nzibati-I sözü azərbaycan dilində

nzibati-I

Yazılış

  • nzibati-I • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
I
I latın qrafikalı Azərbaycan əlifbasında 13-cü hərf, 9 saitdən biri. Qalın, qapalı və dodaqlanmayan saitdir. Azərbaycan dilində I hərfi ilə söz başlanmır.
I Look I See
I Look I See — Yusuf İslamın 2003-cü ildı çıxardığı albom.
Artaksias I
I Artaşes (yun. Άρταξίας, lat. Artaxias; bilinmir – təq. e.ə. 160) — Ermənistan Krallığının dövlət xadimi.
Cerdap I
Cerdap su anbarı (Cerdap-I) — Rumıniya və Serbiyada, Dunay çayı üzərində su anbarı. Cerdap Qərbi Avropada ən böyük su anbarlarından biridir. == Tarixi == 1969–71-ci illərdə doldurulmuşdur. == Sahəsi == Sahəsi 320 km2 , uzunluğu 230 km, həcmi 5 km3. == Xüsusiyyətləri == Energetika, gəmiçilik, daşqınlarla mübarizə və rekreasiya məqsədləri üçün istifadə olunur. Cerdap-I bəndinin aşağı byefində (80 km aşağıda) suyun səviyyəsini tənzimləmək məqsədilə 1984-cü ildə Cerdap-II bəndi və 2 km3 həcmində kompensasiyaedici su anbarı istismara verilmişdir.
Edmund I
Edmund I və ya Eadmund I (təq. 920, Uesseks krallığı[d] – 26 may 946) — 27 oktyabr 939-cu ildən ölümünə qədər İngiltərənin Kralı olub. O, Edvardın böyük oğlu və onun üçüncü həyat yoldaşı Edgifu, eləcə də Alfredin böyük nəvəsi idi. Eduard 924-cü ildə vəfat etdikdə, onun böyük oğlu, 939-cu ildə uşaqsız ölən Edmund Aethelstanın ögey qardaşı ona miras qalmışdır. Sonra Edmund padşah oldu. O, ilk həyat yoldaşı Elfgifudan iki övladı var idi Edvig və Edqar. Onun ikinci həyat yoldaşı Ethelfleed heç bir övladı olmamışdır. Aethelstan Humberin cənubundakı İngiltərə kralı kimi uğur qazandı və 927-ci ildə Vikinqlərin idarə etdiyi Yorku fəth edərkən bütün İngiltərənin ilk kralı oldu, lakin onun ölümündən sonra Anlaf Qutfritson York kralı olaraq qəbul edildi və Vikinqlərin hakimiyyətini beşliyə genişləndirdi. Şimal-şərq Mercia rayonları. Edmund əvvəlcə bunun əksini qəbul etmək məcburiyyətində qaldı, bu, Alfredin hakimiyyətindən sonra Qərbi Sakson sülaləsi üçün ilk böyük uğursuzluq idi, lakin o, 941-ci ildə Anlafın ölümündən sonra öz mövqeyini bərpa edə bildi.
Ferdinand I
I Ferdinand (1015-1065) — Leon kralı. I Ferdinand (1345-1383) — Portuqaliya kralı. I Ferdinand (1379-1416) — Araqon kralı. I Fernando (1403-1478) — Braqanza hersoqu. I Ferdinand (1423-1494) — Neapol kralı. I Ferdinand (1503-1564) — Müqəddəs Roma imperatoru. I Ferdinand (1549-1609) — Toskana hersoqu. I Ferdinand (1587-1626) — Mantua hersoqu. I Ferdinand (1751-1802) — Parma hersoqu. I Ferdinand (1751-1825) — Neapol və Siciliya kralı.
G.I.
G.I. ABŞ Silahlı Qüvvələrinin üzvləri və ya onların avadanlıqları üçün nəzərdə tutulmuş termindir. Sifət və ya isim kimi istifadə edilə bilər. Bu gün “Government Issue” (“Dövlət Əmlakı”) sözünün abreviaturası kimi, bəzən isə səhv olaraq “General Infantry” (“Ümumi Piyada”) sözünün abreviaturası kimi istifadə olunsa da, ilkin olaraq “galvanized iron” (“qalvanizli dəmir”, yəni qalvaniz örtüklü dəmir polad) sözündən gəlir. “G.I.” hərflərindən ABŞ Ordusunun inventar və təchizat qeydlərində metal zibil qutuları kimi sinklənmiş poladdan hazırlanmış avadanlıqları göstərmək üçün istifadə edilmişdir. Birinci Dünya Müharibəsi zamanı Amerika əsgərləri alman artilleriyasının mərmilərini istehza ilə “G.I. cans” (G.I. qutuları) adlandırırdılar. Eyni müharibədə bu abbreviatura “Govenment Issue” kimi şərh edilməyə başlanmış və hərbçilər ilə orduya aid edilən hər şeyə G.I. deyilməyə başlanmışdır.
Gaşerbrum I
Gaşerbrum I (urdu گاشر برم -1; çin. 加舒尔布鲁木я峰), Hidden-Pik (ing. Hidden Peak — «Gizlin zirvə, K5») — Karakorumda dağ zirvəsi. Hündürlüyü dəniz səviyyəsindən 8080 metrdir. Səkkizminliklər içində on birinci hündür zirvədir. == Coğrafiyası == Gaşerbrum I dağı Pakistanın Kəşmir bölgəsində, Gilgit-Baltistan ərazisinin Çinin Sintszyan-Uyğur Muxtar Rayonu ilə olan sərhəddə yerləşir. Dağ zirvəsi Karakorumun cənub-şərq hissəsindədir. Gaşerbrum Baltoro Muztaq silsiləsinə daxildir. Gaşerbrum I çox zirvəli Gaşerbrum dağ massivinə aiddir. Hidden-Pikin hündürlüyü 8080 metr olub Qaşerbrum dağ masivində ən hündür, Karakorum dağlarında ikinci, dünyada isə on birincidir.
I-57
I-57 (ing. Interstate 57) — ABŞ-də ştatlarası, uzunluğu 386,12 mil (621.40 km) olan avtomagistral. İki ştatın ərazisindən keçir. == Magistralın marşrutu == === Missuri === Interstate 57 avtomagistralının cənub sonu Missuri ştatının Mayner qraflığında, Interstate 55 və US-60 ilə kəsişmədə yerləşir. 35 km I-57 vasitəsilə Mississipi çayı keçir və İllinoys ştatının Keyro qraflığına daxil olur. === İllinoys === Interstate 57 İllinoys ştatında bu ştatın ərazisindən keçən bütün ştatlararası magistrallardan ən uzunudur. Şauni Milli Parkından keçir və Çikaqo şəhəri istiqamətində, şimal-şərqə uzanır. Böyük Şampeyn şəhərindən keçir. Çikaqoya I-294 şosesi ilə keçir. Magistralın şimal sonu Interstate 94 kəsişməsində yerləşir.
I.Leonidas
I Leonid (q.yun. Λεωνίδας; ən geci e.ə. 520, Sparta, Peloponnes, Qərbi Yunanıstan və İon adaları – 11 avqust e.ə. 480) — eramızdan əvvəl 491-480-ci illərdə hökm sürən Agiadlar ailəsindən olan Sparta hökmdarı, sərkərdə. Yunan-İran müharibələrində Sparta ordusunun komandanı olmuş, Fermopil döyüşündə həlak olmuşdur. == Həyatı == Leonid II Anaxandrisin oğlu idi. O, 20-ci nəsildə Herakl nəslindən sayılırdı. Leonid dörd oğuldan üçüncüsü idi, lakin I Kleomen və Dorienin ölümündən sonra kral hakimiyyətini öz üzərinə götürdü: “Leonid I Kleomenin kiçik qardaşı idi və Kleomenin kişi nəslini qoymadan öldükdən sonra taxta çıxdı”. Hökmdarlığının on ili ərzində I Leonid əhəmiyyətli bir şey etmədi, ancaq Fermopil (İsti qapılar) döyüşü ilə adını əbədiləşdirdi. Fars qoşunlarının irəliləməsi zamanı 6 min əsgərlə (300 spartalının şəxsi mühafizəsi də daxil olmaqla) Thermopylae keçidini müdafiə etdi və döyüşdə öldü.
I. Senusret
I Senusret — Misirin 12. Sülalədən olan ikinci hökmdarıdır. E.ə. 1971 və e.ə. 1926 tarixləri arasında Misir hömdarlığı etmişdir. Firon I. Amenemhatın oğludur.
I Fridrix
I Fridrix (Danimarka kralı)
I Fuad
I Fuad və ya Əhməd Fuad Paşa (d. 26 mart 1868 — ö. 28 aprel 1936) — Misirin son sultanı və ilk kralı. == Həyatı == === İlk illəri === 26 mart 1868-ci ildə Qahirədəki Cizə sarayında dünyaya gəldi. Atası Misir xədivi İsmayıl Paşa, anası isə onun xanımlarından Fəryal Qadınəfəndidir. İlk təhsilini Qahirədə alan Əhməd Fuad atasının vəzifədən alınaraq sürgünə göndərilməsinin ardından təhsilinə Avropada, daha çox Cenevrə və Torinoda davam etdi. 1885-ci ildə İtalya Hərb Akademiyasına daxil oldu və 1887-ci ildə Romada kral ordusunda xidmət etməyə başladı. Ardından Vyanadakı Osmanlı səfirliyində hərbi xidmətdə olan Əhməd Fuad, daha sonra İstanbula gələrək Sultan Əbdülhəmidin fəxri yavərliyinə təyin olundu. 1892-ci ildə Qahirəyə döndü. 1908–1913-cü illərdə Qahirə Universitetinin ilk rektoru olaraq fəaliyyət göstərdi və bu müddət ərzində Misir xədivi II Abbas Hilminin 3 ilə yaxın baş yavəri oldu.
I Fulk
Fulk — İlk Anje qrafı, Tur qrafı və Nant qrafı. == Hakimiyyəti == 898-ci ildə atasından Anjeni irsən aldı. Hakimiyyəti əsasən normanlar və britonlarla müharibə şəraitində keçmişdir. == Ailəsi == De Loş sinyoru Varneriusun qızı Rosil de Loş ilə evlənmiş, bir neçə övladı olmuşdu: İnqelqer (ö.
I Fyodr
I Fyodr İohannoviç (rus. Фёдор I Иоа́ннович) və ya Fyodr Blajenni (rus. Феодор Блаженный) — Böyük Moskva knyazlığının böyük knyazı, bütün Rus dövlətinin hökmdarı.
I Fəribürz
I Fəribürz – Şirvanşahlar dövlətinin on altıncı hökmdarı, Şirvanşah Salar ibn Yezidin oğlu. == Fəaliyyəti == Şirvanşah Salar ibn Yeziddən sonra Şirvanda onun qanuni varisi- hələ atasının sağlığında dövlət işləri ilə məşğul olan oğlu Fəribürz ibn Salar ibn Yəzid hökmranlıq etmişdi. === Şavur ibn Fəzllə münasibət === Fəribürzün hakimiyyəti dövründə Şirvanşahlarla qohumluq münasibətlərində olan Arran hökmdarları Şəddadilərlə bir sıra müharibələr baş verdi. H.455-ci ilin rəbiüləvvəl ayında (mart, 1063) Arran hökmdarı Şavur ibn Fəzl Şirvana hücum edərək Quylamiyan qalasını tutdu və orada öz qarnizonunu yerləşdirdi. Həmin il o, yenidən Şirvana hücum edərək ölkəni viran etdi, qoyun və mal-qara sürülərini qovub apardı. Şavur onun əleyhinə çıxan Şirvan əhalisini qırıb-çatdı, əyanlardan bir çoxunu əsir aldı və əmlaklarını qarət etdi. "Tarix-i əl-Bab" sonra xəbər verir: "Oradan hərəkət edən Şavur Yəzidiyyənin qapıları qarşısında düşərgə saldı, öz qızını – mərhum Saların arvadını (hərəmini) pulları, bütün mal və qiymətli şeyləri ilə birlikdə götürərək Arrana qayıtdı. Lakin h.455-ci ilin rəcəb ayında (iyul, 1063) o, üçüncü dəfə Şirvana gələrək Sədun kəndində dayandı, əkinləri, ətraf kənd və malikanələri yandırdı". Şirvanşah kömək istəmək üçün oğlu Əfridunu Ənuşirəvan ibn Ləşkəri ilə birlikdə ana babası olan Sərir hakiminin yanına göndərdi. Lakin Əfridun Sərir hakimindən heç bir kömək ala bilməyib üç aydan sonra əliboş geri qayıtdı.
I Fərruxzad
I Fərruxzad (Şamaxı – 1204, Şamaxı) – Şirvanşahlar dövlətinin iyirmi dördüncü hökmdarı, Şirvanşah III Böyük Mənuçöhrün oğlu. I Axsitanın qardaşı oğlu II Fəribürz ibn II Əfridundan sonra, Axsitanın qardaşı, III Mənuçöhrün dördüncü oğlu Fərruxzad hakimiyyətə keçmişdir. İndiyədək Fərruxzadın sikkəsi tapılmamışdır. Görünür, o, çox qısa müddət, ehtimal ki, bir ilə yaxın hakimiyyət sürmüşdür. I Fərruxzadın adı onun öz şəcərəsini göstərən oğul və nəvələrinin sikkələrindəki kitabələrdə, habelə epiqrafık abidələrdə -Mərdəkan kəndindəki dairəvi qalada oxunur: "...Gərşəsb ibn Fərruxzad ibn Mənuçöhr..." Kitabədə tarix göstərilmişdir: mərdad ayı, altı yüzüncü il (avqust, 1204-cü il). Görünür, Fərruxzad qoca vaxtında, çox az, ehtimal ki, XIII əsrin əvvəlində hakimiyyətdə olmuş və onun hakimiyyəti h.600 (1204)-cü ildən gec olmayaraq başa çatmışdır. Fərruxzadın adı Pirsaatçay xanəgahının giriş portalındakı kitabədə("... (III) Fəribürz ibn Gərşəsb ibn Fərruxzad ibn Mənuçöhr...") və Göylər kəndindəki Pirmərdəkan türbəsinin içərisindəki kitabədə("Ən böyük padşah, xaqan... Fərruxzad ibn Fəziləlmüvəhhid Mənuçöhr...") çəkilir Onun adı Dornun cədvəlində də var, lakin S. Aşurbəyliyə görə hakimiyyət illəri düzgün deyil. == Ailəsi == Atası III Böyük Mənuçöhr.
I Gagik
Qaqik (v. 770) — Qafqaz Albaniyasının çarı. Kirill Tumanova görə o Albaniyada hökmdarlıq etmişdir, Narsenin oğludur və 770-ci ildən sonra vəfat etmişdir.
I Gelasi
I Gelasi (Gelasius; təq. 410, Afrika[d], Roma imperiyası – 21 noyabr 496 və ya 22 noyabr 496, Roma) — 492–496-cı illər pontifikatı, Roma papası. == Həyatı == I Gelasi Romanın 49-cu yepiskopu və ona bir müqəddəs kimi hörmət edən Katolik Kilsəsinin Papası idi. Onun papalığı 492-ci il martın 1-dən ölümünə qədər davam etdi. O, Afrika əsilli sonuncu papa idi.
I Güştasp
I Güştasp və ya I Gərşəsb (Şamaxı – 1226, Şamaxı) — Şirvanşahlar dövlətinin iyirmi beşinci hökmdarı, Şirvanşah I Fərruxzadın oğlu. == Fəaliyyəti == I Fərruxzad ibn Mənuçöhrün qısamüddətli hökmranlığından sonra hakimiyyətə onun oğlu Gərşəsb ibn Fərruxzad keçmişdir. Onun adından kəsilmiş bir neçə variantlı, lakin eyni məzmunlu aşağı əyarlı xeyli, əsasən mis sikkələr qalmışdır. Üz tərəfində həmişəki kimi, dini rəmz və möminlərin hökmdarı xəlifə ən-Nasir-lidin – Allahın (h.575- 622 (1180-1225)-ci illər) adı durur. Əks tərəfındə eyni dini rəmz təkrar olunmuş, onun altında isə "əl-məlik əl-müəzzəm Gərşəsb ibn Fərruxzad, ibn Mənuçöhr, Şirvanşah" sözləri həkk edilmişdir. Gərşəsb ibn adı ilə kəsilmiş külli miqdarda sikkənin hamısında xəlifə ən-Nasirin adı çəkilir. Lakin Gərşəsibn oğlu və varisi III Fəribürz də həmin xəlifənin hakimiyyətinin sonlarına doğru onun adı ilə sikkə zərb etdirmişdir.Gərşəsibn sikkələri üzərindəki "əl-məlik əl müəzzəm" ləqəbləri və Şirvanşah titullu Şirvanşahlar dövlətinin ən yüksək inkişaf dövründə onun müstəqil hakimiyyət sürdüyünü göstərir. Gərşəsibn adını Kür və Araz çayları arasında yerləşən və Xəzər dənizinin sahillərinə qədər uzanan Güştəsbi (Güştəsfi) vilayətinin adı ilə bağlayırlar. S. Aşurbəyli qeyd edir ki, yəqin, onun adının ən düzgün yazılışı sikkələrində və abidələrindəki kitabələrdə rast gəlindiyi kimi Gərşəsb yaxud Gərşəspdir. Gərşəsb adı Şirvanşahların çox güman ki, qohum olduqları deyləmi Kakuyilər sülaləsi hökmdarları arasında məlumdur.Şirvanda Güştəsbi vilayətinin və şəhərinin adına XIII əsrdən əvvəlki mənbələrdə rast gəlinmir.
I Hakəm
I Hakəm və ya Hakəm ibn Haşim ibn Əbdürrəhman (ərəb. الحكم بن هشام بن عبد الرحمن‎) (d. 771 — ö. 21 may 822) — 3-cü Kordova əmiri. == Həyatı == Hakəm ibn Hişam 771-ci ildə Kordovada dünyaya gəldi. Atası Əndəlüs əmiri I Hişam, anası isə onun ispan əsilli cariyəsi Zührufdur. Atasının vəfatının ardından 17 aprel 796-cı ildə taxta çıxdı. Səltənəti dönəmi bir çox iğtişaş və üsyanlarla keçdi. Üzləşdiyi ilk problem atasının dönəmində şimali Afrikaya sürgün edilən əmiləri Süleyman və Abdullahın taxt iddiasıyla Əndəlüsə geri dönmələri oldu. Kiçik əmisi Abdullah, Übeydullah və Əbdülməlik adlı 2 oğluyla birlikdə Frank kralı Böyük Karla sığınsa da, aparılan danışıqlıqlarla külli miqdarda qızıl və hədiyyə alıb Valensiyada qalmağa razı oldular.
I Harold
I Harold Göydiş (dan. Harald Blåtand; 911, Danimarka – 1 noyabr 985) — Danimarka və Norveç kralı, Qoca Qormun oğlu.
I Hattuşili
I Hattusili — (Hattušili) Bu, qədim Krallığın Hitit dövlətinin uğurlu krallarından biridir. Təxminən 1650-1620-ci illərdə hökm sürdüyü düşünülür. Xattusa şəhəri I Hattuşili tərəfindən xetlərin paytaxtına çevrildi. Xet şəhərlərinə şimalındakı Suriya şəhərlərindən katiblər gətirərək Xetlərdə arxivlərin yaradılması ənənəsi I Hattuşili ilə başlayır.
I Hetum
I Hetum — Konstantin Baberonun oğlu. == Hakimiyyəti == Əslən Qafqaz albanı olan Hetum Kilikiya çarı olmuş, taxta çıxarkən Monqollardan yardım almış, qardaşı Smbatı II Monqol qurultayına göndərmişdi. 1247-ci ildə çar rəsmən Güyük xanın vassalı olmuşdu. 1254-cü ildə çar özü Qaraqoruma səyahət etmiş və Möngke xanla görüşmüşdür.Kirakos Gəncəli onun haqqında "Kiçik Ermənistan çarı Hetumun Monqolustana və geriyə sərgüzəştləri" əsərində məlumat vermişdir. 1259-cu ildə təkidlə VI Bohemundu da Monqol vassalı etmişdi. 1266-cı ildə Məmlüklərin hücumuna uğradı və oğlu Levon əsir düşdü. Buna görə də oğlunun azadlığı qarşısında torpağı verən çar daha sonra hakimiyyəti oğluna verərək rahib həyatı yaşadı.
I Hişam
I Hişam və ya Hişam ibn Əbdürrəhman (ərəb. هشام بن عبد الرحمن الداخل‎) (d. 26 aprel 757 - ö. 17 aprel 796) — 2-ci Kordova əmiri. == Həyatı == Hişam ibn Əbdürrəhman 26 aprel 757-ci ildə Kordovada dünyaya gəldi. Atası Əndəlüs əmirliyinin qurucusu I Əbdürrəhman, anası isə onun ispan əsilli cariyəsi Haluldur. Atasının vəfatı xəbərini almasının ardından hakim olduğu Merida qalasından ayrılaraq Kordovaya gəldi və 7 oktyabr 788-ci ildə dövlət adamlarının, eləcə də əhalinin qarşısında taxta çıxdı. Ancaq Suriyalı ərəblərin dəstəklədiyi qardaşı Toledo hakimi Süleyman, yaşının çox olması səbəbilə taxtın öz haqqı olduğunu iddia edərək onun əmirliyini tanımadı. Çox keçmədən kiçik qardaşı Abdullah da Süleymana qatıldı. Əmir Hişam ilk öncə məsələni sülh yoluyla həll etmək istəsə də, qardaşları buna razı olmadı.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.02 dəfə / 1 mln.
2020 •••••••••••••••••••• 0.27

Oxşar sözlər

#nzibati-ı nədir? #nzibati-ı sözünün mənası #nzibati-ı nə deməkdir? #nzibati-ı sözünün izahı #nzibati-ı sözünün yazılışı #nzibati-ı necə yazılır? #nzibati-ı sözünün düzgün yazılışı #nzibati-ı leksik mənası #nzibati-ı sözünün sinonimi #nzibati-ı sözünün yaxın mənalı sözlər #nzibati-ı sözünün əks mənası #nzibati-ı sözünün etimologiyası #nzibati-ı sözünün orfoqrafiyası #nzibati-ı rusca #nzibati-ı inglisça #nzibati-ı fransızca #nzibati-ı sözünün istifadəsi #sözlük