlıq isə Karl Hegel, Jan Jak Russo, İohann Qottfrid Herder və Karl Marks kimi qitə mütəfəkkirləri ilə əlaqələndirilir. Berlinə görə == Haqqında == İsayya Berlin iki əsas azadlığı müəyyən etdi. "Mən heç kimin köləsi deyiləm" kimi bir açıqlama Berlin mənfi azadlığın, yəni başqa bir şəxsin birbaşa müdaxiləsindən azad olmağın səciyyəvisi kimi xarakterizə etdi. Bunun əksinə olaraq, Berlin müsbət azadlığa xas olan “Mən öz ağam” ifadəsini, həyatda öz yolunu seçmək azadlığı barədə bir ifadəni istifadə etdi.Çarlz Teylor, mənfi azadlığın, bir şəxs xarici qüvvələrin əsarətində olmadığı və dövlət qaynaqlarına bərabər şəkildə çıxışı olduğu halda (vaxtınızı necə keçirməsinə qərar verməsindən asılı olmayaraq) mənfi azadlıq qazandığı zaman “fürsət-konsepsiya” fikrini izah edir. Taylor, müsbət azadlığın "həyata keçirmə konsepsiyası" («opportunity-concept») üzərində dayandığını iddia edir: müsbət azadlığa sahib olmaq, fərdin daxildə sərbəst olması və özünə uyğun şəkildə hərəkət edə bilməsi mənasını verə bilər. Fərz edək ki, varlı və nüfuzlu bir şəxs də narkotik aludəçisidir. Teylora görə çox mənfi azadlığa sahib ola bilər, amma çox az müsbət azadlığa sahib ola bilər.
Neqativizm
Neqativizm — Psixoloji termin. Katonik sindrom üçün xarakterik sindromdur. Aktiv və passiv ola bilər. Aktiv neqativizmdə xəstə ona deyilən hər tapşırığı və ya xahişi əksinə edir. Passiv neqativizmdə xəstə ona deyilən hər tapşırığı və ya xahişi ümumiyyətlə yerinə yetirmir. == İstinad == Учебник психиатрии == Ədəbiyyat == Kahlbaum, K. L.: Die Katatonie oder das Spannungsirresein. Eine klinische Form psychischer Krankheit, Berlin: A. Hirschwald 1874 Bleuler, E.: Zur Theorie des schizophrenen Negativismus.
Neqdallar
Neqeri Sembilan
Negeri Sembilan (əvvəl Negri Sembilan, Azərbaycanca: Doqquz Dövlət) — Qərbi Malayziyanın cənub-qərbində əyalət (negeri). Sahəsi 6.642 km²-dir. Malakka Boğazına 48 km-lik bir sahili olan əyalət topraklarından Linggi ve Mirar çayları axır.Əyalət bu gün o biri Malayziya əyalətlərindən fərqli olaraq, regional qəbilə rəislərinin arasından seçilən bir sultan tərəfindən idarə olunmaqdadır. == Tarix == Soyköklərini Şrivicaya hökümdarlarından götürən Negeri Sembilan şahzadələri bölgəyə xıv əsrdə Minangkabau (Sumatra) ve Selebesdən gəldilər. Anasoyluluğa əsaslanan ve Adat Perpateh adlanan qanunlarını bölgə xalqına qəbul etdirən Minangkabaular, bölgədə son dərəcə xüsusi bir mədəniyyət və arxitektura yaratdılar. Bu gün Selangor, Melaka, Johor və Pahang əyalətlərinin bəzi seqmentlərinə suveren olan doqquz dövlət (Negeri Sembilan), 1773-cü ildə zəif bir konfederasiya rəhbərliyi altında birləşdi. Konfederasiya bölgədəki qalay mədənlərinin nəzarəti ələ keçirməyə çalışan Britaniyanın təklifini qəbul edərək XIX əsrdə Britaniya himayəsi altına girdi. 1895-ci ildə Federal Malaya Əyalətinə birləşən Negri Sembilan, Yaponlar tərəfindən işğal edildiyi II Dünya Müharibəsindən sonra da Malaziya Federasiyasına qatıldı. == İqtisadiyyatı == İqtisadiyyat istehsal sektoruna dayanır, elektrik və elektron, tekstil, mebel, kimyəvi maddələr, maşın və rezin əşya istehsal maddələridir. Dərin vadilərdə düyü əkinçiliyinə əsaslanır.
Neqev
Negev səhrası (ivr. ‏הנגב‏‎ [ɦaˈnegev], q.yəh. הַנֶגֶב‎ [ɦanˈnɛɣɛv]) — Yaxın Şərqdə, İsrail ərazisində (ərazisinin 60 % əhatə edir). Səhranın sahəsi 12 000 km² təşkil edir. Səhranı Arava vadisi şərqdən, Akaba körfəzi ilə cənubdan, Aralıq dənizi və Sinay yarımadası qərbdən, şimaldan Yəhudi səhrası, Yahudi dağlığı və İsrail sahilboyu düzənliyi ilə əhatə olunmuşdur. Negev regionu iki yerə bölünür: Negev və Şimali Negev. Geoloji baxımdan Negev bir platodur. 600-800 metr arasında dəyişən hündürlüyə malikdir. Arid denudasiya feylef formaları geniş yayılmışdır. Maxteş adını daşıyan relyefi forması arasında Ramon maxteşi 300 metr hündürlüyə, 8 km enə və 40 km uzunluğa malikdir.
Neqotin
Neqotin (serb. Неготин) — Serbiyanın şərqində yerləşən şəhər. Neqotin icmasının inzibati mərkəzi. Neqotin Serbiyanın Rumıniya və Bolqarıstan arasında olan sərhədə yaxın ərazidə yerləşir. Şəhərin əhalisi 16,882 nəfərdir (2011). == Demoqrafiya == == Tarixi == İlk dəfə XVI əsrdə 1530-cu ildə qeyd edilmişdir. 1804-cü ildə buradan Osmanlı imperiyasına qarşı ilk Serb üsyanı başladı. == Görməli yerləri == Neqotin pivə saxlama zirzəmiləri Serbiyadakı YUNESKO-nun Dünya İrsi Siyahısına əlavə olunmuşdur.
Neqra burnu
Neqra burnu — Antarktidanın Cənubi Şetland adalarının Robert adası sahillərindən cənub-qərbdə yerləşən buzlaqlardan azad olan burundur. Mitçell buxtasından cənub-şərqdə yerləşmişdir. Ərazi 19-cu əsrdə ağ sənayeçilər tərəfindən kəşf olunmuşdur.Burun Çili Antarktida ekspedisiyaların birində iştirak edən şəxs tərəfindən adlandırılmışdır. == Yerləşməsi == Qrinviç adasındakı Spark burnundan 6.43 km şimal-şərqdə, Debelyanov burnundan 2.8 km cənub-şərqdə, Beron burnundan 4.5 km şimal-qərbdə, Edvards burnundan 8.84 km şimal-şərqdə yerləşmişdir. Britaniya xəritəsinə 1968-ci ildə, Bolqarıstan xəritəsinə 2005 və 2009-cu ildə daxil edilmişdir. == Xəritə == L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map. Sofia: Antarctic Place-names Commission of Bulgaria, 2005. L.L. Ivanov.
Neqribrin buzlağı
Neqribrin buzlağı (norv. Negribreen) — Şpitsbergen arxipelaqına daxil olan Qərbi Şpisbergen adasında yerləşən buzlaq. Buzlaq adanın qərbində, V Olaf Torpağı və Sebin Torpağı ərazisində yerləşir. Onun sahəsi 1 180 km² təşkil edir. Buzlaq italyan coğrafiyaçısı Henri Xristoforun şərəfinə adlandırılmışdır (1809—1896).
Neqril
Neqril — Yamaykanın qərb sahillərində Neqril çayının mənsəbində yerləşən elə də böyül olmayaq turistik yaşayış məntəqəsi. 11 km-lik çimərlik xəttinə malikdir. Burada hətta yayın ən isti günləri belə ağ çimərlik qumu tam qızmır. Burada ən qədim tikili 1894-cü ilə aid mayakdır. XX əsrin 70-ci illərində çimərlik Hippilər arasında məşhur olmuşdur. Müəyyən dövrlərdə insanların sayı beş mini keçirdi. Hazırda əla inkişaf etmiş mehmanxana şəbəkəsinə malikdir. Yazda otel, bar və piyvəxanalar amerikalı məktəblilərlə dolu olur.
Neqroid (irq)
Neqroid (irq)-Afrikada yaşayanların əkskariyerinin mənsub olduğu irq.
Neqros
Neqros (taqal Negros) — Filippin arxipelaqına daxil olan orta ölçülü adadır. Arxipelaqın mərkəzində yerləşir. Adanın uzunluğu 180 km, sahəsi isə 13 074,5 km². Adanın əhalisi 4 194 525 nəfər (2010 il) təşkil edir. Neqros Visay adalarına daxildir. == Coğrafiyası == Şimaldan Visayan dənizi və Sibuyan dənizi, cənubdan Sulu dənizi ilə əhatələnir. Ən hündür nöqtəsi Kandaon vulkanıdır (2464 m). Qərbi alçaqdır və kiçik çaylar bura istiqamətlənir. Qonşu Panay və Tanon adalarından Himaras boğazı ilə ayrılır. Panay adasına nisbətən quraqdır, il ərzində 1600 – 2000 mm yağıntı düşür.
Nequr
Nequr — İranın Sistan və Bəlucistan ostanının Çabahar şəhristanının Dəştyari bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,759 nəfər və 647 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti bəluclardan ibarətdir və bəluc dilində danışırlar və hənəfidirlər. Nequr, bəluc dilində, təpəətəyi deməkdir.
Nequs
Nequs (tam: Çarların çarı — Nquse Negest; amh. nigūs) — 1975-ci ildə monarxiyanın ləğv olunmasınadək Efiopiya (Həbəşistan) imperatorunun titulu. Nequs hakimiyyətin və dövlətin rəhbəri olurdu. İcra və qanunverici hakimiyyəti özündə birləşdirirdi. Əfsanəyə görə İsrail Krallığının üçüncü kralı Süleyman (Solomon) və Səba Məlikəsi Bilqeysin övladları Eritreya dövlətində yaşayan tiqrelərdir. 1890-cı ilə kimi müasir Eritreyanın bir hissəsində yerləşən Medri Bahri və 1974-cü ilə kimi Efiopiya hökmdarı kimi tanınan Bahri Negusun titulu idi. Sonralar Bibliya və ya digər ədəbiyyatda qarşılandıqda, bu titul "Padşah" və "İmperator" sözlərinin tərcüməsi kimi istifadə edilməyə başlandı. == Baxış == "Nequs" sözü qədim Ge'ez Negus Ge'ez ነጉሥ dilindən gələn bir isimdir və tərcümədə "şahlıq" anlamı verir. Son vaxtlar, ən vacib və mühüm: Qojjam, Veleqa və dənizə doğru (Buradan müasir Eritreyanın bir hissəsində yerləşən Bahr Neqasi "Dənizin şahı" adı əmələ gəlir) əyalətlərinin başçılarının vəzifəsi kimi Nequs titulu istifadə olunurdu.
Paolo Neqro
== Bioqrafiyası == Neqro "A" Seriyasında 1990-cı il oktyabrın 28-də, 18 yaşı olarkən debüt edib. O, "Boloniya"da çıxış edirdi. "Rossoblu" ilə yanaşı, Paolo "Breşiya"da da təcrübə yığıb. Oradan isə 1993-cü ildə Romanı fəth etməyə gedib. Müdafiəçini "Latsio" gözaltı etmişdi. Neqro uzun illər paytaxtlılara sadiq qaldı. Bu illər ona "skudetto"nu, eləcə də həm daxili, həm də xarici arenada bir neçə kubok qazandırdı. Paolonun aktivində həmçinin İtaliya yığmasında 8 oyun var. O, "Skuadra Azzura"da debüt matçını 1994-cü il noyabrın 16-ca Xorvatiya millisi ilə keçirib. 2005/06-cı illər mövsümündə Neqro "Latsio"dan daha az tanınan "Syena"ya üz tutdu.
Riu-Branku (Riu-Neqru)
Riu-Branku (port. Rio Branco) — Cənubi Amerikada yerləşən çay. Çay əsasən Braziliyanın Rorayma ştatı ərazisindən axır. Uzunluğu 584 km, sahəsi 195 km təşkil edir. İri qollara sahibdir. Mənsəbi Riu-Neqru çayıdır. Yağışlar mövsümündə Karakarai şəhərinə qədər gəmiçilik üçün əlverişli olur. Gursululuq dövrü oktyabrdan aprel — may aylarına qədər uzanır. == İstinadlar == == Mənbə == Branco River. (2009).
Riu-Neqru (Amazon)
Riu-Neqru (isp. və port. Rio Negro, "Qara çay") — Amazon çayının ən böyük sol qollarından biri. Uzunluğu 2300 km, hövzəsinin sahəsi 600 000 km², su sərfiyyatı 30 000 m³/s təşkil edir. Riu-Neqru Amazon hövzəsinə daxil olsa da, Riu-Neqruya daxil olan suların bir qismi digər hövzəyə daxil olan Orinokoya daxildir. Çayda çoxlu sayda astanalara rast gəlinir. 600 km məsafədə çay naviqasiyaya yararlıdır (Manaus şəhərindən mənsəbə qədər).
Sanet Neqrals
Sanet Neqrals (isp. Sanet y Negrals) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 21,10 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 727 nəfərə çatmışdır.
Vsevolod Neqreyev
Neqreyev Vsevolod (Neqreyev Vsevolod Fyodoroviç; Bakı, 22 iyunun 1903) — Azərbaycan AMEA-nın müxbir üzvü. == Həyatı == Neqreyev Vsevolod Fyodoroviç 1903-cü il iyunun 22-də Ukraynanın Kerç şəhərində anadan olub. 1930-cu ildə Azərbaycan Sənaye İnstitutunun kimya-texnologiya fakültəsini bitirib. 1938-ci ildə dissertasiya müdafiə etmədən kimya üzrə fəlsəfə doktoru və 1951-ci ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsini, 1953-cü ildə isə professor elmi adını alıb. 1959-cu ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilib.1930–1959-cu illərdə Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutunda laboratoriya müdiri, 1959–1960-cı illərdə "Dənizneft" Dövlət Layihə İnstitutunda şöbə müdiri, 1961-ci ildən ömrünün sonuna qədər Azərbaycan SSR EA Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda laboratoriya müdiri olub. V. Neqreyevin işləyib hazırladığı metalların inhibitor vasitəsi ilə mühafizə üsulu 1960–1970-ci illərdə Krasnodar vilayətinin qaz mədənlərində geniş tətbiq edilib. Azərbaycan AMEA-nın həqiqi üzvüdür. === Əsas elmi nailiyyətləri === V. Neqreyevin əsas elmi fəaliyyəti metalların aqressiv mühit şəraitində korroziyadan mühafizə texnologiyasının işlənib hazırlanması və onun sənaye miqyasında tətbiq edilməsi istiqamətinə yönəlmişdir. Alim dəniz neft-mədən, kimya zavodları, yeraltı neft və qaz kəmərləri metal avadanlıqlarının kimyəvi və elektrokimyəvi korroziyadan qorunması üçün əməli tədbirlər hazırlamış və tətbiq üçün tövsiyə etmişdir. Onun təklifi ilə hazırda dəniz neft-mədənlərindəki polad dirəklər sink örtüyü vasitəsilə müvəffəqiyyətlə mühafizə olunur.
Neqru Vode
Radu Neqru (rum. Radu Negru) və ya Neqru Vode (rum. Negru Vodă; bilinmir – 1265) — Rumıniya tarixinin, Rumıniya və Moldova folklorunun əsas simalarından biri. O, XIII əsrin sonlarında Kurtya-de-Arceş şəhərində hökmranlıq edən Valaxiya knyazlığının yarıməfsanəvi qurucusudur. Onun adı rumın dilindən "qara voyvoda" kimi tərcümə olunur.
Radu Neqru
Radu Neqru (rum. Radu Negru) və ya Neqru Vode (rum. Negru Vodă; bilinmir – 1265) — Rumıniya tarixinin, Rumıniya və Moldova folklorunun əsas simalarından biri. O, XIII əsrin sonlarında Kurtya-de-Arceş şəhərində hökmranlıq edən Valaxiya knyazlığının yarıməfsanəvi qurucusudur. Onun adı rumın dilindən "qara voyvoda" kimi tərcümə olunur.

"neq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#neq nədir? #neq sözünün mənası #neq nə deməkdir? #neq sözünün izahı #neq sözünün yazılışı #neq necə yazılır? #neq sözünün düzgün yazılışı #neq leksik mənası #neq sözünün sinonimi #neq sözünün yaxın mənalı sözlər #neq sözünün əks mənası #neq sözünün etimologiyası #neq sözünün orfoqrafiyası #neq rusca #neq inglisça #neq fransızca #neq sözünün istifadəsi #sözlük