noq sözü azərbaycan dilində

noq

Yazılış

  • noq • 80.0000%
  • NoQ • 20.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Eqq-noq içkisi
Eqq-noq (ing. eggnog, egg-nog)-Şirin içkidir. == Haqqında == Kənd yumurtasının süd ilə qarışığından alınır. ABŞ, Kanada, Cənubi,Mərkəzi Amerika və Avropa ölkələrində geniş yayılıb. Milli bayram içkisi sayılır. Eqq-noqun vətəni Şotlandiya<nowi4767y0ki/>dı. == Tərkibi == Eqq-noqun sadə tərkibi: yumurta şəkər tozu süd və ya qaymaq alkoqol (rom, visnki, brendi bu ancaq alkoqollu növünə əlavə edilir) ədviyyatlar (darçın, hind qozu və s)Rusiyada bu içkinin oxşarı qoqul-moqoldur. == Həmçinin bax == Qoqul-moqol Alkoqollu içkilər == İstinadlar == Andrew F. Smith, The Oxford Encyclopedia of Food and Drink in America, Oxford University Press, 2.
Alabuqat/Utar noqayları
Alabuqat tatarları və yaxud Utar noqayları (həmçinin alabuqat noqayları, utarlar, tatar. alabuqat tatarları, noqayca utar noqayları, kalm. manqad) — Həştərxan tatarları daxilində etnik qrup.. Əksər Həştərxan tatarları kimi onlar da özlərini xüsusi etnik icma kimi fərqləndirmirlər və əsasən tatarlar kimi təsnif edirlər və 2010-cu il siyahıyaalınması zamanı 7 nəfər Alabuqat tatarlarına mənsub olduqlarını göstərib. Dağınıq məskunlaşma və Qazan tatarlarına mədəni və dil yaxınlığı ilə səciyyələnirlər. == Etnonim == Utar etnonimi ut-ar sözündən yaranıb, burada əsas söz ut sözüdür - ot və ya oddur. Beləliklə, Utar "ot" totemi olan insanlar və ya odla məşğul olan insanlar deməkdir.. Alabuqat etnonimi Alabuqa stansiyasının adından gəlir. Bu isə köçəri dayanacağıdır. == Etnogenez == XVIII əsrin sonlarında kalmıklaşmış qazax-tomutların, türkmənlərin və Zenzeli kəndi tatarlarının bir hissəsi olan köçəri yurd tatarlarının (Cemboylıq və Beşuqil qəbilələri) 100 çadırdan ibarət bir qrupunun inzibati birləşməsi nəticəsində yaranmışdır.
Alberto Noqeyra
Alberto Noqeyra (24 sentyabr 1989, Madrid) — Hindistan Super Liqası təmsilçisi "Mumbay Siti" klubunda hücumameyilli yarımüdafiəçi mövqeyində çıxış edən İspaniya futbolçusu. == Klub karyerası == === "Atletiko Madrid" === Madrid şəhərində doğulmuş Noqeyranın ilk iki klubu İspaniyanın o vaxtkı "Tersera" adlı dördüncü divizyonda çıxış edirdi, 2009-cu ilin iyul ayında Noqeyra "Atletiko Madrid" ilə müqavilə imzaladı və müqaviləsinə əsasən o, 3-cü rezerv heyətdə çıxış etməli idi. İlk mövsümdə əla oyun sərgiləyən Noqeyra İspaniya ikinci B futbol divizyonunda çıxış edən "Atletiko B Madrid" klubunun heyətinə yüksəldi. 2011-ci ilin əvvəlində baş məşqçi Kike Sançez Flores onu əsas heyətə saldı və oyunçu 24 aprel tarixində La Liqa debütunu etdi. Yerli stadionda keçirilən və 4–1 qələbə hesabı ilə bitən "Levante" klubuna qarşı keçirilən oyunda o, son dəqiqələrdə Eliası əvəzlədi. === "Blekpul" === 14 avqust 2012-ci ildə Noguera İFL Çempionşip təmsilçisi "Blekpul" ilə üç ilə qədər artırılma şərti ilə iki illik müqavilə imzaladı. Onun ilk oyunu həmin ayın 25-inə "Blumfild Roud" stadionunda keçirilən və 6:0 qələbə hesabı ilə bitən "İpsviç Taun" klubuna qarşı oyuna təsadüf etdi. Noqeyranın "sisayderlər" ilə müqaviləsi 29 iyul 2013-cü ildə qarşılıqlı razılıq əsasında ləğv edildi. === "Bakı" === 2013-cü il avqustun sonunda Noqeyra Azərbaycan Premyer Liqasının "Bakı FK" klubu ilə bir illik müqaviləyə razılıq verdi.. O, ilk qolunu növbəti il fevralın 15-də 2:0 yekun hesabı müəyyənləşdirən “Neftçi”yə qarşı oyunda vurdu.
Beatriz Noqalez
Beatriz Noqalez (3 mart 1983) — İspaniyanı təmsil edən bədii gimnast. == Karyerası == Beatriz Noqalez İspaniyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 10-cu pillənin sahibi olub.
Hideyo Noquçi
Hideyo Noquçi (野口 英世, Noquçi Hideyo, 9 noyabr 1876, İnavaşiro[d] – 21 may 1928, Akkra) və ya doğum adı ilə Seysaku Noquçi (野口 清作, Noquçi Seysaku) – Yaponiya bakterioloqu. O, sifilis xəstəliyinin törədicisi olan Treponema pallidum bakteriyasını kəşf etməsinə görə tanınır. == Həyatı və karyerası == Seysaku Noquçi 9 noyabr 1876-cı ildə Yaponiyanın Fukuşima prefekturasının İnavaşiro qəsəbəsində doğulmuşdur. 1878-ci ildə evdəki ocağa düşərək sol əlini yandırmışdır. 1892-ci ildə Kanae Vatanabe əlini əməliyyat etdirmiş və Noquçi baş barmağını yenidən hərəkət etdirə bilmişdir. Bu hadisədən sonra tibb sahəsinə maraq göstərməyə başlamışdır. 1896-cı ildə tibb təhsili almaq üçün Tokioya yola düşmüş və 1897-ci ildə milli imtahanı keçərək həkim olmuşdur. 1898-ci ildə Şibasaburo Kitasatonun başçılıq etdiyi Yoluxucu Xəstəliklər İnstututuna daxil olaraq bakterioloq olmağa qərar vermişdir. Bu dövrdə adını Seysakudan Hideyoya dəyişmişdir. O, Çinə gedərək taunla mübarizə aparmışdır.Noquçi 1900-cü ildə Simon Fleksnerin dəvəti ilə ABŞ-yə getmiş və Pensilvaniya Universitetində işləmişdir.
Hideyo Noquçi Memorial Muzeyi
Hideyo Noquçi Memorial Muzeyi (野口英世記念館, Noquçi Hideyo Kinenkan) – Yaponiyanın Fukuşima prefekturasının İnavaşiro qəsəbəsində yerləşən bioqrafik muzey. Muzey Yaponiya bakterioloqu Hideyo Noquçiyə həsr olunmuşdur. == Tarixi == Muzey 1939-cu ildə Hideyo Noquçi Memorial Cəmiyyətinin təşəbbüsü ilə açılmışdır. 2015-ci ildə isə muzeydə yenidənqurma işləri aparılmışdır. == Xüsusiyyətlər == Muzey kompleksinə Noquçinin doğulduğu ev də daxildir və ev xüsusi mühafizə qurğusu ilə yağıntılardan qorunur. Evdə Noquçinin 1896-cı ildə tibb imtihanı üçün Tokioya yola düşməzdən qabaq yazdığı mesajı görmək mümkündür: "Bütün məqsədlərimə çatmadan bu yerə bir daha ayaq basmayacam".Muzeyin əsas binasında "Hideyonun həyatı və dövrləri", "Əsl Hideyo" və "Həkimin laboratoriyası" adlı daimi sərgi otaqları yerləşir. Hər bir sərgidə alimə aid əşyalar, fotolar və digər materiallar sərgilənir. "Həkim Noquçinin həyatında bir gün" sərgisi onun Rokfeller İnstitutundakı laboratoriya fəaliyyətlərini nümayiş etdirir. Onun Danimarka, Meksika, Peru, Ekvador və Afrikadakı fəaliyyətlərini əks etdirən xronoloji sərgilər quraşdırılmışdır."Əsl Hideyo" sərgi otağında Noquçinin Nyu-Yorkun Şandeken qəsəbəsində yerləşən evinin replikası yaradılmışdır. Evin divarları Noquçiyə aid olan rəsmlər və xəttatlıq işləri ilə bəzədilmişdir.
Hideyo Noquçi Memorial Zalı
Hideyo Noquçi Memorial Muzeyi (野口英世記念館, Noquçi Hideyo Kinenkan) – Yaponiyanın Fukuşima prefekturasının İnavaşiro qəsəbəsində yerləşən bioqrafik muzey. Muzey Yaponiya bakterioloqu Hideyo Noquçiyə həsr olunmuşdur. == Tarixi == Muzey 1939-cu ildə Hideyo Noquçi Memorial Cəmiyyətinin təşəbbüsü ilə açılmışdır. 2015-ci ildə isə muzeydə yenidənqurma işləri aparılmışdır. == Xüsusiyyətlər == Muzey kompleksinə Noquçinin doğulduğu ev də daxildir və ev xüsusi mühafizə qurğusu ilə yağıntılardan qorunur. Evdə Noquçinin 1896-cı ildə tibb imtihanı üçün Tokioya yola düşməzdən qabaq yazdığı mesajı görmək mümkündür: "Bütün məqsədlərimə çatmadan bu yerə bir daha ayaq basmayacam".Muzeyin əsas binasında "Hideyonun həyatı və dövrləri", "Əsl Hideyo" və "Həkimin laboratoriyası" adlı daimi sərgi otaqları yerləşir. Hər bir sərgidə alimə aid əşyalar, fotolar və digər materiallar sərgilənir. "Həkim Noquçinin həyatında bir gün" sərgisi onun Rokfeller İnstitutundakı laboratoriya fəaliyyətlərini nümayiş etdirir. Onun Danimarka, Meksika, Peru, Ekvador və Afrikadakı fəaliyyətlərini əks etdirən xronoloji sərgilər quraşdırılmışdır."Əsl Hideyo" sərgi otağında Noquçinin Nyu-Yorkun Şandeken qəsəbəsində yerləşən evinin replikası yaradılmışdır. Evin divarları Noquçiyə aid olan rəsmlər və xəttatlıq işləri ilə bəzədilmişdir.
Kikboksçuların kralı 3: Sonuncu Noqdaun (film, 1995)
Kikboksçuların kralı 3: Sonuncu Noqdaun və ya Xam hədəf (ing. Raw Target) — 1995-ci ildə Tim Sprinq tərəfindən çəkilən döyüş filmi janrlı ABŞ filmidir. == Məzmun == Kikboksçu Conni Rider rinqdə rəqibini məğlub edərək öldürür. Bundan sonra onun turnirlərdə iştirak etməyə icazə verilmir. Lakin bir müddət keçdikdən sonra Conninin qardaşı öldürülür. Polislər bu işlə məşğul olmur. Çünki qardaşını öldürən məşhur narkomafiya başçısı və döyüş ustasıdır. Conni onun yanında işləyərək qisas almağa başlayır. == Rollarda == == Xarici keçidlər == Kikboksçuların kralı 3: Sonuncu Noqdaun — Internet Movie Database saytında.
Koci Noquçi
Koci Noquçi (d. 5 iyun 1970) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Maresuke Noqi
Maresuke Noqi (乃木 希典, 25 dekabr 1849 – 13 sentyabr 1912[…]) — Yaponiya imperiyasının generalı və Tayvanın üçüncü general-qubernatoru. == Həyatı == === İlk illər === Noqi samuray ailəsində doğulmuşdur. 1869-cu ildə o, orduda xidmətə başlamış, 1871-ci ildə mayor rütbəsinə yüksəlmişdir. Sayqo Takamorinin başçılıq etdiyi üsyançılara qarşı döyüşmüş və podpolkovnik rütbəsinə layiq görülmüşdür. Ağır döyüşlərdən birində Noqi 14-cü piyada alayının bayrağını itirmişdir. Bu rüsvayçılıq onu bütün ömrü boyu izləmişdir və sonradan o bu hadisəni intiharının əsas səbəblərindən biri adlandırmışdır. 1876-cı il avqustun 27-də də Noqi o zaman 20 yaşında olan samuray Yudzi Sadanonun qızı Sidzuko ilə evlənmişdir. 1877-ci il avqustun 28-də onların ilk oğlu Katsunori dünyaya gəldi və Noqi Tokioda ev aldı. 1878-ci ildə o, polkovnik rütbəsinə yüksəldildi. 1879-cu ildə onun ikinci oğlu anadan oldu.
Noqata (valyuta)
Noqata (rus. Ногата) — Kiyev Rus dövlətinin pul sistemi vahidlərindən biri. X əsrdə daha keyfiyyətli dirhəmləri keyfiyyətsiz dirhəmlərdən fərqləndirmək məqsədilə yaradılmışdır. XI əsrdə Noqata 1/20 qrivnaya və 1,25 kunaya (XII əsrdə 2,5 kunaya) bərabər idi. Noqata adı pul ifadəsi kimi XV əsrin axırlarınadək saxlanılmışdır. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Ногата // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. Словарь нумизмата.
Noqay Orda
Noqay Ordası və ya Mangırt yurdu — XIV əsrin sonu - XV əsrin əvvəllərində Volqa və Ural çayları arasındakı qovşaqda Qızıl Ordanın süqutu nəticəsində meydana gələn və nəhayət XV əsrin 40-cı illərində (1440-cı ilə qədər) formalaşan köçəri dövlət formasiyası. XVII əsrin birinci yarısında daxili qarşıdurmalar və xarici təzyiqlər nəticəsində parçalanmışdır. Noqay Ordası indiki Qazaxıstanın şimal-qərbində yerləşirdi. Ərazisinin özəyini Volqa ilə Yaik (Ural) arasındakı çöllər təşkil edirdi. Şərqdə noqaylar Yaikin sol sahili boyunca köçəri həyat sürürdülər. Cənub-şərqdə isə köçəri düşərgələri Cənubi Aral dənizi bölgəsinə, cənubda - Mərkəzi Şərqi Xəzər dənizi bölgəsinə, qərbdə - Həştərxan xanlığına, şimal-qərbdə Kazan xanlığına, şimal-şərqdə - Qərbi Sibir düzənliyində yerləşirdi. == Dövlətin təşəkkülü == Noqay Ordasının yaranmasında və möhkəmlənməsində Qızıl Orda qoşunlarının başçısı Yedigey mühüm rol oynamışdı. O, Ağ Orda əmiri də olmuşdur. Mənşəcə Yedigey Manqıt tayfasından idi. Toxtamışa qarşı mübarizə aparmış, 1397-ci ildə Qızıl Orda qoşunlarının başçısı seçilmişdir.
Noqay Ordası
Noqay Ordası və ya Mangırt yurdu — XIV əsrin sonu - XV əsrin əvvəllərində Volqa və Ural çayları arasındakı qovşaqda Qızıl Ordanın süqutu nəticəsində meydana gələn və nəhayət XV əsrin 40-cı illərində (1440-cı ilə qədər) formalaşan köçəri dövlət formasiyası. XVII əsrin birinci yarısında daxili qarşıdurmalar və xarici təzyiqlər nəticəsində parçalanmışdır. Noqay Ordası indiki Qazaxıstanın şimal-qərbində yerləşirdi. Ərazisinin özəyini Volqa ilə Yaik (Ural) arasındakı çöllər təşkil edirdi. Şərqdə noqaylar Yaikin sol sahili boyunca köçəri həyat sürürdülər. Cənub-şərqdə isə köçəri düşərgələri Cənubi Aral dənizi bölgəsinə, cənubda - Mərkəzi Şərqi Xəzər dənizi bölgəsinə, qərbdə - Həştərxan xanlığına, şimal-qərbdə Kazan xanlığına, şimal-şərqdə - Qərbi Sibir düzənliyində yerləşirdi. == Dövlətin təşəkkülü == Noqay Ordasının yaranmasında və möhkəmlənməsində Qızıl Orda qoşunlarının başçısı Yedigey mühüm rol oynamışdı. O, Ağ Orda əmiri də olmuşdur. Mənşəcə Yedigey Manqıt tayfasından idi. Toxtamışa qarşı mübarizə aparmış, 1397-ci ildə Qızıl Orda qoşunlarının başçısı seçilmişdir.
Noqay dili
Noqay dili və ya noğay dili — Türk dilləri ailəsinin qıpçaq-noqay yarımqrupuna aiddir. Bu qrupa noqay, qaraqalpaq, qazax vəs. daxildir. Bu dildə 54 min əhali danışır. Yazısı kiril əlifbası əsasında tərtib olunmuşdur. Dilin və millətin adı Noğay xan ilə əlaqəlidir.
Noqay rayonu
Noqay rayonu (Dağıstan)
Noqay rayonu (Dağıstan)
Noqay rayonu — Rusiya Federasiyasının subyekti olan Dağıstan Respublikasının rayonlarından biri . == Coğrafiyası == Rayonun sahəsi 8.838 km² , inzibati mərkəzi Terekli-Məktəb kəndidir . == Əhalisi == 2002-ci ildə aparılmış siyahıya almaya əsasən raonun 21.685 nəfər əhalisi var . Bu siyahıya almaya əsasən rayonun əhalisinin sayına görə ən böyük yaşayış mərkəzləri Cənubi Suxokumsk şəhəri (9.777 nəfər) və Terekli-Məktəb kəndidir (7.285 nəfər) . 1989 - cu ildə aparılmış siyahıya almaya əsasən rayonun əhalisinin 85,7%-ni noqaylar , 8.2%-ni darginlər , 1.5%-ni çeçenlər , 1.2%-ni ruslar , 1.1%-ni isə qumuqlar təşkil edir . == Kəndləri == Rayonun 20 yaşayış məntəqəsi var . Onlardan 1-i şəhər , 19-u isə kənd tipli yaşayış məntəqəsidir .
Noqay rayonu (Qaraçay-Çərkəz)
Noqay rayonu (abq. Нагӏвай район, kab.-çərk. Нэгъуей район / Нэгъуей куей, qaraç.-balk. Ногъай район, noq. Ногай район) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikasının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Erken-Şaxar şəhəridir. == Coğrafiyası == Noqay rayonu Qaraçay-Çərkəz Respublikasının şimal hissəsində yerləşir. Aşağıdakı ərazilərlə həmsərhəddir:şərqdə və qərbdə Adıqe-Xabl rayonu, cənubda Xabez rayonu, şimalda Stavropol diyarının Kaçube rayonu. Rayonun ərazisi 209,59 km²-dir (2013-cu ildən bəri). Bu isə Qaraçay-Çərkəz Respublikasının 1,47 % ərazisini əhatə edir.
Noqay çölü
Noqay çölü — Terek və Kuma çayları arasında, Şimali Qafqaz ərazisində meşə örtüyünə sahib olmayan quru və düzən əraziyə sahib çöl. Ərazi Dağıstan, Çeçenistan, Stavropol diyarı ərazisində yerləşir. Çölün adı noqayların adı ilə bağlıdır. Bitki örtüyü kserofit və qalofitlərdən ibarət olsa da, ərazisinin böyük hissəsini qumlu sahələr təşkil edir. == İqlimi == Noqay çölünün iqlimi quru kontinentaldır. İllik yağıntının miqdarı 300 mm keçmir. İsti dövrün orta temperaturu (aprel — oktyabr) +22-25 °C , soyuq fövrün isə (noyabr — mart) 0 - 2 °C arasında dəyişir. Minimum temperatur −33 °C (yanvar, fevral), maksimum isə +45 °C (avqust) olmuşdur. Qışı az yağıntılı olması ilə seçilir. Ortalama 30 mm təşkil edir.
Noqayev Viktor
Noqayev Viktor Antonoviç- 1911 -ci il noyabr ayının 15-də Şimali Osetiya Muxtar Respublikasının Vladiqafqaz şəhərində anadan olmuşdur.1948-ci ildə Bakı Şəhər Sovetinin, 1952-ci ildə Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur. == Həyatı == Noqayev Viktor Antonoviç 1911 -ci il noyabr ayının 15-də Şimali Osetiya Muxtar Respublikasının Vladiqafqaz şəhərində anadan olmuşdur. Viktor Antonoviç orta məktəbin 7-ci sinfini bitirdikdən sonra, 1931-ci ildə Dəmiryol politexnikumunu bitirərək birinci dərəcəli texnik- mexanik ixtisasına yiyələnmiş və işləməyə Moskva şəhərinə göndərilmişdir. Burada o, Vaqontormoiqayırma Elmi-Tədqiqat İnstitutunda avtotormozlan sınayan texnik vəzifəsin¬də işləmişdir. İnstitutda işlədiyi müddətdə 10 ay səfərbər¬lik tədbiri üzrə Petropavlovsk-Kamçatka ma¬gistralının tikintisində işləməyə göndərilmişdir. Tikintidə işlədiyi müddətdə ardıcıl olaraq maşi¬nist köməkçisi, parovoz maşinisti, parovozların təmiri üzrə instruktor vəzifələrində çalışmışdır. 1933-cü ildə Viktor Antonoviç Qroznı şəhərindəki Neft institutuna daxil olub, 1938-ci ildə oranı bitirərək, neft-mədən mühəndisi ixtisası alır və institututda saxlanılaraq, neft-mədən yataqlarının işlənməsi və istismarı kafedrasında laboratoriya müdiri təyin edilir.: 1939-cu ildə Viktor Noqayev «Əzizbəyov- neft» trestinin dəvəti ilə Bakıya gəlir və trestin 1—ci və 3-cü mədənlərində neftçıxarma ustası, 4-cü mədəndə mədən müdirinin müavini, trestin fontan-kompressor istismarı üzrə böyük mühəndisi, neftin nəqli sexinin direktoru, qaz idarəsinin baş mühəndisi, quyularm tədqiqi üzrə trestin böyük müfəttişi vəzifələrində işləyir. == Fəaliyyəti == 1943-1946-cı illərdə «Artyomneft» trestində neftçıxarma ustası, mədən müdirinin müavini, mədən müdiri, 1946-1947-ci illərdə trestin baş mühəndisi, 1947-1949-cu illərdə trestin rəisi, 1949-1950-ci illərdə «Azərdənizneft» Birliyinin baş mühəndisi, 1950-1955-ci illərdə «Gürganneft» trestinin (indiki Neft Daşları NQÇİ) rəisi işləmişdir. Viktor Antonoviç «Gürganneft» trestinə rəhbərlik etdiyi müddətdə dirəklər üzərində unikal dəniz şəhəri yaradılmağa başlandı. 1 saylı yaşayış qəsəbəsi, qəsəbədə 16 ədəd ikimərtəbəli yataqxana binaları, gücü 540 Kvt olan 10 ədəd dizel-elektrik stansiyası, qazanxana, hamam, mağazalar, on kilometrlərlə estakadalar, meydançalar, «Neft Daşları» yatağının neft-qaz horizontlannm sınaq-istismar işləri, dəniz suyunu mexaniki qarışıqlardan təmizləyən qurğular, xüsusi injeksiya quyularından laylara dəniz suyunun vurulması, hava-kompressor və qaz-kompressor stansiyası, üzən barjda yerləşdirilmiş hər birinin gücü 750 Kvt olan dizel-elektrostansiya, böyükqabaritli blok- özüllərin tikilməsi, Neft Daşlarmdan neftlə dolu ilk tankerin sahilə göndərilməsi, özüllərdən küt (topa) halında maili istiqamətli neft quyularmın qazılması, 1 və 2 saylı əmtəə çənləri parkı, gəmi yanalma körpüsünün qurulması və s.
Noqaylar
Noqaylar və ya noğaylar – Türk xalqlarından biri, özlərini "Qaranoğay" və ya "Noğay-Qaraqaş" adlandırırlar. 2002-ci ildə aparılmış siyahıya almanın yekunlarına əsasən Rusiya Federasiyasında 90.666 nəfər noqay yaşayır. Türk dilinin qıpçaq qrupuna daxil olan noqay diliində danışırlar. Etnik və linqvistik baxımdan qazax və qaraqalpaqlara ən yaxın xalqdırlar. == Etnogenez == Noqay xalqı türk boyları olan oğuz, qıpçaqların və monqol-manqıtların qarışması nəticəsində XV əsrdə Volqa, Emba və İrtış çayları ərazisində formalaşmışdır. Etnoad Noğay adından götürülüb (XIII əsr) – Noğay Qızıl Orda dövlətinə qarşı üsyançılardan biri olub. Noğay adına tarixdə ilk dəfə, orta əsrlərdə, Monqol imperiyasının dağılmasından sonra rast gəlinir. Monqol imperatorluğunun ulusu olan Qızıl Orda imperatorluğunun dağılmasından sonra yaranan kiçik xanlıqlar (Qazan, Krım, Sibir və digər) arasında Noğay Xanlığı da var idi. Noqaylar həmçinin qırğız tayfaları arasında da mövcuddurlar. Məşhur dastana görə Manas Baba Noğay olub.
Noqinsk
Noqinsk — Rusiya Federasiyasında yerləşən şəhər. Moskva vilayətinə daxildir.
Noqir
Noqir (Oset. Ногир) kəndi Şimali Osetiya Respublikasının Priqorodnı rayonunda yerləşir. Noqirski kənd yaşayış məntəqəsinin inzibati mərkəzi. == Coğrafiya == Noqir kəndi Priqorodnı rayonunun şimal hissəsində, Terek çayının sol sahilində yerləşir və faktiki olaraq onun şimal ətrafı kimi Vladiqafqaz şəhəri ilə birləşir. Qəsəbə torpaqları ilə həmsərhəddir: cənubda Vladiqafqaz, şimalda Alxaçurt, şimal-şərqdə Mixaylovskoye və şərqdə Zavodski. == Etimologiya == Noqir sözü osetin dilindən tərcümədə Yeni Osetiya (Oset. Ног Ир) deməkdir. == Tarix == Oktyabr inqilabından əvvəl Noqir kəndini yerində çar hərbi təlim poliqonu yerləşirdi. Müasir Noqir kəndi 1921-ci ildə əvvəllər Xristianovskoye kəndində (indiki Diqora şəhəri) məskunlaşmış Cənubi Osetiya qaçqınları tərəfindən qurulmuşdur. Kənddəki ilk məktəb 1930-cu illərin sonlarında inşa edilmişdir.
Noqrad (medye)
Noqrad (mac. Nógrád, lat. comitatus Neogradiensis, slovak. Novohrad, alm. Neuburg və ya Neograd‎) — Macarıstanın şimalında yerləşən medye. İnzibati mərkəzi — Şalqotaryan. Noqrad medyesi Banska Bistritsa diyarı (Slovakiya) ilə, həmçinin Xeveş, Borşod-Abauy-Zemplen və Peşt. == İnzibati-ərazi bölgüsü == === Yaraşlara bölünməsi === 2013-cü il iyulun 15-dən Macarıstanda medyenin köhnəlmiş ərazilərin əvəzinə yaraşlara bölünməsi qüvvəyə mindi. === Rayonlara bölünmə === Medyenin rayonlara bölünməsi (kistershegi) 2013-cü il iyulun 15-dən etibarən köhnəlmişdir. Bu cədvəldə verilən məlumat yalnız tarixi maraqlara malikdir.
Qazaxıstan–Noqay Ordası münasibətləri
Qazaxıstan–Noqay Ordası münasibətləri — XV-XVI əsrlərdə Qazax Xanlığı ilə Noqay Ordu arasındakı əlaqələr. == XV əsr == Noqay Ordasının yaranması zamanı Noqay şahzadəsi Ediqe ilə qazax xanları sülaləsinin qurucusu Urus Xan və onların nəsilləri Mansur və Barak arasındakı münasibətlər ziddiyyətli idi. XV əsrin ikinci yarısında. Qazax-noqay münasibətləri Əbülxair xanın nəsillərinə qarşı hərbi-siyasi bir ittifaq halına gəlir. Qazax xanları Kerey və Janibek, Noqay bekləri Abbas, Musa və Yamqurçi ilə ittifaqda Əbülxair-xanın varisi Şeyx-Haydaya qarşı vuruşdular. Musa, Əbülxairin nəvəsi Məhəmməd Şeybanın tərəfinə keçərək ilk Qazax-Noqay qarşıdurmasına səbəb oldu. XV əsrin 70-ci illərin ortalarında Qazax xanı Burındık Noqaylıları məğlub etdi. Xamza-bekin rəhbərlik etdiyi Nogaislərin bir hissəsi, Qazaxlarla Məhəmməd Şeybaniyə qarşı birgə mübarizələrini davam etdirdilər. Qazaxlar və Noqaylar arasındakı ərazi ziddiyyətlər, qazaxlar və özbəklər arasında barışıq, XV-XVI əsrin əvvəllərində münasibətləri yenidən gərginləşdirdi, nəticədə Noqaylar Burundik və Kasımdan bir neçə dəfə məğlub oldular. XVI əsrin əvvəllərində Burındık qərargahını Saraiçikə, Noqay Ordusunun keçmiş paytaxtı Jaiykə köçürmüşdür.
Rudison Noqueyra Ferreyra
Rudison Noqueyra Ferreyra 1983-cü ildə anadan olub və Fransa vətəndaşlığını da daşıyır. Boyu 178 sm, çəkisi 70 kq olan R.Ferreyra karyerasına Braziliyanın ən məşhur klublarından sayılan “San Paulu”da başlayıb. Həmin vaxt 15 yaşı olan R.Ferreyra Kaka kimi məşhur futbolçu ilə eyni komandada yer alıb. Burada iki il (1998-2000) oynadıqdan sonra yarımmüdafiəçi “Portugeza”ya (2000-01) keçib. Daha sonra Avropaya üz tutaraq Belçikanın “Standard” (2001), Serbiyanın “Borats” (2001/02), OFK (2002/03), Fransanın “Myuluz” (2003), “Red Star” (2003/04), “Angers” (2004/05), “Havr” (2005), “Romorantin” (2005/06), “Havr” (2006/07), Mərakeşin “Difaa Əl Ciddə” (2007) klublarında çıxış edib. Yenidən Belçikaya qayıdan R.Ferreyra çempionatın bir dövrəsi ərzində “Sulte Varegem”də əsasən ehtiyatda qalıb və cəmi 4 oyunda 68 dəqiqə meydanda olub.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.03 dəfə / 1 mln.
2008 •••••••••••••••••••• 0.73

"noq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#noq nədir? #noq sözünün mənası #noq nə deməkdir? #noq sözünün izahı #noq sözünün yazılışı #noq necə yazılır? #noq sözünün düzgün yazılışı #noq leksik mənası #noq sözünün sinonimi #noq sözünün yaxın mənalı sözlər #noq sözünün əks mənası #noq sözünün etimologiyası #noq sözünün orfoqrafiyası #noq rusca #noq inglisça #noq fransızca #noq sözünün istifadəsi #sözlük