nitro sözü azərbaycan dilində

nitro

Yazılış

  • nitro • 85.7143%
  • Nitro • 14.2857%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Artemisia nitrosa
Artemisia nitrosa (lat. Artemisia nitrosa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Nitrobenzol
Nitrobenzol, C6H5NO2 — ən sadə aromatik nitrobirləşmə. Açıq-sarı rəngdə yağlı mayedir. 5,7°S-də donur, 210,9°S-də qaynayır. Sıxlığı 25°S-də 1,987 q/sm³-dur. Suda pis həll olur. Üzvi həlledicilərlə yaxşı qarışır. Reduksiya etdikdə, şəraitdən asılı olaraq, anilinə və ya pidrazobenzola çevrilir. Nitrobenzol zəhərlidir, iş binalarının havasında onun miqdarının 3 mq/m³-dan, yaşayış yerlərinin havasında isə 0,008 mq/m³-dan artıq olmasına icazə verilmir. Əsasən, anilin alınmasında, az miqdarı isə indulin və s. istehsalında, bəzən də sürtgü yağlarının təmizlənməsində (selektiv həlledici kimi) işlədilir.
Nitrobirləşmələr
Nitrobirləşmələr — molekulunda karbon atomu ilə birləşmiş bir və ya bir neçə nitro qrupu — NO2 olan üzvi birləşmələr. Mono-, di-, tri- nə polinitrobirləşmələr var. == Qrupları == Nitrobirləşmələr bir neçə qrupa ayrılır: alifatik nitrobirləşmələr (məsələn, nitroparafinlər, nitroolefinlər), aromatik nitrobirləşmələr (məsələn, nitroanilinlər, nitrobenzol, nitrotoluol, nitrol naftalinlər), alifatik aromatik nitrobirləşmələr (məsələn, fenilnitrometan, nitrostirol) və. s.Aromatik nitrobirləşmələr sarımtıl maye və ya kristal maddədir, üzvi həlledicilərdə yaxşı, suda pis həll olur. Aromatik polinitrobirləşmələr partlayıcı maddə kimi işlədilir (məsələn, trinitrotoluol). Onların nitroqrupu reduksiya edildikdə boya maddələri istehsalında aralıq məhsul olan aminlər alınır. Sadə mononitroparafinlər xüsusi iyi olan rəngsiz mayedir. Nitroparafinlər asan reduksiya olunaraq hidroksilamin və aminlər əmələ gətirir, onlara qatı turşularla təsir etdikdə karbon turşularına çevrilir, aldehid və ketonlarla asan kondensasiya olunaraq nitrospirtlər əmələ gətirir, onların da dehidratasiyasından nitroolefinlər alınır. Bəzi nitrobirləşmələr zəhərlidir. == Alınması == Konovalova görə alkanlar 110....150oC-də duru nitratturşusu ilə nitrolaşırlar.
Nitrofillər
== Nitrofillər == Nitrofillər (lat. nitrogenium-azot və yun.phileo-sevirəm)-azotla zəngin olan torpaqlarda yayılmış bitki orqanizmlərinə deyilir. Məsələn, gicitkan, buğda, kətan, göbələklər nitrofillərdir.
Nitrolaşma reaksiyası
Nitrolaşma reaksiyası – üzvi birləşmələrə nitroqrupun (-NO2) müxtəlif üsullarla daxil edilməsi prosesinə deyilir. Karbohidrogen atomunda bir və ya bir neçə hidrogen atomun nitroqrup ilə əvəz olunmasıdan əmələ gələn birləşmələrə nitrobirləşmələr deyilir. == Növləri == Nitroqrupun birləşdiyi karbohidrogen radikalından asılı olaraq nitrobirləşmələr 2 yerə bölünür: aromatik və alifatik nitrobirləşmələr. == Tətbiq sahəsi == Aromatik nitrobirləşmələr çox böyük tətbiq sahələrinə malikdir. Onlardan boyaq sənayesində, dərman preparatları, partlayıcı maddələr və s. istehsalında istifadə olunur. Nitrobenzol əsasən (90%-ə qədər) anilin istehsalına, boyaların sintezinə (2%-ə qədər), və s. sərf olunur. == Fiziki xassələri == Aromatik nitrobirləşmələr – rəngsiz və ya açıq sarı rəngdə yüksək temperaturda mayelərdir, ya da aşağı temperaturda əriyən bərk maddələrdir. Yüksək polyarlığına görə nitroarenlər yaxşı həlledicidirlər.
Nitronatrit
Nitronatrit — mineral, NaNO3. == Haqqında == Nitronatrit - triqonal. Habitus romboedrik. Ayrılması {101} üzrə mükəmməl. Aqreqat: dənəvər, qabıqcıqlar. Rəngi rəngsiz, qonur. Parıltısı şüşəli. Sərtliyi 1,5-2. Xüsusi çəkisi 2,29. Suda asanlıqla həll olur.
Nitroplus
Nitroplus Co., Ltd. və ya nitro+ — Yaponiya videooyun istehsalı şirkəti. İstehsal etdiyi əsas məhsullar vizual romanlar və eroqelərdir. Şirkət həmçinin TYPE-MOON (digər bir videooyun yaradıcısı) şirkəti ilə əməkdaşlıq edərək "Fate/Zero" adlı ranobe seriyası nəşr etmişdir. Şirkət əsasən qaranlıq mövzulara — ölüm və qətl mövzularına müraciət edir. Şirkətin bir qolu olan Nitro+Chiral şirkəti isə yaoy vizual romanları işləyir. Qen Urobuçi kimi manqa, anime, roman və televiziya əsərləri üzərində işləmiş yazıçılar şirkət ilə əməkdaşlıq edirlər. Super Soniko Nitroplus tərəfindən keçirilən illik "Nitro Super Sonico" musiqi festivalının 2006-cı ildən talismanıdır. Nitroplus bu festivalı 2000-ci ildən keçirir. == İşlər == === 5pb. ===
Nitroqliserin
Nitroqliserin — cox partlayici təsirə malik bir maddə. Onun 1 damcisi zərbə görərsə bir otaq qədər sahə məhv olar. Nitroqliserindən raketlərdə, dinamitlərin hazirlanmasinda istifadə olunur. Kimyəvi formulu: CHONO2(CH2ONO2)2.
Nitrotörəmələr
Nitrotörəmələr - Aromatik birləşmələrə qatı azot turşusu ilə, ya da azot və kükürd turşularının qarışığı (nitrolaşdırıcı qarışıq) ilə təsir etdikdə benzol nüvəsindəki hidrogen asanlıqla nitroqrupla (-NO2) əvəz olunur və müvafiq nitrobirləşmələr alınır. == Nitrobenzol == Aromatik nitrobirləşmələrin ən sadəsi nitrobenzol açıq sarı rəngli şəffaf mayedir. 210oC-də qaynayır, kəskin acı badam iyi verir, suda həll olmur, sudan ağırdır. Xüsusi çəkisi 1,2-dir. Reduksiya olunduqda anilinə çevrilir: C6H5NO2 + 6H→C6H5NH2+2H2ONitrobenzol texnikada anilini almaq üçün işlədilir. Onu bəzən ətirli maddə kimi paltar sabununa qatır, nadir hallarda həlledici kimi, bəzən də oksidləşdirici kimi işlədirlər. == Dinitrobenzol == Dinitrobenzolun 3 izomeri vardır: 1,2-dinitrobenzoı və ya ortodinitrobenzol 1,3-dinitrobenzol və ya metadinitrobenzol 1,4-dinitrobenzol və ya paradinitrobenzolBunlardan üçü də bərk maddələrdir. Bunlardan metadinitrobenzol asan əldə edilir, çünki istər benzolun özünü, istərsə də nitrobenzolu nitrollaşdırdıqda,əsasən metadinitrobenzol alınır. Metadinitrobenzol metafenildiamin almaq üçün işlədilir. == Nitrotoluollar == Nitrotoluollardan, 221oC-də qaynayan ortonitrotoluol və 238oC-də qaynayan paranitrotoluol bərk maddə olub, müvafiq toluidinlər almaq üçün, toluidinlər isə boyaqlar almaq üçün işlədilir.
Nitrozobirləşmələr
Nitrozobirləşmələr — tərkibində bilavasitə karbon atomuna birləşmiş nitrozo qrupu, —N=O olan üzvi birləşmələr. Məsələn, nitrozo-tretbutan (CH3)3C—N=O nitrozobirləşmədir. Nitrozobirləşmələrin reaksiyayagirmə qabiliyyətləri çox yüksəkdir. Onlar oksidləşdikdə nitrobirləşmələr, reduksiya olunduqda aminlər və ya hidroksilamin əmələ gətirir. Nitrozobirləşmələr asanlıqla aminlərlə kondensasiya reaksiyasına girir. Aromatik sıranın nitrozobirləşmələri boya maddəsi kimi (məsələn, nitrozoboyalar) və üzvi sintezdə, flüorlu nitrozobirləşmələr (məsələn, CF3NO) isə istiyədavamlı kauçuk istehsalında işlədilir.
3-Nitroxlorbenzol
3-Nitroxlorbenzol (meta-nitroxlorobenzol)- C6H4ClNO2 düsturu olan üzvi maddədir. == Fiziki xassələri == 3-Nitroxlorbenzol normal şəraitdə açıq sarı rəngdə bərk kristalik maddədir. Suda praktiki olaraq həll olunmur, isti etanolda, dietil efirində, benzolda, xloroformda, buzlu sirkə turşusunda, karbon disulfiddə sərbəst həll olunur. Soyuq etanolda qismən həll olunur. == Alınması == Laboratoriya şəraitində 3-nitroxlorbenzolu 3-nitroanilinin diazotlaşdırılması reaksiyası ilə, ardınca Zandmeyer reaksiyasına uyğun olaraq diazonium qrupunun xlor atomu ilə əvəz edilməsi yolu ilə əldə edilir. Sənayedə 3-nitroxlorobenzolun alınması qızdırılaraq nitrobenzolun katalitik xlorlanmasından istifadə olunur; katalizator kimi FeCl3, SbCl3 və ya I2 istifadə edilə bilər. Yekun məhsula başqa, rektifikasiya yolu ilə ayrılan 3-nitroxlorbenzol və dinitroxlorbenzolların izomerləri ə alınır. == Kimyəvi xassələri == Ammonoliz reaksiyasına daxil olur, lakin 2- və 4-nitroxlorbenzollardan fərqli olaraq, 200 °C-yə qədər qızdırmaqdan və 30-40 atmosfer təzyiqdən daha ağır şərtlər tələb olunur. 1-(3-nitrofenil)-1n-imidazol əmələ gətirərək imidazol ilə nukleofil əvəzetmə reaksiyasına daxil olur. Reaksiya 120 °C-də kalium karbonat və mis (II) oksidin iştirakı ilə gedir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.19 dəfə / 1 mln.
2010 ••••••• 0.27
2011 ••••••• 0.26
2012 ••••••••• 0.34
2013 •••••••••••••••••• 0.73
2019 •••••••••••••••••••• 0.83
2020 •••• 0.13

nitro sözünün leksik mənası və izahı

nitro sözünün rus dilinə tərcüməsi

  • 1 нитро … первая часть сложных слов, означающая отношение к азотной кислоте

    Azərbaycanca-rusca lüğət / nitro

"nitro" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#nitro nədir? #nitro sözünün mənası #nitro nə deməkdir? #nitro sözünün izahı #nitro sözünün yazılışı #nitro necə yazılır? #nitro sözünün düzgün yazılışı #nitro leksik mənası #nitro sözünün sinonimi #nitro sözünün yaxın mənalı sözlər #nitro sözünün əks mənası #nitro sözünün etimologiyası #nitro sözünün orfoqrafiyası #nitro rusca #nitro inglisça #nitro fransızca #nitro sözünün istifadəsi #sözlük