Nora sözü azərbaycan dilində

Nora

Yazılış

  • Nora • 97.8261%
  • nora • 2.1739%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Nora Arnezeder
Nora Arnezeder (8 may 1989, Parisin XVI dairəsi[d], Fransa) — fransız aktrisa və müğənni. O, "Lumieres mükafatı"nı qazanmışdır. == Həyatı == Arnezeder 8 may 1989-cu ildə Fransanın Paris şəhərində anadan olmuşdur. Atası Volfqanq Arnezeder avstraliyalı və katolik, anası Piera Skinazi isə misirli və yəhudidir. == Karyerası == == Şəxsi həyatı == Arnezeder 2014-cü ildə ingilis aktyor Orlando Blum ilə münasibətdə idi.
Nora Efron
Nora Efron (19 may 1941[…], Yuxarı Vestsayd[d], Nyu-York ştatı – 26 iyun 2012[…], Manhetten, Nyu-York ştatı) — məşhur amerikalı rejissor, ssenarist. == Həyatı == Nora Efron 1941-ci ildə Nyu-Yorkda anadan olub. Kaliforniyada böyüyüb və karyerasına "New York Post" qəzetində müxbir işləməklə başlayıb. Efron "When Harry Met Sally" və "Sleepless in Seattle" kimi məşhur filmlərin ssenarisini yazıb. Efron 3 dəfə "Oskar" mükafatına namizəd göstərilib. Rejissorluq və ssenaristlikdən başqa o həmçinin müxtəlif janrlarda əsərlər də yazıb.Nora Efron 71 yaşında Manhettendə kəskin miyeloid leykemiyası xəstəliyindən dünyasını dəyişib.
Nora Roberts
Nora Roberts (10 oktyabr 1950[…]) — ABŞ yazıçısı. Daha çox məhəbbət və macəra romanları ilə məşhurdur. 210-dan çox roman yazmış, romanları ən çox satılanlar siyahısına düşmüş və 35 ölkədə nəşr olunmuşdur. Həmçinin JD Robb təxəllüsü ilə "Ölüm seriyaları" adlı kriminal məhəbbət romanları seriyasını yazmaqdadır. == Həyatı == Nora Roberts 1950-ci ildə Merilend ştatının Silver Sprinq şəhərində 5 uşaqlı ailənin ən kiçik uşağı kimi anadan oldu. Katolik məktəbində oxuduqdan sonra gənc yaşında evləndi və Merilend ştatının Kidsvill şəhərinə köçdü. Qısa müddət hüquq katibliyi etdi. İki oğlunu doğduqdan sonra işini buraxdı. Nora Roberts tezliklə yazıçılığa girişdi. İlk əsərləri nəşriyyat evləri tərəfindən rədd edilsə də, 1981-ci ildə ilk kitabı "Irish Thoroughbred Silhouette" nəşriyyat tərəfindən çap olundu.
Nora adası
Nora adası (ing. Harmil) — Qırmızı dənizdə, Eritreyaya məxsus olan ada. Dahlak aripelaqına daxildir. Adanın sahəsi 105,15 km² təşkil edir. Uzunluğu 17,0 km, eni 16,3 km-dir. Maksimal hündürlüyü isə dəniz səviyyəsindən 37 metr (şimal-şərqdə) təşkil edir. 2009-cu il məluumatına görə adada 373 nəfər yaşayır. Dahlak arxipelaqının digər yaşayışı olan Dahlak-Kəbir və Dehil adalarınad olduğu kimi əhali Dahlak dilində danışır. Adanın yeganə yaşayış məntəqəsi Noradır..
Baş-Noraşen
Şərur — Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisində şəhər, Şərur rayonunun inzibati mərkəzi. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 55-XII saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının İliç rayonunun (Şərur rayonunun) İliç şəhəri Şərur şəhəri adlandırılmışdır.Yeni şəhərdir, dəmiryolunun çəkilişi zamanı yaranmışdır. Burada iki park, muzey, stadion, məscid, şəhidlərin xatirə abidəsi, kinoteatr vardır. Burada dəmir yolunun o biri tərəfində hamamları, bazarı, məscidləri ilə köhnə şəhər də qorunub saxlanmışdır. == Əhalisi == AzStat-ın 1 yanvar 2013-cü il tarixinə olan rəsmi məlumata əsasən şəhərdə təxminən 7 min nəfər əhali yaşayır.
Erik Norales
Erik Norales — Honduras futbolçusu 180 sm boya malik müdafiəçi Hondurasın müxtəlif yığmalarında oynayıb. U-20 və U-23-də özünü yaxşı tərəfdən göstərən Erik əsas komandaya da cəlb olunur. Bunadək U-20-nin heyətində 2005-ci ildə Hollandiyada baş tutan dünya birinciliyinin final mərhələsində də oynayıb. Burada 13 matça 2 qol vuran futbolçu 2008-ci ildə Pekində keçirilən Yay Olimpiya Oyunlarında və bu il təşkil olunan KONKAKAF "Gold Cup" turnirlərində əsas yığmanın şərəfini qoruyub. Özü də komandasını Pekinə məhz Norales çıxarıb. O, Olimpiya Oyunlarının seçmə mərhələsinin yarımfinalında oyunsonrası seriyada həlledici zərbəni vurmaqla, Pekinə vəsiqəni təmin edib. 2006-cı ildə "Vida"dan "Deportivo Marafon"a keçmişdir. Xəzər-Lənkəran klubunun transfer siyahısındadır. == Mənbə == Honduras yığmasının daha iki oyunçusu "Xəzər-Lənkəran"a gəlir!
Noradrenalin
Noradüz
Noradüz — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Kəvər (Kamo) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 6 km məsafədə, Kəvər çayının yaxınlığında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilmişdir. Yerli əhali - azərbaycanlılar Nərədüz formasında tələffüz edirdilər. Toponim türk dillərində «sıldırım qayalıq, dərin dərə, uçurum» mənasında işlənən nori sözü ilə düz sözünün birləşməsindən əmələ gələn orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Noradüz kəndində, tarixən Azərbaycanlı əhalinin Abıllu dediyi yerdə 1305-ci ildə vəfat etmiş, "şəhid" əmir Sədəddin ibn Seyfəddinə məxsus sandukə tipli, üzərində müxtəlif motifləri olan qəbr daşı vardır. Bu Ermənistan ərazisində ən qədim müsəlman yazılı abidələrindən biridir. == Əhalisi == Kəndə ermənilər 1828-ci ildən sonra Türkiyədən köçürülmüşdür.
Noragami
Noragami (ノラガミ, azərb. Evsiz tanrı‎) — Adaçitoka tərəfindən yazılmış və çəkilmiş manqa seriyası. Kodansha nəşriyyatının "Monthly Shōnen Magazine" jurnalının 2011-ci il yanvar buraxılışında nəşr olunmağa başlamışdır. İndiyə kimi manqa seriyasının 20 tankobon cildi buraxılmışdır. Manqa əsasında Bones studiyası tərəfindən istehsal olunmuş 12 seriyalıq anime serialı 5 yanvar 2014-cü ildən 23 mart 2014-cü ilə kimi yayımlanmışdır. Noragami Aragoto adlı 13 seriyadan ibarət ikinci mövsüm isə 2 oktyabr 2015-ci ildən 25 dekabr 2015-ci ilə kimi nümayiş etdirilmişdir. == Məzmun == Heç kim tərəfindən tanınmayan müharibə və fəlakət tanrısı Yatonun heç bir izləyicisi, hətta məbədi belə yoxdur. Hər kəs tərəfindən tanınıb məşhur olmaq və özünə məbəd tikdirmək üçün Yato 5 yen qarşılığında Yaxın sahil sakinlərinin (həyatda olan insanlara verilən ad) arzularını yerinə yetirir. Belə missiyalarının birində Yato tez-tez ruhu bədənini tərk edən Hiyori İki adlı Yaxın sahil sakini qızla və silah kimi qəbul etdiyi Yukine ilə tanış olur. Üçü birlikdə güclərini birləşdirərək yolundan çıxmış ruhları – Ayakaşiləri öldürürlər, Yato isə məşhur tanrı olmaq üçün çalışmağa davam edir.
Norakert
Norakert, Noragert — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd.
Noraküh
Təzəbinə (əvvəlki adları: Keşişkənd; Noraküh) – Azərbaycan Respublikasının Xocalı rayonunun Təzəbinə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Noraküh kəndi Təzəbinə kəndi adlandırılmışdır. 1992-ci ildə Ermənistan Silahlı Qüvvələrinin tərəfindən işğal edilmişdir. == Tarixi == Təzəbinə kəndi dağ ətəyində yerləşir. Qədim adı Keşişkənd olmuş, sonralar isə ermənilər tərəfindən Noragüğ (ermənicə: Təzəkənd) adlandırılmışdı. 1992-ci ildən kəndin adı Təzəbinə kimi rəsmiləşdirilmişdir. == Əhalisi == 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən, Təzəbinə kəndinin əhalisinin sayı 1334 nəfər, daimi əhalinin sayı 1396 nəfər təşkil edirdi.
Norat Ter-Qriqoryants
Norat Ter-Qriqoryants (erm. Նորատ Տեր-Գրիգորյանց, 16 iyul 1936, Orconikidze) — Sovet və Ermənistan hərbi generalı.
Noravan
Noravan — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd.
Norayr Aslanyan
Norayr Aslanyan (erm. Նորայր Ասլանյան), Norayr Məmmədov kimi də tanınır — Niderlandın üçüncü diviziya klubu "Ostzaan" klubunda çıxış edən Ermənistan futbolçusu. == Əvvəlki həyatı == Aslanyan Aslanyan 1991-ci il martın 25-də Ermənistan SSR-in Qaraunc kəndində erməni ailəsində anadan olub. O, anadan olana qədər ailəsi Avropaya asanlıqla köçmək və Birinci Qarabağ müharibəsi zamanı azərbaycanlı qaçqın statusu almaq üçün Məmmədov azərbaycanlı soyadını götürmüşdü. Ailəsi daha sonra Niderlanda köçdü. Aslanyan həm niderlandca, həm də ermənicə danışaraq böyüyüb. == Karyerası == == Milli komanda karyerası == == Şəxsi həyatı == Norayr Anna Aslanyanla evlidir. Onlar Niderlandda təşkil olunan bir tədibrdə tanış olub və daha sonra görüşməyə başlayıblar. O, Ermənistan milli komandasına qoşulmazdan əvvəl soyadını dəyişdi. Adını Norayr Aslanyan olaraq dəyişdirdikdən sonra sənədləri ilə bağlı yekun qərar qəbul edilməzdən əvvəl qısa müddət ərzində "Aslanyan-Məmmədov" adı ilə çıxış edib.
Noraşen
Noraşen — Şərur rayonunun 1930-1964-cü illərdəki adı. Noraşen — Culfa rayonunun Göydərə kəndinin əvvəlki adı. Noraşen — Xocavənd rayonunun Günəşli kəndinin əvvəlki adı (?–1992). Noraşen — Sevan rayonunun Əfəndi kəndinin dəyişdirilmiş adı (1938-indi). Noraşen — Abaran rayonunun Saçlı kəndinin dəyişdirilmiş adı (15.07.1946). Noraşen — Qəmərli rayonunun Yuxarı Kürdkənd kəndinin dəyişdirilmiş adı. Baş Noraşen — Şərur rayonunun Cəlilkənd kəndinin əvvəlki adı. Norşen — Şirak mərzində kənd. Noraşenik — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Noraşen rəqsləri — Xəyyam Mirzəzadənin 1972-ci ildə Simli kvartet üçün yazdığı əsər.
Noraşen (Xocavənd)
Günəşli (əvvəlki adı: Noraşen) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Günəşli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut rayonunun Hadrut qəsəbə Sovetinin Noraşen kəndi Günəşli kəndi adlandırılmışdır. Günəşli kəndi Hadrut qəsəbə Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Günəşli kənd Soveti yaradılmışdır. 2 oktyabr 1992-ci ildən 20 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Günəşli kəndi 20 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kəndin keçmiş adı Noraşen ("yenikənd" mənasında) olmuşdur. XIX əsrdə Cənubi Azərbaycanın Qaradağ mahalından köçüb gəlmiş erməni ailələrinin məskunlaşması nəticəsində yaranmışdır. 1991-ci ildən Günəşli adlandırılmışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir.
Noraşen kilsəsi (Tbilisi)
Tanrı anasının yüksəlişi kilsəsi və ya Noraşen kilsəsi (gürc. ნორაშენი, erm. Նորաշեն) – Tbilisidə yerləşən Erməni Həvari kilsəsidir. Kilsə, şəhərin Qədim şəhər rayonunda, Kote Abxazi küçəsində yerləşir. Noraşen kilsəsinin sağ tərəfində Sioni kafedralı, sağ tərəfində Cvaris Mama kilsəsi, bir qədər aralıda isə Tbilisi sinaqoqu yerləşir. == Tarixi == === XV-XIX əsrlər === Hazırkı kilsənin yerində ilk məbəd 1467-ci ildə Sadat adlı bir nəfər tərəfindən atası, həyat yoldaşı və uşaqlarının xatirəsinə inşa edilmişdir. 1650-ci illərdə knyaz Xoca Nəzərin sifarişi ilə kilsədə bərpa və yenidənqurma işləri aparılmışdır. Həmin dövrdə kilsənin günbəzi ustad Petros tərəfindən inşa edilmişdir. 1795-ci ildə kilsə knyaz Bebutovun, 1808-ci ildə Katolikos Nersesin göstərişi ilə bərpa edilmiş, 1875-ci ildə kilsədə kiçik təmir işləri aparılmışdır. Minas Medits tərəfindən tərtib edilmiş “Tbilisidəki erməni kilsələrinin təsviri” adlı siyahıda Noraşen kilsəsi xatırlanmır.
Noraşen rayonu
Şərur rayonu — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının tərkibində inzibati – ərazi vahidi. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 55-XII saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının İliç rayonu Şərur rayonu adlandırılmışdır.Şərur rayonu – Muxtar Respublikanın qərbində yerləşir, cənubda İranla həmsərhəddir. Ərazisinin şimalı və şərqi dağ relyefinə malikdir. Dərələyəz dağ sistemi buradan keçir. Ən yüksək dağı – Qalınqayadır (2775 metr). İqlimi yarımsəhra, quraqdır. Lakin kifayət qədər yumşaqdır – qışda temperatur nadir hallarda +3 dərəcədən aşağı düşür, yayda + 26 dərəcədən yuxarı qalxmır. Buradan Araz çayının qolu Arpaçay və digərləri axır. Arpaçay suyundan suvarmada istifadə edilir. Onun üstündə Arpaçay su anbarı tikilmişdir.
Noraşenik
Noraşenik — Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 10 km şimal-şərqdə, Xalac çayının sol sahilində yerləşir. Toponim türk dilində «sıldırım qayalıq, dərin dərə, uçurum» mənasında işlənən nori sözünün fonetik forması olan nora sözü ilə türk dilində «kənd, yaşayış yeri, yaşayış məntəqəsi» mənasında işlənən şenik (əsli «şenlik»dir) sözünün qoşulması yolu ilə əmələ gəlmişdir. Şenik (şenlik) sözü Azərbaycan aşığı Aşıq Şenlik şəxs adında özünü qoruyub saxlamışdır. Noraşenik relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. == Əhalisi == Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 8 nəfər, 1873 - cü ildə 55 nəfər, 1886-cı ildə 60 nəfər, 1897-ci ildə 179 nəfər azərbaycanlı yaşamışdır. 1905-1906-cı illərdə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq tarixi-etnik torpaqlarından deportasiya olumuşdur. İndi burada yalnız ermənilər yaşayır.
Şodon-Norant
Şodon-Norant (fr. Chaudon-Norante, oks. Chaudon e Noranta) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Barrem kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04055. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 144 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 100 nəfər arasında (15–64 yaş) 72-i iqtisadi, 28-i fəaliyyətsizdir (fəaliyyət göstərici 72,0%, 1999-cu ildə 71,8%). Fəal olan 72 nəfərdən 66 nəfər (33 kişi və 33 qadın) işləyir, 6 nəfər işsizdir (1 kişi və 5 qadın).

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.26 dəfə / 1 mln.
2003 •••••••••••••••••• 1.18
2005 •••••••••••••••••••• 1.35
2006 •••• 0.23
2009 •••••••• 0.48
2011 ••• 0.17
2012 •••••• 0.34
2013 ••••••••• 0.58
2014 ••• 0.17
2017 ••••••••••••••• 0.98
2018 ••••• 0.30
2020 •• 0.13

Oxşar sözlər

#nora nədir? #nora sözünün mənası #nora nə deməkdir? #nora sözünün izahı #nora sözünün yazılışı #nora necə yazılır? #nora sözünün düzgün yazılışı #nora leksik mənası #nora sözünün sinonimi #nora sözünün yaxın mənalı sözlər #nora sözünün əks mənası #nora sözünün etimologiyası #nora sözünün orfoqrafiyası #nora rusca #nora inglisça #nora fransızca #nora sözünün istifadəsi #sözlük