Nüsrətullah Cahanşahlı
Nüsrətullah Cahanşahlı (aprel 1913, Tehran – 3 oktyabr 2012, Berlin) — həkim, İran kommunist partiyasının üzvü, Cənubi Azərbaycan Milli Hökumətin başçılarından biri.
== Həyatı ==
Nüsrətullah Cahanşahlı 1944-cü ildə Tudə partiyasının yerli komitəsinə başçı seçilmişdi.
Azərbaycan Demokratik partiyası yarandıqdan sonra N. Cahanşahlı bölgə komitəsinin başçısı təyin edildi.
İran tarixində Tağı Ərani qrupu və ya 53-lər adıyla tanınan bu insanlar Rza şah dönəmində cəzalandırılan ilk Kommunist qrup olmuşdu. Bu insanlar 1941-ci il İran işgalından sonra savaş sırasında sərbəst buraxılmışdılar (Mürşüdi). Zəngin bir ailəden olan Cahanşahlu muayinəxanasında xəstələrini pulsuz müalicə edirdi. Cahanşahlunun bu davranışları xalq içindeə çox yaxşı təsir buraxmışdı. Bu davranışları bir çox adamın partiya üzvü olmasına səbəb oldu.
Cahanşahlu ailəsinə mensub olan Nüsrətullah, Zülfiqari ailəsinə qarşıydı və bu nədənlə zülfiqarilərlə müxalif olanlar onun çevrəsinə toplanmağa başladılar.
İyirminci yüzillikdə "İran üçün çalışan Azərbaycan oğulları" sırasında isə bir çox avşar oğullarının xidmətləri qeyd olunur və bəyan edilir ki: "Belə bir xalq öz əziz ölkəsi İranın müharibə və məhv olmaq təhlükəsi qarşısında olduğunu görüb sakit otura, bundan artıq geridəqalmış və terrorçu ittihamlarına dözə bilməz.