Olen sözü azərbaycan dilində

Olen

Yazılış

  • Olen • 87.5000%
  • olen • 12.5000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bolşoy Oleniy (Barens dənizi)
Bolşoy Oleniy — ada Murmansk vilayətinin Kola rayonu ərazisində yerləşir. Barens dənizinin sahilində qərarlaşır. Ada materikdən Bolşoy Oleniy boğazı ilə ayrılır. Adada eyni adlı qəsəbə vardır. 2010-cu ilə olan məlumata görə qəsəbədə cəmi 6 nəfər yaşayır.
Bolşoy Oleniy (Kola körfəzi)
Bolşoy Oleniy — Murmansk vilayətinin Kola rayonu ərazisinə yerləşir. Yaxınlığında Yekaterininski, Srednı Oleniy və Malıe Oleniy vardır. Ada Barens dənizinin Kola körfəzi ərazisində qərarlaşır. Ada ərazisi qoruğa daxildir, bu səbəbdən qorunur. 1910-cu ildə adada mayak quraşdırılmışdır. Adada 1950–2006 illərdə Mayak Bolşoy Oleniy qəsəbəsi mövcud olmuşdur. == İstinadlar == == Mənbə == Клюге Г. А. Письмо в Главнауку о заповедании Большого Оленьего острова. 1928 г. /. // Гос.
Malıy Oleniy (Murmansk vilayəti)
Malıy Oleniy — ada Murmansk vilayətinin Kola rayonu ərazisində yerləşir. Barens dənizinin sahilində qərarlaşır. Ada materikdən Bolşoy Oleniy boğazı ilə ayrılır. Adada eyni adlı qəsəbə vardır. Əvvəllər Blijnı Oleniy və ya Alman Oleniyi adlandırılırdı. == Coğrafiyası == Ada 7 km uzunluğa, 1.5 km enə malikdir. Maksimal hündürlüyü 121,2 metrdir. Materikdən 510 m enə malik eyni adlı boğazla ayrılır. Qərb qutaracağına yaxın Konsevoy adacığı yerləşir. Sahillərində dalğaların hündürlüyü 4 metrə çatır.
Olena Dmitraş
Olena Dmitraş (d. 1 dekabr 1991, Kiyev, Ukrayna) — Ukraynanı təmsil edən bədii gimnast. Olena Dmitraş 2008, 2012 və 2016-cı ildə Ukraynanı Olimpiya Oyunlarında təmsil etdi. Dmitraş həmdə I Avropa Oyunlarında bir gümüş və bir bürünc medal, Universiada Oyunlarında isə bir qızıl, üç gümüş və iki bürünc medal qazanıb. == Karyerası == Olena Dmitraş birinci dəfə Olimpiya Oyunlarına 2008-ci ildə qatıldı. Pekin şəhərində baş tutan yarışlarda o, komanda yoldaşları ilə birgə 31.100 xal topladı və sonuncu, 8-ci yeri tutdu. Olena Dmitraş ikinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. London şəhərində baş tutan yarışlarda o, komanda yoldaşları ilə birgə 54.375 xal topladı və 5-ci yeri tutdu. Olena Dmitraş 2016-cı ildə Ukrayna bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Yevgeniya Qomon, Oleksandra Qridasova, Valeriya Qudim və Anastasiya Voznyak ilə birgə final yarışlarında 34.282 xal topladı və 7-ci yeri tutaraq mübarizəni dayandırdı.
Olena Dziubçuk
Olena Dziubçuk (d. 19 may 1985) — Ukraynanı təmsil edən bədii gimnast. Olena Dziubçuk 2004-cü ildə Ukraynanı XXVIII Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Olena Dziubçuk 2004-cü ildə Ukraynaın bayrağı altında Yunanıstanın Afina şəhərində XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Mariya Bila, Yuliya Çernova, Yelizaveta Karabaş, İnna Kojoxina və Oksana Paslas ilə birgə təsnifat mərhələsində 42.150 xal toplayaraq 9-cu yeri tutdu və mübarizəni dayandırdı.
Olena Teliqa
Olena İvanovna Teliqa (ukr. Олена Іванівна Теліга, 21 iyul 1906, Moskva vilayəti – 21 fevral 1942 və ya 22 fevral 1942, Kiyev) — Ukrayna şairi və ədəbi tənqidçisi, Ukraynalı millətçilər təşkilatının üzvü. == Haqqında == 1906-cı il iyulun 21-də valideynlərinin yaz tətilini keçirdiyi Moskva yaxınlığındakı İlinskoe kəndində, ukraynalı-belaruslu ailədə anadan olmuşdur. Olena Teliqanın doğum haqqında şəhadətnaməsi itirildikdən bu günədək Moskvaya yaxın "İlinskoe" adlanan bir neçə yerdən hansı hadisənin baş vermədiyi müəyyənləşdirilməyib. Onun atası mülki mühəndis idi. Anası isə Rusiya Ortodoks kahinləri ailəsindən gəlirdi. 1918-ci ildə onun atası yeni Ukrayna Xalq Respublikasında nazir təyin edildikdə, o ailəsi ilə birliktə Kiyevə köçdü. Orada Ukrayna İstiqlaliyyət müharibəsi dövründə yaşadılar. Bolşeviklər hakimiyyətə keçdikdə, atası Çexoslovakiyaya köçdü və qalan ailə 1923-cü ildə onu təqib etdi.Ukrayna Xalq Respublikasının yüksəlməsi və düşməsi ilə yaşayan Olena, Ukrayn dilinə və ədəbiyyatına böyük maraq göstərdi. Praqada o, tarix və filologiyanı öyrənən ukraynalı müəllim kollecində iştirak etdi.
Olena Zelenska
Yelena Vladimirovna Zelenskaya (Kiyaşko) (6 fevral 1978, Krivoy Roq, Dnepropetrovsk vilayəti) — Ukrayna Respublikası Prezidenti Volodimir Zelenskinin həyat yoldaşı; Ukrayna Respublikasının birinci xanımı. == Ailəsi == Yelena və Volodimir orta məktəbdə paralel sinifdə təhsil alıblar. Lakin onların tanışlığı bir qədər sonraya – tələbəlik dövrünə təsadüf edib. Həmin vaxt Volodimir Kiyev Dövlət İqtisad Universitetinin Krivoy Roq İqtisadi İnstitutun Hüquq fakültəsində, Yelena isə Texniki Universitetin İnşaat fakültəsinin birinci kursunda təhsil alırdılar. İlk tanışlıqlarından 8 il sonra – 2008-ci ildə onların toyu olub. Hazırda bu ailənin 2 övladı – Aleksandra adlı qızı və Kiril adlı oğlu var. == Şəxsi həyatı == Həmişə gözdən uzaq bir həyat tərzi sürməyə üstünlük verən Yelenanın sosial şəbəkələrdə heç bir fərdi səhifəsi yoxdur.. O, dəbdəbəli tədbirlərdə də iştirak etməyib. Ukrayna telekanallarından birinə müsahibə verərkən həyat yoldaşının prezidentliyə namizədliyini dəstəkləmədiyini açıqlayıb. Ancaq seçki prosesi zamanı bütün görüşlərdə həyat yoldaşının yanında olub.
Oleneqorsk
Oleneqorsk — Rusiya Federasiyasında yerləşən şəhər. Murmansk vilayətinə daxildir.
Oleni adaları
Oleni adaları — Şimal Torpağının mərkəzi hissəsində (Rusiya) yerləşən adalar qrupu. Adalar Şimal Buzlu okeana daxil olan Kara dənizi suları ilə əhatələnir. İnzibati cəhətdən isə Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. Arxipelaq dörd adadan ibarətdir. Oktyabr İnqilabı adasında yerləşən Kurçavaya çayı mənsəbindən cənubda yerləşir. Oleni adalarının ən şimal nöqtəsini təşkil edən ada Oktyabr İnqilabı adasından 800 m aralıda yerləşir. Ən cənubda yerləşən ada isə 4 km aralıdadır. Qrupa daxil olan adalar qərbdən şərqə doğru uzanır. Adalar 1,4/2,5/2,1/2,4 km uzunluqlara sahibdir. Üç adanın eni 600–700 m arasında dəyişdiyi halda biri 400 metrdən bir qədər yüksəkdir.
Oleni adası
Oleni adası — Minin şxeri arxipelaqına daxil olan ada. İnzibati cəhətdən Rusiya Federasiyası, Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. Ada Şimal Buzlu okeana daxil olan Kara dənizi suları ilə əhatələnir. Ada Minin şxerinə daxil olan digər adalar kimi 1740-cı ildə kəşf edilmişdir. Adalar şturman Fyodr Alekseyeviç Mininin şərəfinə adlandırmışdır. O, Böyük Şimal Espedisiyasının Ob-Yenisey dəstəsinə rəhbərlik etmişdir. == Yerləşməsi == Ərazisi Böyük Arktik qoruğu ərazisinə daxildir. Oleni adasından şimalda Ploski və Mısovıy adaları, şərq və şimal-şərqdə Şkolnikov boğazı arxasında Sirkul adası və materik yarımadası olan Minin yarımadası, cənub-şərqdə Xmıznikov boğazı arxasında Skalistiy adası, cənubda isə Plavnikovıye adaları yerləşir. Yaxınlığında yerləşən nisbətən iri ada Sirkul adasıdır. Ada ilə Rusiyanın materik hissəsi ilə arasında məsafə 4 km-dir.
Oleni adası (Kandalakşski körfəzi)
Oleni adası — Ağ dənizə daxil olan Kandalakşski körfəzində yerləşən ada. Ada Kandalakşa şəhərindən cənubda yerləşir. Körfəzdə Veliki adasından sonra ikinci böyük adadır. İnzibati cəhətdən Murmansk vilayəti, Kandalakşski rayonu ərazisində yerləşir. Adanın cənub-qərbində kiçik göl vardır. Ətrafında yerləşən kiçik adacıqlar arasında ən irisi Telyaçidir. Adanıən maksimal hündürlüyü 61,6 metrditr. Adanın cənub-qərbimndə Korovaya buxtası yerləşir.Ada Kandalakşski qoruğunun bir parçasıdır. İnzibati cəhətdən isə Murmansk vilayəti, Kandalakşski rayonu ərazisində yerləşir.
Oleniy (Kara dənizi)
Oleniy — ada Kara dənizində, Qdansk yarımadasından şimalda yerləşir. Sahəsi 1197 km² təşkil edir. İnzibati cəhətdən Yamalo-Nenets Muxtar Dairəsi ərazisinə daxildir. Böyük arktik qoruğu ərazisini təşkil edir. Materikdən dayaz Oleniy boğazı ilə ayrılır. Boğazın eni 2 km-dir. Adanın relyefi düzənlikdir. Burada göllər vardır. Ada əsasən Mamır, Şibyə və Tundra otları ilə örtülür.
Olenok
Olenok (saxa Өлөөн) — Rusiya ərazisində Şərqi Sibirdən axan çay. Krasnoyarsk diyarı ərazisindən axaraq Yakutiya ərazisində dənizə tökülür. Rusiyanın ən uzun çaylarından biridir. Cəmi 92 km məsafədə naviqasiya mümkündür == Coğrafiyası == Çay Orta Sibir öndağlığı ilə Şimali Sibir çökəkliyi ilə axır. Laptevlər dənizinə daxil olan Olenok körfəzinə tökülür. Dənizə töküldüyü yerdə sahəsi 475 km² olan delta əmələ gətirir. Çayın uzunluğu 2292 km, hövzəsinin sahəsi 219 min. km² təşkil edir. Çayın deltasında bir qrup adalar vardır: Canqılax, Kuqun-Arıta, Ulaxan Arı (iri adalar), Bılıktax-Arıta, Oççuquy-Arı, Oqonner-Arıta, Ot-Arı, Bolder-Arıta, Syuqyulder-Arlta, Olete-Arıta, Okuollax-Arıta, Kersyose-Arıta, Xobuox-Arıta, Kasyan-Arıta, Şved-Mayaktax-Arıta, Eppet-Belkey, Kyiryor-Arı, Tonqolox-Belkee, Xastax-Arı, Tiqyan-Arı, Xaxıs-Belkee, Borid-Arıta, İsay-Belkee (kiçik adaları). Çayın dənizə töküldüyü yerdə Şaxtalax-Arı adası yerləşir.
Olenok körfəzi
Olenok körfəzi — Laptevlər dənizində yerləşən körfəz. Körfəzin uzunluğu 65 km, eni isə 130 km-dir. Ən dərin yeri 15 metrdir. Lena deltasından qərbdə yerləşir. İlin böyük qismi buzla örtülüdür. Avqust-sentyabr ayları buzdan azad olur. Körfəzin suyu az duzludur. Bu səbəbdən burada şirin su balıqlarını görmək olar. Körfəzə Olenok çayı tökülür. Şərq sahillərini Lena deltası şəkilləndirir.
Olenok ulusu
Olenok ulusu (saxa Өлөөн улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Olenok kəndidir. == Coğrafiyası == Ulusun sahəsi 318.0 min km²-dir. Saxanın ən böyük ulusudur. Sahəsi Saxa Respublikasındakı ən kiçik olan Meqino-Xanqalas ulusundan 27 dəfə daha böyükdür. Ulus şimaldan Anabar ulusu, şimal-şərqdən Bulun ulusu, şərqdən Jıqan, Vilyoy ulusu, Yuxarı Vilyoy ulusu, cənub-şərqdən Nyurba ulusu, cənubdan Mirnı ulusu ilə həmsərhəddir. Həmçinin Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ilə həmsərhədə malikdir. Respublikanın şimal-qərbində, Arktika Dairəsindən kənarda, Olenok və Anabar çaylarının hövzələrində yerləşir. Yakutskdan rayon mərkəzinə getmək üçün min kilometrdən çox yol qət etmək lazımdır. Avtomobil yolu ilə 2026 km, su ilə 3989 km.
Yeva Olenskaya
Yeva Nikitiçna Olenskaya (1900, Quba, Bakı quberniyası, Rusiya imperiyası – 19 may 1959, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan teatrının ilk aktrisalarından biri, Əmək Qəhrəmanı, Azərbaycan SSR xalq artisti. == Həyatı == Yevgeniya Nikitiçna Olenskaya 1900-cü ildə Qubada anadan olub. Əslən rus olsa da uşaqlıqdan Azərbaycan dilini öyrənib və sonrakı dövrlərdə Yeva və ya Yeva xanım adı ilə tanınıb. 1907-ci ildə ailəsi ilə birlikdə Bakıya köçüb. Böyük bacısı Aleksandra Olenskaya Azərbaycan fəaliyyət göstərən müxtəlif teatr truppalarında çıxış edirdi. İlk dəfə 1913-cü il oktyabrın 25-də 13 yaşında bacısı ilə birlikdə Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının premyerasında Asya rolunu ifa edib. 1913-cü ildə Nicat Cəmiyyətinin teatr truppasına daxil olub. Daha sonra bacısı ilə birlikdə Səfa Cəmiyyətinin teatr truppasında fəaliyyət göstərib. 1917-ci ildə Boris Svetlov və Q.Lemberq tərəfindən ekranlaşdırılmış "Arşın mal alan" filmində bacısı Aleksandra ilə birlikdə rol alıb və burada Telli obrazını canlandırıb. 1918-1919-cu illərdə Hacıbəyli qardaşlarının opera-operetta artistləri dəstəsi fəaliyyət göstərib.
Olena Karpenko
Olena Oleksiyivna Karpenko (ukr. Олена Олексіївна Карпенко; 16 sentyabr 1981, Kiyev) və ya səhnə adı ilə Solomiya — Ukrayna müğənnisi, bəstəkarı və şairi. Olena ukrayna, ingilis və rus dillərində bəstələr hazırlayır. O, Ukraynada və xaricdə caz, blüz, rok, pop, klassik janrlarda əsərlər yazır və ifa edir. == İlk illəri == Olenanın atası ukraynalı psixofizioloq və hüceyrə transplantoloqu Aleksey Karpenkodur. Karpenko sənətşünaslıq üzrə bakalavr dərəcəsini (2002) və jurnalistika üzrə magistr dərəcəsini (2005) Kiyev-Moqila Akademiyasının Milli Universitetində almışdır. O, Ukrayna Milli Musiqi Akademiyasında (2003–2007) Qalina Suxorukova və Lüdmila Qarmaşdan vokal dərslər almışdır. == Karyerası == 2011-ci ildə Ukraynanın müstəqilliyinin 20 illiyi münasibətilə Avropa Şurasının rəhbərliyi tərəfindən Strasburqda Avropanın diplomatları qarşısında solo konsert verməyə dəvət olunmuşdu. 2015-ci ildə Olena "Oranta" mahnısını Nyu-York Moda Həftəsi çərçivəsində keçirilən Ukrayna moda nümayişinin əsas mahnısı kimi ifa etmişdir. Onun "Mermaid" mahnısı (sözləri ukraynalı şair Taras Şevçenkoya, musiqisi Karpenkoya aiddir) S. Biqunun "Ana ürəyi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2011 •••••••••• 0.09
2012 •••••••••••••••••••• 0.17
2015 •••••••••••••••••••• 0.17
2018 •••••••••••••••••• 0.15

Oxşar sözlər

#olen nədir? #olen sözünün mənası #olen nə deməkdir? #olen sözünün izahı #olen sözünün yazılışı #olen necə yazılır? #olen sözünün düzgün yazılışı #olen leksik mənası #olen sözünün sinonimi #olen sözünün yaxın mənalı sözlər #olen sözünün əks mənası #olen sözünün etimologiyası #olen sözünün orfoqrafiyası #olen rusca #olen inglisça #olen fransızca #olen sözünün istifadəsi #sözlük