Academia (nəşriyyat, SSRİ)
"Academia" — 1921–1937-ci illərdə RSFSR, sonra SSRİ-də fəaliyyət göstərən, universitet nəzdində Sankt-Peterburq Fəlsəfə Cəmiyyətinin kitab nəşriyyatı. Klassik ədəbiyyatın yüksək keyfiyyətli nəşrləri və illüstrasiyaları ilə tanınır. Nəşriyyatla bir çox tanınmış tərcüməçi və rəssamlar əməkdaşlıq edirdi.
== Tarixi ==
31 dekabr 1921-ci ildə səhmlər üzrə ortaqlıq kimi qeydiyyata alınmışdır. Yarandığı andan 1929-cu ilə qədər ona Aleksandr Krolenko, sonra 1932-ci ilə qədər İlya İonov, daha sonra ev Kamenev (1934-cü ildə həbs olunana qədər), Yakov Yanson (1935-1937) rəhbərlik etmişdir.
Redaksiya heyətinə S. A. Jebelev, A. A. Frankovski, N. V. Boldırev, L. P. Karsavin və başqa tarixçilər, filosoflar və ədəbiyyatşünaslar daxil idi. 1923-cü ilin sonunda nəşriyyat keçmiş işçi heyəti və muxtariyyət hüququ ilə Dövlət İncəsənət Tarixi İnstitutuna verildi. Bu dövrdə ədəbiyyat və incəsənət tarixi və nəzəriyyəsi ilə bağlı kitablar nəşr olunurdu; 1927-ci ildən “Dünya ədəbiyyatı xəzinələri” seriyası, bir qədər sonra “ Ədəbi, ictimai, bədii həyat və incəsənət abidələri ” və “ Teatr xatirələri ” nəşr olunur.
"Academia" nəşriyyatında kitabların tərtibatına xüsusi diqqət yetirilirdi. "Robinzon Kruzon" və "Qulliverin səyahəti" əsərlərində Jan Qranvilin illüstrasiyalarından istifadə edilmişdir.