nümunələri sözü azərbaycan dilində

nümunələri

Yazılış

  • nümunələri • 99.9292%
  • Nümunələri • 0.0708%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İslam həndəsi nümunələri
Fiqurativ təsvirlərdən yayınan İslam incəsənətində əsrlər boyu həndəsi naxışların təsvirindən istifadə edilmiş, bu incəsənət növü geniş yayılmış və inkişaf etmişdir. İslam incəsənətində həndəsi dizaynlar tez-tez təkrarlanan kvadratlar və dairələrin birləşmələri, islimilər, müxtəlif naxışlar və tessaliyaların təsvirindən ibarətdir. Bu təsvirlərdən bütün dekorasiyanı tərtib etmək, çiçək və ya xətt bəzəkləri üçün çərçivə və ya digər motivlər üçün arxa plan yaratmaq məqsədilə istifadə edilə bilər. İstifadə edilən bəzəklərin qarışıqlığı və müxtəlifliyi, IX əsrdə olan sadə ulduzlara və paxlava şəkilli təsvirlərə, XIII əsrdə 6 və 13 guşəli ulduzların, XVI əsrdə isə 14 və 16 guşəli ulduzların əlavə edilməsi nəticəsində yaradılmışdır. Həndəsi naxışlar İslam incəsənətində və memarlığında kilim xalçalar, İran girih və Mərakeş zillic işləri, muqarna dekorativ tağları, cali oyulmuş daş lövhələri, keramikalar,dəri, rəngli şüşələr, ağac və metal işləri ilə əhatələnmişdir. XX əsrdə qərbdə, aralarında M.K.Eşerin də olduğu ustalar, rəssamlar və 2007-ci ildə İsfahandakı Darbe-İmam məqbərəsində olan yarı-dövri funksiyaları və penroz bəzəklərini də bu üsluba daxil edən riyaziyyatçılar və fiziklər (Peter J. Lu və Paul Steynhardın aralarında olduğu) arasında İslam həndəsi nümunələrinə olan maraq artmaqda idi. İslam incəsənəti əsasən ibadət obyekti ola biləcəyini önləmək üçün təsvirlərdə fiqurativ simvollardan yayınmışdır. İslam həndəsi nümunələri qədim mədəniyyətlərdə istifadə edilən daha sadə dizayn nümunələrindən təsirlənmişdir. Bunlara yunan, roma və sasani mədəniyyətlərini nümunə kimi göstərmək olar. Bunlar İslam incəsənət nümunələrinin üç əsas formalarından biridir: digərləri isə, əyilmiş və budaqlı bitki təsvirləri ilə formalaşdırılan islimi və İslam xəttatlığıdır.
Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestri
Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestri — Azərbaycan Respublikası tərəfindən Azərbaycan qeyri-maddi mədəni irsinin daya yaxşı qorunması üçün hazırlanmış siyahıdır.
Azərbaycanda dağılmış mədəni irs nümunələrinin siyahısı
Azərbaycanda məhv olmuş mədəni irs nümunələrinin siyahısı — müxtəlif dövrlərdə insan faktoru və ya təbii səbəblərdən dağılmış abidələrin siyahısı. == Siyahı == === Şirvanşahlar sarayının bir hissəsi === Azərbaycan Rusiyanın tərkibinə daxil olduğu dövrdə Rusiya hərbi nazirliyi Şirvanşahlar sarayını qismən təmir etdi. Eyni zamanda saray binalarının hərbi təchizat anbarları kimi düzəldilməsi üçün böyük yenidən qurma işləri həyata keçirildi. Hərbi nazirlik tərəfindən icra edilən təmir işləri dağılmış hissələrin bərpası ilə birlikdə sarayın restavrasiyası üçün önəmli olan bir sıra detalların məhvinə səbəb oldu. Saray binasını anbara uyğunlaşdırarkən hərbi nazirlik birinci və ikinci mərtəbədəki otaqları ayıran bir neçə divarı dağıtdı və ikinci mərtəbədə onların yerinə dam örtüyünü dəstəkləyən qövs şəkilli tağ qoydu. İkinci mərtəbənin bütün otaqlarındakı günbəz, çatma və xaç şəklində olan taxtapuşların qalıqları dağıdıldı; onlar düz, tirdən düzəldilmiş taxtapuşlarla əvəz edildi. Birinci mərtəbədəki pəncərə yerləri (iki cərgəli pəncərə) elə tutuldu ki, yalnız kiçik pəncərə qaldı. Birinci və ikinci mərtəbədə yeni geniş qapı yerləri açıldı. Bu dövrdə Bakıdakı Rus Pravoslav Kilsəsi yerində Bakı kafedralı tikmək üçün sarayın sökülməsinə nail olmağa çalışdı. Ancaq bu xahiş çar hökuməti orqanları tərəfindən o səbəbə görə rədd edildi ki, saray otaqları böyük anbarlar kimi istifadə edilir.
Azərbaycanda məhv olmuş mədəni irs nümunələrinin siyahısı

Azərbaycanda yerli əhəmiyyətli dekorativ-tətbiqi sənət nümunələrinin siyahısı
Azərbaycanda yerli əhəmiyyətli dekorativ-tətbiqi sənət nümunələrinin siyahısı — Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycanda qeydiyyata alınması göstərilmiş yerli əhəmiyyətli dekorativ-tətbiqi sənət nümunələrinin siyahısı. Siyahıda ən qədim abidələr Xaçmaz və Şamaxıdakı XIV əsrə aid ərəb sənduqələridir.
Salam Dünya proqram nümunələrinin siyahısı
Proqramlaşdırma dilini yeni öyrənməyə başlayarkən ilk yazılan proqram adətən "Salam Dünya" proqramı olur.

"nümunələri" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#nümunələri nədir? #nümunələri sözünün mənası #nümunələri nə deməkdir? #nümunələri sözünün izahı #nümunələri sözünün yazılışı #nümunələri necə yazılır? #nümunələri sözünün düzgün yazılışı #nümunələri leksik mənası #nümunələri sözünün sinonimi #nümunələri sözünün yaxın mənalı sözlər #nümunələri sözünün əks mənası #nümunələri sözünün etimologiyası #nümunələri sözünün orfoqrafiyası #nümunələri rusca #nümunələri inglisça #nümunələri fransızca #nümunələri sözünün istifadəsi #sözlük