Nizamiyyə sözü azərbaycan dilində

Nizamiyyə

Yazılış

  • Nizamiyyə • 70.0000%
  • nizamiyyə • 26.6667%
  • NİZAMİYYƏ • 3.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Nizamiyyə mədrəsəsi
Nizamiyyə mədrəsəsi — Bağdad şəhərində 1067-ci ildə açılmış mədrəsə. == Tarixi == === Mədrəsənin yaradılma səbəbi === Mədrəsə sözü ərəbcə “dərəsə-oxumaq, anlamaq, bir mətni öyrənmək və əzbərləmək üçün təkrarlamaq” kökündən olub “dərs deyilən yer” deməkdir. Bu sözdən “tədris”, “müdərris”(“dərs deyən”), midrəs (“Quran oxunan yer”) və s. kimi terminlər yaranmışdır. İslamın yayıldığı ilk dövrlərdə ayrı-ayrı ilahiyyatçı alimlərin mühazirə oxuduqları yer, eləcə də böyük məscidlərdə daimi məktəb və ya mühazirə kursları mövcud idi. Mədrəsə adlanan xüsusi tipli orta və ali ilahi-hüquqi məktəblər h. IV/IX əsrlərdə Xilafət Şərqində (Mərkəzi Asiya və Xorasanda) yaranmış, daha sonra isə oradan qərb vilayətlərinə keçmişdi.Mədrəsə təsisatı Səlcuqların hakimiyyəti illərində özünün çiçəklənmə dövrünü keçirirdi. Bəzi tədqiqatçıların (C.Maqdisi və K.Klauzner) fikrincə, səlcuqilər bu mədrəsələri yalnız inzibati idarəetmə kadrlarının hazırlanması məqsədilə yaratmışdılar. Lakin, tədris prosesində gələcək inzibatçılar özlərinin fəaliyyəti üçün vacib olan elmləri və təcrübəni almırdılar. C.Maqdisi mədrəsəni bitirən şəxslərin aldığı geniş əhatəli vəzifələri sadalayarkən qazı vəzifəsindən başqa hökumət xidməti ilə bağlı heç bir vəzifənin adını çəkmir.
Nizamiyyə mədrəsəsi (Gəncə)
Nizamiyyə mədrəsəsi (Gəncə) — XII əsrə aid Böyük Səlcuq İmperiyasının vəziri Nizamülmülkün şərəfinə yaradılan «Nizamiyyə» mədrəsələrindən biri. == Haqqında == === X-XII əsrlərdə Gəncədə mədəni vəziyyət === X əsrin 70-ci illərindən Arranda hökmranlıq edən Şəddadilər sülaləsinin paytaxtı Gəncə çox keçmədən Bərdəni geridə qoyaraq Arranın ən iri şəhərinə çevrilir. Böyük Səlcuqilərin üç ən böyük şəhəri (Mərv, Nişapur və İsfahan) ilə yanaşı Gəncə də böyük şəhərlər sırasına daxil olur. Lakin, XII əsrin I yarısında Gəncədə basqın və qarətlər şəhəri tamamilə dağıtmışdı. Buna baxmayaraq, şəhərin strateji mövqeyi, xüsusilə sənətkarlığın yüksək inkişafı eləcə də sultanın canişini Qara Sunqurun öz qoşunları ilə gəncəlilərə qoşulması şəhərin “əvvəlki gözəlliyinin” bərpa olunmasına imkan vermişdi. Əl-Bundariyə görə, zəlzələdən sonra şəhər “əvvəlkindən də yaxşı” tikilmişdi. Coğrafiyaşünas səyyah-tarixçi Yaqut əl-Həməvinin məlumatına görə, Azərbaycan şəhərlərində olan ərəb və fars dillərində zəngin kitab fondlarından biri də Gəncədə yerləşmişdi. Belə kitab fondları olan kitabxanalar bütün arzu edənlər üçün açıq olurdu. Bura gələnlər qiraət və kitabların üzünü köçürməklə məşğul olurdular. Kənardan gələnlərə mürəkkəb və qələm verirdilər, elmin müxtəlif sahələrində işləyən alimlər isə maaşla təmin olunurdu.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.08 dəfə / 1 mln.
2018 •••••••••••••••••••• 1.20
2020 ••• 0.13

nizamiyyə sözünün sinonimləri (yaxın mənalı sözlər)

nizamiyyə sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

NİZAMİ(YYƏ) ə. 1) nizamlı, müntəzəm; 2) qanun və nizama aid, dövlət və hökumət qaydalarına uyğun; 3) hərbi.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"nizamiyyə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#nizamiyyə nədir? #nizamiyyə sözünün mənası #nizamiyyə nə deməkdir? #nizamiyyə sözünün izahı #nizamiyyə sözünün yazılışı #nizamiyyə necə yazılır? #nizamiyyə sözünün düzgün yazılışı #nizamiyyə leksik mənası #nizamiyyə sözünün sinonimi #nizamiyyə sözünün yaxın mənalı sözlər #nizamiyyə sözünün əks mənası #nizamiyyə sözünün etimologiyası #nizamiyyə sözünün orfoqrafiyası #nizamiyyə rusca #nizamiyyə inglisça #nizamiyyə fransızca #nizamiyyə sözünün istifadəsi #sözlük