ode sözü azərbaycan dilində

ode

Yazılış

  • ode • 56.5217%
  • Ode • 26.0870%
  • ODE • 8.6957%
  • OdE • 8.6957%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
"Odessanın müdafiəsinə görə" medalı
"Odessanın müdafiəsinə görə" medalı — SSRİ Ali Sovetinin 22 dekabr 1942-ci ildə təsis olunmuş SSRİ ordeni. Medalın rəsminin müəllifi Nikolay Moskalyovdur == Sayı == 30 000 nəfər şəxs bu medalla təltif olunmuşdur.
Avanqard (Odessa vilayəti)
Avanqard (ukr. Авангард) — Ukraynanın Odessa vilayətinin Ovidiopol rayonunda yerləşən şəhər tipli qəsəbə. == Coğrafiyası == Qəsəbə Ovidiopol rayonunun şimal-şərq hissəsində, Suxolimanskaya çayının yuxarı hissəsində yerləşir. Qəsəbə rayon mərkəzindən 30 km, Odessa şəhərindən isə 10 km uzaqlıqda yerləşir.. == Tarixi == Avanqard qəsəbəsi Ovidiopol rayonunun ən gənc yaşayış məntəqəsidir. Rəsmi olaraq, qəsəbə 22 may 1995-ci ildə qurulmuşdur. Ətraf sahələrdə tapılan kurqanlar qəsəbinin yerləşdiyi ərazinin tarixi olduğunu sübut edir. Qəsəbənin əsası XIX əsrin birinci rübündə qoyulmuşdur. Yerli sakinlər əkinçilik və heyvandarlıqla məşğul olurdu. Bu ənənələr regionun gələcəkdəki iqtisadi inkişaf istiqamətlərini müəyyənləşdirmişdir.
Borodino (Odessa vilayəti)
Borodino (ukr. Бородіно, keçmişdə – Sak, Aleksandrovskaya və 1 nömrəli kənd) — Ukraynanın Odessa vilayətinin Tarutin rayonunda yerləşən şəhər tipli qəsəbə. Qəsəbə Berezino dəmir yolu stansiyasının 12 km şimal-şərqində yerləşir. == Etimologiya == Qəsəbənin adı Moskva yaxınlığında baş vermiş Borodino döyüşündən gəlir. Bu döyüşdə I Napoleon Rusiya İmperator Ordusunu məğlub etmiş və Moskva şəhərini almışdır. == Tarixi == Qəsəbə XIX əsrin əvvəllərində alman köçkünlər tərəfindən qurulmuşdur. 1912-ci ildə qəsəbədə bir xəzinə aşkar edilmişdir. Bu, böyük tarixi və elmi əhəmiyyətə malikdir. == Tanınmış sakinləri == Yuri Stoyanov — Rusiya teatr və kino aktyoru, "Qorodok" televiziya verilişinin yaradıcısı və aparıcısı. == İstinadlar == == Ədəbiyyat == Dizendorf, V.F. Rusiya imperiyasında alman qəsəbələri: Coğrafiya və demoqrafiya.
Frankfurt-na-Oder
Frankfurt-na-Oder (alm. Frankfurt (Oder)‎, tam adı: alm. Frankfurt an der Oder‎, tarixi adı: pol. Słubice) — Almaniyanın şərqində şəhər, Brandenburq federal əyalətindəki şəhər dairəsində qeyri-rayon şəhəri statusuna malik olub, Odra çayı üzərində limandır. Əhalisi - 57 min nəfərdir (2020-ci ilin siyahıyaalınması). == Coğrafiyası == Frankfurt-na-Oder şəhəri Polşanın Slubice şəhərindən ayıran Oder çayının qərb (sol) sahilində yerləşir. == Tarixi == Şəhərin əsası XIII əsrdə polyak hakimiyyəti dövründə qoyulmuşdur. İdarəetmə hüququ şəhərə 1225-ci ildə Sileziya şahzadəsi I Henrix tərəfindən verilmişdir. 1430-cu ildə Hanza İttifaqına qoşulmuşdu. 1759-cu il avqustun 3-də Yeddiillik Müharibənin müttəfiqləri burada görüşüblər - ruslar və avstriyalılar; bundan üç gün əvvəl şəhər rus qoşunları tərəfindən işğal edilib.
Gaikotsu Kishi-sama, Tadaima Isekai e Odekakechuu
Skeleton Knight in Another World (azərb. Skelet cəngavəri başqa dünyada‎) və ya Yaponiyada tanınan adı ilə Gaikotsu Kishi-sama, Tadaima Isekai e Odekakechuu (骸骨騎士様、只今異世界へお出掛け中, azərb. Skelet cəngavəri paralel kainata gedir‎) – KeG-in rəssamlığı ilə Ennki Hakari tərəfindən yazılan ranobe seriyası. Alternativ kainata skelet cəngavər kimi düşən videooyunçudan bəhs edir. Hakari ranobeni Shōsetsuka ni Narō saytı vasitəsilə yayımlamağa başlamışdır. Overlap 2015-ci ilin oktyabrında ranobeni nəşr etməyə başlamışdır. İndiyə qədər 10 cildi buraxılmışdır.Akira Savanonun rəssamlığı ilə manqa adaptasiyası da istehsal olunmuşdur. Seven Seas Entertainment həm ranobeni, həm manqanı Şimali Amerika üçün lisenziyalaşdırmışdır. == Məzmun == Oyunun baş qəhrəmanı yapon videooyunçudur. Bir gün videooyun oynayarkən yatıb qalır və oyananda özünü fentezi tərzində oyun dünyasına Ark Raratoya adlı skelet kimi düşdüyünü görür.
Mark Odental
Mark Odental (25 yanvar 1991) — Almaniyalı cüdoçu. Mark Odental Almaniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Mark Odental birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 90 kq çəkidə, 1/16 final mərhələsində Yaponiyanın nümayəndəsi Maşu Baker ilə üz-üzə gəldi. Həmin görüşdə Mark Odental rəqibinə 0:100 hesabı ilə uduzdu.
Oded Məhəmməd Danial
Oded Məhəmməd Danial (d. 15 oktyabr 1962 – ö. 10 dekabr 2021) — İndoneziya siyasətçisi, Bandunqun meri. Daha əvvəl də Rizvan Kamilin müavini və daha əvvəl şəhər məclis müşaviri vəzifəsini icra etmişdi. Tasikmalayadan başlayaraq öz işinə başlamazdan əvvəl İndoneziya Aerospace-də işləmişdir. Firavan Ədalət Partiyasının üzvü kimi siyasətə daxil olub 2018-ci il şəhər rəhbərliyi seçkilərində qalib gəldikdən sonra Bandunqun meri oldu. == Arxa plan == Oded 1962-ci il 15 noyabrda Tasikmalaya Reqensidə (inzibati ərazi) anadan olub, burada əsas təhsilini bitirdi. O, orta ticarət məktəbinə getdi və orta məktəbin ekvivalenti üçün maşınqayırma mühəndisliyi məktəbini davam etdirdi. Daha sonra Pasaqan Universitetində oxuyaraq 2017-ci ildə məzun oldu. == Karyera == === Biznes === 1983-cü ildə təhsilini bitirdikdən sonra Oded İndoneziya Aerokosmikin ehtiyat hissələri bölməsində şirkət işçilərinin çoxunun işdən çıxarıldığı 1999-cu ilədək 16 il işləmişdir.
Odekolon
Odekolon və ya Kolonya (fr. Eau de Cologne – Köln suyu) — spirtli ətriyyat məhlulu. == Odekolon içkisi == Alkoqolun surroqatı kimi odekolonun istifadəsinin hadisələri məlumdur (məşhurdur). Rusiyada odekolonun kütləvi içkisi Birinci dünya müharibəsi illərində başlandı, nə vaxt ki, quru qanunu daxil edilmişdi. Bu mayeylə ticarət apteklərin və mağazaların gəlirinin əhəmiyyətli maddəsini təşkil edirdi. Petroqradda təxminən 60 odekolon emalatxanası açıldı. Surroqatın istifadəsinin növbəti sıçrantısı 1980-ci il anti-alkaqol kampaniyası zamanı SSRİ-də oldu. Odekolon Rusiya əyyaşlarının arasında 2000-ci ildə məşhur idi. 2003-də İjevskdə xarici tədqiqatçılar tərəfindən yayılmış içkilərin 32 nümunəsinin arasında — 2005-ci il 4 odekolonlar təşkil edirdi. Alimlərin məlumatına görə, həmçinin Estoniyada və Litvada odekolonu içirlər.
Oden
Oden (yapon. おでん, 御田) - Yaponiyanın qış yeməyinin bir növü. == Tərkibi == Qaynadılmış yumurta, ağ turp, şərab suyunda balıq kotleti və s. daxildir. Çox zaman bu yeməyi bişilərkən xardalda əlavə olunur. Regiondan və ailədən asılı olaraq odenin bişirilməsi fərqli olur. Bu səbəbdən onun dəqiq resepti olmur. == Yayıldığı regionlar == Yaponiya ilə yanaşı oden Cənubi Koreyada və Tayvanda da yayılmışdır. === Yaponiya === Kansoi əyalətində kanta adlanır. === Çin === Çində hər 7-11 marketdə oden "haodun" (好炖) adlanır.
Odense FK
Odense – Danimarkanın futbol klubu.
Odeon
Odeon- antik memarlıqda musiqi tədbirləri üçün tikilmiş tikililər. Üstləri əsasən amfiteatr şəklində qapalı tikilirdi. == Haqqında == Odeonlar musiqi tədbirləri, musiqi məşğələləri, şeir müsabiqələri üçün istifadə olunurdu. Əsasən Roma və Yunan mədəniyətlərində istifadə olunub. Qədim Yunanca Ōideion (ᾨδεῖον) "oxuma yeri, məkanı" deməkdir. Bu sözün özü də Aeidō (ἀείδω) - "mahni oxuyan" sözündən əmələ gəlib. Dünyada bilinən ən qədim odeon E.ə 600-cü ildə Spartada tikilmiş Skias odeonudur. Ən məşhur odeon isə 160-cı ildə Herodes Attikus tərəfindən arvadının xatirəsinə tikdirdiyi Herodes Attikus odeonudur.
Odessa
Odessa (ukr. Одеса; BFƏ:/ɔdesɑ/; 1794-cü ilə kimi Hacıbəy) — Qara dənizin şimal-qərb sahilində yerləşən şəhərdir, Odessa vilayətinin inzibati mərkəzi və Ukraynanın ən böyük limanıdır. Əhalinin sayına görə Odessa Kiyevdən və Xarkovdan sonra Ukraynada üçüncü yerdədir. Odessanın özünün çay lövbəri şəklində gerbi, şəhərin statusunu əks etdirən bayrağı və himni var. Odessa şəhərinin tarixi 1794-cü ildən başlayır. 1794-cü ilin 27 mayında (7 iyunda), imperatriça II Yekaterina, Hacıbəy yerində şəhərin və limanın yaradılması haqqında fərman dərc etdi, və artıq 22 avqustda (2 sentyabrda) şəhərin əsasına birinci dirəklər vurulmuşdur. Şəhər Rusiya ordusunun mühəndis-polkovniki Frans Devolan tərəfindən təşkil edilmiş plan üzrə tikilmişdir. Qradonaçalnik (Şəhər rəisi) Rişelyenin dövründə Odessa Rusiya imperiyasının Qara dənizdəki əsas limanına çevrildi. Şəhər elə sürətlə inkişaf edirdi ki, bir yüzillik ərzində kiçik qəsəbədən, Peterburqdan, Moskvadan və Varşavadan sonra, Rusiya imperiyasının ölçücə dördüncü şəhərinə çevrildi. Odessa şəhərinin yeni adı haqqında birinci xatırlatma 10 yanvar 1795-ci il tarixi ilə müəyyən edilmişdir.
Odessa - Bordı neft kəməri
Odessa - Bordı neft kəməri — 2001-ci ildə Qara dənizdəki Odessa şəhəri ilə Lvov vilayətinin Brodı şəhəri arasında tikilmiş və Drujba neft kəməri ilə birləşdirilən kəmər. İstismar uzunluğu - 667 km, layihə gücü - ildə 14,5 milyon ton neft təşkil edir. == Layihənin tarixi == Bu layihə Xəzər və Qazaxıstan neftini Türkiyə boğazlarından yan keçməklə Odessa yaxınlığındakı Yujnı limanından Şərqi və Mərkəzi Avropanın neftayırma zavodlarına, Qdansk limanı vasitəsilə isə Şimali Avropaya nəql etməli idi. Neft kəməri 1996-2002-ci illərdə tikilib. Tikintinin dəyəri 453 milyon dollar olur. Ehtimal edilirdi ki, sonradan Broddan Polşanın Plokka şəhərinə bir boru xətti çəkiləcək. Bu boru xətti artıq neft kəməri ilə Qdanska birləşdirilir. Lakin 2002-2004-cü illərdə Odessa-Brodı neft kəmərində işlər durur, səbəb isə Ukrayna hökumətinin Xəzər dənizində fəaliyyət göstərən neft şirkətlərindən onun xammalla yüklənməsinə zəmanət almaması idi. Rusiya Aralıq dənizi limanlarına öz neftinin tədarükü üçün bu xətdən əks rejimdə istifadə etməyə çalışırdı. 2004-cü il avqustun 18-də Rusiya və Ukrayna uzunmüddətli neft tranziti sazişi imzalayır və bu müqaviləyə əsasən, Drujba boru kəmərindən neft Ukraynanın Yujnı limanının terminallarına çatdırılmalı idi.
Odessa Beynəlxalq Film Festivalı
Odessa Beynəlxalq Film Festivalı(ukr. Одеський міжнародний кінофестиваль) — iyulun ortalarında Odessa şəhərində keçirilən illik film festivalı. İlk dəfə 2010-cu ilin 16–24 iyul tarixlərində keçirilmişdir. Festival ilk iki ili özünü xüsusi bir yumor duyğusuna sahib bir film festivalı olaraq təyin etdi. 2012-ci ildə festivalın istiqaməti genişləndirilmiş, bədii festival elan edilmişdir. Yarış proqramı 2016-cı ildən etibarən üç tam bölmədən ibarətdir: Beynəlxalq müsabiqəli tam metraj filmlər proqramı, Ukrayna milli yarışma proqramı və Avropa sənədli filmlər yarışması.
Odessa Milli Politexnik Universiteti
Odessa Milli Politexnik Universiteti — Ukraynada universitet; Ukraynanın cənubunda yerləşən ən qədim ali texniki təhsil müəssisəsidir. Fəaliyyət göstərdiyi illər ərzində universitet Ukrayna və dünya elminin və texnikanın inkişafına və mütəxəssislərin hazırlığına mühüm töhfə verib. == Tarixi və fəaliyyəti == 1918-ci ilin sentyabr ayında yaradılan Odessa Milli Politexnik Universiteti indiyə kimi böyük formalaşma və inkişaf yolu keçib. Belə ki, hazırda ali məktəb Ukraynanın aparıcı elmi-tədris mərkəzlərindən birinə çevrilib. Universitet kollektivi, ənənələri davam etdirərək, elmi-texniki potensialın artırılması üzərində çalışır, yeni iqtisadi şəraitdə müasir istehsal üçün elmin və texnikanın müxtəlif sahələrində elmi araşdırmalar məqsədilə yüksək ixtisaslı kadrlar hazırlayır. Bu gün Odessa Milli Politexnik Universiteti Avropa səviyyəli tədqiqat universiteti statusunu almaq üçün çalışır. == Tələbə şəhərciyi == Ali məktəbin 8 yaşayış korpusunu əhatə edən tələbə şəhərciyi tələbələrin istifadəsinə verilib. Universitet xarici tələbələri yataqxanada yerlə təmin edir. Mənzillə təminat, qalma müddəti və onun dəyəri universitetlə xarici vətəndaş arasında bağlanmış təhsil haqqında müqavilə ilə təyin edilir. Abituriyentlərin, tələbələrin tam tibbi müayinəsi və illik profilaktik müayinənin keçirilməsi üçün universitetin müasir avadanlıqla təchiz edilmiş tələbə poliklinikası inşa edilib.
Odessa Milli Rabitə Akademiyası
Odessa Milli Rabitə Akademiyası — Ukraynada universitet; İKT üzrə ixtisaslaşmış müasir ali məktəblərdən biri. == Tarixi və fəaliyyəti == 1900-cü ildə Odessada Rusiyanın cənub hissəsi üçün texniklər hazırlamaq məqsədilə teleqraf mexaniklərinin yüksək kursları açılır. 1923-ci ildə kursun əsasında Yüksək Elektrotexnikum yaradılır. Təhsil müəssisəsi 1925-ci ildən etibarən rabitə sahəsi üzrə mühəndislər yetişdirməyə başlayır. Aparılan islahatlar nəticəsində elektrotexnikum 1929-cu ildən başlayaraq Odessa Politexnik İnstitunun elektrotexnika fakültəsi kimi fəaliyyət göstərir. 1930-ci ildə isə fakültənin bazasında rabitə sahəsinin bir çox ixtisasları üzrə peşəkar mütəxəssislər yetişdirmək üçün Odessa Rabitə Mühəndisləri İnstitutu yaradılır. 1993-cü ildən ali təhsil ocağı A.S.Popov adına Ukrayna Dövlət Rabitə Akademiyası adlandırılır. 2001-ci ildən isə elm və təhsil sahəsində göstərdiyi genişmiqyaslı fəaliyyətinə görə Ukrayna prezidentinin sərəncamı ilə “Milli” statusu alaraq Odessa Milli Rabitə Akademiyası adı ilə fəaliyyət göstərir. Akademiyanın tərkibinə İqtisadiyyat və Menecmentlik, Kompyuter Texnologiyası, Avtomatlaşdırma və Loqistika, Radio, Televiziya və Elektronika, İnformasiya Cəmiyyəti Problemləri institutları və Rabitə və İnformatizasiya Kolleci, İnformasiya şəbəkələri, Telekommunikasiya sistemləri, Qiyabi Təhsil və İxtisasartırma fakultələri daxildir. Ali məktəbin instititut və fakultələrində, ümumilikdə, 27 kafedra fəaliyyət göstərir.
Odessa Opera və Balet Teatrı
Odessa Milli Akademik Opera və Balet Teatrı (ukr. Одеський національний академічний театр опери та балету)-Odessada ilk teatr; İlk binanın açılışı 1810-cu ildə olmuşdur və 1873-cü ildə yanmışdır. Hal hazırdakı bina 1887-ci ildə memarlar-Felner və Helmer tərəfindən yeni vyana-barokko üslubunda tikilmişdir. İzləyici zalının interyeri keçmiş fransız üslubu -rokoko üslubundadır. Teatr binasının tam bərpası 2007-ci ildə başa çatdırılmışdır. Pyotr Çaykovski, Nikolay Rimski-Korsakov, Sergey Raxmaninov kimi məşhur dirijorlar teatrda dirijorluq etmiş, Fyodor Şalyapin, Salomeya Amvrosievna, Leonid Sabinov və s. onun səhnəsində ifa etmiş, Anna Pavlova, Aysedora Dunkan kimi məşhur rəqqasələr rəqs etmişlər. Aleksandr Puşkin "Yevgeni Onegin" əsərində bu teatrı xatırlayır. "Forbes" jurnalı Şərqi Avropanın ən qeyri-adi yerləri siyahısına Odessa teatrını da daxil edib == Teatrın tarixi == === İlk teatr === Odessa teatrının tarixi şəhərin əsasının qoyulduğu andan başlayır. Opera və Balet teatrı bir sıra mədəniyyət büəssisələri arasında ən qədimi sayıla bilər.
Odessa Universiteti
İ.İ.Meçnikov adına Odessa Milli Universiteti və ya qısaca: OMU (ukr. Одеський національний університет імені І.І. Мечникова) — Ukraynanın cənubundakı ən qədim ali təhsil müəssisəsi. Universitetin tarixi 13 may 1865-ci ildən, Rişelyevski liseyi İmperator Novorosiyski universitetinə dəyişdirilən zamandan, başlanır. 1917-ci ilin Oktyabr inqilabına qədər Novorosiyski universitetini təxminən 6 min insan bitirə bilmişdir. Rusiyanın cənubunda ali təhsilin tarixi universitetin fəaliyyəti ilə sıx bağlıdır: Ukraynanın cənubunda ali təhsil müəssisələrinin əhəmiyyətli hissəsi onun fakültələri əsasında yaradılmışdır, bunlar belə ali məktəblərdir: Odessa dövlət tibb universiteti, Odessa dövlət iqtisadi universiteti, Odessa milli hüquq akademiyası. Ukrayna universitetlərinin arasında Odessa universiteti yeganədir ki, Böyük Vətən Müharibəsi illərində hətta evakuasiyada olaraq fəaliyyət göstərirdi. Alternativ Odessa universiteti 1942-ci ildən işğal edilmiş ərazidə işləyirdi. Meçnikovun adı universitetə 1945-ci ildə verilmişdir. Universitet özünün yarandığı gündən Ukrayna təhsil sisteminin formalaşmasında aparıcı yerlərdən birini tutur. Kiyev, Xarkov və Lvov universitetləri ilə birlikdə o faktiki olaraq Ukraynanın maarifləndirici şəbəkəsində təhsilin, elmin və mədəniyyətin inkişafının vəziyyətini və perspektivlərini müəyyən edir.
Odessa körfəzi
Odessa körfəzi — Qara dənizin şimal-qərb hissəsində, Odessa vilayətinin ərazisində yerləşən körfəz. == Yerləşməsi == Körfəz Odessa şəhərinin şimal-şərq və mərkəzi hissələrini və qismən Liman rayonunun ərazisini yuyur. Körfəz şimal-şərqdən cənub-qərbə doğru uzanır. Coğrafi baxımdan körfəz şimaldan Şimali Odessa burnu ilə, cənubda isə Böyük Fontan burnu ilə sərhədlənir. Alternativ coğrafi sərhəd isə Şimali Odessa burnundan cənuba Lanjeron burnuna qədər uzanır. Körfəzin şimal-qərbi hissəsində ayrıca Kuyalniski və Xadjibeyski limanları mövcuddur. Odessa portu bu körfəzdə yerləşir. == Xarakteriskası == Eni təxminən 9 km, dərinliyi şimal-şərq hissəsində 5 metr, cənub-qərb — 14 metrdir. Sahilin giriş hissəsi yüksəkdir, yarğan formalıdır. Sahillər əsasən abraziya-uçqun mənşəlidir.
Odessa teleqülləsi
Odessa teleqülləsi- Odessa qoruğunun ərazisində yerləşir. Qüllə televiziya və radio yayımı antennalarına malikdir. İlk nəsil qüllənin tipik layihəsi 3803 KM idi .155 metr hündürlükdə 32 və 64 metrlik kəmərlərlə kəsilmiş piramidadır.Teleqüllə - 25 metr yüksəklikdə VHF FMlə, 1,75 x1.75 metrlik bir şelflə,həmçinin 180 metrdə 2,5 x 2,5 ölçülü üst platformayla və turniket üçün boru ilə təchiz edilmişdir. Dəniz səviyyəsindən yüksəklik - 51 metrdir == Yayım == Hal-hazırda televiziya qülləsindən antennalarının yayımı:4 analoq televiziya kanalının5 rəqəmli multipleksrin (1 - DVB-T və 4 -DVB-T2 ),18 radio stansiyasının ( VHF zolağında 5 və VHF ( FM ) qrupundakı 13). ) yayımını təmin edir.Odessa radiostansiyalarının əksəriyyəti mərkəzi qüllədən yayımlanır.
Odessa vilayəti
Odessa vilayəti, (ukr. Одеська область / Odeska oblast) — Ukraynanın cənub-qərbində bir vilayətdir. Vilayətin idarə mərkəzi Odessadır.
Odessadakı Novorossiya İmperator Universiteti
İ.İ.Meçnikov adına Odessa Milli Universiteti və ya qısaca: OMU (ukr. Одеський національний університет імені І.І. Мечникова) — Ukraynanın cənubundakı ən qədim ali təhsil müəssisəsi. Universitetin tarixi 13 may 1865-ci ildən, Rişelyevski liseyi İmperator Novorosiyski universitetinə dəyişdirilən zamandan, başlanır. 1917-ci ilin Oktyabr inqilabına qədər Novorosiyski universitetini təxminən 6 min insan bitirə bilmişdir. Rusiyanın cənubunda ali təhsilin tarixi universitetin fəaliyyəti ilə sıx bağlıdır: Ukraynanın cənubunda ali təhsil müəssisələrinin əhəmiyyətli hissəsi onun fakültələri əsasında yaradılmışdır, bunlar belə ali məktəblərdir: Odessa dövlət tibb universiteti, Odessa dövlət iqtisadi universiteti, Odessa milli hüquq akademiyası. Ukrayna universitetlərinin arasında Odessa universiteti yeganədir ki, Böyük Vətən Müharibəsi illərində hətta evakuasiyada olaraq fəaliyyət göstərirdi. Alternativ Odessa universiteti 1942-ci ildən işğal edilmiş ərazidə işləyirdi. Meçnikovun adı universitetə 1945-ci ildə verilmişdir. Universitet özünün yarandığı gündən Ukrayna təhsil sisteminin formalaşmasında aparıcı yerlərdən birini tutur. Kiyev, Xarkov və Lvov universitetləri ilə birlikdə o faktiki olaraq Ukraynanın maarifləndirici şəbəkəsində təhsilin, elmin və mədəniyyətin inkişafının vəziyyətini və perspektivlərini müəyyən edir.
Odett Ennabl
Odett Culiett Ennabl (qızlıq soyadı: Yustman; ing. Odette Juliette Annable; 10 may 1985, Los-Anceles, Kaliforniya) — ABŞ aktrisası və modeli.
Odeya Raş
Odeya Raş (ivr. ‏אודיה רש‏‎, ing. Odeya Rush; 12 may 1997, Hayfa, İsrail) — İsrailli-Amerikalı aktrisa, model və rejissor. The Giver (2014), Goosebumps (2015) və Dumplin (2018) filmlərində baş rolları ilə tanınır == Həyatı == Odeya Raşinek İsrailin Hayfa şəhərində Ashkenazi yəhudi ailəsində anadan olub. Atası Shlomo Raşinek İsraildə anadan olmuşdur və onun polyak-yəhudi anası (Greenfeld nee) Maia halbuki Rusiyada anadan olmuşdur, İsrailə köçmüşdür.. Adı "Odeya", ibrani dilində "Allaha şükür" deməkdir. Hayfada səkkiz yaşında bir əsər yazdı və ifa etdi. Atası Alabamada təhlükəsizlik üzrə məsləhətçi vəzifəsində çalışmağa getdiyi üçün doqquz yaşında ikən ailəsi ABŞ-a köçdü. Ora gələndə Ruş yalnız İvrit dilində danışa bilirdi. Yaşadığı Alabama, Birminghamdakı NE Miles Yəhudi Günü Məktəbində iştirak etdi.
Odeya Rush
Odeya Raş (ivr. ‏אודיה רש‏‎, ing. Odeya Rush; 12 may 1997, Hayfa, İsrail) — İsrailli-Amerikalı aktrisa, model və rejissor. The Giver (2014), Goosebumps (2015) və Dumplin (2018) filmlərində baş rolları ilə tanınır == Həyatı == Odeya Raşinek İsrailin Hayfa şəhərində Ashkenazi yəhudi ailəsində anadan olub. Atası Shlomo Raşinek İsraildə anadan olmuşdur və onun polyak-yəhudi anası (Greenfeld nee) Maia halbuki Rusiyada anadan olmuşdur, İsrailə köçmüşdür.. Adı "Odeya", ibrani dilində "Allaha şükür" deməkdir. Hayfada səkkiz yaşında bir əsər yazdı və ifa etdi. Atası Alabamada təhlükəsizlik üzrə məsləhətçi vəzifəsində çalışmağa getdiyi üçün doqquz yaşında ikən ailəsi ABŞ-a köçdü. Ora gələndə Ruş yalnız İvrit dilində danışa bilirdi. Yaşadığı Alabama, Birminghamdakı NE Miles Yəhudi Günü Məktəbində iştirak etdi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2012 ••••• 0.09
2016 ••••••••• 0.17
2019 •••••••••••••••••••• 0.42

"ode" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ode nədir? #ode sözünün mənası #ode nə deməkdir? #ode sözünün izahı #ode sözünün yazılışı #ode necə yazılır? #ode sözünün düzgün yazılışı #ode leksik mənası #ode sözünün sinonimi #ode sözünün yaxın mənalı sözlər #ode sözünün əks mənası #ode sözünün etimologiyası #ode sözünün orfoqrafiyası #ode rusca #ode inglisça #ode fransızca #ode sözünün istifadəsi #sözlük