nümayişlər sözü azərbaycan dilində

nümayişlər

Yazılış

  • nümayişlər • 91.9454%
  • Nümayişlər • 7.9181%
  • nümayiŞlər • 0.1365%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Gürcüstanda nümayişlər (1978)
Gürcüstanda nümayişlər (1978) (gürc. თბილისის დემონსტრაციები) — 14 aprel 1978-ci ildə gürcü ziyalılarının və digər fəalların Gürcüstan SSR-də, ilk növbədə respublikanın paytaxtı Tbilisidə keçirdikləri kütləvi mitinqlər. Mitinqlərin səbəbi 1977-ci ildə qəbul edilmiş yeni SSRİ konstitusiyasında gürcü dilinin dövlət dili olması maddəsinin daxil edilməməsi idi. == Tarixi == 7 oktyabr 1977-ci il tarixində SSRİ Ali Soveti tərəfindən SSRİ-nin yeni əsas qanunu Konstitusiya qəbul edildi. Bununla da 1936-cı il SSRİ Konstitusiyası qüvvədən düşmüş oldu. SSRİ-nin yeni konstitusiyasını qəbul edilməsi ilə respublikalar yeni konstitusiya layihələrini hazırlamağa başladılar. 1978-ci ildə rus dilində nəşr olunan Gürcüstanın "Zarya Vostoka" qəzeti Gürcüstan SSR konstitusiya layihəsinin 75-ci maddəsini aşağıdakı məzmunla dərc etdi: Lakdin həmin dövrdə qüvvədə olan 1937-ci il konstitusiyasında dil haqqında maddə belə yazılmışdı: Beləliklə, əgər yuxarıdakı ifadə qəbul edilsəydi, gürcü dili Gürcüstan SSR-in dövlət dili statusunu itirərdi. Tələbə və tədris mühiti arasında, yeni Gürcüstan konstitusiyasına görə, gürcü dilinin artıq dövlət dili olmayacağı barədə şayiələr dolaşmağa başladı. Mitinqlər özbaşına başlamadı. "Gürcü-Film" in direktoru Rezo Çxeidzenin qızı, Tbilisi Dövlət Universitetinin tələbəsi Tamriko Çxeidze nümayişə çağırış vərəqələri paylayırdı.
Dövlət nümayişləri
Dövlət nümayişləri — Nümayişlərin keçirildiyi ölkənin hökuməti tərəfindən təşkil olunan və əsasən iqtidaryönlü olan nüməyişlər. İran İslam Respublikası, Çin Xalq Respublikası, Kuba Respublikası, kirçenerist Argentina, Sovet Sosialist Respublikaları İttifaqı, İtaliya Krallığı, faşist Almaniya və başqa ölkələr dövlət nümayişləri keçiriblər. İranda İslam İnqilabının ildönümü kimi nümayişlər hökumət tərəfindən təşkil edilmişdir. Əvvəllər bu nümayişlərdə "Rədd olsun İsrail!" və "Amerikaya ölüm!" şüarları səslənirdi. Koreya Xalq Demokratik Respublikası (Şimali Koreya) belə nümayişləri ABŞ, Yaponiya və Cənubi Koreyaya qarşı tez-tez keçirir. 16 noyabr 2013-cü il tarixində Bolqarıstanın Oreşarski hökuməti və hakimiyyətdə olan Bolqarıstan Sosialist Partiyası (keçmişdə kommunist) iqtidaryönlü nümayişlər keçirmişdir. Buna oxşar bir nümunə 13 dekabr 2015-ci il tarixində Polşada baş vermişdir. Həmin tarixdə, Polşa prezidenti Yaroslav Kaçinskinin partiyası Hüquq və ədalət hərbi vəziyyətin təqdim edilməsinin ildönümünü qeyd edən qeyri-rəsmi bayramı iqtidaryönlü mitinqlərə çevirmişdir.
Hyue şəhərində buddist nümayişlərinin dağıdılması
Hyue şəhərində buddist nümayişlərinin dağıdılması — 8 may 1963-cü ildə Vyetnam Respublikasında (Cənubi Vyetnam) minlərlə buddistin Hyue şəhərində din azadlığı tələbi ilə nümayiş keçirdiyi hadisələr. == Hadisələr == Nümayiş Vesak bayramına təsadüf etmişdir. Burada dindarlar Roma Katolik kilsəsi tərəfindən buddistlərə qarşı diskriminasiyaya, buddist bayraqlarının asılmasına, dini ayin və mərasimlərin yerinə yetirilməsinə qadağalara etiraz etmişdilər. Nümayişlər zamanı camaata atəş açılmış və bir neçə qumbara atılmışdır. Nəticədə 9 dinc sakin həlak olmuşdur. Nqo Din Zyem hökuməti hadisəyə görə məsuliyyəti üzərinə götürməkdən imtina etmişdir. Onlar hadisəni Vyetkonqun üzərinə atmış və bu, əksər buddistlər arasında artan narazılığa səbəb olmuşdur. == Nəticələr == Sonradan yaranan gərginlik Vyetnam Respublikasında buddist böhranı adlanan hadisələr və genişmiqyaslı itaətsizlik aksiyaları ilə nəticələnmişdir. 1 noyabr 1963-cü ildə hərbi çevriliş baş vermiş, nəticədə prezident Nqo Din Zyem öldürülmüşdür. == Əlavə ədəbiyyat == Buttinger, Joseph.
Qumqapı nümayişləri
Qumkapı nümayişləri 27 iyul 1890-cı il tarixində Osmanlı İmperiyasının paytaxtı İstanbul şəhərinin Qumqapı rayonunda baş verən siyasi aksiya olmuşdur. Nümayişlərə görə təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında başlayan qarşıdurmada çox sayda nümayişçi və zabit həyatını itirmiş, bir çoxu da yaralanmışdır. XIX əsrin son rübündə inqilabçı erməni qrupları ermənilərə yeni haqq və azadlıqların verilməsi üçün təzyiqlər göstərir, Avropanın erməni məsələsinə daha artıq diqqət ayırması üçün fəaliyyətlər həyata keçirirdilər. Xüsusilə də Sosial Demokrat Hnçak Partiyası kütləvi nümayişlər təşkil etmək taktikası ilə bu prosesi sürətləndirməyi qarşısına əsas məqsəd olaraq qoymuşdu. 1890-cı ilin iyun ayında Ərzurumda baş vermiş olan erməni üsyanının arxasında da Hnçak partizanlarının durduğu güman edilirdi. 27 iyul 1890-cı ildə Harutün Cangülyan, Mihran Damadyan və Hamparsum Murat Boyacıyan Əfəndi nümayiş zamanı İstanbul Erməni Patriarxlığını və Osmanlı hakimiyyəti altında olan Erməni Milli Məclisini erməni probleminə etinasızlıqlarına görə tənqid edən manifest oxumuşdurlar. Nümayişin təşkilatçıları sırasında 1915-ci ildə Harutun Canqulyan və Hamparsum Boyacıyan kimi öldürüləcək Aram Açıqbaşyan da var idi. Patriarx Yıldız sarayına təşkil ediləcək olan yürüşə qatılmağa məcbur edilmişdir. Nümayişin və saraya yürüş edilməsinin əsas məqsədi sultanı ermənilərin sıx məskunlaşdığı vilayətlərdə lazımi islahatları aparmağa və Berlin müqaviləsinin ermənilərin kürd və çərkəz qruplarının mümkün hücumlarına qarşı müdafiə olunmasına qarantiya verən 61-ci maddəsini dərhal həyata keçirməyə çağırmaq idi. İştirakçılar Qumqapıdakı Patriarxlığın qarşısına yığışmağa başladığı zaman zabitlər izdihamı mühasirəyə alırlar.

"nümayişlər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#nümayişlər nədir? #nümayişlər sözünün mənası #nümayişlər nə deməkdir? #nümayişlər sözünün izahı #nümayişlər sözünün yazılışı #nümayişlər necə yazılır? #nümayişlər sözünün düzgün yazılışı #nümayişlər leksik mənası #nümayişlər sözünün sinonimi #nümayişlər sözünün yaxın mənalı sözlər #nümayişlər sözünün əks mənası #nümayişlər sözünün etimologiyası #nümayişlər sözünün orfoqrafiyası #nümayişlər rusca #nümayişlər inglisça #nümayişlər fransızca #nümayişlər sözünün istifadəsi #sözlük