Nəsibə sözü azərbaycan dilində

Nəsibə

Yazılış

  • Nəsibə • 99.1426%
  • nəsibə • 0.6431%
  • NƏSİBƏ • 0.2144%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Nəsibə Abdullayeva
Nəsibə Abdullayeva (tam adı: Nəsibə Məlik qızı Yarməhəmmədova, özb. Nasiba Abdullaeva, fars. نصیبه عبدالله‌یوا‎, rus. Насиба Абдуллаева; 15 noyabr 1961, Səmərqənd) — Özbəkistan müğənnisi, Özbəkistanın (1993) və Azərbaycanın (2022) xalq artisti. == Həyatı == Nəsibə Abdullayeva 11 noyabr 1961-ci ildə Özbəkistan Sovet Sosialist Respublikası Səmərqənd vilayətinin inzibati mərkəzi olan Səmərqənd şəhərində, Boğişamol məhəlləsində anadan olmuşdur. Anası Xalçuçuk Xalimakulova əslən tacik, atası Məlik Yarməhəmmədov isə əslən iranlıdır. Nəsibə Abdullayeva atasını etnik fars hesab edir.[mənbə göstərin]Gəncədə doğulmuş, milliyyətcə azərbaycanlı olan, gitara ifaçısı Eldar Abdullayevlə 1980-ci ildə nikaha girmiş Nəsibə Yarməhəmmədovanın bu nikahından iki oğlu vardır: Ənvər Abdullayev (d. 1981) və Əkbər Abdullayev (d.
Nəsibə Eldarova
Nəsibə Novruz qızı Eldarova — Azərbaycan aktrisası, Azərbaycanın əməkdar artisti (2014). == Həyatı == Nəsibə Eldarova 1959-cu ildə Bakının Bülbülə qəsəbəsində anadan olmuşdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olmuş və 2 il Rza Təhmasibin kursunda (sonralar Nəsir Sadıqzadənin kursunda) təhsil almışdır. Bir müddət ali məktəbdən uzaqlaşsa da, sonradan universitetə bərpa olunmuşdur. İnstitutu bitirdikdən sonra kinostudiyada fəaliyyətə başlamışdır. 1989-cu ildə Gənclər Teatrının yaranmasından sonra aktrisa həmin teatra işə düzəlir və orada 20 il müddətində 100-dən çox tamaşada çalışır. 2009-cu ildə verilən qərara əsasən, Dövlət Gənclər Teatrı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına birləşdirildikdən sonra aktrisa burada işə başlayır. Nəsibə Eldarova Azərbaycan teatrının inkişafındakı xidmətlərinə görə 7 mart 2014-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür. 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə və 10 may 2019-cu ildə Prezident Mükafatına layiq görülmüşdür. Aktyor Əməkdar Artist Ömür Nağıyevin həyat yoldaşı olmuşdur.
Nəsibə Hüseynova
Nəsibə Hüseynova Ağa İsmayıl qızı - Azərbaycan pediatrı, tibb elmləri doktoru (1969), professor (1970), Səhiyyə əlaçısı (1984), Əmək veteranı (1986), Əməkdar həkim (1990). == Həyatı == Nəsibə Hüseynova 25 yanvar 1926-cı ildə Bakı şəhərində Azərbaycan dili müəllimləri olan Ağa İsmayıl və Həvva Hüseynovların ailəsində anadan olmuşdur. O, 1943-cü ildə Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olmuş, 1948-ci ildə Moskva şəhərinin N. İ. Piroqov adına Tibb İnstitutunu bitirmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Nəsibə Hüseynova 1948-ci ildən Azərbaycan Dövlət Tibb İnstitutunun Uşaq xəstəliklərinin propedevtikası kafedrasının kliniki ordinatoru vəzifəsini icra etmişdir. Daha sonra 1950-1951-ci illərdə Laçın şəhərindəki qadın və uşaq məsləhətxanasının müdiri vəzifəsində çalışmışdır. 1955-1959-cu illərdə Ana və Uşaqların Mühafizəsi Elmi-Tədqiqat İnstitutunda əvvəlcə baş elmi işçi, sonra şöbə müdiri olaraq fəaliyyət göstərmişdir.Nəsibə Hüseynova 1959-cu ildən ATU-nin Hospital pediatriya kafedrasının dosenti, 1970-ci ildən etibarən isə həmin kafedranın professorudur.1959-1961-ci illərdə SSRİ dövləti tərəfindən İraqa ezam olunmuş və orada müharibə şəraitində səhiyyə müşaviri işləmişdir. Bu şərəfli həkim işinə görə Nəsibə Hüseynova İraq hökuməti və Azərbaycan SSR-nin Səhiyyə Nazirliyi tərəfindən dəfələrlə Fəxri fərmanla təltif olunmuşdur.1970-1992-ci illərdə ATU-nin Müalicə-profilaktika fakültəsinin Uşaq xəstəlikləri kafedrasının müdiri olmuş, 1992-ci ildən hal-hazıradək həmin kafedranın professoru vəzifəsində çalışır.1971-1976-cı illərdə Bakı şəhərində baş pediator vəzifəsini icra etmişdir. 1970-1991-ci illərdə Səhiyyə Nazirliyinin IV Baş İdarəsinin baş pediatoru olmuşdur. Professor Nəsibə Hüseynova 1976-cı ildən hal-hazıra qədər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş uşaq qastroenteroloqudur.1982-ci ildə prof. N. Hüseynova 17 saylı uşaq şəhər poliklinikasının bazasında Respublika Uşaq Qastroenteroloji Mərkəzinin yaradıcısı olmuş və uzun illər bu mərkəzdə elmi rəhbər kimi işləyərək, Azərbaycanın bütün regionlarından mədə-bağırsaq problemli uşaqlara yardım etmişdir.
Nəsibə Həsənova
Nəsibə Həsənova (tam adı: Nəsibə Bəhruz qızı Həsənova; d. 15 dekabr 1994, Tümen, Rusiya) — Azərbaycan əsilli Rusiya futbolçusu. == Həyatı == === Erkən illəri === 13 yaşından futbol ilə məşğul olur. === Şəxsi həyatı === Barselona futbol klubunun azarkeşidir, ən sevdiyi futbolçu Tyerri Anridir.
Nəsibə Zeynalova
Nəsibə Cahangir qızı Zeynalova (20 aprel 1916, Bakı – 10 mart 2004, Bakı) — Azərbaycanın görkəmli teatr və kino aktrisası, Azərbaycan SSR xalq artisti (1967), Azərbaycan SSR dövlət mükafatı laureatı (1974). == Həyatı == Nəsibə Zeynalova 20 aprel 1916-cı ildə Bakıda doğulub. Atası Kərbəlayı Cahangir, Bakıda anadan olub və tanınmış tacir və eyni zamanda aktyor idi. Azərbaycan milli realist aktyor məktəbinin banisi məhz Cahangir Zeynalov olub. İlk və yeganə övladı olanda arzu edib ki, qızı onun sənətini davam etdirsin. Ancaq bu arzusunun gerçəkliyini görmək ataya nəsib olmayıb. 1918-ci ilin mart ayında erməni daşnakları Bakıda kütləvi qırğınlar törədəndə Cahangir Zeynalov ailəsi ilə İrana yollanıb. Sentyabrda Bakıya qayıdanda gəmidə yatalaq xəstəliyinə tutulan Cahangir Zeynalov qısa müddətdən sonra rəhmətə gedib. Onda balaca Nəsibənin iki yaşı vardı. Böyüdükdən sonra o, atasının arzusunu inamla həqiqətə çevirib.
Nəsibə Mahmudbəyova-Vəlizadə
Nəsibə Mahmudbəyova-Vəlizadə — pedaqoq, Azərbaycan SSR "Xalq maarif əlaçısı" (1971). == Həyatı və fəaliyyəti == Nəsibə xanım Seyfulla bəy qızı Mahmudbəyova-Vəlizadə 28 mart 1916-cı ildə Şamaxıda anadan olmuşdur. Onun ata babası Hacı İbrahimxəlil bəy Şamaxının ziyalı, mötəbər şəxslərindən idi. O, müəllim, Aleksandr Müəllimlər İnstitutunun məzunu Həbib bəy Mahmudbəyovun, mühəndis, Azərbaycan Milli Şurasının üzvü Ələsgər bəy Mahmudbəyovun qardaşı qızıdır.Nəsibə xanımın atası Seyfulla bəy Şamaxının hörmətli insanlarından idi. Seyfulla bəyin dörd oğlu, üç qızı olmuşdur. Nəsibə xanım Seyfulla bəyin böyük qız övladı idi. 1918-ci ildə Şamaxıda baş vermiş zəlzələdən sonra Nəsibə xanımın ailəsi Bakıya köçməyə məcbur olmuşdur. Üç yaşında ikən atasını itirən Nəsibə xanım anası Töfənisə xanımın, böyük qardaşı Bəhram bəy Mahmudbəyovun himayəsində böyümüşdür.Nəsibə xanım Bakıda 7 illik məktəbi qurtardıqdan sonra 1926–1930 illərdə Bakı Pedaqoji Texnikumunu ibtidai sinif müəllimliyi ixtisası üzrə təhsil almışdır. O, M. F. Axundov adına Azərbaycan Dövlət Müəllimlər İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Fizika-riyaziyyat fakültəsində oxumuş, 1937-ci ildə müəllimə ixtisası üzrə ali təhsil almışdır.Nəsibə xanım 1938-ci ildə uzun illər texniki peşə təhsilli sistemində müxtəlif rəhbər vəzifələrdə çalışmış Azərbaycanın tanınmış ziyalısı, respublikanın əməkdar müəllimi Vəli Vəlizadə ailə həyatı qurmuşdur. Nəsibə xanım 1939–1943 illərdə Bakı şəhəri, Çaparidze rayonu 3 və 2 saylı pedaqoji məktəbdə, 1948–1981 illərdə 7 saylı orta məktəbdə müəllimə işləmişdir.
Bizim Nəsibə xanım... (film, 1991)
Bizim Nəsibə xanım... qısametrajlı sənədli filmi rejissor Tofiq Mütəllimov tərəfindən 1991-ci ildə çəkilmişdir. "Debüt" yaradıcılıq birliyində istehsal edilmişdir. Kinolent görkəmli teatr və kino aktrisası Nəsibə Zeynalovaya, onun mənalı həyatına və fəaliyyətinə həsr olunmuşdur. == Məzmun == Kinolent görkəmli teatr və kino aktrisası Nəsibə Zeynalovaya, onun mənalı həyatına və fəaliyyətinə həsr olunmuşdur. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 3.52 dəfə / 1 mln.
2003 •••••••••• 5.12
2004 •••••••••••••••••••• 11.12
2005 •• 0.67
2006 •••••• 2.93
2007 •••••••• 4.23
2008 ••••••••••••••• 8.28
2009 •••••• 3.04
2010 ••••••• 3.45
2011 ••••••••••• 6.01
2012 ••••• 2.24
2013 •••••••••••• 6.27
2014 ••••••• 3.78
2015 •• 1.02
2016 •••••••• 4.34
2017 ••• 1.30
2018 ••••• 2.55
2019 •• 0.70
2020 •• 0.66

nəsibə sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

NƏSİB(Ə)1 ə. 1) hissə, pay, qismət; 2) nəticə, bəhrə; 3) müyəssər. NƏSİB(Ə)2 ə. əsilli, soylu, əsli-nəsəbi olan.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan kişi adlarının izahlı lüğəti

yaxın, doğma; əsil-nəcabətli, qohum.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"nəsibə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#nəsibə nədir? #nəsibə sözünün mənası #nəsibə nə deməkdir? #nəsibə sözünün izahı #nəsibə sözünün yazılışı #nəsibə necə yazılır? #nəsibə sözünün düzgün yazılışı #nəsibə leksik mənası #nəsibə sözünün sinonimi #nəsibə sözünün yaxın mənalı sözlər #nəsibə sözünün əks mənası #nəsibə sözünün etimologiyası #nəsibə sözünün orfoqrafiyası #nəsibə rusca #nəsibə inglisça #nəsibə fransızca #nəsibə sözünün istifadəsi #sözlük