nişanə sözü azərbaycan dilində

nişanə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • nişanə • 61.1111%
  • Nişanə • 38.3838%
  • NİŞANƏ • 0.5051%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.55 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 2.76
2004 ••• 0.34
2006 •••• 0.45
2009 ••••• 0.64
2010 ••••• 0.64
2011 ••••• 0.69
2012 •••••••• 1.03
2013 •••••• 0.73
2014 ••••••••• 1.20
2015 •• 0.17
2019 •• 0.14
2020 ••••••• 0.93

nişanə sözünün leksik mənası və izahı

  • 1 1. bax nişan 1, 2 və 3-cü mənalarda. Mənə gizlin bir nişanə göndərdin; Aşkara başıma qaxmağın nədir? M.P.Vaqif. Gövhər özünü küçəyə atdı, qızdan bir nişanə görmədi. Çəmənzəminli. □ Nişanə olmaq – hədəfə çevirmək, hədəf yeri olmaq. Cəfa oxunu atır qeyrə ol yeganə, haray; Xədəngiqəmzəsinə olmadım nişanə, haray! S.Ə.Şirvani. 2. is. Bir şeydən nümunə. Parçadan nişanə göstərmək. – Vidadi xəstədən Bağdad elinə; Siz yetirin bir nişanə, durnalar! M.V.Vidadi. Bir yana sifariş eliyəndə bir nişanə göndərmək qədim adətlərin biridir. C.Məmmədquluzadə. 3. is. Ölən adamdan sonra qalan miras, övlad, şey mənasında. Bu uşaq ailədən qalan yeganə nişanədir. – Qəriblikdə ölənin börkü nişanə gərək. (Məsəl). Mən öldüm, anam qaldı; Oduma yanan qaldı; Bir balam, bir də atım; Mənim nişanəm qaldı. (Bayatı).

    Azərbaycan dilinin izahlı lüğəti

nişanə sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 NİŞANƏ Gövhər özünü küçəyə atdı, qızdan bir nişanə görmədi (Çəmənzəminli); ƏSƏR, ƏLAMƏT Onu səsləyib, etdim sonra yanıma diqqət; Heykəldən qalmayıbdır gördüm əsər, əlamət (M.Rahim); ƏSƏR-ƏLAMƏT İndi o meynədən əsər-əlamət belə qalmayıb (H.Abbaszadə); İZ Sinəmdə yer salıb o gündən bəri; Amansız ovçunun yara izləri (M.Rahim); NİŞAN Əzabdan, işgəncədən, zindandan, köləlikdən; Qalmasın Yer üzündə bir nişan köləlikdən (S.Rüstəm).

    Azərbaycan dilinin sinonimlər lüğəti

nişanə sözünün rus dilinə tərcüməsi

  • 1 1. знак, признак, примета, симптом; 2. мишень, прицел;

    Azərbaycanca-rusca lüğət
  • 2 сущ. 1. метка (отличительный знак на ком-, чём-л.). Bədənində nişanə метка на теле 2. примета (отличительный признак, по которому можно узнавать кого-л., что-л.). Nişanələrini say перечисли приметы, nişanələrindən oxşayır по приметам похож 3. проба (небольшая часть, образец чего-л., взятые для анализа, испытания, проверки) 4. память о ком-, о чём-л. (человеке, событии и т.п.). Nişanə qoymaq оставлять, оставить память о себе, yeganə nişanəsi kimin единственная память от кого-, от чего-л.

    Azərbaycanca-rusca lüğət

nişanə sözünün inglis dilinə tərcüməsi

nişanə sözünün fransız dilinə tərcüməsi

  • 1 is. signe m ; marque f ; indice m ; fərqləndirici ~lər signes distinctifs ; symptôme m ; zəhərlənmə ~ləri symptômes m pl d’intoxication

    Azərbaycanca-fransızca lüğət

nişanə sözünün ləzgi dilinə tərcüməsi

  • 1 1. кил. nişan (1,2); 2. сущ. лишан, чешне; 3. сущ. кьенвай касдилай аламай мирас, эвлед, затӀ манада.

    Azərbaycanca-ləzgicə lüğəti

nişanə sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

f. 1) əlamət, iz, əsər; 2) hədəf, nişanə.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan kişi adlarının izahlı lüğəti

əsər, əlamət, iz; nişanlanma.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"nişanə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#nişanə nədir? #nişanə sözünün mənası #nişanə nə deməkdir? #nişanə sözünün izahı #nişanə sözünün yazılışı #nişanə necə yazılır? #nişanə sözünün düzgün yazılışı #nişanə leksik mənası #nişanə sözünün sinonimi #nişanə sözünün yaxın mənalı sözlər #nişanə sözünün əks mənası #nişanə sözünün etimologiyası #nişanə sözünün orfoqrafiyası #nişanə rusca #nişanə inglisça #nişanə fransızca #nişanə sözünün istifadəsi #sözlük