nizam-intizam sözü azərbaycan dilində

nizam-intizam

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • nizam-intizam • 81.5206%
  • Nizam-İntizam • 13.6220%
  • Nizam-intizam • 4.6463%
  • nizam-İntizam • 0.2112%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İntizam Qaçayev
İntizam Əkbər oğlu Qaçayev (14 dekabr 2001; Göyçay rayonu, Azərbaycan — 23 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İntizam Qaçayev 2001-ci il dekabrın 14-də Göyçay rayonunun 2-ci Ərəbcəbirli kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == İntizam Qaçayev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan İntizam Qaçayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində vuruşmuşdur. Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. İntizam Qaçayev oktyabrın 23-də Cəbrayıl rayonunda həlak olmuşdur. Göyçay rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İntizam Qaçayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İntizam Qaçayevi ​ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
İntizam Rəhimov
İntizam Əhməd oğlu Rəhimov (4 yanvar 1959, Qumlaq, Vartaşen rayonu – 5 iyul 1992, Naxçıvanik, Xocalı rayonu) — Baş leytenant. == Həyatı == İntizam Rəhimov 4 yanvar 1959-cu ildə Oğuz rayonunun Qumlaq kəndində anadan olmuşdur. 1966-1976-cı illərdə həmin kənd məktəbində oxumuşdur. 1978-1980-ci illərdə SSRİ silahlı qüvvələrində xidmət etmişdir. İ.Rəhimov 1982-ci ildə Azərbaycan Pedaqoji İnstitunun hərbi hazırlıq fakultəsinə qəbul olmuş və 1986-cı ildə həmin fakultəni bitirmişdir. 1987-ci ildə Oğuz rayon Padar kənd orta məktəbində, daha sonra isə Tayıflı kənd orta məktəbində gənclərin çağırışa qədər hərbi hazırlıq müəllimi işləmişdir. == Hərbi xidməti == Qarabağ müharibəsi başlayanda 1992-ci ilin 14 iyununda İntizam könüllü olaraq vətənin müdafiəsinə yollanmışdır. 1992-ci il "Oğuz yurdu" qəzetində İntizam Rəhimova həsr olunmuş "Yarımçıq qalmış ömür" adlı məqalə dərc olunmuşdur. 1992-ci il iyul ayının 5-də Ağdamın Naxçıvanik kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. == Ailəsi == İntizam Rəhimovun ocağında 3 qız övladı doğulub boya başa çatmışdır.
Nizam Osmanov
Nizam Ramazan oğlu Osmanov (16 iyun 1965, Kalinino rayonu) — Azərbaycan Respublikası müdafiə nazirinin sabiq müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin sabiq rəisi, general-leytenant. == Həyatı == Osmanov Nizam Ramazan oğlu 16 iyun 1965-ci ildə Ermənistan Respublikası, Kalinino rayonunda anadan olub. 1986-cı ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirib. 1986–1992-ci illərdə Uzaq Şərq Hərbi Dairəsində taqım, bölük, tabor komandirləri vəzifələrində xidmət edib. 1992-ci ilin avqust ayından Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətə başlayıb. 1992–2002-ci illərdə motoatıcı tabor komandiri, hərbi hissənin əməliyyat şöbəsi rəisinin baş köməkçisi, qərargah rəisi, alay komandirinin müavini, motoatıcı briqadanın qərargah rəisi və komandiri, hərbi birlik komandirinin müavini vəzifələrində xidmət edib. 2002–2014-cü illərdə hərbi birlik komandiri vəzifəsində xidmət edib. 2014–2020-ci illərdə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini — Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi vəzifəsində xidmət edib. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib. 8 iyul 2020-ci ildə Müdafiə nazirinin müvafiq əmri ilə Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini — Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsinin icrasına buraxılıb.
Əmir Nizam
Həsənəli xan Məhəmmədsadıq oğlu Gərrusi (1820-1900), (حسنعلی خان امیر نظام گروسی) — Əmir Nizam, dövlət xadimi, ədib, xəttat, dilçi. == Həyatı == Həsənəli xan Məhəmmədsadıq oğlu Gərrusi 1820-ci ildə Urmiya vilayəti Gərrus şəhərində anadan olmuşdu. Kəbudvənd tayfasındandır. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. 1871-ci ildə İstanbulda səfir, Sonra Kürdüstanda vali, 1883-cü ildən 1892-ci ilədək Cənubi Azərbaycanın valisi olmuşdu. Mirzə Fətəli Axundovla tanış idi. Gözəl xətti vardı. Xəttatlıq sənətinin genişlənməsinə çalışırdı. Həsənəli xan Gərrusi 1900-cü ildə vəfat edib.
İntizam (film, 1983)
== Məzmunu == Filmdə iş yerlərindəki intizamsızlıq göstərilir.
Mirzə Nizam (Qoşaçay)
Mirzə Nizam (fars. ميرزانظام‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 44 nəfər yaşayır (11 ailə).
Əmir Nizam Evi
Əmir Nizam evi və ya Qacar muzeyi — Qacar sülaləsi dövründə Təbrizin Şeşgilan məhəlləsində tikilmiş tarixi binalardan biri. Bina Nəsirəddin şah Qacarın dövründə və Əmir Nizam Gərusinin xidməti zamanı tikilmişdir. Binada hazırda Qacar muzeyi fəaliyyət göstərir. == Haqqında == Bina Nəsirəddin şah Qacarın hakimiyyəti dövründə Əmir Nizam Gərusinin xidməti zamanı tikilmişdir. Tarixi mənbələrə əsasən bina tikildiyi dövrdən Qacarlar dövrünün sonunadək Azərbaycan əyalətinin valilik binası kimi istifadə edilmişdir. Uzun müddət təmir olunan bina təmirdən sonra Qacar muzeyi kimi fəaliyyət göstərməyə başlayıb. Qacar muzeyinin Təbrizdə açılmasına səbəb Təbriz şəhərinin Darolsəltənə (sultanlıq divanı) olması və Tehrandan sonra ən önəmli şəhəri olmasıdır. Qacar sülaləsinin başlanğıcından və Abbas Mirza vəliəhd olan zamandan bəri Təbriz şəhəri vəliəhdlərin iqamətgahı idi. Binanın ərazisi 1500 m.²-dir və iki mərtəbələdiri. İçərisində hovuzlar və fəvvarələr olan iki iç və xarici həyətə malikdir.
Nasist Almaniyasında intizam polisi
Ordnungspolizei (qısası: OrPo ya Orpo, formasının rənginə görə Grüne Polizei), Nasist Almaniyasının normal polisi. Nasist Almaniyası dövründə xüsusilə 1936-1945-ci illər arasında Sicherheitspolizei (SiPo) ilə birlikdə rejimin qorunmasında mühüm rol oynamışdır. Faşistlərin Sovet hərbi əsirlərinə qarşı törətdikləri cinayətlər kontekstində bir çox şəxs Ordnungspolizei üzvləri tərəfindən edam edilmişdir.
Fətəli xan Əmir-nizam
Fətəli xan Hidayətulla xan oğlu Əmir-nizam (?-?)— Fətəli şah və Məhəmməd şah dövrlərində, Azərbaycanın hakimi, Azərbaycan ordusunun komandanı və Abbas mirzənin əmiri olmuşdur. Mirzə Fətəli xan bir müddət Fətəli şah Qacarın sarayında eşikağası vəzifəsində çalışmışdı. Mirzə Fətəli xan bəylərbəyi bir müddət Cənubi Azərbaycan hakimi Əhməd xan Müqəddəmin müavini vəzifəsində çalışmışdı. Tarixçi Əminə Pakrəvan yazır: "Jauber xatirələrində Bəylərbəyinin yardımçısı Təbrizli Fətəli xan barədə bu sözləri yazır: "Fətəli xan o qədər açıqgörüşlü, geniş düşüncəli idi ki, onun Avropada təhsil aldığını sanmışdım." Mirzə Fətəli xan sonra İranın hərb naziri olmuşdu. == Həmçinin bax == Mirzə Məhəmmədbağır xan Əmirnizam - Fətəli xanın nəvəsidir.
Məhəmmədibrahim xan Vəziri-nizam
Məhəmmədibrahim xan Məhəmmədtağı xan oğlu Vəziri-nizam (?-?)—İranın hərbi naziri. == Həyatı == Məhəmmədibrahim xan Təbriz şəhərində anadan olmuşdu. Məhəmmədtağı xan memarbaşının oğludur. Mükəmməl mədrəsə təhsili almışdı. Bacısı Münirüssəltənə Nasirəddin şah Qacarla ailə qurandan sonra onun bəxti parladı. Vəziri-nizam ləqəbi ilə İran ordusuna rəhbərlik etdi. Vəziri-nizam Mərkəzi İranın Karaqan vilayətində böyük mülkədar idi və həmin vilayətin rəsmi hakimi hesab edilirdi. == İstinadlar == == Həmçinin bax == Kamran mirzə Qovanlı-Qacarın dayısıdır.
Əş-şaab yurid iskat'en-nizam
Əş-şaab yurid iskat'en-nizam (ərəb. الشعب يريد إسقاط النظام Tərcüməsi: "İnsanlar rejimi devirmək istəyirlər"‎) — Ərəb baharında istifadə edilən siyasi şüar. Bu şüar ilk olaraq Yasəmən inqilabında işlədildi. Daha sonra Misir inqilabı (2011) zamanı tez-tez istifadə olunmağa başlandı. Misir inqilabında ilahi bir ifadə olmaqla bərabər, həmçinin divarlara ən çox yazılan şüar idi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.97 dəfə / 1 mln.
2011 ••••• 0.94
2012 ••••••••••• 2.32
2013 •••• 0.88
2014 •••••••••••• 2.57
2015 •••••••••••••••••••• 4.42
2016 ••••••••••••• 2.78
2020 •••••• 1.19

nizam-intizam sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] Müəyyən edilmiş qayda, üsul, qayda-qanun. İşdə nizamintizama riayət etmək. – Qabaq cərgələrdə nisbətən nizam-intizam vardı. S.Rəhman. Ey oğul, bil ki, adi adamların işlərində müəyyən bir qayda-qanun, nizam-intizam olmaz, onlar bir şeyin vaxtı olub-olmadığına fikir verməzlər. “Qabusnamə”

    Azərbaycan dilinin izahlı lüğəti / nizam-intizam

nizam-intizam sözünün sinonimləri (yaxın mənalı sözlər)

nizam-intizam sözünün rus dilinə tərcüməsi

  • 1 распорядок, дисциплина

    Azərbaycanca-rusca lüğət / nizam-intizam
  • 2 сущ. 1. порядок, распорядок (сложившиеся или установленные где-л. правила поведения). Əsgəri nizam-intizam армейский порядок, nizam-intizama tabe olmaq подчиняться порядку 2. дисциплина (следование установленным порядкам, правилам, обязательное для всех членов какого-л. коллектива). Hərbi nizam-intizam воинская дисциплина, ciddi nizam-intizam строгая дисциплина, məktəb nizam-intizamı школьная дисциплина, nizam-intizama əməl etmək соблюдать дисциплину

    Azərbaycanca-rusca lüğət / nizam-intizam

nizam-intizam sözünün inglis dilinə tərcüməsi

  • 1 i. 1. discipline; əmək ~ı labour discipline; məktəb ~ı school discipline; möhkəm ~ strict / firm discipline; ~ yaratmaq to establish discipline; 2. order; routine; müəssisədə daxili ~ qaydası (office) regulations

    Azərbaycanca-ingiliscə lüğət / nizam-intizam

nizam-intizam sözünün fransız dilinə tərcüməsi

  • 1 is. ordre m ; ~a tabe olmaq obéir à l’ordre ; discipline f ; hərbi ~ discipline militaire ; ciddi ~ discipline sévère, discipline stricte ; məktəb ~ı discipline scolaire ; universitet ~ı discipline universitaire

    Azərbaycanca-fransızca lüğət / nizam-intizam

nizam-intizam sözünün ləzgi dilinə tərcüməsi

Oxşar sözlər

#nizam-intizam nədir? #nizam-intizam sözünün mənası #nizam-intizam nə deməkdir? #nizam-intizam sözünün izahı #nizam-intizam sözünün yazılışı #nizam-intizam necə yazılır? #nizam-intizam sözünün düzgün yazılışı #nizam-intizam leksik mənası #nizam-intizam sözünün sinonimi #nizam-intizam sözünün yaxın mənalı sözlər #nizam-intizam sözünün əks mənası #nizam-intizam sözünün etimologiyası #nizam-intizam sözünün orfoqrafiyası #nizam-intizam rusca #nizam-intizam inglisça #nizam-intizam fransızca #nizam-intizam sözünün istifadəsi #sözlük