obyektiv sözü azərbaycan dilində

obyektiv

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • obyektiv • 97.9580%
  • Obyektiv • 1.9920%
  • OBYEKTİV • 0.0500%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Obyektiv
Obyektiv — təsviri səthə(fotomaterial, matrisa və s.) proyeksiya edən fotoaparatla birlikdə çalışan linza və ya linzalar dəstindən ibarət olan optik qurğudur. Obyektivlər foto, kino çəkilişində, optik çapda, mikroskopda, teleskopda və müxtəlif müşahidə və optik cihazlarda istifadə olunur. Müşahidə cihazlarında obyektiv cihazın birinci komponenti sayılır. Bu halda təsvirə cihazın okulyarında baxılır. Qurğunun təyinatından asılı olaraq obyektivə diafraqma, sürgü, başlıq, fokuslama sistemi kimi köməkçi elementlər əlavə edilə bilər. == Obyektivlərin xarakteristikaları == Obyektiv – 1)fizikada: obyektiv (optik cihazın qabaq şüşəsi və ya şüşələri); 2)fəlsəfədə: şüurumuzdan asılı olmayan; 3)qərəzsiz, tərəfkeşlik etmədən. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Obyektiv TV
Obyektiv TV 2010-cu ilin mayında Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu tərəfindən, Turan informasiya agentliyi ilə əməkdaşlıq etməklə, ənənəvi mətbuat mənbələri üzərində artan hökumət nəzarətinə qarşı, Azərbaycandan alternativ insan hüquqları yayımını təmin etmək məqsədilə qeyri-kommersiya, müstəqil onlayn xəbər mənbəyi kimi yaradılmışdır. Obyektiv TV əsas media tərəfindən məhəl qoyulmayan, az işıqlandırılan və ya qərəzli işıqlandırılan məsələlər, o cümlədən ifadə azadlığı, qanunun aliliyi, şəffaflıq və mülki hüquqlar üzərində mərkəzləşir. Obyektiv TV-nin Azərbaycanda hər hansı siyasi partiya ilə bağlılığı yoxdur. Obyektiv TV demokratik cəmiyyət üçün lazım olan azadlıqları, şəffalıq və siyasi plüralizmi təbliğ edən müstəqil media nəzarət alətidir. Obyektiv Tv-nin əsas məqsədi azərbaycanlıların və beynəlxalq ictimaiyyətin insan hüquqları xəbərlərinə çıxışını artırmaq və yerli auditoriyanın Azərbaycan vətəndaşları olaraq öz hüquqları haqqında məlumatlılığını artırmaqdır. Hüquqların pozulması və ya təhlükədə olması haqqında məkumat verməklə, Obyektiv TV şəffaflıq və plüralizm mədəniyyətini dəstəkləyir. Obyektiv Tv müxalif siyasilər, vətəndaş cəmiyyəti liderləri, jurnalistlə və sıravi vətəndaşlar, Azərbaycanın dövlət nəzarətində olan əsas medianın kənarda qoyduğu qruplar üçün peşəkar platforma təmin edir. Məqsəd isə əhalinin ehtiyacı və dövlətin təminatı arasındakı boşluq haqqında məlumatlılığı artırmaqdır. Obyektiv TV-nin hədəfinə həmçinin beynəlxalq ictimaiyyət, o cümlədən Bakıdakı diplomatic korpuslar və xarici dövlətlərin nümayəndələri daxildir. Belə ki, ingilis dilli tərcüməçi və redaktorlar heyəti başqa yolla işıqlandırılmayan məlumatları beynəlxalq insane hüquqları ictimaiyyətinə çatdırmaq üçün xəbər bülletenlərinin ingilis dili versiyasını hazırlayırlar.
Obyektivizm
Obyektivizm — 1940-cı illərdən etibarən ABŞ səhiyyə çevrələrində inkişafa başlamış bir yol. İlk olaraq psixiatr Alan Blumenthal tərəfindən, romançı Ayn Randın kitablarından alınan ilhamla alınıb. Bu yol təməldən, adamın özündən üstün bacarıqlar və zəka qazanmasına və beləliklə mövcud əskikliklərindən doğan olumsuzluqların ortaya qoyduğu ruhi gərginlikdən xilas olmasına dayanır. Kişi bu üsul istiqamətində, həyatındakı mənfilikləri, davamlı fərdi təlqinlərlə başqa insanların zəka və qabiliyyət qüsurlarına yüklər və bu yolla özünə inamını davamlı olaraq təzə tutar. Bu yol indiki vaxtda əvvəlki qədər rəğbət görməsə də işlədilməyə davam edir. Obyektivlik — qərəzsizlik, bir şeyin qiymətləndirilməsində elmi dəqiqlik və vicdanlılıq. == Ədəbiyyat == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 50.21 dəfə / 1 mln.
2002 ••••••••••••••••• 65.10
2003 •••••••••••••••••••• 77.16
2004 ••••••••••••••• 54.24
2005 •••••••••••••••••••• 74.90
2006 ••••••••••••• 47.98
2007 ••••••••••••• 46.30
2008 •••••••••••• 44.10
2009 •••••••••••• 44.96
2010 ••••••••••••••••••• 72.62
2011 ••••••••••••• 46.67
2012 ••••••••••• 38.81
2013 •••••••••••• 44.35
2014 •••••••••••• 42.56
2015 ••••••••••••••••• 62.94
2016 ••••••••••••••• 55.01
2017 ••••••••••• 42.27
2018 •••••••••••••• 50.34
2019 ••••••••••••• 48.54
2020 ••••••••••• 41.51

obyektiv sözünün leksik mənası və izahı

  • 1 [lat.] Optik cihazın, baxılan və ya fotoşəkli çəkilən şeyə yönəldilmiş bir və ya bir neçə linzadan ibarət hissəsi. Fotoaparatın obyektivi. Mikroskopun obyektivi.

    Azərbaycan dilinin izahlı lüğəti / obyektiv
  • 2 sif. [lat. objectivus – şeyə aid olan] 1. Şüurdan kənarda və ondan asılı olmayaraq mövcud olan. Təbiətin obyektiv qanunları. 2. Qərəzsiz, tərəf tutmayan, bitərəf. Obyektiv nəticə. Hadisələrə verilən obyektiv qiymət. ◊ Obyektiv reallıq (gerçəklik) – şüurdan kənarda və ondan asılı olmayaraq mövcud olan hər şey.

    Azərbaycan dilinin izahlı lüğəti / obyektiv

obyektiv sözünün sinonimləri (yaxın mənalı sözlər)

obyektiv sözünün antonimləri (əks mənalı sözlər)

obyektiv sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 OBYEKTİV I is. [ lat. ] fiz. Optik cihazın qabaq şüşəsi və ya şüşələri. Fotoaparatın obyektivini toz basmışdı. OBYEKTİV II sif. [ lat. ] Şüurumuzdan asılı olmayan; qərəzsiz. Gəlin obyektiv səbəblər axtarmayaq (M.İbrahimov).

    Azərbaycan dilinin omonimlər lüğəti / obyektiv

obyektiv sözünün rus dilinə tərcüməsi

  • 1 1. объектив; 2. объективный;

    Azərbaycanca-rusca lüğət / obyektiv
  • 2 1 прил. объективный: 1) существующий вне нас как объект. Təbiətin obyektiv qanunları объективные законы природы, obyektiv səbəblər объективные причины, obyektiv gerçəklik объективная действительность, obyektiv reallıq объективная реальность 2) лишенный предвзятости, субъективного отношения; беспристрастный. Obyektiv müqayisə объективное сравнение, obyektiv münəsibət объективное отношение, obyektiv nəticə объективный вывод, obyektiv qiymət объективная оценка; obyektiv rəy (fikir) объективное мнение, obyektiv cavab объективный ответ. 2 сущ. объектив (часть оптического прибора, состоящая из одного или нескольких оптических стекол и обращенная к наблюдаемому предмету). Fotoaparatın obyektivi объектив фотоаппарата, mikroskopun obyektivi объектив микроскопа

    Azərbaycanca-rusca lüğət / obyektiv

obyektiv sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. fot. object glass, objective, lens II. s. 1. objective; ~ səbəblər valid / objective reasons / conditions; ~ varlıq objective reality; ~ həqiqət objective truth; 2. unbias(s)ed; ~ münasibət unbias(s)ed attitude

    Azərbaycanca-ingiliscə lüğət / obyektiv

obyektiv sözünün fransız dilinə tərcüməsi

  • 1 sif. objecti||f, -ve ; ~ münasibət rapport m objectif ; ~ həqiqət vérité f objective ; ~ şərh commentaire m objectif ; ~səbəblər raisons f pl objectives ; ~ şərtlər conditions f pl objectives

    Azərbaycanca-fransızca lüğət / obyektiv

obyektiv sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [lat. objectivus-şeyə aid olan] прил. объектив (1. объективный (инсандин мукьуфдилай къерехда ва адлай аслу тушиз дуьньяда авазвай); 2. терефкарвал авачир, са патазни майилвал авачир, бейтереф, гъаразсуз; obyektiv nəticə объектив нетижа); ** obyektiv reallıq (gerçəklik) объектив реалвал (герчеквал) (инсандин мукьуфдилай къерехда ва адалай аслу тушиз авазвай гьар са затӀ).

    Azərbaycanca-ləzgicə lüğəti / obyektiv
  • 2 [lat.] объектив (фотоаппаратдин, микроскопдин ва мс. сад ва я са шумуд линзадикай ибарат тир пай).

    Azərbaycanca-ləzgicə lüğəti / obyektiv

obyektiv sözü azərbaycan dilinin lüğətlərində

Fəlsəfə terminlərinin izahlı lüğəti

\ – obyektlə əlaqəsi olan, onunla həmahəng olan. Fərdin şəxsi görüşündən asılı olmayan. Yaxud ümumiyyətlə hər növ düşüncə tərzinə uyğun gələn.

Fəlsəfə terminlərinin izahlı lüğəti

"obyektiv" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#obyektiv nədir? #obyektiv sözünün mənası #obyektiv nə deməkdir? #obyektiv sözünün izahı #obyektiv sözünün yazılışı #obyektiv necə yazılır? #obyektiv sözünün düzgün yazılışı #obyektiv leksik mənası #obyektiv sözünün sinonimi #obyektiv sözünün yaxın mənalı sözlər #obyektiv sözünün əks mənası #obyektiv sözünün etimologiyası #obyektiv sözünün orfoqrafiyası #obyektiv rusca #obyektiv inglisça #obyektiv fransızca #obyektiv sözünün istifadəsi #sözlük