Nərimanov sözü azərbaycan dilində

Nərimanov

Yazılış

  • Nərimanov • 98.9304%
  • NƏRİMANOV • 1.0367%
  • nərimanov • 0.0329%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bəhram Nərimanov
Bəhram Nərimanov — Əməkdar bədən tərbiyəsi və idman xadimi == Həyatı == Azərbaycanda idman akrobatikası üzrə ilk SSRİ idman ustası adını alan Nərimanov 1959-1972-ci illərdə Azərbaycan yığma komandasının baş məşqçisi olub. O, 1960-1972 və 1994-2000-ci illərdə Azərbaycan İdman Akrobatikası Federasiyasının sədri vəzifəsində çalışıb. Nərimanov ölkə prezidenti tərəfindən bədən tərbiyəsi və idmanın inkişafındakı əməyinə görə "Şöhrət" ordeninə layiq görülüb. Həmçinin prezident təqaüdçüsü olan akrobat 80-dan çox elmi məqalənin müəllifidir. Əməkdar bədən tərbiyəsi və idman xadimi, Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Bəhram Nərimanov 10 iyun 2010-cu ildə 77 yaşında dünyasının dəyişib.
Müzəffər Nərimanov
Nərimanov Müzəffər Əliəkbər oğlu (28 iyul 1897, Tiflis – 21 aprel 1938, Moskva) — Azərbaycan SSR dövlət xadimi, Nəriman Nərimanovun əmisi nəvəsi. == Həyatı == Nərimanov Müzəffər ilk təhsilini rus-tatar məktəbində almışdır. Bakı realni məktəbində oxuyarkən inqilabi hərəkata qoşulmuşdur. Fevral-burjua demokratik inqilabından (1917) sonra Bakı quberniya ərzaq komitəsinin müvəkkili, Azərbaycanda Sovet hakimiyəti qurulduqdan sonra isə Nuxa qəza və Zaqatala mahal fövqəladə komissarının müavini olmuşdur. 1921-ci ildə AK (b) P Fabrik və Zavod Rayon Komitəsinin katibi seçilmişdir. 1925-ci ildə G.V.Plexanov ad. Xalq Təsərrüfatı İnstitutunu bitirmiş, AK (b) P MK təşkilat şöbəsinin müdiri (1925-1927), Azərbaycan SSR Xalq FKM komissarını müavini (1927-1928), ÜİK (b) P Sverdlovsk Dairə Komitəsinin katibi (1929-1930), AK (b) P MK katibi, Ural Vil.İstehlak İttifaqının sədr müavini (1930-1933), AK (b) P MK kütləvi təşkilat şöbəsinin müdiri, Orconikidze Rayon Komitəsinin katibi, Bakı Komitəsinin katibi, sonra II katibi (1933-1937) vəzifələrində çalışmışdır.ÜİK (b) P-nın 16 və 17-ci qurultaylarının, AKP və Zaqafqaziya kommunist təşkilatlarının bir sıra qurultaylarının nümayəndəsi olmuşdur. Dəfələrlə AK (b) P MK, ÜİK (b) P Zaqafqaziya Ölkəvə Sverdlovsk Vil.Komitələrinə, Azərbaycan SSR MİK və SSR MİK-nə üzv seçilmişdir. Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmişdir.Müzəffər Əliəkbər oğlu Nərimanov 1937-ci ildə sentyabrın 3-də Mir Cəfər Bağırov tərəfindən həbs edilmişdir. Saxtalaşdırılmış materiallar əsasında onun barəsində irəli sürülən ittihama görə Nərimanov Azərbaycanda fəaliyyətdə olan əksinqilabi təxribatcı və ziyanverici trotskiçi-terrorçu təşkilatın rəhbərlərindən biri kimi alman və türk kəşfiyyatı ilə xəyanətkar əlaqəyə girərək onların tapşırığı ilə Azərbaycanın xalq təsərrüfatına ziyan verən diversiya işlərini həyata keçirmişdir.
Nəcəf Nərimanov
Nəcəf Nəriman oğlu Nərimanov (2 dekabr 1919, Bakı – 10 sentyabr 1943, Volnovaxa[d], Donetsk vilayəti) — İkinci dünya müharibəsinin iştirakçısı, SSRİ dövlət xadimi və məşhur Azərbaycan yazıçısı Nəriman Nərimanovun oğlu. == Həyatı == Nəcəf Nəriman oğlu Nərimanov 2 dekabr 1919-cu ildə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuşdur. Atası Nəriman Nəcəf oğlu Nərimanov Azərbaycan SSR-in ilk hökumət başçısı, Sovet Sosialist Respublikaları İttifaqının ilk dövlət başçılarından biri, SSRİ MİK-in Sədri (1922-1925) olmuşdur. Anası Gülsüm Mirkazım qızı Nərimanova tacir ailəsində anadan olmuşdur. 19 mart 1925-ci ildə atası Nəriman Nərimanovun ölümündən sonra Nəcəf anası Gülsüm xanımla birgə həyatının ağır mərhələsinə qədəm qoyur. Nəriman Nərimanovun sağlığında Kremlin yeməkxanasında pulsuz qidalanan ailə sonradan bu imtiyazlardan məhrum olur, Gülsüm xanım və 6 yaşlı Nəcəf çörək imtahanına çəkilir. Erkən ailə həyatı qurduğu üçün ali təhsil almayan Gülsüm xanım bütün çətinlikləri ram edərək Petrovski adına fəhlə fakültəsinin ictimai-iqtisad şöbəsində axşam təhsili alır, gündüzlər isə işləyirdi. O, oğlu Nəcəfi dözümlü, atası kimi görmək istəyirdi. 1928-ci ildə Nəcəf Nərimanov Moskva şəhərində 109 №-li məktəbə daxil olur. O, fransız dilində çox gözəl danışırdı.
Nəriman Nərimanov
Nəriman Kərbəlayi Nəcəf oğlu Nərimanov (az.-əbcəd نریمان نریماناوو‎; 14 aprel 1870, Tiflis – 19 mart 1925, Moskva) — Azərbaycan bolşevik inqilabçısı, ictimai-siyasi xadimi, yazıçısı, publisisti, həkimi; Azərbaycan SSR-in 1-ci Xalq Xarici İşlər Komissarı; Azərbaycan SSR İnqilab Komitəsinin Sədri; Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1-ci Sədri; ZSFSR İttifaq Sovetinin 1-ci Sədri; SSRİ Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin ZSFSR-dən 1-ci Sədri. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Nəriman Nərimanov Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Azərbaycanın müsəlman şərqində nail olduğu bir çox ilklər, o cümlədən ilk konstitusiya onun adıyla bağlıdır. Nərimanov hakimiyyəti dövründə Azərbaycan xalqının adət və ənənələrinə dərin hörmət verilmiş, bütün dini və ənənəvi bayramlar rəsmi olaraq qeyri-iş günü hesab olunmuşdur. O, siyasətçidən əlavə bir maarifpərvər və dramaturq-yazıçı kimi Azərbaycan tarixində mühüm rol oynamış, 1894-cü ildə Bakıda ilk qiraətxananı açmışdır. Ədəbiyyatçı kimi Azərbaycan milli romanının ("Bahadır və Sona") və ilk tarixi faciənin ("Nadir şah") banisidir. Onun hakimiyyəti dövründə bütün qonşu respublikalarla dostluq münasibəti saxlanılmışdır. Məsələn Türkiyədəki Qurtuluş Savaşına böyük dəstək vermiş və nəticədə Türkiyənin xəritədən silinməsinə qarşı verilən mücadilədə onlara böyük dəstək vermişdir. Daha sonralar Atatürk ona bu köməkliklərinin əvəzini verməyi təklif etdiyində isə N. Nərimanov ona "Paşam, Türk millətində bir ənənə vardır, qardaş qardaşa borc verməz, qardaş hər durumda qardaşının əlindən tutar." deyə cavab göndərmişdir. == Həyatı == Nəriman Nərimanov 1870-ci ildə Tiflis şəhərində anadan olmuşdur.
Nəriman Nərimanov (1966)
== Məzmun == Tarixi-bioqrafik film Azərbaycan Xalq Komissarları Sovetinin I sədri, dövlət xadimi, həkim, yazıçı və dramaturq Nəriman Nərimanovun həyat və yaradıcılığına həsr edilmişdir. Filmin kompozisiyası iki paralel xətt üzərində qurulmuşdur. Birinci xətt, dramaturq, yazıçı, jurnalist və həkimin keçdiyi həyat yoludur. Buraya Nərimanovun Tiflisdə keçən uşaqlıq illəri, gənclik dövrü, ilk yaradıcılıq işləri, Bakıda müəllimlik etməsi, "Bahadur və Sona" povestinin və "Pir" hekayəsinin yazılması, Azərbaycan teatrının yaradılması və inkişafı üçün yorulmadan çalışması, "Nadir Şah" əsərini yazması, "Hümmət" qəzetindəki fəaliyyəti daxil edilmişdir. İkinci xətt N. Nərimanovun inqilabi fəaliyətidir. Filmdə qəhrəmanın Azərbaycan xalqının taleyi ilə bağlı olması göstərilmişdir. == Film haqqında == Rejissor Muxtar Dadaşov filmin çəkilişi zamanı N. Nərimanovun Genuya konfransındakı çıxışını əks etdirən kadrları Moskva arxivlərinin birindən tapıb. Sonra həmin kadrları filmdə canlandırıb. == Festivallar və mükafatlar == 1) 1967-ci ildə Tbilisidə I Zaqafqaziya və Ukrayna Respublikalarının "Prometey-67" Zona Kinofestivalı Tarixi-inqilabi mövzunun ən yaxşı təcəssümünə görə film "Veçerniy Tbilisi" qəzetinin prizini almışdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Muxtar Dadaşov Ssenari müəllifi: Vəli Məmmədov Operator: Əlibala Ələkbərov Səs operatoru: Şamil Kərimov == İstinadlar == == Mənbə == Азербайджанской ССР кинематография.
Nəriman Nərimanov (1972)
== Məzmun == Film Azərbaycanın görkəmli dövlət xadimi, yazıçı-dramaturq və həkim, gözəl insan Nəriman Nərimanova ithaf edilmişdir. Kinolentdə N.Nərimanovun abidəsinin açılışı, dövlət xadiminin yubileyi ilə bağlı Bakıda keçirilən təntənəli gecə, xalq rəssamı Cəlal Qaryağdı, filosof Firudin Köçərli ilə müsahibələr öz əksini tapmışdır.
Nəriman Nərimanov (dəqiqləşdirmə)
Nəriman Nərimanov — SSRİ və Azərbaycan SSR-in tanınmış ictimai-siyasi xadimi, yazıçı, publisist, Azərbaycan SSR-in ilk dövlət və hökumət başçısı, Sovet Sosialist Respublikaları İttifaqının ilk dövlət başçılarından biri, SSRİ MİK-in Sədri (1922-1925).
Nəriman Nərimanov küçəsi
Nəriman Nərimanov küçəsi (Horadiz)
Nəriman Nərimanov metrostansiyası
Nəriman Nərimanov metrostansiyası — Bakı metrosunun Qırmızı xəttinin stansiyası. Bu stansiyadan qatarlar 30–45 dəqiqədən bir depoya gedir. "Bakmil", "Gənclik" və "Ulduz" stansiyaları arasında yerləşir. == Tarixi == 6 noyabr 1967 -ci ildə istismara verilmişdir. Stansiya Nəriman Nərimanov adını daşıyır. "Nəriman Nərimanov" stansiyası Təbriz və Ağa Nemətulla küçələrinin kəsişməsində yerləşir. 28 oktyabr 1995-ci il Bakı metrosunun "Ulduz metrostansiyası" stansiyasından "Nərimanov" stansiyası istiqamətində hərəkət edən qatarda yanğın baş verib. Bu hadısə tarixin ən böyük metro qəzası sayılır.Stansiyaya daxil olan qatarlarda Afaq Poladəzinin bəstələdiyi "Güllərim" mahnısından fraqment səslənir.
Nəriman Nərimanov stadionu
Nəriman Nərimanov adına Neftçala Şəhər Stadionu - Neftçala futbol klubunun ev oyunlarını keçirdiyi stadion. Stadion Azərbaycan Respublikasının Neftçala rayonunun mərkəzində yerləşir.
Nəriman Nərimanov (film, 1966)
== Məzmun == Tarixi-bioqrafik film Azərbaycan Xalq Komissarları Sovetinin I sədri, dövlət xadimi, həkim, yazıçı və dramaturq Nəriman Nərimanovun həyat və yaradıcılığına həsr edilmişdir. Filmin kompozisiyası iki paralel xətt üzərində qurulmuşdur. Birinci xətt, dramaturq, yazıçı, jurnalist və həkimin keçdiyi həyat yoludur. Buraya Nərimanovun Tiflisdə keçən uşaqlıq illəri, gənclik dövrü, ilk yaradıcılıq işləri, Bakıda müəllimlik etməsi, "Bahadur və Sona" povestinin və "Pir" hekayəsinin yazılması, Azərbaycan teatrının yaradılması və inkişafı üçün yorulmadan çalışması, "Nadir Şah" əsərini yazması, "Hümmət" qəzetindəki fəaliyyəti daxil edilmişdir. İkinci xətt N. Nərimanovun inqilabi fəaliyətidir. Filmdə qəhrəmanın Azərbaycan xalqının taleyi ilə bağlı olması göstərilmişdir. == Film haqqında == Rejissor Muxtar Dadaşov filmin çəkilişi zamanı N. Nərimanovun Genuya konfransındakı çıxışını əks etdirən kadrları Moskva arxivlərinin birindən tapıb. Sonra həmin kadrları filmdə canlandırıb. == Festivallar və mükafatlar == 1) 1967-ci ildə Tbilisidə I Zaqafqaziya və Ukrayna Respublikalarının "Prometey-67" Zona Kinofestivalı Tarixi-inqilabi mövzunun ən yaxşı təcəssümünə görə film "Veçerniy Tbilisi" qəzetinin prizini almışdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Muxtar Dadaşov Ssenari müəllifi: Vəli Məmmədov Operator: Əlibala Ələkbərov Səs operatoru: Şamil Kərimov == İstinadlar == == Mənbə == Азербайджанской ССР кинематография.
Nəriman Nərimanov (film, 1972)
== Məzmun == Film Azərbaycanın görkəmli dövlət xadimi, yazıçı-dramaturq və həkim, gözəl insan Nəriman Nərimanova ithaf edilmişdir. Kinolentdə N.Nərimanovun abidəsinin açılışı, dövlət xadiminin yubileyi ilə bağlı Bakıda keçirilən təntənəli gecə, xalq rəssamı Cəlal Qaryağdı, filosof Firudin Köçərli ilə müsahibələr öz əksini tapmışdır.
Nəriman Nərimanov adına depo
Nərimanov — Bakı metrosunun Qırmızı xəttinin bir hissəsini təşkil edən elektrodepo. Depo Qırmızı xətlə yanaşı Yaşıl xətdədə xidmət göstərir. == Təsviri == Hal-hazırda Bakı metrosunun yeganə deposudur. Depo metronun hər iki xəttinə xidmət edir. Bakı metrosunun yeganə yerüstü stansiyası olan Bakmil metrostansiyası yaxınlığında yerləşir. Gələcəkdə iki xəıttin ayrıllması və Dərnəgüldə ikinci deponun inşası ilə bu depon yalnız Qırmıızı xəttə xidmət edəcəkdir. Depo Bakmil metrostansiyası ilə yerüstü hissəsdə Depo-"Bakmil" xəttində birləşir və "Bakmil"-"Nəriman Nərimanov" stansiyaları arasında tunelə girir. == İstifadə olunan vaqonlar == Burada əasən 81-717/714 və onun ən müasir modifikasiyaları, həmcinin modifikasiya edilmiş 81–717m/714m modelindən istifadə edilir. Ej-3 vaqonları 2008-ci ildə istifadədən çıxarılmışdır. 2001-ci ilıə qədər isə E vaqonları istifadədə olmuşdur.
Nərimanov
Nərimanov (Saatlı) — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Nərimanov (Həştərxan) — Rusiyanın Həştərxan vilayətində şəhər (1984-cü ildən). Nərimanov rayonu (dəqiqləşdirmə)Nərimanov rayonu — Bakı şəhərinin inzibati bölgüsünə daxil olan şəhər rayonu. Nərimanov rayonu — Azərbaycan SSR-in inzibati bölgüsünə daxil olmuş Xanlar rayonunun 8 avqust 1930-cu ildən 29 noyabr 1938-ci il tarixinədək rəsmi adı.
Nərimanov (Həştərxan)
Nərimanov (rus. Нарима́нов) — Rusiyanın Həştərxan vilayətində şəhər (1984-cü ildən). == Tarixi == == Coğrafiyası == Şəhər Xəzər dənizindən təxminən 50 km şimal-qərb istiqamətdə Həştərxan vilayətində Volqa çayından sağ tərəfdə yerləşir. == Əhalisi == 11.521 nəfər (14.10.2010).
Nərimanov (Saatlı)
Nərimanov — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 1360 nəfərdir. == Toponimikası == Saatlı r-nunun eyniadlı i.ə.v.-də kənd. Araz çayının sahilində, Mil düzündədir. Yerli əhali arasında Nəri­mankənd formasında da işlənir. Keçmiş adı Abbasbəyli olmuşdur. Yaşayış məntəqəsini sahibkar Abbas bəyə məxsus kəndlilər saldı­ğına görə kəndə həmin sahibkarın adı veril­mişdir. Sonralar kənd N. Nərimanovun şərə­finə adlandırılmışdır. Memorial toponimdir.
Nərimanov bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. == Binəqədi rayonu == == Xətai rayonu == == Xəzər rayonu == == Qaradağ rayonu == == Nərimanov rayonu == == Nəsimi rayonu == == Nizami rayonu == == Pirallahı rayonu == == Sabunçu rayonu == == Səbail rayonu == == Suraxanı rayonu == == Yasamal rayonu == == Şəkillər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Nərimanov küçəsi
Nəriman Nərimanov küçəsi (Horadiz)
Nərimanov rayonu
Nərimanov rayonu — Bakıda rayon. Nəsimi, Xətai, Nizami, Binəqədi və Sabunçu rayonları ilə həmsərhəddir. Keçmiş adı Keşlə rayonu olmuşdur. Bakı şəhərinin mərkəzi rayonlarından biri olan Nərimanov rayonunun yaradılmasının əsası 1941-ci ildə qoyulmuşdur. Rayonun ərazisi 20,17 km², əhalisi 179800 nəfərdir. Rayon əhalisinin 179800 nəfərini, yəni 49.5 faizini kişilər, 50.5 faizini qadınlar təşkil edir. Rayon ərazisində işğal olunmuş rayondan məcburi köçkünlər yaşayır. Bunlardan 13124 nəfər məcburi köçkün bu günədək rayon İcra Hakimiyyətində qeydiyyatdan keçmişdir. Nərimanov rayonunda 8 ali, 2 orta ixtisas təhsili müəssisələri, 3 peşə məktəbi fəaliyyət göstərir. Rayonda yerləşən 19 tam orta məktəb, 3 lisey, 1 gimnaziyada 31192 şagird təhsil alır.
Salman Nərimanov
Salman Kərbəlayi Nəcəf oğlu Nərimanov (1847, Tiflis – 1907, Bakı) — ictimai-siyasi və dövlət xadimi, yazıçı, puplisist Nəriman Nərimanovun böyük qardaşı. O, 1847-ci ildə Tiflisdə anadan olmuşdur. 7 yaşında ikən atası onu Tiflisdə Hacı Molla Tağının mədrəsəsinə qoyur. Üç il burada "Quran"dan və Sədinin "Gülüstan" kitabından dərs keçib, ruhani idarəsinin açdığı məktəbə qəbul olur. Bu məktəbin ona əsaslı bilik verə bilməyəcəyini dərk edib, təhsildən uzaqlaşır. Bu barədə "Səyahətnamə" əsərində yazır: "Bəsirət gözümü açıb nəzərimdə əməllərini riya gördüm və təkfür aləminə düşdüm". Salman Nərimanov ədəbiyyat həvəskarı olduğundan ciddi mütaliə edir, öz üzərində yorulmadan çalışır, Firdovsi, Nizami, Xaqani, Sədi, Hafiz, Mollayi-Rumi, Füzuli və M. F. Axundovun əsərləri ilə yaxından tanış olur. Çox keçmədən S. Nərimanov özü də "Səyyarə" və "Səyyareyi-Həqqi" imzası ilə şeirlər yazmağa başlayır. Salman Nərimanov Qafqazda ilk azərbaycanlı mürəttib kimi tanınmışdır. O, 1905–1907-ci illərdə Bakı mətbəələrində baş mürəttiblik etməklə bərabər Azərbaycanda milli mürəttiblərin yetişməsində və poliqrafiya sənətinin inkişafında xidmət göstərmiş, öz puplisistikası və bədii əsərləri ilə bacarıqlı bir mühərrir kimi də tanınmışdır.
Yunis Nərimanov
Nərimanov Yunis Əkbər oğlu (1895–1964) — Azərbaycan aktyoru, Azərbaycan SSR-nin Əməkdar artisti (1959). == Həyatı == Yunis Nərimanov 1895-ci ildə anadan olmuşdur. 1905-ci ildən Mirzağa Əliyevin truppasında çıxış etmiş, Leylinin anası ("Leyli və Məcnun") və Sənəm ("O olmasın, bu olsun) rollarını oynamışdır. 1917-ci ildə "Arşın mal alan" filmində çəkilmişdir. Ü. Hacıbəyovun məsləhəti ilə 1920–1922-ci illərdə balet studiyasında oxumuş, onun "Leyli və Məcnun", "Əsli və Kərəm" operalarının rəqslərinə quruluş vermişdir. == Filmoqrafiya == Arşın mal alan (film, 1917) (tammetrajlı bədii film) — rol: Cahan xala == Mənbə == Üzeyir Hacıbəyov Ensiklopediyası. Bakı, 2007. səh.
İdeal Nərimanov
İdeal Həmid oğlu Nərimanov (1927, Ağdam, Ağdam qəzası – 2006, Bakı) — tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü. == Həyatı == İdeal Nərimanov 1927-ci ildə Ağdamda anadan olmuşdur. O, Ağdam 1 saylı orta məktəbini bitirib, 1944 ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş, 1950-ci ildən ali təhsilinin Leninqrad Universitetində davam etdirmişdir. Vətənə qayıtdıqdan sonra İdeal Nərimanov Azərbaycan Dövlət Tarix Muzeyində işləmiş, 1951-1952 illərdə Mingəçevir kompleks arxeoloji ekspedisiyasının üzvlərindən biri olmuşdur.İdeal Nərimanov 1952-1955 illərdə Moskvada SSRİ EA Arxeologiya İnstitutunun aspiranturasında təhsil almış, 1955-ci ildə "Gəncəçay rayonunun arxeoloji abidələri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Əsər 1958 ildə çapdan çıxmışdır. 1982 ildə Tbilisidə "Azərbaycanın ən erkən əkinçi maldar tayfalarının mədəniyyəti" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Alim 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.İdeal Nərimanov yazılışı 1966-cı ildə başa çatdırılmış "Azərbaycan arxeologiyası" kitabının aparıcı müəlliflərindən biri olmuşdur. Çoxcildli "Azərbaycan tarixi"nin I cildinin əsas müəlliflərindən biri, nəşrə hazırlanan çoxcildlik "Azərbaycan arxeologiyası"nın cildlərindən birinin müəlliflər kollektivinin rəhbəri idi. İdeal Nərimanov Bakıda keçirilən "Beynəlxalq arxeoloji və etnoqrafiq" (2000), "I albanşünaslıq" (2001) konfranslarında məruzə ilə çıxış etmişdir. İdeal Nərimanov 1966-cı ildən ömrünün sonuna kimi Azərbaycanın qədim dövr arxeologiyası şöbəsinə rəhbərlik etmişdir.
İdris Nərimanov
İdris Nazim oğlu Nərimanov (10 iyul 2000; Xanağalı, Bərdə, Azərbaycan — 13 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İdris Nərimanov 10 iyul 2000-ci ildə Bərdə rayonunda anadan olub. 2018-2020-ci illərdə müddətli əsgər kimi, həmin ildən isə müddətdən artıq əsgər kimi xidmət edib. Xalq artisti Mənsum İbrahimovun xalası nəvəsi idi. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı İdris Nərimanov Suqovuşan döyüslərində savaşıb. Müharibə zamanı baş atıcı kimi hərbi xidmətini yerinə yetirib.. 10 oktyabr 2020-ci ildə Talış Suqovuşan istiqamətindəki döyüşlər nəticəsində şəhid olub. Bərdədə dəfn edilmişdir.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İdris Nərimanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İdris Nərimanov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İdris Nərimanov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Nərimanov (elektrik deposu)
Nərimanov — Bakı metrosunun Qırmızı xəttinin bir hissəsini təşkil edən elektrodepo. Depo Qırmızı xətlə yanaşı Yaşıl xətdədə xidmət göstərir. == Təsviri == Hal-hazırda Bakı metrosunun yeganə deposudur. Depo metronun hər iki xəttinə xidmət edir. Bakı metrosunun yeganə yerüstü stansiyası olan Bakmil metrostansiyası yaxınlığında yerləşir. Gələcəkdə iki xəıttin ayrıllması və Dərnəgüldə ikinci deponun inşası ilə bu depon yalnız Qırmıızı xəttə xidmət edəcəkdir. Depo Bakmil metrostansiyası ilə yerüstü hissəsdə Depo-"Bakmil" xəttində birləşir və "Bakmil"-"Nəriman Nərimanov" stansiyaları arasında tunelə girir. == İstifadə olunan vaqonlar == Burada əasən 81-717/714 və onun ən müasir modifikasiyaları, həmcinin modifikasiya edilmiş 81–717m/714m modelindən istifadə edilir. Ej-3 vaqonları 2008-ci ildə istifadədən çıxarılmışdır. 2001-ci ilıə qədər isə E vaqonları istifadədə olmuşdur.
Nərimanov rayonu (dəqiqləşdirmə)
Nərimanov rayonu — Bakı şəhərinin inzibati bölgüsünə daxil olan şəhər rayonu. Nərimanov rayonu — Azərbaycan SSR-in inzibati bölgüsünə daxil olmuş Xanlar rayonunun 8 avqust 1930-cu ildən 29 noyabr 1938-ci il tarixinədək rəsmi adı.
18 saylı Nərimanov-Nizami seçki dairəsi
19 saylı Nərimanov birinci seçki dairəsi
20 saylı Nərimanov ikinci seçki dairəsi
Gülsüm Nərimanova
Gülsüm Nərimanova (Əliyeva) — İctimai-siyasi, dövlət xadimi, yazıçı, publisist Nəriman Nərimanovun həyat yoldaşı. == Həyatı == 1898-ci ildə Bakı şəhərində əslən Şamaxıdan olan tacir Mirkazım Əliyevin ailəsində anadan olmuşdur. Ev təhsili almışdı və rus dilini yaxşı bilirdi. 1915-ci ildə o, böyük mütəfəkkir, görkəmli dövlət xadimi Nəriman Nərimanovla ailə həyatı qurur və həmin zamandan onun həyatında sözün əsl mənasında yeni dövr başlayır. Gülsüm xanım 1941-ci ildən Sovet qadınları antifaşist komitəsinin üzvü kimi radio ilə ingilis qadınlarına müraciətində öz taleyi haqqında danışarkən deyirdi: "…Mənim bəxtimə elə bir ömür yoldaşı düşdü ki, bütün həyatım boyu ona minnətdaram. Mən Nərimanov kimi böyük bir şəxsiyyətin simasında mehriban, həssas, qayğıkeş ömür yoldaşı, xalqın azadlığı, səadəti uğrunda yorulmaq bilmədən çalışan alovlu bir mübariz insanı gördüm. O, həyatının son dəqiqəsinə kimi öz amalından, xeyirxah işindən dönmədi. Bizim birgə ailə həyatımızın son anına kimi o, mənim üçün ən əziz dost və müəllim oldu…"N. Nərimanovun təsiri ilə ictimai həyata qoşulan Gülsüm xanım öz tərcümeyi-halında yazır ki, o, müsəlman qadınlar arasında siyasi iş aparmış, gizli ədəbiyyat yaymış, onları yeni həyata səsləmişdir. Getdikcə fəallığını artıraraq Bakıda əlillər evi, uşaq baxçası və körpələr evlərinin yaradılması işində böyük səy göstərmişdir. Təhsilini daim artırmağa çalışan Gülsüm xanım 1921-ci ildə Azərbaycan Xalq Maarif Komisarlığmin məktəbəqədər tərbiyə şöbəsinin müsəlman qadınlar üçün açdığı ilk kursu bitirmişdir.1925-ci ildə N. Nərimanovun vəfatından sonra oğlu Nəcəfin təlim-tərbiyəsi ilə məşğul olmaqla bərabər yenə də təhsilini davam etdirmiş, Moskva Pokrovski adına məktəbin fəhlə fakültəsində oxumuşdur.
N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu
Azərbaycan Tibb Universiteti – Azərbaycanın tibb profilli ali təhsil müəssisəsi. == Tarixi == === AXC dövrü === Azərbaycanda yüksəkixtisaslı tibb kadrlarının hazırlanması 1919-cu ilin noyabrında ilk Azərbaycan Demokratik Respublikası parlamentinin qərarına əsasən, tibb fakültəsi də daxil olmaqla dörd fakültədən ibarət Bakı Dövlət Universitetinin yaradıldığı vaxtdan başlamışdır. 1919-cu ilin may ayında tanınmış cərrah professor İ. Razumovskinin rəhbərliyi altında xüsusi hazırlıq komissiyası təşkil edilmiş, üç ay sonra isə Universitet ilk tələbələrini qəbul etmişdir. Tibb fakültəsinin yaradılmasında tanınmış alimlərdən professorlar İ. Şirokoqorov, S. Davidenkov, F. İlyin, L. Levin, N. Uşinski, K. Malinovski, P. Rostovsev, M. Çlenov və başqalarının böyük rolu olmuşdur. Hökumətin qərarına əsasən, Bakı şəhərinin mühüm xəstəxanaları Universitetin istifadəsinə verildi. Həmin dövrdə tibb kadrları hazırlanmasının Bakı Dövlət Universitetinin ilk buraxılışı 1922-ci ildə oldu və 30 məzuna şərəfli həkim adı verildi. Onların arasında iki azərbaycanlı qız da var idi: Adilə Şahtaxtinskaya və Ceyran Sultanova. === SSRİ dövrü === ==== 1930–1940-cı illər ==== 1930-cu ilə kimi Bakı Dövlət Universiteti tibb fakültəsi 1407 həkim hazırladı. Onların arasında 292 azərbaycanlı oğlan və 56 qız var idi. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1930-cu il 19 iyunda Bakı Dövlət Universiteti tibb fakültəsinin müstəqil, 2 fakültəsindən ibarət (müalicə-profilaktika və sanitariya-gigiyena) tibb institutuna çevrilməsi haqqında 287\99 saylı qərarı verildi.
N. Nərimanov adına NQÇİ-də estakada qəzası
N. Nərimanov adına NQÇİ-də estakada qəzası — "Azneft" İstehsalat Birliyinin Nəriman Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sag və sol hissəsində yerləşən estakadanın bir hissəsini dənizə uçması nəticəsində baş vermiş qəza. Hadisə 2016-cı ilin 15 dekabr tarixində yerli vaxtla saat 05:00-də baş vermiş, səbəb kimi isə Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək göstərilib. == Arxa plan == 41 metr/saniyə sürəti ilə əsən güclü külək Azneft İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yıığım Məntəqəsinin sag və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurmuşdur. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurmuşdur. İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.Estakadada bütün əlavə işlər dayandırılsa da, zərurətə görə Neft Yığım Məntəqəsində növbədə olan 10 nəfər neftçi itkin düşmüşdür. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi və Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin gəmiləri cəlb olunmuşdur. Fövqəladə Hallar Nazirliyi, SOCAR və Azneft İB-nin rəhbərliyi qəzadan sonra hadisə yerinə yollanmışdır. Həmin gün baş vermiş hadisə ilə əlaqədar Azneft İstehsalat Birliyində (Bakı şəhəri, Neftçilər Prospekti 73) qərargah yaradılmışdır.
Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu
Azərbaycan Tibb Universiteti – Azərbaycanın tibb profilli ali təhsil müəssisəsi. == Tarixi == === AXC dövrü === Azərbaycanda yüksəkixtisaslı tibb kadrlarının hazırlanması 1919-cu ilin noyabrında ilk Azərbaycan Demokratik Respublikası parlamentinin qərarına əsasən, tibb fakültəsi də daxil olmaqla dörd fakültədən ibarət Bakı Dövlət Universitetinin yaradıldığı vaxtdan başlamışdır. 1919-cu ilin may ayında tanınmış cərrah professor İ. Razumovskinin rəhbərliyi altında xüsusi hazırlıq komissiyası təşkil edilmiş, üç ay sonra isə Universitet ilk tələbələrini qəbul etmişdir. Tibb fakültəsinin yaradılmasında tanınmış alimlərdən professorlar İ. Şirokoqorov, S. Davidenkov, F. İlyin, L. Levin, N. Uşinski, K. Malinovski, P. Rostovsev, M. Çlenov və başqalarının böyük rolu olmuşdur. Hökumətin qərarına əsasən, Bakı şəhərinin mühüm xəstəxanaları Universitetin istifadəsinə verildi. Həmin dövrdə tibb kadrları hazırlanmasının Bakı Dövlət Universitetinin ilk buraxılışı 1922-ci ildə oldu və 30 məzuna şərəfli həkim adı verildi. Onların arasında iki azərbaycanlı qız da var idi: Adilə Şahtaxtinskaya və Ceyran Sultanova. === SSRİ dövrü === ==== 1930–1940-cı illər ==== 1930-cu ilə kimi Bakı Dövlət Universiteti tibb fakültəsi 1407 həkim hazırladı. Onların arasında 292 azərbaycanlı oğlan və 56 qız var idi. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1930-cu il 19 iyunda Bakı Dövlət Universiteti tibb fakültəsinin müstəqil, 2 fakültəsindən ibarət (müalicə-profilaktika və sanitariya-gigiyena) tibb institutuna çevrilməsi haqqında 287\99 saylı qərarı verildi.
Nəriman Nərimanov adına Neftçala şəhər stadionu
Nəriman Nərimanov adına Neftçala Şəhər Stadionu - Neftçala futbol klubunun ev oyunlarını keçirdiyi stadion. Stadion Azərbaycan Respublikasının Neftçala rayonunun mərkəzində yerləşir.
Nəriman Nərimanov adına mədəniyyət evi
Nəriman Nərimanov adına mədəniyyət evi — Sumqayıtda mədəniyyət evi 1954-cü ildə xüsusi layihə üzrə 300 yerlik tamaşa zalı və 15 iş otağından ibarət yeni mədəniyyət evi – N.Nərimanov adına mədəniyyət evi istifadəyə verildi. Sumqayıt Alüminium zavodunun balansında olan mədəniyyət evi 1999-cu ilin dekabr ayından etibarən, Sumqayıt Mədəniyyət İdarəsinin tabeliyinə daxil olmuşdur. 1985-ci ilə qədər mədəniyyət evində 18 adda müxtəlif janrlar üzrə bədii özfəaliyyət kollektivləri "Karavella" instrumental ansamblı (rəhbər V.Gelas), nəfəs alətləri orkestri (rəhbər F.Gerson), Azərbaycan xalq rəqsləri kollektivi (rəhbər A.Rəhimov), Uşaq Estrada kollektivi (rəhbər A.Dubrovina), Rus rəqs kollektivi (rəhbər Z.Şqadenko), "Pöhrə" aşıqlar ansamblı (rəhbər S.Abbasov), "Səma" qızlar ansamblı (rəhbər C.Bəkirova), "Seqal" muğam ansamblı (rəhbər M.Musateva), "Rəndə" satira teatrı (rəhbər S.Məsimova), Bədii Qiraət dərnəyi (rəhbər Z.Kazımova), Xalq Çalğı Alətləri ansamblı (rəhbər L.Əliyeva) fəaliyyət göstərmişdir. 1975-77-ci illərdə "Karavella" vokal instrumental ansamblı və nəfəs alətləri orkestri, 1985-ci ildə "Pöhrə" aşıqlar ansamblı I Ümumittifaq bədii özfəaliyyət yaradıcılığı festivalında iştirak edərək laureat adını qazanmışdır. Ümumiyyətlə, mədəniyyət evinin özfəaliyyət kollektivləri dəfələrlə festival, müsabiqələrin iştirakçısı olmuş, fəxri fərman və diplomlarla təltif edilmişdir. Mədəniyyət evində Sumqayıtda ilk dəfə olaraq aşıq musiqisi üzrə kurs açılmışdır. Kursun rəhbəri istedadlı aşıq B.Əhmədovdur. tanınmış müğənnilər M.Musayeva, S.Kazımova, V.Gülməmmədov, aşıqlar Kəmalə Qubadlı, Ulduz Quliyeva və b. mədəniyyət evinin yetirmələridir. Hazırda mədəniyyət evində ingilis dili, kompüter, rəssamlıq, qadın bərbəri, ev tibb bacısı, biçmə-tikmə dərnəkləri, habelə aşıqlar ansamblı, "Dəcəl qızlar" rəqs kollektivi, "Arzu" instrumental ansamblı, məktəblilər üçün musiqinin vokal , qarmon, elektro-gitara, piano, sintezator, nağara və s.
Nəriman Nərimanovun Ev Muzeyi (Tbilisi)
Nəriman Nərimanovun Ev Muzeyi — Tbilisi şəhərində yerləşən ev muzeyi. Azərbaycan Respublikasının mülkiyyətidir. == Ekspozisiya == Muzeydə Azərbaycan Sovet dövlət xadimi Nəriman Nərimanovun həyat və yaradıcılığından bəhs edən eksponatlar, onun əlyazmaları, kitabları, əsərləri, ona ünvanlanan məktublar və s. təqdim olunub. == Tarixi == Muzey 1982-ci ildə Mirzə Şəfi küçəsində, Nəriman Nərimanovun əcdadlarına məxsus bir evdə açıldı. O. burada anadan olmuşdur. 2008-ci ilin dekabr ayında (digər mənbələrə görə, 2007-ci ildə) bütün rayonun yenidən qurulması zamanı Mirzə Şəfi küçəsindəki köhnə binalar sökülmüş, Nəriman Nərimanov Ev-Muzeyi dağıdılmışdı, lakin Gürcüstan və Azərbaycan hökumətləri muzeyin yenidən qurulması haqqında razılığa gəldilər və məkan bərpa edildi, ancaq bu dəfə İosif Qrişaşvili 41 küçəsində. Yenidənqurma işləri MStudio tərəfindən həyata keçirildi, ev həcminin artması ilə təzədən tikildi, bu sərgi sahəsini genişləndirməyə imkan yaratdı, 6 sərgi otağı, eyni zamanda inzibati və texniki otaqlar yaradıldı. Yenidən qurulan taxta sürahiləri olan məşhur gürcü balkonları xüsusi maraq doğurular. Evin qarşısında Nərimanovun büstü qoyulub.
Nəriman Nərimanovun büstü (Sumqayıt)
Nəriman Nərimanovun büstü — Yerli əhəmiyyətli abidə 1964-cü ildə heykəltaraşlar M. Mirqasımov, Ə. İsmayılov və F. Leontyeva tərəfindən işlənmişdir. Sumqayıt şəhərində ən yaşlı monumental abidələrdən sayılır. Abidə 1964-cü ildə açılmışdır. Abidə Sumqayıt şəhəri, 15-məhəllə, Heydər Əliyev prospektində yerləşir. Büstün postamentində naşir, dramaturq və dövlət xadimi olan Nəriman Nərimanovun adı kiril əlifbası ilə yazılsa da 2000-ci illərdə yazı latınca ilə əvəzlənmişdir. Postament mərmər üzlüklə üzlənmişdir.
Nəriman Nərimanovun dəfni (film, 1925)
== Məzmun == Filmdə 1925-ci ildə Nəriman Nərimanovun dəfn mərasimi öz əksini tapmışdır. == Filmin heyəti == === Filmin üzərində işləyən === Operator: Arkadi Yalovoy == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 29. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 88.77 dəfə / 1 mln.
2002 ••••••• 34.26
2003 ••••••• 36.22
2004 ••••••••• 47.16
2005 ••••••••••• 57.36
2006 •••••••••••••••• 85.59
2007 •••••••••••••••••• 97.68
2008 •••••••••••••••• 83.56
2009 •••••••••••••••••• 95.19
2010 •••••••••••••••••••• 109.74
2011 •••••••••••••••••• 96.17
2012 •••••••••••••••••• 96.98
2013 ••••••••••••••••• 89.71
2014 ••••••••••••••••• 88.04
2015 •••••••••••••••• 86.25
2016 •••••••••••••• 75.49
2017 ••••••••••••••••• 88.94
2018 •••••••••••••••• 86.15
2019 •••••••••••••••••• 95.55
2020 ••••••••••••••• 77.71

"nərimanov" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#nərimanov nədir? #nərimanov sözünün mənası #nərimanov nə deməkdir? #nərimanov sözünün izahı #nərimanov sözünün yazılışı #nərimanov necə yazılır? #nərimanov sözünün düzgün yazılışı #nərimanov leksik mənası #nərimanov sözünün sinonimi #nərimanov sözünün yaxın mənalı sözlər #nərimanov sözünün əks mənası #nərimanov sözünün etimologiyası #nərimanov sözünün orfoqrafiyası #nərimanov rusca #nərimanov inglisça #nərimanov fransızca #nərimanov sözünün istifadəsi #sözlük