Nuriddin Əliyev
Nurəddin (Nuriddin) Məcid oğlu Əliyev (2 aprel 1920, Petrovsk-Port, Dağıstan vilayəti – 28 noyabr 1991, Bakı) — SSRİ-nin əməkdar təyyarəçisi (1966), Lenin, Oktyabr inqilabı, Qırmızı ulduz ordenləri laureatı, polkovnik.
== Həyatı ==
Nurəddin Məcid oğlu Əliyev 2 aprel 1920-ci ildə Mahaçqala şəhərində anadan olmuşdur. 1937–1938-ci illərdə Bakı aeroklubunda U-2 üzrə pilotluq kursu keşmişdi. 1938-ci ildə Batay Yay pilotluq məktəbinə göndərilmişdi. 1940-cı ildə bu məktəbi uğurla bitirmişdi. O, pilot kimi İ-15, İ-16 təyyarələrində uçuşlara başlamışdı. II Dünya müharibəsində iştirak etmişdi. İl-2 təyyarəsinin sükanı arxasında Stalinqrad döyüşündə faşist təyyarələrinə qarşı vuruşmuşdu. 243-cü (78-ci) aviaalayın tərkibində uçuşlara qatılmışdı. Stalinqrad (Volqaqrad) ətrafında düşmənin 10 tankını, 2 zirehli maşınını, 5 zenit qurğusunu, 26 avtomaşınını, 190 yaxın zabit və əsgər heyətini məhv etmişdi.