notarius sözü azərbaycan dilində

notarius

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • notarius • 82.4096%
  • Notarius • 17.5904%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Notarius
Notarius (ing. Notary) - Notariat kontorlarında fəaliyyət göstərən hüquqi təhsili olan şəxs. Notarius əsasən dövlət ilə vətəndaşlar arasında olan hüquqi münasibətlərin tənzimlənməsində və sənədlərin möhür ilə təsdiq edilməsi ilə məşğul olur. Notarius fəaliyyəti göstərən şəxslərin hüquqşunaslıq savadının olması əsas şərtlərdən biridir. Notariatın yaranması və inkişafının əsasları hələ Qədim Romada qoyulmuşdur. Həmin dövrdə Romada mirzələr adlandırılan xüsusi vəzifəli şəxslər institutu olub. Onlara ictimai-hüquqi səciyyəli yazılı sərəncamların rəsmiləşdirilməsi, məhkəmə jurnallarının, müxtəlif bildirişlərin və xahişlərin aparılması səlahiyyətləri verilibmiş. Mirzələr o vaxt dövlət qulluğunda və özəl şəxslərin təminatında olmaqla iki dərəcəyə bölünürdülər. Romada mülki dövriyyənin sonrakı inkişafı müasir notariatın təməli hesab edilən tabelionların yaranmasına gətirib çıxarıb. Tabelionlar azad adamlar idi və ödənişli əsaslarla istənilən şəxs üçün hüquqi aktların və məhkəmə sənədlərinin tərtib edilməsi ilə məşğuluydular.
Louis Notarius Kitabxanası
Louis Notarius Kitabxanası — 1909-cu ildə əsası qoyulmuş Monako Milli Kitabxanası. 1925-ci ildən Monakoda qanuni depozit kitabxanası olmuşdur. Burada 400.000-dən çox kitab saxlanılır. Moneqask yazıçısı Lui Notariusun şərəfinə adlandırılmışdır. == Təsviri == Louis Notarius Kitabxanasının kolleksiyalarında aşağıdakı sahələrdə əsərləri təmsil edən təxminən 400.000 əşya var: Fransız bədii ədəbiyyatı, humanitar elmlər, təsviri incəsənət və musiqi. Kitabxananın kolleksiyaları birbaşa çıxışı olan üç otağa bölünür və əməkdaşların xahişi ilə arxivlər əldə edilə bilər. Antik kolleksiyaya nadir və antik kitablar, orijinal avtoqraflı nəşrlər, geniş yazışmalar, 1000 köhnə jurnal və 900 bədii kitab daxildir. Burada həmçinin 300 avanqard jurnal, ilk növbədə futurist, dadaist və sürrealist kolleksiyası var. 1933-cü ildə yazıçı Pol Ginisti kitabxanaya Şahzadə II Lüdovikin şəxsi kolleksiyasından müəllifin imzası ilə orijinal nəşrlərdən ibarət 7000 əşyanı vəsiyyət edib. 1997-ci ildə Marina Skryabina əmisi olan yazıçı və musiqişünas Boris de Şlözerin arxivini və yazışmalarını bağışladı.

notarius sözünün leksik mənası və izahı

  • 1 [lat. notarius – mirzə, katib] 1. Müxtəlif sənədləri, hüquqi aktları təsdiq etmək vəzifəsi daşıyan rəsmi şəxs. [Kərbəlayı Qubad:] …Bəy, olmazmı ki, bu işi notarius əli ilə eyliyək. Ü.Hacıbəyov. Oğlan durub, sandıqdan notarius tərəfindən möhürlənmiş bir kağız çıxarıb müsafirin qabağına qoydu. Ə.Haqverdiyev. 2. Notarius idarəsi, kontoru. Notariusa getmək. Notariusda sənədləri təsdiq elətdirmək. – Aslan bəyin əlində notariusdan verilmiş kağız vardır. A.Şaiq.

    Azərbaycan dilinin izahlı lüğəti / notarius
  • 2 Notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olan şəxs

    Terminlər lüğəti / notarius

notarius sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. нотариус: 1. должностное лицо, уполномоченное свидетельствовать, оформлять различные юридические акты, документы. Sənədin notarius tərəfindən təsdiq olunması заверение документа нотариусом 2. нотариальная контора

    Azərbaycanca-rusca lüğət / notarius

notarius sözünün inglis dilinə tərcüməsi

notarius sözünün fransız dilinə tərcüməsi

notarius sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [lat. notarius-mirzə, katib] нотариус (1. гьар жуьредин документар, актар тестикь авунин ихтияр ганвай къуллугъчи; 2. нотариусдин идара, контора).

    Azərbaycanca-ləzgicə lüğəti / notarius

"notarius" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#notarius nədir? #notarius sözünün mənası #notarius nə deməkdir? #notarius sözünün izahı #notarius sözünün yazılışı #notarius necə yazılır? #notarius sözünün düzgün yazılışı #notarius leksik mənası #notarius sözünün sinonimi #notarius sözünün yaxın mənalı sözlər #notarius sözünün əks mənası #notarius sözünün etimologiyası #notarius sözünün orfoqrafiyası #notarius rusca #notarius inglisça #notarius fransızca #notarius sözünün istifadəsi #sözlük