Ninja sözü azərbaycan dilində

Ninja

Yazılış

  • Ninja • 71.4286%
  • ninja • 28.5714%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ninja
Nindza (yap. 忍者, Sinobi — "Gizlənmək") – orta əsrlərdə yaponiyada casus və muzdlu qatil. Qadın nindzaları "Kunoiti" adlanırdılar. Nindzaların öyrəndiyi sənət isə Nincütsu adlanır. == Tarix == Əfsanəyə görə nindzaları uşaqlıqdan çox ağır məşqlərə hazırlaşdırırdılar. İlk əvvəl yeniyetmə nindzalar "Nincütsu" texnikasına yiyələnməliydilər. Nindzaların ilk silahı ox olmuşdur. Onlar hansısa bir informasiyanı öyrənməli və həmin informasiyanı vaxtı-vaxtında öz sahibinə çatdırmalı idi. Artıq nindzalar yetkin yaşa çatdıqda muzd ilə işləyirdilər. Nindzalar heç vaxt xristianları öldürməzdilər.
Ninja Scroll
Ninja Scroll (yap. 獣兵衛忍風帖 – Jūbē Ninpūchō; azərb. Nindzanın manuskripti‎) – 1993-cü ildə çəkilmiş tam metrajlı animedir. Animenin rejissoru Yoşiaki Kavaciridir. == Məzmun == Feodal Yaponiya, XVII əsrin əvvəli. Yamaşiro əyalətində birdən vəba epidemiyası başlayır. Bütün sakinlər xəstəlik olan yeri tərk edir, amma qonşu samuray boylarının lideri Motidzuke, Koqa nindza qrupunu kəşfiyyata göndərir, lakin inanılmaz gücə malik olan qəribə insanlar, dərhal çağırılmamış qonaqları məhv edir. Bütün kəşfiyyatçılar dəstəsində yalnız qadın nindza olan Kaqero sağ qalır. Səyyahlıq eden samuray Cubey, xoşbəxtlikdən oradan keçib, Kaqeronu ölümdən xilas edir və təcavüzkarı şiddətli döyüşdə məğlub edir. Cubey bilməyir ki, onun öldürdüyü adi cin yox, "Səkkiz Kimon Şeytanların"dan biridir.
Mini Ninjas
Mini Ninjas — 2009-cu ildə Danimarka şirkəti, IO Interactive tərəfindən yaradılan və PlayStation 3, Microsoft Windows, Wii, Nintendo DS, Xbox 360 platformaları üçün buraxılan macəra janrında olan oyun. == Oyun haqda == Mini Ninjas 19 yanvar 2009-cu ildə anons edilir və elə həmin vaxt da oyun üçün rəsmi çarx buraxılır. Oyunun yaradılma səbəbi, hazırlayanların belə demək olarsa "öz uşaqları ilə oyun oynamaq" həvəsindən gəlir. Buna baxmayaraq, oyunda kooperativ rejim yoxdur. == Qiymət == Oyun tənqidçilər tərəfindən isti qəbul olunmuşdur. IGN oyuna 10 baldan 8-ni vermişdir. The Guardian isə 5 mümkün baldan 4-nü verərək qeyd etmişdir: "Mini Ninjas - uşaqlarınla birlikdə ən əyləncəli vaxt keçirmə imkanlarından birini verir. Uşaqlar üçün yaradılan videooyunlar arasında heç biri bu qədər rahatlaşdırmır və həzz vermir." The Times isə 5 baldan 5-ni vermişdir. Oyuna aid əsas tənqid kooperativ rejimin olmamasıdır.

Oxşar sözlər

#ninja nədir? #ninja sözünün mənası #ninja nə deməkdir? #ninja sözünün izahı #ninja sözünün yazılışı #ninja necə yazılır? #ninja sözünün düzgün yazılışı #ninja leksik mənası #ninja sözünün sinonimi #ninja sözünün yaxın mənalı sözlər #ninja sözünün əks mənası #ninja sözünün etimologiyası #ninja sözünün orfoqrafiyası #ninja rusca #ninja inglisça #ninja fransızca #ninja sözünün istifadəsi #sözlük