noğay sözü azərbaycan dilində

noğay

Yazılış

  • noğay • 60.0000%
  • Noğay • 40.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Noğay dili
Noqay dili və ya noğay dili — Türk dilləri ailəsinin qıpçaq-noqay yarımqrupuna aiddir. Bu qrupa noqay, qaraqalpaq, qazax vəs. daxildir. Bu dildə 54 min əhali danışır. Yazısı kiril əlifbası əsasında tərtib olunmuşdur. Dilin və millətin adı Noğay xan ilə əlaqəlidir.
Noğay marşı
Noğay marşı və ya Çingiz xan marşı — Göytürk xaqanlığının döyüş marşı olaraq istifadə etdikləri düşünülən və Noğay ləhcəsində oxunmuş Orta Asiya mövzulu marş. Marş 1992-ci ildə Sankt-Peterburqda Qazaxıstan Respublikasının orkestra sənətçisi Aslanbek Sultanbekov tərəfindən bəstələnmiş və səsləndirilmişdir. Marş bir çox türk xalqının milli musiqi aləti olan dombra üzərinə bəstələnmiş və səsləndirilmişdir. Marş dünyadakı türkçülər tərəfindən xüsusilə sevilən marşlar siyahısındadır. Bu marş "Noğay marşı" və ya "Çingiz xan marşı" kimi adlarla yanaşı, bəzən marşın ifa edildiyi qədim türk musiqi aləti olan dombranın adı ilə "Dombra marşı" da adlandırılır. == Haqqında == Marşın hissələrindən bəstəkardan icazə alınması ilə 2014-cü il Türkiyə seçkilərində AK partiya tərəfindən seçkilərdə istifadə edilərək Uğur Işılakın səsləndirdiyi "Rəcəb Tayyib Ərdoğan-Dombra" adı ilə yenidən qeydə alınmış, marşın seçki mahnısı olaraq istifadə olunmasına MHP üzvü millətvəkili Sinan Oğan etiraz etmişdir. MHP üzvlərinin bildirdiklərinə görə, bu türk millətçiliyinə dırnaqarası yanaşan Ədalət və İnkişaf Partiyasının seçkilərdən öncəki dövrdə seçicilərin millətçilik hissini istismar etmə cəhdidir. Lakin etirazlar nəticəsiz qaldı və mahnıdan seçkilərdə istifadə edildi.Noğay marşı 2015-ci ildə Rəcəb Tayyib Ərdoğanın prezidentliyi dövründə Azərbaycan prezidenti İlham Əliyevin Türkiyə səfəri zamanı prezident qəbulundakı rəsmi mərasimdə ilk dəfə Türkiyə Respublikası Dövlət Orkestrası tərəfindən ifa edilmişdir. Eyni il Mehmed Akif Ərsoy Universiteti tərəfindən Aslanbek Sultanbekova Türk dili və mədəniyyətinə qatdığı qatqılardan dolayı fəxri doktor ünvanı verilmişdir.Noğay marşını dünyaya yenidən tanıdan və bu qədər məşhurlaşmasında böyük rolu olan Aslanbek Sultanbekov Noyay türkü xalq musiqiçisi, Qaraçay-Çərkəz Respublikasının milli sənətçisi. Qazaxıstan Respublikası Milli Orkestrasının sənətçisidir.
Noğay xan
Noğay xan (tatar. Nuğay, Нугай, qaz. Ноғай; 1235/1240 — 1299) — Qızıl Orda bəylərbəyi. == Həyatı == Bərkə xanın sərkərdəsi olan Noğay, Qızıl Ordanın Don ilə Dnepr arasındaki bölgələri idarə edən tümən bəyi idi. İlk dəfa Bərkə xan (1255–1266) dövründə qarsılaşdığımız Noğay, Məngü Teymur xan (1266–1280) zamanında siyasət səhnəsinə çıxdı. 1259-cu ildən 1296-cı ilə qədər Qalitsiya, 1261-ci ildən 1263-cü ilədək də Qafqaz səfərlərində qazandığı üstün zəfərlə çıxmışdır. Qaradənizin şərq və şimalında yaşayan boyları Qızıl Orda mərkəzindən ayıracaq şəkildə öz hakimiyəti altında birləşdirmiştir. Bərkə xanın və sərkərdəsi olan Noğayın müsəlman olmaları, Şaman olan Hülaku ilə olan savaşları qazanmaları, xilafət üçün alınan bir intiqam və İslamiyətin zəfəri olaraq bilindi. Bu münasibətlə qonşu müsəlman ölkələrdən, Xorasandan və Anadoludan İslamiyəti yaymaq üçün qazilər gətirildi. Azərbaycandan Ərdəbil şeyxi Səfiyədddin Ərdəbili, öz müridləri ilə birlikdə Dəşt-i Qıpçaqda və Krımda (Noğay ölkəsində) İslami fəaliyətlərdə oldu.
Kubanda Noğay üsyanı
Kubanda Noğay üsyanı — bozqırlarda köçəri həya sürən noğayların Rusiyanın işğalçılıq siyasətinə qarşı son əhəmiyyətli müqavimətləridir. 1783-cü ildə baş vermişdir. Üsyanın məğlubiyyətlə nəticələnməsi Qafqazın şimal hissəsinin slavyanlaşdırılma yol açmış və Qafqazın Rusiya tərəfindən ələ keçirilməsinin əsasını qoymuşdur. Üsyanın səbəbi Krımın Rusiya imperiyasına ilhaq edilməsi və bu ətraflarda yaşayan noğayların buradan Ural ətrafına köçürülməsi planları olmuşdur. Üsyan bir neçə ay ərzində Aleksandr Suvorovun komandanlığı altındakı ordu tərəfindən qəddarlıqla yatırılmışdır. == Arxa plan == Qara dənizin şimalındakı noğaylar demək olar ki, 300 il idi ki, Krım xanlığından asılı idilər. Krım xanlığı da öz növbəsində Osmanlı imperiyasından vassal asılılığında idi. Kuban noğayları şərqə uzaq olduqları üçün digər yaxın qruplara nisbətən daha müstəqil idilər. Rusiya tədricən noğayları cənuba doğru sıxışdırmağa başladılar. 1768-1774-cü illər Rus-Türk müharibəsinin nəticəsində Krım xanlığı Osmanlı asılılığından çıxdı, lakin əslində Rusiyanın vassallığına keçdi.
Qıpçaq-noğay dilləri
Qıpçaq-noqay dilləri — türk dillərinin qıpçaq qrupuna daxil olan ən çoxlu dil klasteri. == Dil və dialektlər == Linqvistik baxış bucağından bütün qıpçaq-noqay dilləri bir dilin dialekti sayılacaq qədər bir-birinə yaxındır. Aşağıdakı dillər və dialektlər fərqlənir: Krım-tatar dilinin çöl dialekti; Noqay dili; Qaraqaş dili; Yurd-noqay dili; Alabuğa-noqay dili; Qazax dili; Qaraqalpaq dili; Özbək dilinin qıpçaq dialektləri; qismən Fərqanə-qıpçaq dili və cənubi qırğız dialektləri.Tatarların və başqırdların bəzi qrupları da noqay mənşəlidir, məsələn, naqaybəklər. == İstinadlar == == Əlavə ədəbiyyat == Э. Р. Тенишев (ред.). Сравнительно-историческая грамматика тюркских языков. Региональные реконструкции. М., 2002.
Noğaylar
Noqaylar və ya noğaylar – Türk xalqlarından biri, özlərini "Qaranoğay" və ya "Noğay-Qaraqaş" adlandırırlar. 2002-ci ildə aparılmış siyahıya almanın yekunlarına əsasən Rusiya Federasiyasında 90.666 nəfər noqay yaşayır. Türk dilinin qıpçaq qrupuna daxil olan noqay diliində danışırlar. Etnik və linqvistik baxımdan qazax və qaraqalpaqlara ən yaxın xalqdırlar. == Etnogenez == Noqay xalqı türk boyları olan oğuz, qıpçaqların və monqol-manqıtların qarışması nəticəsində XV əsrdə Volqa, Emba və İrtış çayları ərazisində formalaşmışdır. Etnoad Noğay adından götürülüb (XIII əsr) – Noğay Qızıl Orda dövlətinə qarşı üsyançılardan biri olub. Noğay adına tarixdə ilk dəfə, orta əsrlərdə, Monqol imperiyasının dağılmasından sonra rast gəlinir. Monqol imperatorluğunun ulusu olan Qızıl Orda imperatorluğunun dağılmasından sonra yaranan kiçik xanlıqlar (Qazan, Krım, Sibir və digər) arasında Noğay Xanlığı da var idi. Noqaylar həmçinin qırğız tayfaları arasında da mövcuddurlar. Məşhur dastana görə Manas Baba Noğay olub.

noğay sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

türk tayfalarından birinin adı (XIII əsr Qızıl Orda sərkərdəsi Noğayın adındandır. Hazırda 70 min nəfərdir, Dağıstan, Çeçenistan və s. yerlərdə yaşayırlar); möhkəm, sağlam; yaradıcı.

Azərbaycan kişi adlarının izahlı lüğəti

Oxşar sözlər

#noğay nədir? #noğay sözünün mənası #noğay nə deməkdir? #noğay sözünün izahı #noğay sözünün yazılışı #noğay necə yazılır? #noğay sözünün düzgün yazılışı #noğay leksik mənası #noğay sözünün sinonimi #noğay sözünün yaxın mənalı sözlər #noğay sözünün əks mənası #noğay sözünün etimologiyası #noğay sözünün orfoqrafiyası #noğay rusca #noğay inglisça #noğay fransızca #noğay sözünün istifadəsi #sözlük