Sultan Məhəmməd Xudabəndə Olcaytu xan
Sultan Məhəmməd Olcaytu xan (1280 – 16 dekabr 1316, Sultaniyə, Zəncan ostanı) — Qazan xanın qardaşı, Arqun xanın ikinci oğlu, elxan.
== Həyatı ==
Olcaytu xan 24 mart 1282-ci ildə doğulmuşdur. Arqun xan və xristian Uruk xatunun oğludur. İlk adı Nikolas idi. Əvvəlcə buddist, daha sonra qardaşı Qazan ilə birlikdə sünni olmuşdu. Daha sonralar — 1310-cu ildə, Əllamə Hillinin təsiri ilə şiə olmuşdur. Bundan sonra adını Məhəmmədə çevirmişdir.
== Hakimiyyəti ==
1304-cü ildə qardaşı Qazan xanın yerinə xan seçilmişdir. Həmin il Arqun xan dövründən bəri salınmağa başlamış Sultaniyyə şəhərinin tikintisi bitmişdir. Xan, Sultaniyyəni paytaxt, Bağdadı isə qış iqamətgahı kimi istifadə edirdi.