Obote sözü azərbaycan dilində

Obote

Yazılış

  • Obote • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Milton Obote
Milton Obote (ing. Apollo Milton Obote) - Uqandanın müstəqillikdən sonrakı ilk Prezidenti (1962-1966) və Baş Naziri (1966-1971, 1980-1985). Ölkəsinin müstəqillik əldə etməsində önəmli rol oynamış, iki dəfə hərbi çevriliş nəticəsində hakimiyyətdən kənarlaşdırılmışdır. == Həyatı == Əsil adı Apollo Milton Obote olan Milton Obote 1925-ci ilin 25 dekabr tarixində Uqandada dünyaya gəlib. 1948-1949-cu illərdə paytaxt Kampala şəhərində yerləşən Makerere Kollecində təhsil aldığı zaman, siyasi fəaliyyətləri səbəbindən təhsil kompleksindən kənarlaşdırılmışdır. Dönəmin hakimiyyəti Obotenin Amerika Birləşmiş Ştatları və Almaniyada ali təhsil almağa imkan verən təqaüd proqramlarındanda istifadə etməyə mane olduqdan sonra Obote, 1950-ci ildə Keniyaya yollanmışdır. Keniyada müxtəlif işlərdə işlədiyi dövrdə, Uqandanın azadlıq hərəkatına dəstək vermiş və Keniya Afrika İttifaqına üzv olmuşdur. 1957-ci ildə ölkəsinə qayıdaraq Uqanda Xalq Konqresi Partiyasına üzv olmuş; növbəti il parlamentdə təmsil olunmaq hüququ qazanmışdır. Uqanda Xalq Konqresi Partiyasının parçalanmasından sonra Uqanda Xalqının Birliyi təşkilatı ilə birləşərək Uqanda Xalq Partiyasını təsis etmişdir. Partiyanın əsas məqsədi, Kral II Mutesa rəhbərliyindəki Buqanda dövlətinin Uqandadakı varlığına son qoymaqdan ibarət idi.

Oxşar sözlər

#obote nədir? #obote sözünün mənası #obote nə deməkdir? #obote sözünün izahı #obote sözünün yazılışı #obote necə yazılır? #obote sözünün düzgün yazılışı #obote leksik mənası #obote sözünün sinonimi #obote sözünün yaxın mənalı sözlər #obote sözünün əks mənası #obote sözünün etimologiyası #obote sözünün orfoqrafiyası #obote rusca #obote inglisça #obote fransızca #obote sözünün istifadəsi #sözlük