Nəğmələr
Nəğmələr – Azərbaycan ədəbiyyatında lirik növün ən qədim janrlarından biridir. Məzmunca bir neçə növü vardır: əmək nəğmələri, mərasim nəğmələri, mövsüm nəğmələri, qəhrəmanlıq nəğmələri. Əmək nəğmələrinin ilk nümunələri qədim insanların birgə əmək prosesində yaranmışdır. Holavarlar və sayaçı sözləri əmək nəğmələrinə daxildir. Holavarlar cütçülük və əkinçiliklə, sayaçı sözləri isə qoyunçuluqla bağlı yaranan nəğmələrdir.
Qara kəlim aranda,
Çıxar gün qızaranda.
Xodaq murada çatar,
Kəlindən bar alanda. (Holavar)
Nənəm, a ağbaş qoyun,
Qarlı dağlar aş, qoyun.
Yağından plov olar,
Quyruğundan aş, qoyun. (Sayaçı sözü)
Mərasim (məişət) nəğmələri insanların məişəti və dünyagörüşü ilə bağlıdır.