nüfuz sözü azərbaycan dilində

nüfuz

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • nüfuz • 98.9159%
  • Nüfuz • 1.0280%
  • NÜFUZ • 0.0561%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

nüfuz sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Bir adamın sözü keçmə, hörməti, etibarı, təsiri olma; hörmət, etibar, təsir; avtoritet. Naməlsəm camaatının arasında Əminin nüfuzu gündən-günə artır. N.Nərimanov. Cülus günündə iştirak etmək üçün xəlifə nüfuzu altında olan ölkələrin hökmdarları da öz mühafizə qoşunları ilə bərabər Bağdada gəlmişdi. M.S.Ordubadi. □ Nüfuz qazanmaq – hörmət qazanmaq, hörməti, etibarı artmaq, avtoritet qazanmaq. Nüfuzdan düşmək – hörməti, etibarı itmək, əvvəlki etibarı qalmamaq. [Xəlil] onun yanında nüfuzdan düşməsin deyə, işi birtəhər, zarafatla yola vermək istədi, zorla gülümsündü. M.Hüseyn. Nüfuzdan salmaq – hörmətdən, etibardan salmaq, bihörmət etmək, alçaltmaq. [Sadıqov:] Bu məni biabır etməkdir, nüfuzdan salmaqdır. İ.Əfəndiyev. 2. Təsir etmə, keçmə, içəriyə işləmə. □ Nüfuz etmək – təsir etmək, işləmək, keçmək. Qurban … sümüklərinə qədər nüfuz edən soyuqdan bir yumaq kimi büzüşdü… A.Şaiq. Onun iti nəzərləri geniş üfüqlərə nüfuz edir. M.Hüseyn. May günəşi elə bil onun ürəyinin içinə qədər nüfuz edir. S.Rəhman.

    Azərbaycan dilinin izahlı lüğəti / nüfuz
  • 2 ə. 1) iç tərəfə keçmə, təsir etmə; işləmə; 2) sözü keçmə; avtoritetlik.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / nüfuz
  • 3 müəyyən keyfiyyətlərinə, xidmətinə görə hər hansı bir şəxsin, baxışlar sisteminin və ya təşkilatın hamı tərəfindən etiraf edilən nüfuzu.

    Fəlsəfə terminlərinin izahlı lüğəti / nüfuz

nüfuz sözünün sinonimləri (yaxın mənalı sözlər)

nüfuz sözünün rus dilinə tərcüməsi

  • 1 1. влияние, проникновенность, проницательность; 2. значение, престиж, авторитет, вес, власть;

    Azərbaycanca-rusca lüğət / nüfuz
  • 2 сущ. 1. авторитет (общепризнанное значение, влияние). Kollektivin nüfuzu авторитет коллектива, müəllimin nüfuzu авторитет учителя, valideyn nüfuzu родительский авторитет, nüfuza malik olmaq иметь авторитет, nüfuzunu itirmək терять авторитет 2. проникновение; nüfuz etmək проникать, проникнуть. Şaxta iliklərinə nüfuz etmişdi kimin мороз проник до мозга костей кого; nüfuz qazanmaq завоевать авторитет, nüfuzdan düşmək терять авторитет; nüfuzdan salınmaq дискредитироваться, компрометироваться, быть дискредитированным, скомпрометированным; nüfuzdan salmaq kimi лишать авторитета кого

    Azərbaycanca-rusca lüğət / nüfuz

nüfuz sözünün inglis dilinə tərcüməsi

  • 1 i. 1. influence, ascendancy, ascendency; ~u olmaq to have* a firm standing; to be* influential; 2. Authority (over), to carry authority (with); ~ qazanmaq to gain / to win* authority / prestige; ~dan düşmək to lose* prestige; ~dan salmaq to discredit (d.); ~ etmək to penetrate (d.), to go* (through), to pass (through)

    Azərbaycanca-ingiliscə lüğət / nüfuz

nüfuz sözünün fransız dilinə tərcüməsi

  • 1 is. autorité f, prestige m ; ascendant m ; influence f ; böyük ~u olmaq avoir une grande autorité ; ~undan istifadə etmək user de son influence ; ~dan düşmək perdre son prestige ; discréditer (se) ; ~dan salmaq discréditer vt

    Azərbaycanca-fransızca lüğət / nüfuz

nüfuz sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. нуфуз (1. гьуьрмет, ихтибар; авторитет; nüfuz qazanmaq нуфуз къазанмишун, гьуьрмет къазанмишун, гьуьрмет (ихтибар) артух хьун, авторитет къазанмишун; nüfuzdan düşmək нуфуздай аватун, гьуьрметдай аватун, эвелан нуфуз (гьуьрмет) амукь тавун; nüfuzdan salmaq нуфуздай авудун, гьуьрметдай (ихтибардай) авудун, гьуьрметсузрун, усаларун, алчахарун; 2. эсер авун, таъсир авун; къенез фин; nüfuz etmək нуфуз авун, эсер авун, къенез фин, гьатун, мес. кӀарабда къай).

    Azərbaycanca-ləzgicə lüğəti / nüfuz

nüfuz sözünün türk dilinə tərcüməsi

"nüfuz" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#nüfuz nədir? #nüfuz sözünün mənası #nüfuz nə deməkdir? #nüfuz sözünün izahı #nüfuz sözünün yazılışı #nüfuz necə yazılır? #nüfuz sözünün düzgün yazılışı #nüfuz leksik mənası #nüfuz sözünün sinonimi #nüfuz sözünün yaxın mənalı sözlər #nüfuz sözünün əks mənası #nüfuz sözünün etimologiyası #nüfuz sözünün orfoqrafiyası #nüfuz rusca #nüfuz inglisça #nüfuz fransızca #nüfuz sözünün istifadəsi #sözlük