Nisəbəyim
Nisə Bəyim (azərb. Rəhimova Nisəbəyim İsmayıl qızı; 6 mart 1955, Sabirabad, Azərbaycan SSR) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1998).
== Həyatı ==
Rəhimova Nisəbəyim İsmayıl qızı 6 mart 1955-ci il tarixində Sabirabad şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası Rəhimov İsmayıl Cabbar oğlu Şamaxı şəhərindən, anası Məlikova Məryəm Əlabbas qızı Zərdab rayonunun Əlvənd kəndindəndir.
1961-ci ildə Sabirabad şəhərində M. Müşfiq adına 4 saylı orta məktəbə daxil olmuş, 1971-ci ildə həmin məktəbi bitirmişdir. 1976-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu fərqlənmə ilə bitirərək, Sabirabad şəhər M. Müşfiq adına 4 saylı orta məktəbində əmək fəaliyyətinə başlamış və hal-hazırda həmin məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi çalışır.
1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
2020-ci ilin noyabr ayının 26-da vəfat etmişdir.
== Yaradıcılığı ==
Yaradıcılığa tələbəlik illərindən başlasa da, Azərbaycan mətbuatında 1988-ci ildən çap olunur. İlk dəfə "Vətən mənəm" adlı şeiri 1988-ci ildə "Azərbaycan müəllimi" qəzetində çap olunur.