nobelium sözü azərbaycan dilində

nobelium

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • nobelium • 66.6667%
  • Nobelium • 33.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Nobelium
Nobelium (No, lat. Nobelium) – aktinoid qrupundan süni yolla alınmış 102 atom nömrəli kimyəvi element. İlk dəfə olaraq elementin sintezi haqqında 1957-ci ildə Stokholmda işləyən beynəlxalq alimlər qrupu məlumat vermişdir və təklif etmişdirlər ki, yeni element isveç mühəndis kimyaçısı, ixtiraçı və sənayeçi Alfred Bernxard Nobelin (1833-1896) şərəfinə adlandırılsın. Sonradan alınan nəticələrin yanlış olduğu aydınlaşdı. İlk etibarlı məlumatlar bu element üçün SSRİ-də Q.N. Flerovun qrupu tərəfindən 1966-cı ildə alındı. Alimlər təklif etdilər ki, elementin adını dəyişsinlər və fransız fiziki Frederik Jolio-Kürinin şərəfinə joliotium (Jl) adlandırsınlar. Kompromis kimi həmçinin təklif olundu ki, elemet Georgi Nikolayeviç Flerovun (1913-1990) şərəfinə flerovium adlandırılsın. Məsələ bir neçə on il açıq qaldı, nobeliumun işarəsi mötərizədə göstərildi. Məsələn, Kimya ensiklopediyasının 1992-ci ildə çap olunmuş üçüncü tomunda nobelium haqqında məqalə var idi. Amma zaman keçdikcə məsələ “soruldu” və bu ensiklopediyanın 4-cü tomundan (0, 1995-ci ildə nəşr olunmuşdur) başlayaraq No simvolu mötərizədən azad oldu.

Oxşar sözlər

#nobelium nədir? #nobelium sözünün mənası #nobelium nə deməkdir? #nobelium sözünün izahı #nobelium sözünün yazılışı #nobelium necə yazılır? #nobelium sözünün düzgün yazılışı #nobelium leksik mənası #nobelium sözünün sinonimi #nobelium sözünün yaxın mənalı sözlər #nobelium sözünün əks mənası #nobelium sözünün etimologiyası #nobelium sözünün orfoqrafiyası #nobelium rusca #nobelium inglisça #nobelium fransızca #nobelium sözünün istifadəsi #sözlük