nifaq sözü azərbaycan dilində

nifaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • nifaq • 97.3333%
  • Nifaq • 2.0952%
  • Nİfaq • 0.3810%
  • NİFAQ • 0.1905%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Nifaq alması
Nifaq alması — qədim yunan miflərində qızılı alma, Peley və Fetidanın nikahı zamanı Erida tərəfindən masaya atılmış və üzərində "ən gözəl" (q.yun. τῇ καλλίστῃ), yazılmışdır.Əfsanəyə görə, bu qızılı alma üç qadın ilahəsi arasında mübahisə səbəbidir — Hera, Afina və Afrodita. Gənc Paris hakim qarşısına çağırıldı. Üç qadın onu öz tərəflərinə çəkərək, onu ən güclü hökmdar (Hera), ən cəsur qəhrəman (Afina) və ya ən gözəl qadının sahibi (Afrodita) olacağını vəd etmişdilər. Paris spartanın kralı olan Menelayın həyat yoldaşını qaçırmağına köməklik etdiyinə görə almanı Afroditaya verdi. Bu hadisə Troya müharibəsinin başlamağına səbəb olmuşdur.İlk dəfə olaraq "nifaq alması" termini II əsrdə romalı tarixçi Yustin Handaribadakan tərəfindən işlədilmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.70 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 6.85
2003 •••••• 1.97
2004 •••• 1.35
2005 •• 0.67
2006 ••••••••••• 3.60
2007 •••• 1.06
2008 ••• 0.97
2009 •••••••• 2.56
2010 ••••• 1.45
2011 ••••• 1.46
2012 •••• 1.29
2013 •••••••• 2.63
2014 •••••••••• 3.09
2015 •••••••• 2.72
2016 ••••• 1.39
2017 ••••• 1.63
2018 •• 0.45
2019 •••• 1.11
2020 •••• 1.33

nifaq sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] Pozuşma, çəkişmə, ixtilaf; ikitirəlik. [Mirzə Heydər:] Yol bir, məqsəd bir, əqidə bir olduqda arada nifaq mümkün deyil. Ə.Haqverdiyev. Kürdüstan dağlarında bəslənmiş bu iki çiçək … nifaqa səbəb oldu. S.S.Axundov. □ Nifaq düşmək – araları pozulmaq, ixtilaf törəmək, çəkişmə düşmək, ikitirəlik düşmək. …Əmioğullarının aralarına nifaq düşməsinə səbəb olmamaq üçün anam onun getməyinə izin verir. S.S.Axundov. Mollanəsrəddinçilər hər vasitə ilə olursa olsun din ayrı qardaşların arasına nifaq və ədavət düşməsinə yol vermək istəmirdilər. M.İbrahimov. Nifaq salmaq (törətmək, etmək) – arada ixtilaf, narazılıq, çəkişmə yaratmaq, ikitirəlik salmaq. [Calal:] [O] indi bizi görəndə deyəcək ki, yenə uşaqlar ortalığa nifaq salırlar. Çəmənzəminli.

    Azərbaycan dilinin izahlı lüğəti / nifaq

nifaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 çəkişmə — ikitirəlik

    Azərbaycan dilinin sinonimlər lüğəti / nifaq
  • 2 NİFAQ (iki tərəf arasında olan çəkişmə) Yazıq Tamam bizim ailəyə öyrəşdiyindən ayrılmaq istəməyirmiş, lakin Əmioğullarının aralarına nifaq düşməsinə səbəb olmamaq üçün anam onun getməyinə izin verir (S.S.Axundov); İKİTİRƏLİK Kənddə ikitirəlik; Bir də ki, qarğaşalıq; Salıb, Pirəli etdi; Açıq-aydın paşalıq (M.Rahim).

    Azərbaycan dilinin sinonimlər lüğəti / nifaq

nifaq sözünün rus dilinə tərcüməsi

  • 1 раздор, разлад, разброд

    Azərbaycanca-rusca lüğət / nifaq
  • 2 сущ. 1. раздор, распря, ссора. Qardaşlar arasında nifaq раздор между братьями, nifaqa səbəb olmaq быть причиной раздора 2. несогласие, разлад 3. междоусобие, междоусобица (несогласие, внутренний раздор, война между какими-л. общественными группами); nifaq salmaq (törətmək) вносить разлад, сеять раздор, рознь; вызывать раскол; aralarına nifaq düşüb между ними произошёл разлад ◊ nifaq alması яблоко раздора

    Azərbaycanca-rusca lüğət / nifaq

nifaq sözünün inglis dilinə tərcüməsi

  • 1 i. discord, dissension, disagreement; ~ toxumu seeds of discord; ◊ ~ toxumu səpmək to sow* (the seeds of) dissension; ~ salmaq to cause a quarrel, to breed* strife; ailə ~ı family strife; siyasi ~ political strife

    Azərbaycanca-ingiliscə lüğət / nifaq

nifaq sözünün fransız dilinə tərcüməsi

  • 1 is. discorde f, désunion f, différend m ; dissension f ; ~ salmaq semer la discorde ; ~a səbəb olmaq causer la discorde ; ailə ~ı dissension familiale ; bir kəslə arasında ~ olmaq avoir un differend avec qn ; ~ alması pomme f de discorde

    Azərbaycanca-fransızca lüğət / nifaq

nifaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. араяр чӀур хьун (акьун), акьунар, акъаж-акъаж, акъажун, чуьруькар; сад-садаз акси къве дестедиз пай хьун, кьве патахъ ччара хьун; nifaq düşmək араяр акьун (чӀур хьун), арада наразивал (чуьруькар) гьатун, акъаж-акъаж гьатун, сад-садаз акси къве дестедиз пай хьун, кьве патахъ ччара хьун; nifaq salmaq (törətmək, etmək) араяр чӀурун (ягъун), арада акъаж-акъаж (чуьруькар, наразивал) ттун, сад-садаз акси къве дестедиз паюн, кьве патахъ ччара авун.

    Azərbaycanca-ləzgicə lüğəti / nifaq

nifaq sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. araya düşən ziddiyyət; ikitirəlik.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"nifaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#nifaq nədir? #nifaq sözünün mənası #nifaq nə deməkdir? #nifaq sözünün izahı #nifaq sözünün yazılışı #nifaq necə yazılır? #nifaq sözünün düzgün yazılışı #nifaq leksik mənası #nifaq sözünün sinonimi #nifaq sözünün yaxın mənalı sözlər #nifaq sözünün əks mənası #nifaq sözünün etimologiyası #nifaq sözünün orfoqrafiyası #nifaq rusca #nifaq inglisça #nifaq fransızca #nifaq sözünün istifadəsi #sözlük