Niyam sözü azərbaycan dilində

Niyam

Yazılış

  • Niyam • 96.5000%
  • niyam • 3.0000%
  • NİYAM • 0.5000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Niyam Salami
Niyam Salami (doğum adıyla: Niyaməddin Salam oğlu Səfərov; d. 15 fevral 1976, Masallı) — Azərbaycan müğənnisi == Həyatı == Səfərov Niyaməddin Salam oğlu 1976-ci il fevral ayının 15-də Masallı rayonunun Ərkivan kəndində anadan olmuşdur. 1982–1992-cü illərdə Masallı rayonu, Ərkivan kənd orta məktəbində təhsil almışdır. 1994–1996-ci illərdə Bakı şəhərində Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində rəssamlıq ixtisası üzrə tədris almışdır. 2009–2021-ci illərdə Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli ilə işbirlikləri olmuş, bəstəkardan vokal dərsləri almış və onun müğənni üçün bəstələdiyi 7 mahnısını ifa etmişdir. === Ailəsi === Atası Səfərov Salam İsmayıl oğlu 1956-cı ildə Masallı rayonundə Ərkivan kəndində anadan olmuşdur. Uzun illər Dəmir yollarında mexanik vəzifəsində çalışmışdır. 2001-ci ildə dünyasını dəyişib. Anası Səfərova Hacıxanım Fərhad qızı Astara rayonunun Kakalos kəndində anadan olmuşdur. Evdar qadın olmuşdur.
Niyamin Niftəlizadə
Niyamin Xaliq oğlu Niftəlizadə (15 yanvar 1997, Nursu, Naxçıvan Muxtar Respublikası – 7 oktyabr 2020, Cəbrayıl ) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Niyamin Niftəlizadə 1997-ci il yanvar ayının 15-də Şahbuz rayuonunun Nursu kəndində anadan olub. Bakı şəhəri Xətayi rayonunda yerləşən 191 saylı məktəbdə oxumuşdur. 9 illik təhsilini başa vurduqdan sonra peşə məktəbində təhsilini davam etdirib. 2015-ci ildə həqiqi hərbi xidmətə yollanıb. Naxçıvan Muxtar Respublikası Sədərək rayonunda xidmətdə olub. 2017-ci ildə hərbi xidmətini başa vurduqdan sonra 2-ci peşə təhsili alaraq aşpazlıq sənətinə yiyələnib. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Niyamin Niftəlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində gedən döyüşlərdə savaşıb. Niyamin Niftalizadə oktyabr ayının 7-də Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Niyamin Niftəlizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Niyamin Niftəlizadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Niyaməddin Musayev
Niyaməddin Cabbar oğlu Musayev (1 may 1940, İmişli rayonu) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (1998), "Şöhrət" ordenli (2000). == Həyatı == Niyaməddin Cabbar oğlu Musayev 1940-cı il iyun ayının 1-də İmişli rayonunda anadan olub. 1957-ci ildən, yəni 17 yaşından peşəkar səhnədə olan sənətkarda musiqiyə olan sevgi və maraq uşaq yaşlarindan ona bu yolu seçməyə təhrik edən amillərdən olmuşdur. Gənc yaşlarında Rayon Mədəniyyət evində metodist və incəsənət məsləhətçisi işləyib. 1966-cı ildə ilk dəfə Ə. Bakıxanovun rəhbərliyi ilə xalq çalğı alətləri ansamblında bir neçə mahnısı radio fonotekasında yazılıb. 1968-ci ildə "Muğam-68" festivalının qalibi olmuşdur. == Yaradıcılığı == 1970-ci ildən filarmoniya cəmiyyətində işləməyə başlayıb. 1978-ci ildən "Röya" vokal instrumental ansamblının bədii rəhbəri olan Niyaməddin Musayev, ilk dəfə olaraq, Azərbaycanda milli estrada janrının yaradıcısı olmuş və həmin ildəcə ansamblın bir valı buraxılmışdır. Onun 1987-ci ildə "Dünya sənin, dünya mənim", 1998-ci ildə "Vətən həsrəti" adlı albomları və bir diski buraxılmışdır. O, 1974-cü ildə "Şahnaz təsnifi" ifası ilə sənət aləmində daha çox tanınmışdır.
Niyaməddin Musayev (dəqiqləşdirmə)
Niyaməddin Musayev — Azərbaycan Respublikasının xalq artisti, "Şöhrət" ordeni laureatı. Niyaməddin Musayev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
Niyaməddin Musayev (şəhid)
Niyaməddin Zirəddin oğlu Musayev (10 mart 1997, Mahmudlu, Şəmkir rayonu – 27 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Niyaməddin Musayev 1997-ci il martın 10-da Şəmkir rayonunun Mahmudlu kəndində anadan olub. 2003–2014-cü illərdə Y. Əsgərov adına Koltəhnəli kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Niyaməddin Musayev 2015–2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Niyaməddin Musayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Niyaməddin Musayev oktyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Şəmkir rayonunun Mahmudlu kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Niyaməddin Musayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Niyaməddin Musayev ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Niyaməddin Musayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Niyaməddin Musayev (əsgər)
Niyaməddin Zirəddin oğlu Musayev (10 mart 1997, Mahmudlu, Şəmkir rayonu – 27 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Niyaməddin Musayev 1997-ci il martın 10-da Şəmkir rayonunun Mahmudlu kəndində anadan olub. 2003–2014-cü illərdə Y. Əsgərov adına Koltəhnəli kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Niyaməddin Musayev 2015–2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Niyaməddin Musayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Niyaməddin Musayev oktyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Şəmkir rayonunun Mahmudlu kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Niyaməddin Musayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Niyaməddin Musayev ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Niyaməddin Musayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Niyaməddin Məhərrəmov
Niyaməddin Məhərrəmov (əsgər, 1986) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Niyaməddin Məhərrəmov (əsgər, 1993) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
Niyaməddin Məhərrəmov (əsgər, 1986)
Niyaməddin Əmiraslan oğlu Məhərrəmov (11 yanvar 1986; Eyvazalılar, Beyləqan rayonu, Azərbaycan — 6 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Niyaməddin Məhərrəmov 11 yanvar 1986-cı ildə Beyləqan rayonunun Eyvazalılar kəndində Əmiraslan Məhərrəmovun və Nəzakət Məhərrəmovanın ailəsində anadan olmuşdur. 1992-2003-cü illərdə orta təhsil almışdır. Ailəli idi, Ayan və Ayxan adlı övladları yadigar qaldı. == Hərbi xidməti == Niyaməddin Məhərrəmov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Bir müddət Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. 2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamışdır. Niyaməddin Məhərrəmov da səfərbər olunmuş, hərbi təlim toplantılarına çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Niyaməddin Məhərrəmov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü atıcı olaraq iştirak etmişdir. Cəbrayılın, Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Niyaməddin Məhərrəmov (əsgər, 1993)
Niyaməddin İsrail oğlu Məhərrəmov, (5 yanvar 1993; Şəmkir rayonu, Azərbaycan — 30 sentyabr 2020; Murovdağ Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Niyaməddin Məhərrəmov 1993-cü il yanvarın 5-i Şəmkir rayonunun Kür qəsəbəsində anadan olmuşdur. 2000–2011-ci illərdə Kür qəsəbəsində yerləşən İ. Aznaurov adına tam orta məktəbdə oxumuşdur. == Hərbi xidməti == Niyaməddin Məhərrəmov 2011–2012-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 21 sentyabr 2020-ci il tarixində ordu sıralarına cəlb edilmiş, 30 sentyabr 2020-ci il tarixində Murovdağ istiqamətində gedən döyüşlərdə həlak olmuşdur.
Niyaməddin Paşayev
Niyaməddin Paşayev (1 may 1980, Qubadlı) — Azərbaycanı təmsil edən taekvondoçu, 2001-ci il Dünya Çempionatının, həmçinin 2004 və 2005-ci illər Avropa Çempionatlarının qalibi. == Həyatı == Niyaməddin Paşayev 1980-ci il mayın 1-də Qubadlı rayonunun Muğanlı qəsəbəsində anadan olub. 1993-cü ildə Birinci Qarabağ müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən Qubadlı rayonunun işğal edilməsindən sonra Sumqayıt şəhərində qaçqın həyatı yaşamağa başladı. 1986-1993-cü illərdə Qubadlı rayonu Mahruzlu qəsəbə orta məjtəbində, 1993-1995-ci illərdə Sumqayıt şəhər 8 nömrəli tam orta məjtəbdə, 1995-1997-ci illərdə isə Qubadlı rayonu Qaracallı qəsəbə tam orta məjtəbində (Sumqayıt şəhərində yerləşir) təhsil alıb. 1998-2002-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunda ali təhsil alıb. 2002-2003-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2008-2011-ci illərdə Sumqayıt Dövlət Universitetində əlavə ali təhsil alıb. 2018-2022-ci illərdə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunda magistr dərəcəsi alıb. == Karyerası == Niyaməddin Paşayev 2000-ci ilin mayında Yunanıstanın Patras şəhərində baş tutan Avropa Çempionatının bürünc medalına sahib oldu. 2001-ci ilin noyabrında isə Niyaməddin Paşayev Cənubi Koreyanın Çeju şəhərinin ev sahibliyində baş tutan Dünya Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq Dünya Çempionatının qalibi oldu.
Niyaməddin Sultanzadə
Niyaməddin Sultanzadə (tam adı: Niyaməddin Hüsaməddin oğlu Sultanzadə; 10 sentyabr 1998; Masallı – 6 noyabr, 2020; Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Niyaməddin Sultanzadə 10 sentyabr 1998-ci ildə Masallı şəhərində anadan olub. 2005-ci ildə şəhər 1 saylı tam orta məktəbində təhsil almağa başlamış, 2016-cı ildə həmin məktəbi bitirib. Azərbaycan Dövlət Aqrar Universitetinin aqronomluq fakültəsinin qiyabi 2-ci kurs tələbəsi idi. 10 oktyabr 2018-ci il tarixindən bəri 3 saylı Regional Su Kanal İdarəsinin Masallı su kanal sahəsində xlorator su təmizləyici qurğularının operator peşəsi üzrə çalışırdı. Subay idi. == Hərbi həyatı == Niyaməddin Sultanzadə 2016-2017-ci illərdə hərbi xidmətdə olub. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində könüllü olaraq qoşulmuş, Cəbrayıl və Füzuli rayonlarında düşmən hücumunun qarşısının alınmasında şücaət göstərmiş, 6 noyabr 2020-ci il tarixində Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid Niyaməddin Sultanzadə 22 noyabr 2020-ci il tarixində dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Niyaməddin Sultanzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Niyaməddin Tağıyev
Niyaməddin Məhərrəm oğlu Tağıyev — Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı, Dövlət Sərhəd Xidməti rəisinin müavini — "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının Komandiri. == Fəaliyyəti == Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2013-cü il tarixli Sərəncamı ilə Niyaməddin Tağıyev "Vətən uğrunda" medalı ilə təltif edilib.Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2018-ci il tarixli Sərəncamı ilə Niyaməddin Tağıyevə general-mayor ali hərbi rütbəsi verilib.Azərbaycan Prezidenti İlham Əliyevin 16.08.2019-cu il tarixli Sərəncamı ilə Niyaməddin Tağıyev 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.Niyaməddin Tağıyev Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2018-ci il tarixli Sərəncamları ilə Müdafiə Nazirliyinin Naxçıvan Əlahiddə Ümumqoşun Ordu Komandanının şəxsi heyət üzrə müavini vəzifəsindən azad edilib və Dövlət Sərhəd Xidməti rəisinin müavini — "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının Komandiri vəzifəsinə təyin edilib.Azərbaycan Prezidenti İlham Əliyevin 17 avqust 2020-ci il tarixli Sərəncamı ilə Niyaməddin Tağıyevə general-leytenant ali hərbi rütbəsi verilib.
Niyaməddin İskəndərov
Niyaməddin Qulu oğlu İsgəndərov (6 dekabr 1985, Xok, Şərur rayon Naxçıvan Muxtar Respublikası – 6 noyabr 2020, Şuşa rayonu)— Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Niyammədin İsgəndərov 6 dekabr 1985-ci ildə Kəngərli rayonunun,Xok kəndində anadan olub. 1992-2003-cü ildə Xok kənd orta məktəbində təhsil alıb.İki dəfə ailə qurub ,iki qız övladı vardı. == Hərbi Xidməti == Niyammədin İsgəndərov 2003–2005-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. 2020-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. 27 sentyabrda başlayacaq və 44 gün davam edəcək olan Qarabağ müharibəsində XTQ'nin sıralarında Qarabağa yollanmaq üçün könüllü olur. 22 noyabrda doğulduğu Xok kəndində son mənzilə yola salınır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nıyaməddin Isgəndərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Niyammədin İsgəndərov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Niyaməddin Ələkbərov
Niyaməddin İsrafil oğlu Ələkbərov (12 iyul 1989; Şərur, Azərbaycan SSR — 2 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Niyaməddin Ələkbərov 1989-cu il iyulun 12-də Şərur şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Niyaməddin Ələkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Niyaməddin Ələkbərov oktyabrın 2-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Niyaməddin Ələkbərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Niyaməddin Ələkbərov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Niyaməddin Ələkbərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Niyaməddin Ələsgərov
Niyaməddin Süleyman oğlu Ələsgərov (13 aprel 1999; Axunlu, Ağsu, Azərbaycan — 4 oktyabr 2020; Toğanalı, Göygöl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Niyaməddin Ələsgərov 1999-cu il, aprelin 13-də Ağsu rayonu, Axunlu kəndində anadan olub. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Niyaməddin Ələsgərov Kəlbəcər döyüşlərində savaşıb. Niyaməddin Ələsgərov oktyabrın 4-də Kəlbəcər uğrunda gedən döyüşlərdə Toğanalı istiqamətində qəhrəmancasına şəhid olub. Ağsuda dəfn edilib.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Niyaməddin Ələsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Niyaməddin Ələsgərov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Niyaməddin Ələsgərov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.82 dəfə / 1 mln.
2011 0.17
2012 •••• 0.95
2013 •••••••••••••••••••• 6.13
2014 ••••••••••• 3.09
2016 ••• 0.87
2017 ••••• 1.46
2018 •• 0.45
2019 •• 0.42

niyam sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

NİYAM1 f. qın, qılaf. NİYAM2 ə. «naim» c. yatanlar, yuxuda olanlar.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"niyam" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#niyam nədir? #niyam sözünün mənası #niyam nə deməkdir? #niyam sözünün izahı #niyam sözünün yazılışı #niyam necə yazılır? #niyam sözünün düzgün yazılışı #niyam leksik mənası #niyam sözünün sinonimi #niyam sözünün yaxın mənalı sözlər #niyam sözünün əks mənası #niyam sözünün etimologiyası #niyam sözünün orfoqrafiyası #niyam rusca #niyam inglisça #niyam fransızca #niyam sözünün istifadəsi #sözlük