Odlar sözü azərbaycan dilində

Odlar

Yazılış

  • Odlar • 92.3425%
  • odlar • 7.2355%
  • ODLAR • 0.4221%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Odlar Yurdu
Odlar Yurdu (rəqs) — Azərbaycanın milli rəqsi. Odlar Yurdu (şərab) — Azərbaycan istehsalı şərab. Odlar Yurdu (konsept) — Azərbaycan dilində milli və mədəniyyət konsepti. Odlar yurdu (film, 1967) — Azərbaycanın tarixindən, coğrafiyasından, nailiyyətlərindən və adamlarından bəhs edən film. Odlar yurdunun qızları (film, 1972) — Azərbaycanın ilk qadın təyyarəçiləri Leyla Məmmədbəyova və Züleyxa Seyidməmmədovaya həsr olunmuş film. Odlar Yurdu Universiteti — Azərbaycanda fəaliyyət göstərən özəl təhsil ocaqlarından biri. "Odlar Yurdu" Gənclər İctimai Birliyi — Azərbaycanda fəaliyyət göstərən ictimai birlik. Odlar Yurdu Kolleci — Azərbaycanda fəaliyyət göstərən özəl təhsil ocaqlarından biri.
Odlar Torpağı (1967)
Film Azərbaycan, onun şəhərləri, adamları, tarixi və müasir həyatı bolqar dostların gözü ilə çəkilmişdir. Kinolent Azərbaycanda və Bolqarıstanda nümayiş etdirilmişdir.
Odlar Yurdu (konsept)
"Odlar Yurdu" — Azərbaycan dilində milli və mədəniyyət konsepti. Tarixçi bəzi mənbələrdə Azərbaycanın Odlar Yurdu kimi tanınmasının atəşpərəstliklə əlaqələndirilməsinə ilə bağlılığı ilə əlaqələnir. İçərişəhərdəki Cümə məscidinin atəşpərəst zərdüştilərin məbədgahının yerində tikilməsi barədə rəvayət Bakı əhalisi arasında indiyədək yaşayır. Bizans diplomatı Prisk yazırdı: «Midiyaya basqın edən hunlar geri qayıdarkən başqa yolla döndülər və dənizdəki qayada yüksələn alovun yanından ötərək vətənlərinə qayıtdılar». Bəziləri bunu Atropatın adı ilə, bəziləri “Adərbayqan”, “Odər” və başqa sözlərlə açırlar. Bəziləri bunu Yunan mifologiyasına görə Prometey odu allahlardan oğurlayıb bəşəriyyətə verdiyi üçün cəzalanaraq Zevsin əmri ilə Qafqaz dağlarına zəncirlənmişdir ilə əlaqələnir. Ehtimal var ki, bu əfsanə yunanlaşmamışdan, prometeyləşməmişdən əvvəl adında od sözu olmuşdur. Mirəli Seyidovun qənaətincə bu türklərin mifik qəhrəmanı Dədə Qorqud obrazıdır. O, yazır ki, Qorduz sözü «Qor» yəni od, «qut» yəni xoşbəxtlik sözlərinin birləşməsindən əmələ gəlib. Ancaq Azərbaycanın odla simvollaşdırılmasının başqa səbəbləri də var.
Odlar Yurdu (triptix)
"Odlar Yurdu" — azərbaycanlı rəssam Tahir Salahovun 2007-ci ildə çəkdiyi triptix rəsm əsəri. Rəssam əsərin üzərində on aydan çox işləmişdir. Tahir Salahovun sözlərinə görə, "Çox istəyirdim ki, açıq dənizdə çalışan insanların qarşılaşdıqları təhlükəni dəfələrlə azaldan belə bir qurğunu çəkim...". Triptixin mərkəzi hissəsində "Xəzər bu gün" əsəri yerləşir. Triptixin sol tərəfində "Atəşgah", sağında isə Qız qalası var. İncəsənət tarixçisi və tənqidçisi Yekaterina Dyoqotun fikrincə, triptix nefti "sənaye yox, dini mənada" şərh edir.
Odlar Yurdu Kolleci
Odlar Yurdu Kolleci və ya qısaca OYK — 2016-cı ildə Odlar Yurdu Universitetinin nəzdində yaradılmış kollec. Odlar Yurdu Universiteti nəzdində Odlar Yurdu Kolleci 2 may 2016-cı il tarixində yaradılmışdır. Kollec universitetin bazasında fəaliyyət göstərir və dərsləri universitetin professor-müəllimləri tədris edir. Nizamnaməyə əsasən kollecin Ali idarəetmə orqanı pedaqoji şuradır. Kollecə rəhbərlik direktor tərəfindən həyata keçirilir. Direktor həm də Pedaqoji Şuranın sədridir. Odlar Yurdu Kolleci Ədliyyə Nazirliyinin 12.02.2016-cı il tarixli 1116-A11–563 nömrəli dövlət qeydiyyatından keçmişdir. Kollecə 2 may 2016-cı il tarixində 088971 nömrəli lisenziya verilmişdir. Direktor Direktorun 1-ci müavini Direktorun Tədris İşləri üzrə müavini Tədris şöbəsinin müdiri İnsan resusrları şöbəsinin rəhbəri Arxiv müdiri Təsərrüfat şöbəsinin müdiri Mühasibatlıq Daxili Nəzarət və Monitorqin şöbəsinin rəhbəri Nizamnaməyə əsasən kollecin Ali idarəetmə orqanı pedaqoji şuradır. Kollecə rəhbərlik direktor tərəfindən həyata keçirilir.
Odlar Yurdu Universiteti
"Odlar Yurdu" Universiteti — Azərbaycanda fəaliyyət göstərən özəl ali təhsil müəssisəsi. Universitetin əsası 10 noyabr 1995-ci ildə qoyulmuşdur. Odlar Yurdu Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 iyul 1996-cı il tarixli, 86 saylı qərarı ilə dövlət qeydiyyatından keçmişdir. Universitetin müasir tələblərə cavab verən maddi-texniki bazası, o cümlədən bütün ixtisaslar üzrə müasir avadanlıqlarla təmin edilmiş laboratoriya və fənn kabinetləri (kimya, fizika, avtomobil, biokimya və immunologiya, morfologiya, kriminalistika və s.), yeni modelli kompüterlərlə təchiz olunmuş kompüter zalları, müasir tipli linqafon otaqları, zəngin kitabxanası, oxu zalı, ixtisaslaşdırılmış auditoriyaları, konfrans və mədəni-kütləvi tədbirlər mərkəzi, nəşriyyatı, tibb məntəqəsi, yeməkxanası və s. vardır. Universitetin ümumi sahəsi 1 hektar ərazini əhatə edir. 16000 m² ərazidə müasir tələblərə cavab verən maddi-texniki bazalı, tədris prosesinin bütün zəruri tələblərini ödəyən müasir tipli 7 mərtəbəli binaya malikdir. Oksigen Klinik Xəstəxanası 6000 (altı min) m² sahəyə malikdir, Tibb muzeyi, Hüquq Klinikası, Kriminalistika laboratoriyası, Elektron imtahan otaqları, Kompüterlərin təmiri mərkəzi, Elektron kitabxana, Oxu zalı, Açıq idman meydançası, Qapalı idman zalı, Böyük akt zalı, Kiçik akt zalı, Xarici tələbələr üçün yataqxana, Açıq havada yeməkxana, Qapalı yeməkxana, Mikrobiologiya, immunologiya və virusologiya laboratoriyası, Histologiya və sitologiya laboratoriyası, Zoologiya kabineti, Fiziologiya kabineti, Anatomiya otağı, Fizika və biofizika laboratoriyası, AzRENA ictimai internet mərkəzi, Texnopark, Sürücülük məktəbi fəaliyyət göstərir. Beynəlxalq Universitetlər Assosiasiyasının üzvüdür. Almaniyanın H+ akkreditasiyasına malikdir.
Odlar yurdu (oratoriya)
Odlar yurdu — Vasif Adıgözəlovun 1988-ci ildə yazdığı (sözləri Rəfiq Zəka Xəndanındır) oratoriya. Əsər Azərbaycan xalqının keçdiyi keşməkeşli yolu musiqinin dili ilə dinləyiciyə çatdırır. Əsərə görə Vasif Adıgözəlov Dövlət Mükafatına layiq görülmüşdür. Odlar Yurdu oratoriyası ilk dəfə 1988-ci il martın 3-də Azərbaycan Dövlət Filarmoniyasında səslənmişdir. Əsərə görkəmli dirijor R.Abdullayev dirijorluq etmişdir. Aparıcı, solistlər, xor və simfonik orkestr üçün yazılmış bu oratoriyanı Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestri, Dövlət xor kapellası, Azərbaycan televiziyası və radiosunun xoru, solistlərdən xalq artisti Xuraman Qasımova, Əli Haqverdiyev və bədii qiraətçi Mikayıl Mirzə ifa etmişlər.
Odlar torpağı (film, 1967)
Film Azərbaycan, onun şəhərləri, adamları, tarixi və müasir həyatı bolqar dostların gözü ilə çəkilmişdir. Kinolent Azərbaycanda və Bolqarıstanda nümayiş etdirilmişdir.
Odlar yurdu (film, 1967)
Film Azərbaycanın tarixindən, coğrafiyasından, nailiyyətlərindən və adamlarından danışır.
Əbədi Odlar Ölkəsi (1945)
Film Sovet Azərbaycanının 25 illiyinə həsr olunmuşdur. Kinolent simfonik orkestr tərəfindən bəstəkar Tofiq Quliyevin "Əbədi odlar ölkəsi" poemasının ifa edilməsi ilə başlanır. Dinləyicilər arasında cavan bir qız diqqətlə musiqiyə qulaq asır. Bu qızın gözləri önündən doğma torpağın gözəllikləri, qədim abidələr, Çingiz xanın, Teymurləngin, Toxtamışın, Nadir şahın, Şah Abbasın, Qacarın, Fətəli xanın, Nizaminin, Füzulinin, Vaqifin və başqalarının portretləri gəlib keçir. Filmdə 1905-ci ilin hadisələri, 26 Bakı komissarının güllələnməsi, 1920-ci ilin aprel günləri, neft mədənləri, pambıq tarlaları, heyvandarlıq fermaları, meyvə bağları, üzüm, subtropik, çay, tütün plantasiyaları, balıqçılıq artelləri, səhiyyə ocaqları canlanır. İkinci Dünya müharibəsində xalqımızın göstərdiyi rəşadət, əmək qəhrəmanları-neftçilərin portretləri (Baba Babazadə, Rüstəm Rüstəmov, Firudin Ağayev, Süleyman Vəzirov) filmdə öz əksini tapmışdır. Film saxlanılmayıb. Rejissor: Hüseyn Seyidzadə Ssenari müəllifi: İmran Qasımov, Sabit Rəhman Baş operator: Seyfulla Bədəlov Operator: Cavanşir Məmmədov, Vladimir Yeremeyev, Mirzə Mustafayev, Arif Nərimanbəyov Bəstəkar: Tofiq Quliyev Səs operatoru: İlya Ozerski Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Azərbaycan – odlar yurdu (film, 2009)
Odlar yurdunun qızları (film, 1972)
Film Azərbaycanın ilk qadın təyyarəçiləri Leyla Məmmədbəyova və Züleyxa Seyidməmmədovaya həsr olunmuşdur.
Əbədi odlar ölkəsi (film, 1945)
Film Sovet Azərbaycanının 25 illiyinə həsr olunmuşdur. Kinolent simfonik orkestr tərəfindən bəstəkar Tofiq Quliyevin "Əbədi odlar ölkəsi" poemasının ifa edilməsi ilə başlanır. Dinləyicilər arasında cavan bir qız diqqətlə musiqiyə qulaq asır. Bu qızın gözləri önündən doğma torpağın gözəllikləri, qədim abidələr, Çingiz xanın, Teymurləngin, Toxtamışın, Nadir şahın, Şah Abbasın, Qacarın, Fətəli xanın, Nizaminin, Füzulinin, Vaqifin və başqalarının portretləri gəlib keçir. Filmdə 1905-ci ilin hadisələri, 26 Bakı komissarının güllələnməsi, 1920-ci ilin aprel günləri, neft mədənləri, pambıq tarlaları, heyvandarlıq fermaları, meyvə bağları, üzüm, subtropik, çay, tütün plantasiyaları, balıqçılıq artelləri, səhiyyə ocaqları canlanır. İkinci Dünya müharibəsində xalqımızın göstərdiyi rəşadət, əmək qəhrəmanları-neftçilərin portretləri (Baba Babazadə, Rüstəm Rüstəmov, Firudin Ağayev, Süleyman Vəzirov) filmdə öz əksini tapmışdır. Film saxlanılmayıb. Rejissor: Hüseyn Seyidzadə Ssenari müəllifi: İmran Qasımov, Sabit Rəhman Baş operator: Seyfulla Bədəlov Operator: Cavanşir Məmmədov, Vladimir Yeremeyev, Mirzə Mustafayev, Arif Nərimanbəyov Bəstəkar: Tofiq Quliyev Səs operatoru: İlya Ozerski Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.

"odlar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#odlar nədir? #odlar sözünün mənası #odlar nə deməkdir? #odlar sözünün izahı #odlar sözünün yazılışı #odlar necə yazılır? #odlar sözünün düzgün yazılışı #odlar leksik mənası #odlar sözünün sinonimi #odlar sözünün yaxın mənalı sözlər #odlar sözünün əks mənası #odlar sözünün etimologiyası #odlar sözünün orfoqrafiyası #odlar rusca #odlar inglisça #odlar fransızca #odlar sözünün istifadəsi #sözlük