Old sözü azərbaycan dilində

Old

Yazılış

  • Old • 95.2978%
  • old • 2.8213%
  • OLD • 1.2539%
  • OLd • 0.6270%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Old Trafford
Old Trafford — İngiltərənin Mançester şəhərində yerləşən və "Mançester Yunayted" klubunun ev oyunlarını oynadığı 75,643 nəfərlik tutumu ilə Böyük Britaniyada 3-cü, Avropada isə 11-ci ən böyük stadiondur. Trafford şəhərinin Greater Mançester səmtində yerləşmişdir. Ser Bobbi Çarlton tərəfindən bu stadiona "Xəyalların Teatrı" ləqəbi verilmişdir. 1910-cu ildən bəri "Mançester Yunayted"in stadionudur. Amma İkinci dünya müharibəsi zamanı stadionun bombalanması səbəbiylə 1941-ci ildə 1949-a qədər "Mançester Yunayted" matçlarını "Mançester Siti" ilə birgə "Maine Road"da oynamaq məcburiyyətində qalmışdır. Stadiona ən çox azarkeş 1939-cu ildə FA kubokunun Vulverhempton Vonderers və Qrimsbi Taun klubları arasında keçirilən yarım-final oyununda qeydə alınmışdır ki, həmin oyunda stadiona 76,962 nəfər gəlmişdir. Gələcəkdə stadionun Cənub istiqamətində olan hissəsinə ikinci yarus əlavə olunaraq tutumun 95,000 nəfərə çatdırılması planlaşdırılır.Old Trafford indiyə qədər FA kubokunun yarım-final oyunlarına, İngiltərə çempionatının oyunlarına, 1966-cı ildə Dünya, 1996-cı ildə Avropa çempionatının bir sıra oyunlarına, 2003-cü il Çempionlar Liqasının finalına, həmçinin 2 dəfə reqbi üzrə Dünya Kubokunun final oyunlarına ev sahibliyi etmişdir. == Rekordlar == Old Trafforda ən çox tamaşaçı 25 mart 1939-cu ildə Vulverhempton Vonderers və Qrimsbi Taun komandaları arasında baş tutan FA kuboku yarım final matçında qeydə alınmışdır. Old Traffordda 31 mart 2007-ci il tarixində baş tutan Mançester Yunayted - Blekburn Rovers qarşılaşmasında isə 76,098 tamaşaçı qeydə alınmışdır və bu rəqəm İngiltərə Premyer Liqasında rekord hesab olunur. Old Trafforda qeyri-rəsmi oyun zamanı qeydə alınan rekord isə 5 avqust 2011-ci il tarixində Mançester Yunayted və Nyu-York Kosmos klubları arasında baş tutan qarşılaşma zamanı olmuşdur.
Old Dominion Universiteti
Old Dominion Universiteti (ing. Old Dominion University) ― ABŞ-nin Virciniya ştatının Norfolk şəhərində yerləşən dövlət universiteti.Əsası 1930-cu ildə Norfolkda Vilyam və Meri Kollecinin fəaliyyətə başlaması ilə qoyulmuşdur. 1969-cu ildən etibarən bugünkü adı ilə fəaliyyət göstərən qurum Virciniya ştatının ən böyük və ən qabaqcıl ali təhsil müəssisələrindən biridir. Hazırda 8 kollec və 1 aspirantura məktəbində 73 bakalavr, 60 magistr və 35 doktorantura proqramı üzrə dünyanın 89 ölkəsindən təhsil alan 25 minə yaxın tələbəsi vardır. Əsas kampusu isə Norfolk şəhərində yerləşir. Universitetin tədqiqat fəaliyyəti səlahiyyətli orqan olan Cənubi Kolleclər və Məktəblər Birliyi tərəfindən tənzimlənir. Bundan əlavə, universitet Cənub-Şərqi Universitetlərin Araşdırma Assosasiyasının üzvü və "Kolleclər üzrə milli dəniz tədqiqatları qrant proqramı", o cümlədən "Kolleclər üzrə milli kosmik tədqiqatlar qrant və təqaüd proqramı" kimi ABŞ dövlət proqramlarının tərkib hissəsidir. "Washington Monthly" jurnalının 2020-ci ildə ABŞ ali təhsil müəssisələri üzrə dərc etdiyi siyahıya görə Old Dominion Universiteti ən nüfuzlu 150 universitet arasındadır. Princeton Review şirkətinin sıralamasında Old Dominion Universiteti 5 il (2016-2021) ardıcıl olaraq ABŞ-nin cənub-şərqində yerləşən ən mütərəqqi universitetlərdən biri kimi göstərilmişdir. Bundan əlavə, ABŞ-nin Milli Elm Fondu, Old Dominion Universitetini "Yüksək tədqiqat fəaliyyətli" ali təhsil müəssisələri kateqoriyasına daxil etmişdir.
Old Trafford Stadionu
Old Trafford — İngiltərənin Mançester şəhərində yerləşən və "Mançester Yunayted" klubunun ev oyunlarını oynadığı 75,643 nəfərlik tutumu ilə Böyük Britaniyada 3-cü, Avropada isə 11-ci ən böyük stadiondur. Trafford şəhərinin Greater Mançester səmtində yerləşmişdir. Ser Bobbi Çarlton tərəfindən bu stadiona "Xəyalların Teatrı" ləqəbi verilmişdir. 1910-cu ildən bəri "Mançester Yunayted"in stadionudur. Amma İkinci dünya müharibəsi zamanı stadionun bombalanması səbəbiylə 1941-ci ildə 1949-a qədər "Mançester Yunayted" matçlarını "Mançester Siti" ilə birgə "Maine Road"da oynamaq məcburiyyətində qalmışdır. Stadiona ən çox azarkeş 1939-cu ildə FA kubokunun Vulverhempton Vonderers və Qrimsbi Taun klubları arasında keçirilən yarım-final oyununda qeydə alınmışdır ki, həmin oyunda stadiona 76,962 nəfər gəlmişdir. Gələcəkdə stadionun Cənub istiqamətində olan hissəsinə ikinci yarus əlavə olunaraq tutumun 95,000 nəfərə çatdırılması planlaşdırılır.Old Trafford indiyə qədər FA kubokunun yarım-final oyunlarına, İngiltərə çempionatının oyunlarına, 1966-cı ildə Dünya, 1996-cı ildə Avropa çempionatının bir sıra oyunlarına, 2003-cü il Çempionlar Liqasının finalına, həmçinin 2 dəfə reqbi üzrə Dünya Kubokunun final oyunlarına ev sahibliyi etmişdir. == Rekordlar == Old Trafforda ən çox tamaşaçı 25 mart 1939-cu ildə Vulverhempton Vonderers və Qrimsbi Taun komandaları arasında baş tutan FA kuboku yarım final matçında qeydə alınmışdır. Old Traffordda 31 mart 2007-ci il tarixində baş tutan Mançester Yunayted - Blekburn Rovers qarşılaşmasında isə 76,098 tamaşaçı qeydə alınmışdır və bu rəqəm İngiltərə Premyer Liqasında rekord hesab olunur. Old Trafforda qeyri-rəsmi oyun zamanı qeydə alınan rekord isə 5 avqust 2011-ci il tarixində Mançester Yunayted və Nyu-York Kosmos klubları arasında baş tutan qarşılaşma zamanı olmuşdur.
My Old Kentucky Home
"My Old Kentucky Home, Good-Night!" (Azərbaycan dilində, Mənim köhnə Kentukki evim, gecən xeyrə!) Stefan Foster tərəfindən təxminən 1852-ci ildə bəstələnmiş sentimental minstrel mahnıdır. O, 1853-cü ilin yanvarında Nyu-Yorkun Firth, Pond & Company adlı amerikan musiqi şirkəti tərəfindən dərc edilib. Foster, güman edilir ki, Harriyet Biçerin Tom dayının daxması romanından ilhamlanıb, buna sübut olaraq Fosterin eskiz dəftərindəki "Yazıq Tom dayı, gecən xeyrə!" adlı eskizi göstərmək olar. Bəziləri iddia etmişdi ki, Foster 1850-ci illərdə Bardstovn,Kentukkidəki ziyarət etdiyi Federal Hill adlı əkin sahəsindən ilhamlanıb. Lakin, bu ziyarətə dair birbaşa və ya çağdaş bir dəlil ortaya çıxmadı və bu iddia Vilyam Ostin, Ken Emerson və Con Tasker Hovard da daxil olmaqla ən məşhur Foster alimləri tərəfindən etiraz edildi. Mahnının şərhləri çox müxtəlifdir. Fosterin əksər alimləri, mahnının "Oh Susanna" və "De Camptown Races" kimi əvvəlki ədəbsiz komik minstrel mahnılarından fərqli olaraq sentimental minstrel mahnısı olduğu ilə razılaşırlar. Frederik Duqlas 1855-ci ildə yazdığı "Əsarətim və Azadlığım" adlı tərcümeyi-halında mahnının "köləyə qarşı simpatiya oyandırdığını və beləliklə köləlik əleyhinə prinsiplərin kök saldığı, böyüdüyü və çiçəkləndiyini" yazdı. Lakin, mahnının qaraüzlü minstrel şovlara daxil olması şöhrətinə böyük ölçüdə mənfi təsir göstərdi.
When We're Old
When We're Old (azərb. Biz yaşlanarkən‎) — Litvanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Yeva Zasimauskayte "When We're Old" mahnısı ilə Litvanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnı Vıtautas Bikus tərəfindən bəstələnmişdir.
Plain old telephone service
Plain old telephone service (POTS; azərb. Adi köhnə telefon xidməti‎) — mis halqalar üzərində analoq siqnal ötürülməsindən istifadə edən səs səviyyəli telefon xidməti üçün istifadə olunan retronim. POTS 1876-cı ildən 1988-ci ilə qədər ABŞ-də İnteqrasiya Edilmiş Rəqəmsal Şəbəkənin (ISDN) Əsas dərəcə interfeysi (BRI), ardınca mobil telefon sistemləri və IP üzərindən səs (VoIP) təqdim edildiyi vaxta qədər telefon şirkətləri tərəfindən standart xidmət təklifi idi. POTS dünyanın bir çox yerlərində yaşayış və kiçik biznes xidmətlərinin telefon şəbəkəsinə qoşulmasının əsas forması olaraq qalır. Termin XIX əsrin sonlarında ictimai telefon sisteminin tətbiqindən bəri mövcud olan texnologiyanı əks etdirir. Bu, DTMF, elektron telefon stansiyaları və fiber-optik kommunikasiyanın ictimai telefona (PSTN) daxil edilməsinə baxmayaraq, əsasən dəyişməz formada qalmışdır. == Xüsusiyyətləri == POTS bir neçə aspektlə xarakterizə olunur: İki istiqamətli (tam dupleks) kommunikasiya. İki telli mis döngədə səs təzyiqi dalğalarının gərginlik analoqlarının balanslaşdırılmış siqnalizasiyasından istifadə 300–3,300 Hz dar tezlik diapazonu ilə məhdudlaşdırılmışdır və bu səs diapazonu adlanır. İnsanın 20–20,000 Hz eşitmə diapazonundan çox azdır. Zəng tonları "Pulse dialing" və DTMF BORSCHT funksiyaları: batareya təchizatı (B), həddindən artıq gərginlikdən qorunma (O), zəng (R), siqnal (S), kodlaşdırma (C), hibrid (H) və test (T) Döngə başlanğıcı, yerə başlama və E&M siqnalıBir çox zəng funksiyaları ABŞ-də 1980-ci illərdə telefon stansiyalarının kompüterləşdirilməsindən sonra telefon abunəçiləri üçün əlçatan olmuşdur.
Aygün Kazımovanın qazandığı və namizəd olduğu mükafatların siyahısı
Aygün Kazımovanın qazandığı və namizəd olduğu mükafatlar — Azərbaycanlı müğənni, aktrisa, bəstəkar, prodüser Aygün Kazımovanın qazandığı və namizəd olduğu mükafatların siyahısı. Aygün Kazımova 2002-ci ildə Heydər Əliyev tərəfindən "Əməkdar Artist", 2008-ci ildə İlham Əliyev tərəfindən "Xalq Artisti" fəxri adlarına layiq görülmüşdür. 2012-ci ildə Türkiydə ənənəvi olaraq hər il keçirilən, Kral TV Video Müzik Ödülleri-ndə "İlin qadın sənətçisi" və "İlin mahnısı" (Hayat ona güzel) kateqoriyalarında namizəd göstərilmişdir. Aygün Kazımova 2015-ci ildə ABŞ-da hər il keçirilən, Big Apple Music Awards-a namizəd göstərilmişdir. Lakin Aygün Kazımova, təşkilatçılardan birinin erməni olması səbəbiylə, mükafatdan imtina etmişdir. 2016-cı ildə hər il təqdim edilən Daf Bama Music Awards musiqi mükafatında "Azərbaycanın Ən Yaxşı Sənətçisi" mükafatına namizəd göstərilmiş və mükafatı qazanmışdır. Daf Bama Music Awards musiqi mükafatı Asiya, Avropa və Asiyanın ən yaxşı və uğurlu musiqiçilərinə verilir. Mükafatlandırma mərasiminin qaydalarına əsasən hər bir qalib, səhnədə çıxış etməlidir. Erməni müğənni Andre, çıxışdan öncə məşqlərdə "Sarı gəlin" mahnısını ifa etməsi Aygün Kazımovanı qəzəbləndirir və o tədbirin təşkilatçılarına etirazını bildirmişdir. Nəticədə erməni müğənni əsas çıxışı zamanı, başqa bir mahnı ifa etmişdir.
Bakıda Stalinin olduğu yerlər (film, 1949)
Bakıda Stalinin olduğu yerlər qısametrajlı sənədli filmi rejissor Mikayıl Mikayılov tərəfindən 1949-cu ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Film tamaşaçıları Stalinin Bakıda inqilabi fəaliyyəti ilə bağlı olduğu yerlərlə tanış edir. == Məzmun == Film tamaşaçıları Stalinin Bakıda inqilabi fəaliyyəti ilə bağlı olduğu yerlərlə tanış edir. == Filmin üzərində işləyənlər == Rejissor: Mikayıl Mikayılov Operator: Mirzə Mustafayev == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Bazz Oldrin
Bazz Oldrin (ing. Buzz Aldrin; 20 yanvar 1930[…], Qlen-Ridc[d], Nyu Cersi) — Amerikalı aviasiya mühəndisi, keçmiş astronavt və pilot. Oldrin 1966-cı ildə Gemini-12 missiyasının pilotu və 1969-cu il Apollon 11 missiyasında Ay modulu pilotu olaraq üç kosmik yol etdi. O, missiya komandiri Nil Armstronq ilə birlikdə ayın səthinə enən ilk insan olmuşdur.
Ceyms Oldric
Ceyms Oldric (ing. James Aldridge; 10 iyul 1918[…], Uayt Hills, Viktoriya[d] – 23 fevral 2015, London) — Avstraliya və Britaniyalı yazıçı və jurnalistdir. Onun İkinci Dünya müharibəsi haqqında olan əsərləri bir çox ölkələrdə nəşr olunub və o, 30-dan çox kitabın müəllifidir. Onun yaradıcılığına müharibə, macəra romanları və uşaqlar üçün yazılmış kitablar aiddir. == Həyatı == Görkəmli ingilis yazıçısı Ceyms Oldric 1918-ci ildə Avstraliyada anadan olmuşdur. 1939-1945-ci illərdə hərbi müxbir işləmiş, müxtəlif ölkələrdə, o cümlədən İranda Cənubi Azərbaycanda olmuşdur. Oldric 1942-ci ildə yazdığı “Şərəf işi”, 1944-cü ildə yazdığı “Dəniz qartalı” romanlarında yunan xalqının faşizmə qarşı mübarizəsini təsvir etmişdir. Yaradıcılığında Azərbaycan mövzusu əhəmiyyətli yer tutur. Ceyms Oldric 1949-cu ildə yazdığı Yaxın Şərq, o cümlədən İran, Cənubi Azərbaycan və kürd xalqlarının milli azadlıq hərəkatından, imperializmin müstəmləkəçilik siyasətinə qarşı mübarizəsindən bəhs edən “Diplomat” əsərinin və onun davamı olan 1974-cü ildə yazdığı “Əli silahlılar” romanının, “Qafqaz haqqında nəğmə” (1942) bədii reportajının müəllifidir. “Diplomat” romanında Azərbaycan qəhrəmanlarının Cavad Qoçəli, Mirzə Cahansız və b.
Ferdinand Müllerin müəllifi olduğu Avstraliyanın bitki növlərinin siyahısı
Mündəricat: Top · 0–9 A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
Grevillea oldei
Grevillea oldei (lat. Grevillea oldei) — proteyakimilər fəsiləsinin qrevilleya cinsinə aid bitki növü.
Hər şey olduğu kimi. Üçüncü film. Əfrasiyab Bədəlbəyli (film, 2000)
== Məzmun == Film Azərbaycanın görkəmli bəstəkarı Əfrasiyab Bədəlbəylidən bəhs edir. == Film haqqında == Filmdə Həsən Seyidbəylinin "Doğma xalqıma", Oqtay Mirqasımovun "Cəfər Cabbarlı" sənədli filmlərindən və Ə. Bədəlbəylinin şəxsi arxivindəki kinomateriallardan istifadə olunub.
Mariyeta-Oldervud (Vaşinqton)
Mariyeta-Oldervud (ing. Marietta-Alderwood) — ABŞ-nin Uatkom əyaləti, Vaşinqton ştatında siyahıyaalınma üçün müəyyənləşdirilmiş yaşayış məntəqəsi. 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına əsasən yaşayış məntəqəsinin əhalisi 3906 nəfər olmuşdur. == Tarixi == 1860-ci illərin əvvəllərində buraya gələn Solomon Allen, 1864-cü ildə Lummi qəbiləsindən olan bir qadın ilə evləndi və burda yaşamağa başladı. 4 iyul 1879 Allen bu ərazini qeydə aldırdı. == Coğrafiyası == Ümumi ərazisi 19.2 km² olub, bunun 15.5 km² quru, 3.7 km² isə sudur. == İqlimi == Orta illik temperatur 10.0 °C-dir. Ən isti ay İyul (orta aylıq temperatur 16.9 °C), ən soyuq ay Yanvardır (orta aylıq temperatur 2.8 °C). Ən yüksək temperatur 44.4 °C, ən aşağı temperatur isə -18.3 °C olmuşdur. Orta illik yağıntı miqdarı 2202 mm-dir.
Mən necə idiot oldum (roman)
"Mən necə idiot oldum" — Martin Paj tərəfindən yazılmış fəlsəfi roman. Yazıçının ilk romanıdır. 2001-ci ildə "Le Dilettante" nəşriyyatı tərəfindən çap edilmişdir. Kitab Avroregional məktəblər arası ədəbiyyat mükafatını qazanıb. Bu mükafatın qalibini Belçika, Hollandiya və Almaniyadan tələbələr seçir. == Haqqında == Martin Paj bu kitabında az qala dünyada hamını axmaq yerinə qoyub: avtomobilçilərdən tutmuş universitet müəllimlərinə, video-oyun, dəbli paltar, etnik musiqi və televiziya həvəskarlarına qədər hər kəsi. Roman, demək olar ki, sözbəsöz sitatlara bölündü. İnternet saytlarında Pajın cümlələrini Stendalın, Nitsşenin və Nabokovun aforizmlərilə yanaşı görmək olar.
Olanlar oldu (mahnı)
Olanlar oldu — azərbaycanlı müğənni Aygün Kazımovanın mahnısıdır. Mahnının sözləri Namiq Qaraçuxurluya, musiqisi Gövhər Həsənzadəyə aiddir.
Oldboy (film, 2003)
Oldboy (kor. 올드보이) — 2003-cü ildə rejissor və ssenarist Pak Çan Uk tərəfindən çəkilmiş "intiqam trilogiyası"nın ikinci hissəsi olan döyüş filmi. Üçlüyün ilk filmi İntiqam mənimdir (film, 2002), sonuncusu İntiqam xanım (film, 2005). Filmin əsərləri Yapon adları Qaron Tsutii və Nobuaki Minaqişi tərəfindən eyni adlı manqaya əsaslanırdı. Premyer nümayiş 21 noyabr 2003-cü ildə Cənubi Koreyada, Rusiyada isə — 18 noyabr 2004-cü ildə keçirilmişdir. 3 milyard dollar büdcəsi ilə dünya üzrə ödənişlər 14,980,005 dollar təşkil edir. == Məzmun == 1988-ci ildə Oh Dae su adlı bir iş adamı, qızının dördüncü doğum gününü itirmədən sərxoş olduğu üçün tutuldu. Yoldaşı Joo-hwan onu polis bölməsindən götürdükdən sonra Dae-su üçün evə zəng etmək üçün telefon kabinə gedəcəklər. Joo-hwan Dae-su'nun həyat yoldaşı ilə söhbət edərkən, Dae-su qaçırılan və qidaya qapının içərisində qida ilə çatdırılan möhürlənmiş otel otağında oyanır. Televiziya izləyən Dae-su, arvadının öldürüldüyünü və baş şübhəlinin olduğunu öyrənir.
Oldenburgia
Oldenburgia (lat. Oldenburgia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Oldenburgia grandis (Thunb.) Baill. Oldenburgia intermedia Bond Oldenburgia papionum DC. Oldenburgia paradoxa Less.
Oldenburqlar
Oldenburq sülaləsi (dan. Huset Oldenborg; ing. House of Oldenburg) — Avropanın alman mənşəli monarx ailəsi. Danimarka, İslandiya, Yunanıstan, Norveç, Rusiya, İsveç, Şlezviq, Holşteyn və Oldenburqu idarə edən bu ailə, xüsusilə də XV əsrdən etibarən Danimarkada möhkəmlənmişdir. Hazırda Birləşmiş krallığının taxt sırasındakı 10 namizədiylə yanaşı, hazırkı Danimarka kraliçası (II Marqrete), Norveç kralı (V Harald), sabiq Yunanıstan kralı (II Konstantin) və Böyük Britaniyanın son kral-konsortu (Filip Mauntbetten) da bu sülalənin Glüksburq qolunun oğul şəcərəsinə mənsubdur. Sülalənin əsası Oldenburq qrafı I Xristianın 1448-ci ildə Danimarka, 1450-ci ildə Norveç və 1457-ci ildə İsveç taxtını ələ keçirməsiylə qoyuldu. Ailə o illərdən bəri Danimarkadakı hakimiyyəti əlində saxlayır. == Ailənin nəsil ağacı == == Mənbə == Genealogisches Handbuch des Adels, Fürstliche Häuser, Band XVI, "Haus Holstein". C.A. Starke Verlag, 2001, pp. 44–50 (in German).
Olderni funtu
Olderni funtu (ing. Alderney pound) — Gernsi beylivikasının tərkibinə daxil olan Olderni adasının pul vahididir. Olderni Hökuməti haqqında qanuna uyğun olaraq ada pul nişanlarının buraxılışı hüququna malikdir. Həmin valyuta adanın funtundan və Böyük Britaniyanın funt-sterlinq valyutasından ibarətdir. Sikkələrin buraxılışı 1989-cu ildən başlanmışdır. Mis-nikel ərintisindən sikkələr kəsilir, həmçinin gümüşdən və qızıldan qəpiklər hazırlanır.Olderni sikkələri yalnız kolleksiya sikkələri kimi buraxılır və mübadilədə faktiki olaraq istifadə olunmur. Bir funt çox nadir əsginas kimi 1810-cu ildə Olderni Kommersiya Bankı tərəfindən buraxılmışdı. O nadir valyuta kimi dünya kağız pulunun standart kataloquna daxil edilmişdi. — "PS181. 1 pound.
Oldos Haksli
Oldos Leonard Haksli (ing. Aldous Leonard Huxley; 26 iyul 1894[…] – 22 noyabr 1963[…], Los-Anceles, Kaliforniya, ABŞ) — ingilis yazıçısı. Oksfordda təhsil alarkən görmə ilə bağlı problemləri yarandığı üçün təhsilini yarımçıq saxladı. Sonrada bir daha kor olacağı qorxusu ilə qarşısına gələn bütün kitabları oxudu. Müasirlər Oldos Hakslinin iki ayrı ruh daşıdığını deyirdilər. Onun bir ruhu qədim şərq fəlsəfəsilə, bilinməyənlə və mistika ilə maraqlanarkən, digər ruhu son elmi kəşflərlə, rasional zəka ilə və siyasətlə maraqlanırdı. İntellektual-polemik "Sarı Krom" (1921), "Təlxək rəqsi" (1923), "Kontrapunkt" (1928), "Cəsur Yeni Dünya" (1932) romanlarında cəmiyyətin mənəvi eybəcərliyi satira atəşinə tutulur. Lakin Haksli yaradıcılığında humanizmin zəifləməsinə, əxlaqi və dini öyüdçülüyə, mistisizmə gətirib çıxarmışdır: "Meymun və mahiyyət" (1948), "Dahi və ilahə" (1955) və s. romanları var.
Oldrin Bazz
Bazz Oldrin (ing. Buzz Aldrin; 20 yanvar 1930[…], Qlen-Ridc[d], Nyu Cersi) — Amerikalı aviasiya mühəndisi, keçmiş astronavt və pilot. Oldrin 1966-cı ildə Gemini-12 missiyasının pilotu və 1969-cu il Apollon 11 missiyasında Ay modulu pilotu olaraq üç kosmik yol etdi. O, missiya komandiri Nil Armstronq ilə birlikdə ayın səthinə enən ilk insan olmuşdur.
Oldrix Navratil
Oldrix Navratil (21 oktyabr 1952-ci ildə anadan olub) — Çexiyalı film, teatr və televiziya aktyoru. O. 1976-cı ildən bu günə qədər 75-dən çox film və televiziya şousunda rol oynamışdır. Film yaradıcılığına 1982-ci ildə çəkilən Natamam tutulma filmi ilə başlamışdır. Film 33-cü Beynəlxalq Berlin Film Festivalında iştirak etmişdir.Son illər Navratil məşhur olsa da, adamayovuşmaz xasiyyəti ilə də digərlərindən fərqlənir.
Olduğu kimi (konsert)
== Konsert haqqında == 5 sentyabr 2009-cu ildə Aygün Kazımovanın "Yaşıl Teatrda" "PalSüd" şirkətinin təşkilatı ilə keçirilən solo konsertidir. Konsertdə Aygün Kazımovanın qızı İlqarə Kazımova və Aygün Kazımovanın duet ortağı Namiq Qaraçuxurluda mahnı ifa etmişdir.
Olduğum kimi (konsert)
== Konsert haqqında == 5 sentyabr 2009-cu ildə Aygün Kazımovanın "Yaşıl Teatrda" "PalSüd" şirkətinin təşkilatı ilə keçirilən solo konsertidir. Konsertdə Aygün Kazımovanın qızı İlqarə Kazımova və Aygün Kazımovanın duet ortağı Namiq Qaraçuxurluda mahnı ifa etmişdir.
Qari Oldmen
Qari Leonard Oldmen (ing. Gary Leonard Oldman; 21 mart 1958, London, İngiltərə) — məşhur ingiltərəli aktyor və rejissor. Son illərdə o Harri Potter filmləri silsiləsində Sirius Blek və Kristofer Nolanın Betmen filmləri silsiləsindəki obrazlarına görə tanınır. 2018-ci ildə "Darkest Hour" (2017) filminə görə "ilin ən yaxşı aktyoru" nominasiyasında "Oscar" mükafatı qazanmışdır. == Həyatı == Leonard Qari Oldmen 21 mart 1958-ci ildə Londonda, qaynaqçı ailəsində anadan olub. Qarinin yeddi yaşı olanda atası ailəni tərk edib. Balaca Qari iki bacısı ilə anasının yanında böyüyüb. Ona çox nadir hallarda baş çəkən atası 62 yaşında əyyaşlıqdan vəfat edib. On dörd yaşı olan Qari Qrinviç Gənclər Teatrının truppasına daxil olub, on altı yaşında isə idman ləvazimatlarının satışı ilə məşğul olmaq üçün məktəbi yarımçıq qoyub. Amma o, eyni zamanda ədəbiyyatla yaxından maraqlanır və pianoda çalırmış.
Rac bir centlmen oldu (film, 1992)
Raju Ban Gaya Gentleman (Devnagari: राजू बन गया जेन्टलमैन, mənası: Rac bir centilmen oldu) komediya janrında olan bir Bollivud filmidir. Filmin rejissoru Əziz Mirzədir. Filmin əsas rollarında Şahrux Xan, Cuhi Çavla, Nana Patikar və Amrita Sinq yer almışdır. Şahrux filmdə Rac Mathur rolunu ifa edir. O yeni iş tapmaq üçün yaşadığı Darjilinq şəhərindən Bombeyə gələn yenicə məzun olmuş gənc mühəndisdir. Film 13 Noyabr 1992-ci ildə tamaşaçılara təqdim edilmişdir. Həmçinin həmin gün Cuhi Çavla ad gününü, 25 yaşını qeyd etmişdir. == Rollarda == == Musiqi == Musiqilərin müəllifi Çətin-Lalitdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.04 dəfə / 1 mln.
2004 •••• 0.34
2007 ••• 0.21
2009 ••••••••••• 1.12
2010 ••••••••••• 1.09
2011 ••••••••••••••••••• 1.89
2012 •••••••••••••••• 1.63
2013 •••••••••••••••••••• 2.04
2014 •••••••••••••••••••• 2.06
2015 ••••••••••••••••• 1.70
2016 ••••••• 0.69
2017 ••••••• 0.65
2018 ••• 0.30
2019 ••••• 0.42
2020 •••••••••• 0.93

"old" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#old nədir? #old sözünün mənası #old nə deməkdir? #old sözünün izahı #old sözünün yazılışı #old necə yazılır? #old sözünün düzgün yazılışı #old leksik mənası #old sözünün sinonimi #old sözünün yaxın mənalı sözlər #old sözünün əks mənası #old sözünün etimologiyası #old sözünün orfoqrafiyası #old rusca #old inglisça #old fransızca #old sözünün istifadəsi #sözlük