* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •••••••••••••••• | 41.11 |
2003 | •••••••• | 20.47 |
2004 | •••••••••••••••••• | 46.83 |
2005 | •••••••••••••••••••• | 54.66 |
2006 | •••••••••••••• | 35.81 |
2007 | •••••••••• | 26.22 |
2008 | •••••••••• | 25.34 |
2009 | ••••• | 13.60 |
2010 | ••• | 6.54 |
2011 | •••• | 10.38 |
2012 | •••• | 10.07 |
2013 | ••• | 7.73 |
2014 | ••• | 7.21 |
2015 | ••••• | 11.23 |
2016 | •••••• | 14.06 |
2017 | ••••• | 13.49 |
2018 | •••••• | 14.23 |
2019 | ••••••• | 16.83 |
2020 | ••••••• | 17.90 |
1 is. [ər.] 1. Danışma, fikrini sözlərlə ifadə etmə qabiliyyəti. Nitq üzvləri. Nitqi inkişaf etdirmək. // Danışıq, danışma tərzi; tələffüz. Aydın nitq. Rəvan nitq. // Ümumiyyətlə, danışma, söz, kəlam. [Xurşid:] Sən mənimtək naçizin nitqin əcəb təqdir edib; Xalq ara timsal olub sənətə etdin ibtida. Ü.Hacıbəyov. O tayda çadrasız dolaşan qadına; Sual ver, nitqindən saçılsın ildırım. M.Müşfiq. □ Nitqdən düşmək (qalmaq) – danışa bilməmək, susmaq, lal olmaq, dili tutulmaq. Nitqdən düşdüm ləbi-ləli-dürəfşanın görüb. Füzuli. Onun sanki dili nitqdən qalmışdı. Mir Cəlal. Nitqə gəlmək – danışmağa başlamaq, dilə gəlmək. Nitqi açılmaq – danışmağa başlamaq, dili açılmaq. [Hacı:] Şərab həmişə insanın mizacını açır, kefini yüksəldir, görürsən ki, şairin təbi gəlir, natiqin nitqi açılır. B.Talıblı. Nitqi tutulmaq (bağlanmaq, batmaq, kəsilmək, qurumaq, çəkilmək) – danışa bilməmək, dili tutulmaq, danışmaq qabiliyyətini itirmək (sevincdən, fərəhdən, həyəcandan və s.-dən). Könlüm açılır zülfi-pərişanını görgəc; Nitqim tutulur qönçeyi-xəndanını görgəc. Füzuli. Molla Tarıverdi başladı yarpaq kimi titrəməyə və nitqi kəsilib daha danışa bilmədi. E.Sultanov. Sual [Şirəlini] elə sarsıtdı ki, bir neçə saniyə nitqi qurudu. S.Rəhman. Eşitdiyi sözlərdən sanki [ovçunun] nitqi batmışdı. Ə.Məmmədxanlı. 2. İclasda, yığıncaqda, mitinqdə və s.-də camaata, dinləyicilərə xitabən irad olunan söz. Hərdənbir teleqramlarda vəkillərimizin nitqlərini oxuyub günümüzü bir tövr keçiririk. C.Məmmədquluzadə. Kəndliləri yeni quruluşun qanunu ilə tanış etmək və onların biliklərini artırmaq üçün kənd camaatına tez-tez nitq və məruzələr oxuyurdular. S.S.Axundov. □ Nitq irad etmək – nitq söyləmək. Edərək hər tərəfdə nitq irad; Xəlqi dəvətlə eylədik irşad. H.Cavid. Nitq söyləmək – kütləvi yerlərdə, yığıncaqlarda müəyyən məsələ ətrafında danışmaq, fikir söyləmək, çıxış eləmək.
Azərbaycan dilinin izahlı lüğəti / nitq1 Ərəb sözüdür, natiq, məntiq sözləri ilə eyni kökə malikdir. Bizdə bunun əvəzinə ayıtmaq işlədilib. Ay (oy) “ağıl”, “şüur” deməkdir. Ayıt isə “fikri ifadə etmək”dir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / nitq1 1. NİTQ, DİL, DANIŞIQ (danışma tərzi) 2. NİTQ, ÇIXIŞ, MƏRUZƏ
Azərbaycan dilinin sinonimlər lüğəti / nitq2 I сущ. 1. речь: 1) способность говорить, выражать словесно свои мысли. Nitq üzvləri органы речи, nitqin inkişafı развитие речи, nitqin pozulması расстройство речи, nitqin çətinliyi затруднение речи 2) система словесного выражения мыслей с определённым звуковым и грамматическим строем, служащая средством общения. Şifahi nitq устная речь, yazılı nitq письменная речь 3) язык, свойственный кому-л.; манера говорить. Savadlı nitq грамотная речь, aydın nitq ясная речь, artist nitqi речь артиста 4) публичное словесное выступление. Qısa nitq короткая речь, maraqlı nitq интересная речь, alovlu nitq пламенная речь, nitq söyləmək выступить с речью, произнести речь 2. слово (публичное выступление, речь). Cavab nitqi ilə çıxış etmək выступить с ответным словом, təbrik nitqi приветственное слово II прил. речевой. Nitq mikrofonu тех., связь. речевой микрофон, nitq siqnalı мед., псих. речевой сигнал, лингв. nitq ədatları частицы речи, nitq səslərinin təsnifi классификация звуков речи, nitq hissələri части речи, nitqin ünsiyyət vahidi коммуникативная единица речи, nitq mərkəzi физиол. центр речи, nitq mədəniyyati культура речи, nitqin ifadəliliyi выразительность речи, nitqin məzmunluluğu содержательность речи, nitqin təsirliliyi действенность речи, nitq artikulyasiyası артикуляция речи; nitq pozğunluğu мед. афазия (утрата способности речи) ◊ nitqdən düşmək (qalmaq) см. nitqi tutulmaq; nitqə gəlmək начинать говорить, заговорить; nitqi açılmaq см. nitqə gəlmək; nitqi tutulmaq (bağlanmaq, batmaq, kəsilmək, qurumaq, çəkilmək) терять, потерять дар речи, лишиться дара речи
Azərbaycanca-rusca lüğət / nitq1 I. i. 1. speech; şifahi ~ oral speech; yazılı ~ written speech; 2. enunciation; aydın ~ distinct / clear enunciation; 3. speech; oration; address; təntənəli ~ oration; giriş ~i salutatory address, speech of welcome; 4. qram. speech; vasitəsiz ~ direct speech; vasitəli ~ indirect speech II. s. speech; ~ üzvləri organs of speech; ~ vərdişləri speech habits; ~ qabiliyyəti gift of speech; ◊ ~ hissələri qram. parts of speech
Azərbaycanca-ingiliscə lüğət / nitq1 is. parole f ; ~ini itirmək perdre la parole ; langage m, langue f ; şifahi ~ langage m parlé ; yazılı ~ langue écrite ; discours m ; allocution f ; təntənəli ~ harangue f, dis-ours m solennel ; ~ söyləmək prononcer un discours ; açılış ~i discours d’ouverture ; qapanış ~i discours de clôture ; təbrik ~i discours de félicitation ; qram. discours m ; vasitəsiz ~ discours direct ; vasitəli ~ discours indirect ; ~ hissələri parties f pl du discours ; ~ üzvləri organes m pl de la parole ; ~ vərdişləri habitudes f pl langagières
Azərbaycanca-fransızca lüğət / nitq1 [ər.] сущ. 1. рахун (фикир гафаралди лугьунин алакьун); рахунин тегьер; // рахунин (мес. органар); 2. гаф, чӀал, калам; nitqdən düşmək (qalmaq) чӀал акъат тавун, рахаз тахьун, кисун, мез кьун, лал хьун; nitqə gəlmək рахаз авалун, чӀал акъатун; nitqi açılmaq мез ахъа хьун, рахаз авалун; nitqi tutulmaq (bağlanmaq, batmaq, kəsilmək, qurumaq, çəkilmək) чӀал (мез) кьун, рахаз тахьун (хвешивиляй, кичӀевиляй ва мс.); 3. халкьдин вилик, ижласдал ва мс. экъечӀна ийидай рахун (гафар); nitq söyləmək са месэладин гьакъинда халкьдин вилик экъечӀна (речь) рахун (лугьун), фикир лугьун.
Azərbaycanca-ləzgicə lüğəti / nitq1. Prosesində dilin funksionallığının kommunikasiya prosesində informasiyanın verilməsi verilməsi. 2. Dilin köməyi ilə ünsiyyətin bu və ya digər növüdür ki, o, öz xassələrinə görə vəziyyətlə və kommunikasiyasının məqsədi ilə müəyyənləşir. 3. Aktuallaşma və kontinuumla xarakterizə olunan çoxsaylı məlumatlar arasında uyğunluq sistemi. 4. Nitqi, dili tətbiq edən danışanın konkret dil kollektivində digər onun üzvləri ilə qarşılıqlı fəaliyyəti. 5. Müxtəlif, rəngarəng, dil vasitələrinin mürəkkəb məzmununu vermək üçün istifadə olunan danışıq prosesidir ki, o, informasiyanın özü ilə bərabər (yanaşı), dinləyiciyə müraciət (çağırış) deməkdir ki, onu (cavaba müvafiq) hərəkətə təhrik edir.
İzahlı tərcüməşunaslıq terminləri lügəti\ – insanların bir-biri ilə ünsiyyətindən, bu və ya digər dilin vasitəsilə onun öz fikirlərinin ifadə etməsindən və başqalarına çatdırılmasından ibarət fəaliyyəti.
Fəlsəfə terminlərinin izahlı lüğətiə. 1) çıxış, danışıq; 2) söz, kəlmə.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti