Ohanyan sözü azərbaycan dilində

Ohanyan

Yazılış

  • Ohanyan • 99.8045%
  • ohanyan • 0.1955%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Armen Ohanyan
Armen Ohanyan (erm. Արմեն Օհանյան), doğum adı Sofiya Pirbudağyan (erm. Սոֆյա Էմանուելի Փիրբուդաղյան, 1887, Şamaxı – 1976, Mexiko) — erməni əsilli rəqqasə, aktrisa, tərcüməçi və yazıçı. XIX əsrdə Şamaxıda və ətraf ərazilərdə fəaliyyət göstərmiş rəqqasə qrupu Şamaxı rəqqasələrindən biri olan Ohanyan 1918-ci ildə Fransada bununla bağlı kitab da yazmışdır. == Həyatı == Armen Ohanyan 1887-ci ildə Rusiya imperiyasının Bakı quberniyasına bağlı Şamaxı şəhərində, orta təbəqədən olan erməni ailəsində anadan olmuşdur. 1902-ci ildə Şamaxı zəlzələsinin baş verməsi nəticəsində evini tamamilə itirən Ohanyanlar ailəsi Bakı şəhərinə köçür və Armen buradakı rus məktəbində təhsil almağa başlayır. 1905-ci ildə təhsil aldığı məktəbdən məzun olarkən Bakıda Erməni-azərbaycanlı qırğınları baş verir və nəticədə rəqqasənin atası Emanuel öldürülür. 1906-cı ildə Bakıda iran ermənisi olan həkim Hayk Ter-Ohanyanla evlənsə də, həmin evlilik cəmisi bir il davam etmişdir. Həmin il Bakı Erməni Mədəniyyət Birliyinin teatr qrupunda Sofiya Ter-Ohanyan adı ilə fəaliyyətə başlamışdır. 1908-ci ildə Moskvaya köçmüş və ilk rəqslərini Meli Teatrında ifa edərkən paralel olaraq Nelidova məktəbində də plastik sənət nümunələrini öyrənməyə başlamışdır.
Ohanyan xətti
Ohanyan xətti və ya Ohanyan səddi — 1994–2020-ci illərdə, Ermənistanın keçmiş hərb naziri olmuş Seyran Ohanyannın bir başa rəhbərliyi altında qurulan və sonrakı dövrlərdə belə güçləndirilən müdafiə qurğuları sistemi. Azərbaycan ilə Ermənistan arasındakı Qarabağdakı təmas xətti eyni ilə Ohanyan xətti ilə üst-üstə düşürdü. Onun uzunluğu 180 kilometrdən (110 mil) 200 kilometrə (120 mil) qədər idi. Murovdağ dağ silsiləsi təmas xəttinin şimal hissəsi sayılır və mahiyyət etibarilə iki qüvvə arasında təbii sərhəd rolunu oynayırdı. Şərq istiqamət isə Ohanyan xəttinin əsasən seqmentini təşkil edirdi. Bu istiqamətin möhkəmləndirilməsininə yaranan ehtiyac isə təbii sərhədlərin olmaması, şərqə doğru yüksəkliklərin alçalması idi. == Qurulmasının məqsədi == Ohanyan xətti bir neçə məqsədi yerinə yetirmək üçün inşa edilmişdir: Ola biləcək hücumun qarşısını almaq və müdafiə tədbirlərinə başlamaq üçün. Əks hücum üçün strateji bir dayaq olaraq istifadə olunması. Xəttin əsasən strateji yüksəkliklərdən keçməsi Azərbaycanın müdafiəsinin daxili hissələrinin belə rahatlıqla nəzarətdə saxlanılması. Yeraltı bunkerlərlə təchiz olunan və alınması üçün azı 10 minlərə itki verdirmə imkanına sahib olası.Ermənistan Ohanyan xəttini möhkəmləndirməklə Azərbaycanın əsas zərbə istiqamətini müəyyən etməyə və ona ilk həmlədəcə maksimum zərər yetirməyə çalışırdı.
Seyran Ohanyan
Seyran Muşeqi Ohanyan (1 iyul 1962, Şuşa, DQMV) — Ermənistanın sabiq müdafiə naziri. Birinci Qarabağ müharibəsinin iştirakçısı, Xocalı soyqırımının təşkilatçılarından biri. İkinci Qarabağ müharibəsində iştirak etmişdir. == Həyatı == Seyran Ohanyan 1 iyul 1962-ci ildə Şuşa şəhərində anadan olub. 1983-cü ildə Bakıdakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib. Qarabağ müharibəsinin əsas simalarından biridir. Qarabağ müharibəsi zamanı Azərbaycan torpaqlarının işğalı və kütləvi qətllərdə, o cümlədən Xocalıda dinc əhaliyə divan tutulmasında fəal iştirak edib və soyqırımın rəhbərlərindən biri olub. Bu səbəblə barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan olunub.1999–2007-ci illərdə qondarma "DQR"in "müdafiə naziri", 2007–2008-ci illərdə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi olub. 2008–2016-cı illərdə Ermənistanın müdafiə naziri olmuşdur.İkinci Qarabağ Müharibəsi zamanı təkrar Azərbaycana qarşı döyüşmək üçün "Qondarma Dağlıq Qarabağ Respublikası"na gəlmişdir. 6 noyabr 2020-ci ildə Azərbaycan Ordusunun həmlələri nəticəsində o və oğlu ağır şəkildə yaralanmışdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 3.79 dəfə / 1 mln.
2004 0.34
2007 0.63
2008 0.24
2009 •••••• 4.00
2010 ••••••••••••• 8.90
2011 ••••• 3.00
2012 •• 1.38
2013 ••••••••• 5.83
2014 •••••••••••••••••••• 13.56
2015 •••••••••••••••••••• 13.95
2016 ••••••• 4.69
2017 ••• 1.46
2018 •• 0.75
2019 0.42
2020 0.53

Oxşar sözlər

#ohanyan nədir? #ohanyan sözünün mənası #ohanyan nə deməkdir? #ohanyan sözünün izahı #ohanyan sözünün yazılışı #ohanyan necə yazılır? #ohanyan sözünün düzgün yazılışı #ohanyan leksik mənası #ohanyan sözünün sinonimi #ohanyan sözünün yaxın mənalı sözlər #ohanyan sözünün əks mənası #ohanyan sözünün etimologiyası #ohanyan sözünün orfoqrafiyası #ohanyan rusca #ohanyan inglisça #ohanyan fransızca #ohanyan sözünün istifadəsi #sözlük