nəvva sözü azərbaycan dilində

nəvva

Yazılış

  • nəvva • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aud nəvvablığı
Aud nəvvabı — XVIII—XIX əsrlərdə Aud hakimlərinin titulu. == Tarixi == 1722-ci ildə Böyük Moğollar imperiyasının imperatoru Sultan Məhəmməd şah Səadətəli xanı Audun valisi təyin etdi. Əvvəlcə o "nazim" ünvanı daşıyırdı. Sonra o, "nəvvab" titulunu qəbul etdi. Paytaxtını Feyzabada köçürdü.
Aud nəvvabı

Hüseynqulu xan Nəvvab
Hüseynqulu xan Cəfərqlu xan oğlu Nəvvab (Motaməd ül-Vüzarə, sonra Sədr əs-Səltənə) (fars. حسینقلی خان صدرالسلطنه‎; 1864, Tehran – 1920, Tehran) — İran naziri, diplomat, siyasətçi. == Həyatı == Hüseynqulu xan Cəfərqlu xan oğlu 1864-cü ildə Şiraz şəhərində anadan olmuşdu. Babası Məhəmmədrza xan Mazandarani Hindistanda, Böyük Moğollar dövlətində nəvvab kimi xidmət etmişdi. Ondan sonra Cəfərəli xan bu soyun başçısı olmuşdu. O, Kərbəlaya gedərkən Şirazlı Mirzə Həsənəli ibn Hacı Ağası bəy onun bacısı ilə evlənmişdi. Bu izdivacdan sonra Nəvvab soyu Şirazda məskunlaşmışdı. Cəfərəli xanin Mirzə Məhəmmədəli xan adlı oğlu vardı. O da Fars əyalətinin məşhur simalarından idi. Mirzə Məhəmmədəli xan da Cəfərqlu xan adlı oğlu olmuşdu.
Mir Möhsün Nəvvab
Mir Möhsün Nəvvab (میر محسن نواب قره باغی) (1833, Şuşa, Şuşa qəzası, Rusiya imperiyası – 1918, Şuşa, Şuşa qəzası, AXC) — Şuşa şəhərində yaşayıb-yaratmış şair, rəssam, astronom, ədəbiyyatşünas, nəqqaş, tarixçi, xəttat və musiqişünas azərbaycanlı alim. XIX əsrin ortalarında Azərbaycanın hər yerində kapitalist münasibətləri cücərən və yeni təfəkkür yaranan bir zamanda orta əsrlərə məxsus elmi biliklər sisteminə sahib ensiklopediyaçı alim Mir Möhsün Nəvvab bu şəhərdə yaşayıb-yaradır. Görkəmli musiqiçi, şair, rəssam, xəttat, münəccim, kimyaçı və riyaziyyatçı olan Mir Möhsünü əsərlərinin məzmunu, səviyyəsi və həcmi etibarilə həqiqətən də orta əsrlərin sonuncu ensiklopedist alimləri dəstəsindən hesab etmək mümkündür. Hərçənd ki, o, Şuşanın ictimai həyatında həmişə qabaqcıl, o dövr üçün mütərəqqi mövqelərdə durmuşdur. == Həyatı == İndi Mir Möhsün Nəvvabı ilk öncə musiqişünas, Azərbaycan dilində yazılmış "Vüzuhül-ərqam" ("Rəqəmlərin izahı") risaləsinin müəllifi kimi tanıyırlar. Ən yaxşı klassik ənənələr ruhunda qələmə alınmış həmin əsər Şərqdə bu qəbildən yaradılmış son risalələrdən biridir. Azərbaycanda isə, Nəvvab sonuncu kimyagərlərdən, münəccimlərdən və köhnə məktəbə mənsub rəssamlardandır. O, 1833-cü ildə Şuşada Hacı Seyid Əhmədin ailəsində doğulmuş və bütün ömrü boyu doğma şəhərindən kənara çıxmamışdır. İlk təhsilini ruhani məktəbində alan Nəvvab ərəb, fars, türk dillərini mükəmməl mənimsəmiş, sonra isə Abbas Sarıcalı mədrəsəsində astronomiya, kimya, riyaziyyat və digər elmlərin əsaslarına yiyələnmişdir. Uzun ömrü boyunca Nəvvab Şuşanın mədəni və ictimai həyatında fəal iştirak edib.
Mir Möhsün Nəvvab Qarabaği

Mir Möhsün Nəvvabın ev-muzeyi
Mir Möhsün Nəvvabın evi — Şuşa şəhərinin tarixi Mamayı məhəlləsi ərazisindəki Nəvvab küçəsində (keçmiş Komsomolskaya) yerləşən iki mərtəbəli ev. == Haqqında == Azərbaycan şair və rəssamı Mir Möhsün Nəvvab bu evdə yaşamış və fəaliyyət göstərmişdir. SSRİ dövründə evdə sənətkarın ev muzeyi yaradılmışdır. Evin otaqları divar rəsmləri ilə zəngin bəzədilmişdi.Təəssüf ki, maddi-mənəvi xəzinəmiz sayılan neçə-neçə tarixi abidəmiz, muzeylərimiz ötən əsrin 90-cı illərində erməni işğalçıları tərəfindən qarət olunmuş, dağıdılmışdır. İşğal olunmuş ərazilərimizdə 762 mədəniyyət abidəsi qalıb. İşğalçılar 22 muzeyi, 4 rəsm qalereyasını talayaraq yerlə-yeksan ediblər. Canlı muzey olan Şuşanın özündə 8 muzey fəaliyyət göstərirdi. Dövlət Qarabağ Tarixi Muzeyi, Üzeyir Hacıbəylinin ev-muzeyi, Bülbülün memorial muzeyi, musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeyi, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Muzeyinin Şuşa filialı, tarzən Qurban Pirimovun Ağdam rayonundakı xatirə muzeyi – bu muzeylərin hər birinin Azərbaycanın maddi-mənəvi xəzinəsində öz dəyəri və yeri vardı.10 salondan ibarət olan Şuşa Dövlət Rəsm Qalereyasında təsviri sənət ustalarının 200-ə yaxın əsəri nümayiş etdirilirdi. Zöhrabbəyovların evində yerləşən qalereyanın qızıl fondunu XIX əsr Azərbaycan miniatür sənətinin nümayəndələrindən biri, məşhur rəssam və xəttat Mir Möhsün Nəvvabın öz kitablarına çəkdiyi illüstrasiyalar təşkil edirdi. Burada həmçinin xalqımızın həyatından, məişətindən, adət-ənənələrindən söhbət açan dekorativ sənət nümunələri toplanmışdı.
Mir Möhsün Nəvvabın evi

Mir Möhsün Nəvvabın qəbirüstü abidəsi
Mir Möhsün Nəvvabın qəbirüstü abidəsi - Şuşa şəhəri general Quliyev küçəsində yerləşən, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğuna aid ölkə əhəmiyyətli monumental abidə. 1960-cı ildə UNESCO-nun xətti ilə Mir Möhsüm Nəvvabın qəbri üzərində qırmızı mərmərdən abidə-barelyef qoyulub. Abidə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır. 1992-ci ildə Şuşa ermənilər tərəfindən işğal edildikdən sonra abidə dağıdılıb. == Tarixi == Şuşa şəhərində yaşayıb-yaratmış şair, rəssam, astronom, ədəbiyyatşünas, nəqqaş, tarixçi, xəttat və musiqişünas azərbaycanlı alim Mir Möhsün Nəvvab 1919-cu ildə vəfat etmişdir. Qəbrinin üzərində onun oğlu Mir İbrahim Ağamirzadə tərəfindən bunlar yazılmışdır: 1957-ci ildə Tokay Məmmədov Nəvvabın qəbirüstü abidəsini hazırlayıb. Abidənin memarı Rasim Əbdürrəhmanovdur. 1960-cı ildə UNESCO tərəfindən qəbirdə təmir işləri aparılıb. Ermənistan Silahlı Qüvvələri 1992-ci ilin 9 may tarixində Şuşanı işğal etdiyi zaman abidə ermənilər tərəfindən dağıdılıb.7 noyabr 2020-ci ildə Şuşa Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edildikdən sonra abidənin qalıqları aşkar edilib.
Nəvvab (film, 2014)
== Məzmun == Filmdə ədəbiyyat tariximizdə dərin iz qoymuş şair, xəttat, tarixçi, təzkirəçi, pedaqoqlardann olan Mir Möhsün Nəvvab haqqında danışılır. Qarabağ ədəbi mühitinin formalaşmasına, inkişafına mühüm təsir göstərən Nəvvab xalqımızın milli-mədəni irsinin zəhginləşməsinə də böyük töhfələr vermişdir. Qeyd edilir ki, Nəvvabın yaradıcılıq fəaliyyəti təkcə şeirlə bitmir. O, rəssamlıqla, xəttatlıq sənəti ilə də məşğul olmuşdur. Nəvvabın şəxsiyyət kimi özünü təsdiqləməsində, vətənə, doğulduğu torpağa bağlı olmasında həm də mənsub olduğu soyun, kökün, nəslin böyük təsiri vardır.
Nəvvab Səfəvi
Seyyid Nəvvab Səfəvi və ya Müctəba Mirluhi (farsca: سید نواب صفوی; 1924 – 25 dekabr 1955, Tehran) — İran ruhanisi, İslam fədailəri partiyasının qurucusudur. Onun qurduğu İslam fədailəri qrupu Şah hökumətini dəstəkləyən siyasətçilər başda olmaqla məşhur olan iranlıların öldürülməsindən məsuliyyət daşıyırdı. == Həyatı == Şəhid Nəvvab Tehrani Səfəvi 1924-cü ildə Tehranda, Haniabad şəhərində çox nəcib və inanclı ailə olan Seyid Müctəba Tehraninin ailəsində dünyaya gəlir. İbtidai dini təhsilini Abadanda alır. İbtidai təhsilini onda olan fitri istedad səbəbi ilə 7 ilə bitirən Seyid Nəvvab elə illər olurdu ki, bir il ərzində iki ilin təhsil nəticəsinə uyğun bilgi əldə edə bilir. Buna görə də o 10 illik təhsilini 7 ilə başa vuraraq təhsilinin davamı üçün İran-Alman sənət məktəbinə yollanır. Peşə məktəbini bitirdikdən sonra İranda neft şirkətlərindən birində işə düzələn Seyid Nəvvab bir gün iranlı bir şəxsi ayaqları altına salaraq döyən bir ingilisin özbaşnalığını seyr edincə buna susqun baxan iranlılara üzünü tutub: ”Siz çox səviyyəsiz adamlarsınız. Sizin qardaşınızı döyən İngilisə elə baxırsız ki, güya günahkar iranlıdır və o da İngilis torpağındadır. Hansı ki, onun günahi iranlı olmaqdan başqa bir şey deyildir”. Onun bu sözündən sonra İran fəhlələri ayağa qalxır və etiraza başlayırlar.
Nəvvarə Qadınəfəndi
Nəvvarə xanım (d. 4 may 1901 — ö. 22 aprel 1992) — son Osmanlı sultanı VI Mehmed Vahidəddinin dördüncü xanımı və gözdəsi. == Həyatı == Nəvvarə xanım 4 may 1901 tarixində İzmitin Hikmətiyə kəndində abxaz əsilli Mustafa bəylə xanımı Hafizə xanımın ailəsində dünyaya gəldi. Kiçik yaşlarında Dolmabağça sarayına alınaraq təhsil aldı. Sultan Vahidəddinin üçüncü xanımı Şadiyə Müvəddət xanımın əmisi qızıdır. Müvəddət xanım Şahzadə Vahidəddinlə evləndikdən sonra onu Çəngəlköy sarayına alaraq özünə nədimə seçmişdi. Vahidəddin bu dəfə də Nəvvarə xanıma aşiq olmuş, bu səbəblə iki əmi qızının münasibətləri pisləşmişdi. Vahidəddinlə 20 iyul 1918-ci ildə Dolmabağça sarayında evləndi. Bu nigahdan övladı olmadı.
Nəvvarə xanım

nəvva sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

avaz, ahəng, musiqi səsi.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"nəvva" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#nəvva nədir? #nəvva sözünün mənası #nəvva nə deməkdir? #nəvva sözünün izahı #nəvva sözünün yazılışı #nəvva necə yazılır? #nəvva sözünün düzgün yazılışı #nəvva leksik mənası #nəvva sözünün sinonimi #nəvva sözünün yaxın mənalı sözlər #nəvva sözünün əks mənası #nəvva sözünün etimologiyası #nəvva sözünün orfoqrafiyası #nəvva rusca #nəvva inglisça #nəvva fransızca #nəvva sözünün istifadəsi #sözlük