nişangah sözü azərbaycan dilində

nişangah

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • nişangah • 90.6542%
  • Nişangah • 7.4766%
  • NİŞANGAH • 1.8692%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Nişangah
Nişangah, nişanalma vasitələri — odlu silahları və ya raket silahlarını hədəfə tuşlamaq üçün cihaz və mexanizmlər. Nişangah vasitəsilə silah lüləsinin oxuna fəzada lazımi üfüqi və şaquli tuşlama bucaqlarda verilir. Nişangahın mexaniki, optik, elektron-optik və s. növləri var. Avtomatik və qeyri-avtomatik nişangahlar olur. Müasir silahların əksəriyyəti gecə atəş açmaq üçün xüsusi nişangahla təmin olunur. Birbaşa və vasitəli tuşlama prosesi üçün iki nişangahlı müasir silahlar daha geniş yayılmışdır.

nişangah sözünün leksik mənası və izahı

  • 1 is. [fars.] 1. bax nişan 3-cü mənada. 2. Odlu silahlarda: hədəfi nişan almaq üçün lülə üzərində çıxıntı. İskəndər kişi onların qaraltısını görürdüsə də, tüfəngin nişangahını seçmirdi. M.Hüseyn. 3. Bir şeyə, hadisəyə xatirə olmaq üçün nişan qoyulmuş yer, nişan basdırılan yer; nişanə. Dağ başında varsa da bir nişangah; Ətrafını basmış vəhşi gül, giyah. A.Səhhət. [Yunis] nişangahları yoxlayıb ağacdan sağasola ağ torpaq tökülən xətti bir də qələmlə işarə etdi. Mir Cəlal.

    Azərbaycan dilinin izahlı lüğəti / nişangah
  • 2 f. 1) nişan olan yer, nişan basdırılan yer; 2) hədəf, nişanə.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / nişangah

nişangah sözünün sinonimləri (yaxın mənalı sözlər)

nişangah sözünün rus dilinə tərcüməsi

  • 1 мишень, прицел

    Azərbaycanca-rusca lüğət / nişangah
  • 2 I сущ. 1. мишень, цель. Nişangaha güllə atmaq стрелять в мишень, nişangahın mərkəzinə vurmaq попасть в центр мишени 2. прицел (приспособление на огнестрельном оружии для наводки на цель). Teleskopik nişangah телескопический прицел 3. метка, отметина (какой-л. знак, поставленный с целью отличения или обозначения чего-л., указания на что-л.) II прил. воен. прицельный. Nişangah ağacı прицельная веха; nişangah qolu (topda) целик (у пушки)

    Azərbaycanca-rusca lüğət / nişangah

nişangah sözünün inglis dilinə tərcüməsi

nişangah sözünün fransız dilinə tərcüməsi

nişangah sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] сущ. 1. кил. nişan 2); 2. къаравул, лишан (тфенгдин луьледин кӀуфал жедай); 3. лишан эцигнавай (тунвай, акӀурнавай) чка.

    Azərbaycanca-ləzgicə lüğəti / nişangah

"nişangah" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#nişangah nədir? #nişangah sözünün mənası #nişangah nə deməkdir? #nişangah sözünün izahı #nişangah sözünün yazılışı #nişangah necə yazılır? #nişangah sözünün düzgün yazılışı #nişangah leksik mənası #nişangah sözünün sinonimi #nişangah sözünün yaxın mənalı sözlər #nişangah sözünün əks mənası #nişangah sözünün etimologiyası #nişangah sözünün orfoqrafiyası #nişangah rusca #nişangah inglisça #nişangah fransızca #nişangah sözünün istifadəsi #sözlük