Niyət sözü azərbaycan dilində

Niyət

Yazılış

  • Niyət • 58.3333%
  • niyət • 41.6667%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Niyət
Niyyət (ərəb. نية‎) — İslam qanunlarında bir anlayışdır. Niyyat məqsəd və mənasını aydın dərk edərək hər hansı bir hərəkəti şüurlu şəkildə yerinə yetirmək və ya ondan çəkinmək kimi yozulur. Niyat insanın əməllərinin qiymətləndirilməsində əsas rol oynayır, xüsusən də, bu və ya digər hərəkətin (namaz, oruc, nikah, boşanma) ritual və hüquqi qüvvəsi ilə bağlı teoloji və hüquqi nəticəsinə və ya cinayət işi üzrə İslam məhkəməsinin qərarına təsir göstərir. == Niyyətsiz ibadət == Əksər İslam alimlərinə görə, niyyətdə dörd şərtin yerinə yetirilməsi vacibdir: "Niyyət edən adam müsəlman və ağlı başında olmalı, nə edəcəyi işi yaxşı bilməli və bunu istəməlidir. Ağlı başında olmayanın niyyəti batil olduğu kimi, niyyətsiz ibadət də mötəbər deyil" (Qəzzali 1058–1111). Belə ki, namaz qılarkən niyyətimiz Allah rizasını qazanmaq, Ona qulluqsa, onda bu niyyət bizə savab qazandırar. "Qul bəzi yaxşı əməllər edər. Bu əməllər möhürlü zərfdə mələklər tərəfindən Allahın hüzuruna aparılar. Rəbb buyurar: "Bu zərfi atın.
Niyət Şirəliyev
Niyət İmran oğlu Şirəliyev (9 fevral 1990, Ovçulu, Şamaxı rayonu – 2020 və ya 27 sentyabr 2020, Murovdağ) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Niyət Şirəliyev 1990-cı il fevralın 9-da Şamaxı rayonunun Ovçulu kəndində anadan olub.1996-2007-ci illərdə B.Alıyev adına Ovçulu kənd tam orta məktəbində, 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsil alıb. Ailəli idi. Bir qızı, bir oğlu yadigar qaldı. == Hərbi fəaliyyəti == Niyət Şirəliyev 2011-2012-ci illərdə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində ixtisası üzrə biliklərini artırıb. 2012-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmətə başlayıb. 2014-cü ildə ona “baş leytenant” hərbi rütbəsi verilib. Niyət Şirəliyev 2016-cı ilin 2-5 aprelində baş tutan döyüşlərdə iştirak edib. 2018-ci ildən “kapitan” hərbi rütbəsi altında xidmətini davam etdirirdi. Niyət Şirəliyev 2019-cu ildə Daşkəsən rayonunda yerləşən “N” saylı hərbi hissənin taboruna tabor komandirinin Maddi-texniki təminat üzrə müavini, 2020-ci ildə “N” saylı hərbi hissənin qərargah rəisi, hərbi hissə komandirinin müavini vəzifəsinə təyin olunur.
Xoş-niyət
Xoşniyyət (lat. bona fides) — nəticəsindən asılı olmayaraq, ictimai münasibətlərdə qarşılıqlı əlaqənin ədalətli, açıq və dürüst olması üçün səmimi bir niyyət kimi ifadə olunur. Baxmayaraq ki, bir çox latın ifadələri əsrlər boyu öz aktuallığını itirmişdir, lakin "bona fide" ifadəsi qəbul edildiyi məzmunda geniş istifadə edilərək müasir ingilis dilində "xoş niyyət" (ing. good faith) adlandırılmış və ümümi qəbul edilmiş məzmununu saxlamışdır. Xoş niyyət anlayışı hüquq və biznes sahələrində mühüm anlayışdır. Ona əks olan anlayışlar isə pis niyyət, "mala fides" (riyakarlıq) və xainlikdir. Müasir ingilis dilində bəzən "bona fide" ifadəsinin istifadəsi imtiyazlılıq və şəxsiyyətin ifadəsi ilə eyniləşdirilir. Bu ifadə bəzən iş elanlarında istifadə olunur və aşağıda göstərildiyi kimi vicdanlı peşə keyfiyyətləri və ya işəgötürənin vicdanlı səyi ilə oxşarlıq təşkil edir, lakin eyniləşdirilməməlidir. == Bona fides == Latınca: "yaxşı niyyət" və ya "vicdanlı" mənasını verən bir ifadədir. Anlayışın çıxışlıq halda ifadəsi "bona fide" kimidir və bu adətən sifət kimi "həqiqi" mənasında işlənilir.
Xoş niyət

Niyətşah Nemətov
Niyətşah Nemətov Səfər oğlu — əməkdar rabitə işçisi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü == Həyatı == 1928-ci ildə Yerfi sovetliyinin Qayadalı kəndində doğulmuşdur. Əmək fəaliyyətinə 1942-ci ildə Qonaqkənd rayon poçt şöbəsində poçtalyon işləməklə başlamışdır. M. F. Axundov adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. Qonaqkənd, Saatlı və Bakı şəhərinin bir çox rayon rabitə şöbələrində rəis işləmişdir. 1971-ci ildən 1989-cu ilədək Bakı şəhərinin poçt rabitəsinə nəzarət edən Bakı Poçtamtının rəhbəri olmuşdur. 1991-ci ildə Əməkdar Rabitə işçısi fəxri adını almışdır. 2006-cı ildə Prezidentin Fərdi təqaüdünə layiq görülmüşdür. 2007-ci ildə vəfat etmişdir. == İstinadlar == == Ədəbiyyat == Tahir Həsənli. Yerfililər.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.08 dəfə / 1 mln.
2004 •••••••••••••••••••• 0.34
2011 ••••• 0.09
2012 ••••••••••• 0.17
2013 ••••••••• 0.15
2014 •••••••••••••••••••• 0.34
2018 ••••••••• 0.15
2019 ••••••••• 0.14

"niyət" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#niyət nədir? #niyət sözünün mənası #niyət nə deməkdir? #niyət sözünün izahı #niyət sözünün yazılışı #niyət necə yazılır? #niyət sözünün düzgün yazılışı #niyət leksik mənası #niyət sözünün sinonimi #niyət sözünün yaxın mənalı sözlər #niyət sözünün əks mənası #niyət sözünün etimologiyası #niyət sözünün orfoqrafiyası #niyət rusca #niyət inglisça #niyət fransızca #niyət sözünün istifadəsi #sözlük