nüvəsi sözü azərbaycan dilində

nüvəsi

Yazılış

  • nüvəsi • 97.8495%
  • Nüvəsi • 2.1505%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Atom nüvəsi
Atom nüvəsi – onun əsas kütləsinin və strukturunun cəmləşdiyi atomun mərkəzi hissəsi olub, atomun aid olduğu kimyəvi elementi təyin edir. Atom nüvəsi haqqında bilik radioaktivliyin, nüvə parçalanmasının başa düşülməsi üçün əhəmiyyətlidir. == Ümumi məlumat == Atomun nüvəsi bir femtometr ölçüsündədir, bu atomun ölçüsündən 100 dəfə kiçikdir. Nüvənin çəkisi atoma daxil olan elektronların çəkilərindən 4000 dəfə böyükdür və bu ona daxil olan zərrəciklərin sayından və enerjisindən kəskin asılıdır. Atom nüvəsi nüvə fizikasında öyrənilir. Atom nüvəsi nukleonlar – müsbət yüklənmiş protonlar və neytral neytronlardan ibarətdir. Bu hissəciklər bir-biri ilə möhkəm əlaqədədirlər. Nüvədəki protonların sayına (Z) onun atom nömrəsi deyilir. Bu elementin dövrü cədvəldə sıra nömrəsinə uyğun gəlir. Nüvədəki protonların sayı neytral atomun üz qatının strukturunu və bununla uyğun elementin kimyəvi xassələrini təyin edir.
Atomun nüvəsi
Atom nüvəsi atomun mərkəzində yerləşən, proton və neytronlardan ibarət kiçik ve sıx bir bölgədir. Atom nüvəsi1911-ci ildə Ernest Rezerford tərəfindən kəşfedildi. Bu kəşf, 1909-cu ildə həyata keçirilən Geiger-Marsden qızıl lövhə təcrübəsinə istinad edir. Neytron’un 1932-ci ildə kəşfindən sonra, nüvənin proton və neytronlardan ibarət olduğu modeli Dmitri Ivanenko və Werner Heisenberg tərəfindən sürətlə inkişaf etdirildi. Atomun kütləsinin demək olarki bütünü nüvə içərisindədir, elektron buludunun atom kütləsinə qatqısı olduqca azdır. Proton ve neytronlar nüvə qüvvəsi tərəfindən nüvəni əmələ gətirmək ücun birbirlerinə bağlanmışdır. Atom nüvəsinin diametri 1.75 fm 1.75 fm-den (1.75×10−15 m) 15 fm’yə qədər çatir. Hidrogen atomunnüvəsinin diametri (tek bir protonun diametri) üçün 1.75 fm(1.75 × 10^-15m)’dir Daha ağır atomlarda, misal üçün uraniumda, nüvənin diametri 15 fm’ye qədər cata bilir. Bu ölçülər atomun öz diametrindən (nüvə + elektron buludu) çox daha kiçikdir. Atom nüvəsinin quruluşu və nüvəni bir arada tutan qüvvələr üzerində araşdırmalar apararan fizikanın bölməsinə nüvə fizikası adlanır. == Giriş == === Tarix === Nüvə 1911-ci ildə Ernest Rutherford’un Thomson’a aid üzümlü kek atom modeli üzerindəki tecrübələrinin səyləri nəticəsində tapılmışdır.
Hüceyrə nüvəsi
Nüvə, hüceyrə nüvəsi - ibtidailərdə, çoxhüceyrəli heyvan və bitkilərdə tərkibində xromosomlar və onun həyat fəaliyyəti məhsulları olan hüceyrənin sitoplazma ilə yanaşı zəruri tərkib hissəsi. Hüceyrələrdə nüvənin olması və ya olmamasına görə bütün orqanizmlər eukariotlara va prokariotlara bölünür. Hüceyrənin irsi informasiyasının əsas hissəsi nüvədədir. Xromosomlardakı genlər bir çox hüceyrə və orqanizmlərlə irsi informasiyaların keçirilməsində başlıça rol oynayır. Nüvə sitoplazma ilə daim və sıx qarşılıqlı əlaqədədir. Genetik informasiyaları zülal sintezi mərkəzlərinə keçirən vasitəçi molekullar burada sintez olunur. Beləliklə, nüvə bütün zülalların sintezini və bunların vasitəsilə hüceyrədəki bütün fizioloji prosesləri idarə edir. Buna görə də eksperiment yolu ilə alınan nüvəsiz hüceyrələr və fraqmentlər həmişə məhv olur; belə hüceyrələrə nüvə köçürdükdə onların həyat fəaliyyəti bərpa olunur. Nüvəni ilk dəfə çex alimi Y. Purkine (1825) toyuğun yumurta hüceyrəsində, bitki hüceyrələrində nüvəni ingilis alimi R. Braun (1831—1833), heyvan hüceyrələrində isə alman alimi T. Şvann (1838—39) təsvir etmişlər. Hüceyrədə nüvə tək olub, onun mərkəzinə yaxın yerləşir, sferik, yaxud ellipsşəkilli qovuqcuğa bənzəyir.
Linux nüvəsi
Linux nüvəsi- Linux əməliyyat sistemləri ailəsinin istifadə etdiyi əməliyyat sistemi nüvəsidir. Linux nüvəsi azad proqram təminatının ən məşhur və geniş yayılmış nümunələrindədir. Linux nüvəsi GNU General Public License ikinci versiyası (GPLv2) əsasında istifadəyə buraxılır. Linux nüvəsinin ilk versiyası Finlandiyalı kompüter elmləri tələbəsi Linus Torvalds tərəfindən 1991-ci ildə yaradılmışdır. Tezliklə digər azad proqram təminatı proqramçılarının marağını özünə cəlb etmişdir. Hal-hazırda bütün dünyadan minlərlə proqramçı linux nüvəsinin inkişaf etdirilməsində fəaliyyət göstərirlər. Linux nüvəsi C və assembler dillərində yazılıb. Linuxun nüvəsi FAT və FAT32 də daxil olmaqla bir çox fayl sistemlərini dəstəkləyir. Linuxun öz fayl sistemləri (ext2 və ext3) disk yaddaşından optimal istifadə üçün hazırlanmışdır.
Yer nüvəsi
Yer nüvəsi — Yer kürəsinin mərkəzi hissəsini təşkil edir. Radiusu-3450 km-dir. Sıxlığı nüvənin üst hissəsində 9,4 qr/sm3, daxilində isə 12-13 qr/sm3-dir. Temperaturu 4000-5000 C-yə, sıxlığı isə 1,4 mln. kq/sm 2-dir. Yerin nüvəsi yüksək elektrik keçirmə qabiliyyətinə malikdir. Seysmik dalğalardan isə yalnız uzununa dalğaları keçirir. Eninə dalğalar yerin nüvəsində yayılmır. == Yer kürəsinin temperaturu == Yerin həyat üçün ən lazımlı şərtlərinin ən vacibləri temperaturu və atmosferidir. Mavi planetimiz canlıların, xüsusilə də bizim kimi son dərəcə mürəkkəb canlı varlıqların yaşaya biləcəyi temperatura və nəfəs ala biləcəyi atmosferə malikdir.
Atmosferdə kondensasiya nüvəsi
== Kondensasiya == Qaz halında olan bir maddədin kimyəvi tərkibini saxlamaqla maye damcıları şəklində keçməsidir. Kondensasiya malekulların hərəkət intensivliklərinin azalması nəticəsində qarşılıqlı olaraq digər malekullarla cazibə nəticəsində bir araya yığılıb nisbətən sıx molekulyar qəfəs formalaşdırması ilə izah olunur. == Atmosferdə kondensasiya nüvəsi == Su buxarının kondensasiyası üçün havada toz hissəcikləri və aerozollar olmalıdır və bu zərrəciklər də kondensasiya nüvələri adlanırlar. Atmosferdə kondensasiya nüvələri olmasa, təmiz havada su buxarının kondensasiyası üçün 4-8 qat artıq doyma şəraiti olmalıdır. Ancaq real atmosferdə bu şəraitin əmələ gəlməsi mümkün deyil. Kondensasiya nüvələri əriyən və əriməyən olmaqla, radiusu 5•10-7-2•10-5sm olan kiçik hissəciklərdən ibarətdir. Kondensasiya nüvələri rolunu oynayan hissəciklər atmosferə yanacağın yanması, dağ süxurlarının sovrulması, dəniz suyunun buxarlanması və vulkan püskürməsi nəticəsində daxil olurlar. Kondensasiya nüvələri ən çox atmosferin aşağı təbəqələrində olmaqla, hündürlük artdıqca tədricən azalırlar.
Əməliyyat sisteminin nüvəsi
Əməliyyat sisteminin nüvəsi əməliyyat sisteminin mərkəzi hissəsidir. O, tətbiqi proqramlara prosessor zamanını və yaddaş kimi kompüterin resürslarını bölüşməyi təmin edir. Bundan başqa, nüvə fayl sistemi və şəbəkə protokolları servislərini təqdim edir. Nüvə əməlıyyat sisteminin əsas elementi olaraq proqramların resurslardan ıstıfadəsində ən aşağı səviyyəni təşkil edir. Bu zaman Nüvə- proqramın proseslərinin proseslərarası əlaqə mexanizmi ilə qarşılıqlı əlaqəsini və əməliyyat sisteminin vasitələrinə (ƏS-in sistem çağırışlarına) müraciətini təmin edir. Qeyd olunan məsələnin həlli yolları nüvənin arxitekturasından və onun həyata keçirilməsi üsulundan asılı olaraq müxtəlif ola bilərlər. == Nüvə arxitekturaları == Aşağıdakı nüvə arxitekturaları mövcuddur: Monolit nüvə Modullardan təşkil olunmuş nüvə Mikronüvə Ekzonüvə Nanonüvə Hibrid nüvəMonolit nüvə zəngin qurğu seçiminə malik olur. Monolit nüvəni xarakterizə edən xüsusiyyətlərdən biri onun bütün hissələrinin yaddaşın eyni ünvan məkanında işləməsidir. Köhnə monoloit nüvələrdə qurğuların tərkibinin hər hansı şəkildə dəyişikliyə məruz qalması halında onların yenidən kompilyasiyasını tələb olunurdu. Müasir monolit nüvələrəin əksəriyyəti isə iş zamanı nüvənin funksional imkanlarını artıran modulların yüklənməsini təmin edirlər.
Top nüvəsi qaçışı (film, 1981)
Top nüvəsi qaçışı (ing. The Cannonball Run) – 1981-ci ildə Komediya janrında çəkilən ABŞ filmdir. Filmdə Ceki Çan çəkilmiş və Ceki Çan rolunu ifa etmişdir. Qiymətləndirməylə filmin büdcəsi 16 ilə 18 milyon arasıdır. == Məzmun == Cey-Cey MakLur və Seymor Qoldferb oğrudurlar. Onlar "Avtomobil yarışı"na hazırlaşırlar. Bu yarışa görə avtomobillər Konnektikut ştatından Kaliforniya ştatına getməlidilər. Yarışın qalibi isə çoxlu pul gözləyir. Yarışmada dünyanın hər yerindən olan iştirakçılar iştirak edirlər. Amma polislər bu oğruları izləyirlər...
Top nüvəsi qaçışı 2 (film, 1984)
Top nüvəsi qaçışı 2 (ing. The Cannonball Run 2) – 1984-cü ildə macəra-komediya janrında çəkilən filmdir. Filmdə Ceki Çan çəkilmiş və Ceki Çan rolunu ifa etmişdir. == Məzmun == Yarışçılar "Avtomobil yarışı"na hazırlaşırlar. Bu yarışa görə avtomobillər filmin birinci hissəindən fərqli olaraq qərbdən şərqə, Kaliforniya ştatından Konnektikut ştatına getməlidilər. Şeyx tərəfindən isə Yarışın qalibinə isə 1 milyon $ pul veriləcəkdir. Yarışmada dünyanın hər yerindən olan iştirakçılar iştirak edirlər. Əvvəlki yarışda dostu Seymor üzündən məğlub olan Cey-Cey yenidən bu yarışmada iştirak edir... == Rollarda == == Mükafatlar == 1985: "Golden Screen" 1985: "Qızıl moruq" mükafatı == Həmçinin bax == Top nüvəsi qaçışı Sürət zonası == Xarici keçidlər == Top nüvəsi qaçışı 2 — Internet Movie Database saytında.
Nüvəsizlər
Prokariot hüceyrələr (lat. Procaryota) — bir hüceyrə membranına malik olan xırda və sadə quruluşlu hüceyrələrdir.Onların orta ölçüsü 5 mkm-a yaxındır. Onlarda, adətən, membran quruluşuna malik orqanellalar yoxdur, məs., mitoxondirilər və endoplazmatik tordakı kimi. Hüceyrə nüvəsinin əvəzinə onun ekvivalenti (nukleoid) olur ki, bu da sıx spiral şəklində burulmuş yeganə bir DNT molekulundan ibarətdir. Bundan başqa bakteriyalar eukariotların nüvə xarici DNT- lərinə oxşar xırda plazmid formalı DNT-lərdən ibarət ola bilir. Fotosintez qabiliyyətinə malik olan prokariot hüceyrələrdə (göy-yaşıl yosunlar,yaşıl və al-qırmızı bakteriyalar) membranların müxtəlif iri qabarıqları tilakoidlər vardır.Bunlar öz funksiyalarına görə eurokariotların plastidlərinə uyğundurlar.Bu tilakoidlər funksional cəhətdən mitoxondiriləri əvəz edirlər.Prokariotlar yer üzündə maddə enerjinin bioloji çevrilmələrində mühüm rol oynayırlar. Fotosintezedici bakteriyalar günəş enerjisini udaraq onu karbohidratların və hüceyrələrin digər komponentlərinin sintezi üçün istifadə edilir ki, bunlar da öz növbəsində digər orqanizmlər üçün qida kimi istifadə edilir.Bəzi bakteriyalar atmosferdən molekulyar azotu fiksə edərək bioloji faydalı azottərkibli birləşmələr əmələ gətirirlər. Çox güman ki, prokariotlar bioloji evalyusiya prosesində eurokariotlardan əvvəl əmələ gəlmişlər.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.32 dəfə / 1 mln.
2003 ••••••••••••• 0.39
2004 ••••••••••• 0.34
2006 •••••••••••••• 0.45
2008 •••••••• 0.24
2009 •••••••••• 0.32
2010 •••••••••••••• 0.45
2011 ••••••••••• 0.34
2012 •••••••• 0.26
2013 ••••• 0.15
2015 •••••• 0.17
2016 ••••••••••••••••• 0.52
2017 •••••••••••••••••••• 0.65
2018 •••••••••• 0.30
2019 ••••••••• 0.28
2020 ••••••••••••••••• 0.53

"nüvəsi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#nüvəsi nədir? #nüvəsi sözünün mənası #nüvəsi nə deməkdir? #nüvəsi sözünün izahı #nüvəsi sözünün yazılışı #nüvəsi necə yazılır? #nüvəsi sözünün düzgün yazılışı #nüvəsi leksik mənası #nüvəsi sözünün sinonimi #nüvəsi sözünün yaxın mənalı sözlər #nüvəsi sözünün əks mənası #nüvəsi sözünün etimologiyası #nüvəsi sözünün orfoqrafiyası #nüvəsi rusca #nüvəsi inglisça #nüvəsi fransızca #nüvəsi sözünün istifadəsi #sözlük