Novxanı sözü azərbaycan dilində

Novxanı

Yazılış

  • Novxanı • 99.9070%
  • novxanı • 0.0465%
  • NOVXANI • 0.0465%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Novxanı
Novxanı — Azərbaycan Respublikasının Abşeron rayonunun inzibati-ərazi vahidində kənd. == Tarixi == Qaynaqlara görə hələ 500 il əvvəl indiki Novxanıdan bir qədər aralı, Binəqədi duz gölünün xəzrisində "Siyan" adlı kənd olub. "Siyan" sözü "yanmaq" sözü ilə bağlı olub. "Sis", "his", "tüstü" sözünün deformasiyaya uğramış variantı kimi yozulur "hisyandıran" kimi mənalandırılır. Bu kənd XVII əsrin ortalarından dəniz suyunun artması (bəzi mənbələrdə güclü zəlzələ) nəticəsində batmış, əhali indi Aşağıbaş adlanan yerdə məskunlaşmışdır. Bu kənddə tikilmiş yeni evlərə "təzə evlər"- həmin dövr üçün Azərbaycan dilinə təsiri qüvvətli olan fars dilindən "nov xanı" (noii xanə) adı verilmişdir ki, sonralar kənd bütövlükdə Novxanı adlandırılmışdır. == Toponimikası == Abşeron rayonunun eyniadlı i.ə.v.-də kənd. Abşeron yarımadasındadır. Oykonim İran dillərindəki noıı (yeni, təzə) və xanə (ev, məskən) sözlərindən ibarət olub, "yeni evlər", "yeni kənd" mənasındadır. Yaşayış məntəqəsi bir neçə kilometrlikdəki qəd.
Novxanı bələdiyyəsi
Abşeron bələdiyyələri — Abşeron rayonunda fəaliyyət göstərən bələdiyyələr. Abşeron rayonu ərazisində fəaliyyət göstərən 15 bələdiyyə var. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Novxanı xalçaları
Novxanı xalçaları — Abşeron xalçaçılıq məktəbinin Bakı qrupuna daxil olan xovlu xalçalar. == Ümumi məlumat == “Novxanı xalçaları” Abşeron yarımadasında, Bakı şəhərindən 25 km məsafədə yerləşən Novxanı kəndinin sakinləri tərəfindən toxunmuşdur. Bir müddət sonra “Novxanı xalçaları”nı Novxanı kəndi ilə qonşu olan Görədil və Fatmayı kəndlərində də toxumağa başlayırlar. Bəzi sənətşünaslar və xalçaçılar bu xalçanı səhvən “Quba xalçaları” adlandırırdılar. == Bədii analiz == “Novxanı xalçaları”nın orta sahəsinin yerliyi əksər hallarda tünd-abı, bəzən isə tünd-göy və ya qırmızı olur. Şaquli istiqamətdə yerləşmiş altıbucaqlı rombşəkilli göllərin mərkəzində “köşək ayağı” adlanan kiçik medalyon yerləşir. Üç və daha artıq göldən ibarət olan “Novxanı xalçaları”nın mərkəzində yerləşən “Köşək ayağı” adlanan medalyon səkkiz ləçək olan on iki dairəvi elementlə əhatə edilmişdir. “Novxanı xalçaları”nın yerliyi çox nadir hallarda açıq palıdı olur. Xalçanın bütün yerdə qalan hissələrinin (naxışlarının), o cümlədən, göllərin və köbə zolaqlarının rəngi xalçanın yerliyinin rənginə daha çox uyğun gəlir. “Novxanı xalçaları”nın orta sahəsi enli köbə zolağını əmələ gətirən iki ara haşiyə, üç mədaxil və iki caqla əhatə olunmuşdur.
Novxanı çimərliyi
Novxanı çimərliyi — Novxanı qəsəbəsi Sarıqaya yaşayış massivinin Xəzər dənizi sahili boyunca uzanan çimərlik. Çimərlik qərbdən Corat qəsəbəsinin inzibati ərazi sərhədindən başlayaraq Adsız burnu ərazisi də daxil olmaqla təqribi olaraq olar 7–8 km məsafədə uzanır. Əsas çimərlik sahəsindən başqa şərqə doğru ensiz çimərliklər mövcuddur. Demək olar ki, böyük qismində restoran, kafe, otel və pullu çimərliklər yerləşir. Şəhər kənarı çimərlikləri ilə müqayisədə suyunun tərkibi nisbətən normaldır.
Tərlan Novxanı
Tərlan Novxanı (16 oktyabr 1985, Bakı) — azərbaycanlı meyxanaçı, müğənni, aktyor, bəstəkar. == Həyatı == Cavadov Tərlan Xanlar oğlu 16 oktyabr 1985-ci ildə Bakı şəhərində anadan olub. 1990-1999-cu illərdə Bakı şəhəri Binəqədi rayonunda yerləşən, 20 Yanvar şəhidi Rüstəm Əliyevin adını daşıyan 3 №-li tam orta məktəbdə oxuyub. 1999-2003-cü illərdə Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecinin avtonəqliyyat fakültəsində, 2003-2008-ci illərdə isə Bakı Avrasiya Universitetinin jurnalistika fakültəsində təhsil alıb. 2008-2009-cu illərdə həqiqi hərbi xidmətini keçərək, baş əsgər rütbəsini alıb. == Şəxsi həyatı == Tərlan Novxanı 2005-ci ildə ailə həyatı qurub və iki övladı - bir oğlu və bir qızı var. == Yaradıcılıq fəaliyyəti == 14 yaşından meyxana oxumağa başlayıb. İlk ustadı - meyxanaçı Oqtay Kamil olub. 15-16 yaşlarında toy mərasimlərində ifaçılıq etməyə başlayıb. Professional meyxanaçı karyerası 2005-ci ildə başlayıb.
Məhəmməd Əmin Rəsulzadənin heykəli (Novxanı)
Məhəmməd Əmin Rəsulzadənin heykəli — Novxanı qəsəbəsində, ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin xatirəsinə ucaldılmış heykəl. Heykəl 1993-cü ildə heykəltaraş Cavanşir Dadaşov tərəfindən qranitdən hazırlanmışdır. == İdeya == Heykəlin heykəltaraşı Cavanşir Dadaşov heykəli yaratması fikri və prosesi barədə Azadlıq radiosunun İz verilişinə belə demişdir: Cavanşir Dadaşov 1990-cı ildə abidənin eskizləri üzərində işləyib: == Mənbə == Sevda İsmayıllı. "Rəsulzadənin Novxanıdakı abidəsi bir təsadüfi görüşdən yaranıb". azadliq.org. 2014-01-29. İstifadə tarixi: 2014-01-29.
Məmməd Əmin Rəsulzadənin heykəli (Novxanı)
Məhəmməd Əmin Rəsulzadənin heykəli — Novxanı qəsəbəsində, ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin xatirəsinə ucaldılmış heykəl. Heykəl 1993-cü ildə heykəltaraş Cavanşir Dadaşov tərəfindən qranitdən hazırlanmışdır. == İdeya == Heykəlin heykəltaraşı Cavanşir Dadaşov heykəli yaratması fikri və prosesi barədə Azadlıq radiosunun İz verilişinə belə demişdir: Cavanşir Dadaşov 1990-cı ildə abidənin eskizləri üzərində işləyib: == Mənbə == Sevda İsmayıllı. "Rəsulzadənin Novxanıdakı abidəsi bir təsadüfi görüşdən yaranıb". azadliq.org. 2014-01-29. İstifadə tarixi: 2014-01-29.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 15.87 dəfə / 1 mln.
2002 •• 3.43
2003 0.39
2004 1.01
2005 •• 3.37
2006 ••• 5.18
2007 •••• 6.34
2008 •••• 5.85
2009 ••••• 8.16
2010 •••••• 10.08
2011 •••• 6.69
2012 •••••••••••••••••••• 35.37
2013 ••••••••••••••• 26.11
2014 •••••• 9.44
2015 ••••••• 12.25
2016 •••••••••• 17.18
2017 •••••••••••••••• 28.13
2018 •••••••••••••••••• 30.41
2019 ••••••••••••••••• 28.51
2020 •••••• 9.15

Oxşar sözlər

#novxanı nədir? #novxanı sözünün mənası #novxanı nə deməkdir? #novxanı sözünün izahı #novxanı sözünün yazılışı #novxanı necə yazılır? #novxanı sözünün düzgün yazılışı #novxanı leksik mənası #novxanı sözünün sinonimi #novxanı sözünün yaxın mənalı sözlər #novxanı sözünün əks mənası #novxanı sözünün etimologiyası #novxanı sözünün orfoqrafiyası #novxanı rusca #novxanı inglisça #novxanı fransızca #novxanı sözünün istifadəsi #sözlük