Olimpiadas sözü azərbaycan dilində

Olimpiadas

Yazılış

  • Olimpiadas • 50.0000%
  • olimpiadas • 50.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
42-ci Şahmat Olimpiadası
42-ci Şahmat Olimpiadası (bəzən Bakı Şahmat Olimpiadası adlanır) — Beynəlxalq Şahmat Federasiyası (FİDE) tərəfindən təşkil olunmuşdur. Olimpiadaya Açıq və Qadınlar turniri və şahmat oyununu təbliğ etmək üçün nəzərdə tutulmuş bir sıra tədbirlər daxil olunmuşdur. Tədbir 2016-cı il 1–14 sentyabr tarixlərində Bakıda keçirilmişdir. Şahmat Olimpiadası Azərbaycanda ilk dəfə keçirilsə də, Azərbaycan daha əvvəl güclü turnirlərə, o cümlədən, Vüqar Həşimovun xatirəsinə həsr olunmuş illik Şəmkir Beynəlxalq Şahmat Turnirinə və 2015-ci ildə Şahmat üzrə Dünya Kubokuna ev sahibliyi etmişdir.Tədbirdə iştirakçılarının ümumi sayı 1587 nəfər idi. Açıq turnirdə 894, Qadınlar turnirində isə 693 nəfər iştirak etmişdir. Qeydiyyatdan keçmiş komandaların sayı — açıq bölmədə 180 ölkədən 175-i, Qadınlar bölməsində isə 142 ölkədən 138-i iştirak etmişdir. Hər iki bölmədə komandan iştirakı rekordları qeyd olunmuşdur. Eritreya, Kosova və Cənubi Sudan ilk dəfə turnirdə iştirak etmişdir. Tədbir Bakı Kristal Zalında keçirilmişdir. Tədbirin baş hakimi Azərbaycandan beynəlxalq arbitr olan Faiq Həsənov idi.ABŞ 1976-cı ildən ilk dəfə və ümumilikdə altıncı dəfə açıq tədbirdə qızıl medal qazanmışdır.
Beynəlxalq Fizika Olimpiadası
Beynəlxalq Fizika Olimpiadası (IPHO — International Physics Olympiad) – ilk dəfə 1967-ci ildə Polşanın Varşava şəhərində keçirilmiş yarış. Olimpiadada hər ölkədən 2 rəhbərin başçılığında 5 şagird iştirak edir. Bununla yanaşı hər ölkə müşahidəçilərlə də təmsil olunur. Olimpiada adətən iyul ayının ortalarında, hər dəfə fərqli bir ölkənin təşkillatçılığı altında keçirilir və ümumi 9–10 günü əhatə edir. Hazırkı prezidenti Prof Rajdeep Singh Rawatdır. == Yarışın strukturu == 1. Hər komanda yalnız orta məktəb şagirdlərindən ibarət olmaqla 5 nəfərdən artıq olmamalıdır. Universitet tələbələrinin iştirakına icazə verilmir. Hər komandaya 2 rəhbər başçılıq edir. 2.
Beynəlxalq İnformatika Olimpiadası
Beynəlxalq İnformatika Olimpiadası (BİO) (ing. International Olympiad in Informatics (IOI) ~ ru. Международная олимпиада по информатике ~ tr. Uluslararası Bilgisayar Olimpiyatları) – orta məktəb şagirdləri arasında informatika (proqramlaşdırma) üzrə hər il keçirilən beynəlxalq yarış. BİO-nun keçirilmə ideyası 1987-ci ilin oktyabrında Parisdə YUNESKO-nun 24-cü konfransında Bolqarıstanlı riyaziyyat professoru Blaqovest Sendov tərəfindən irəli sürülüb. 1989-cu ilin mayında YUNESKO-nun sponsorluğu və təşkilatçılığı ilə 1-ci Beynəlxalq İnformatika Olimpiadası Bolqarıstanın Pravets şəhərində keçirilib. Beynəlxalq İnformatika Olimpiadası hər il keçirilir. Hər bir iştirakçı ölkənin nümayəndə heyətinin tərkibinə komandanın rəhbəri, onun müavini və dördədək şagird daxil ola bilər. Şagirdlərin cari olimpiada ilinin iyul ayının 1-dək 20 yaşı tamam olmamalı və onlar əvvəlki olimpiada ilinin sentyabr-dekabr aylarında orta ümumtəhsil məktəblərində oxumuş olmalıdırlar. Ölkə komandasının tərkibinə informatika üzrə milli olimpiadaların qaliblərini, yaxud beynəlxalq olimpiada öncəsi xüsusi seçim turundan keçmiş şagirdləri daxil etmək məsləhət görülür.
Beynəlxalq İnformatika Olimpiadası (BİO)

Kor Şahmat Olimpiadası
Kor Şahmat Olimpiadası korlar üçün beynəlxalq şahmat yarışıdır. Yarışda komandalar bir-birilərinə qarşı oynayırlar, hər 4 ildən bir keçirilir və Beynəlxalq Brayl Şahmat Assosasiyası (ing. International Braille Chess Association) tərəfindən maliyyələşdirilir. Gözdən əlillər arasında keçirilən ən böyük idman yarışıdır. == Tarix == 1958-ci ildə Almaniyanın Raynbraytbax şəhərində keçirilən korlar üçün şahmat turniri korlar üçün şahmat olimpiadasının keçirilməsi üçün ilk təşəbbüs idi. Turnirin qalibi Beynəlxalq Brayl Şahmat Assosasiyasının qurucusu Reqinald Volter Bonham oldu. İlk rəsmi Kor Şahmat Olimpiadası 1961-ci ildə Almaniyanın Meşed şəhərində keçirildi. Yarışda 8 komanda 122 oyun keçirdi və Yuqoslaviya komandası qalib gəldi. 3-cü Kor Şahmat Olimpiadası 1968-ci ildə İngiltərənin Weymouth şəhərində keçirildi, 20 komanda yarışdı. Yarışın qalibi Rusiya komandası oldu, Yuqoslaviya komandası isə ikinci yeri tutdu.
Münhen Olimpiadası
== Olimpiadanın açılışı ==
Şahmat Olimpiadası
Şahmat Olimpiadası - hər iki ildən bir keçirilən beynəlxalq şahmat turniri. Turnirin əsası 1924-cü ildə Parisdə qoyulmuşdur. Amma ilk iki turnir qeyri-rəsmi olmuşdur. Rəsmi turnir ilk dəfə 1927-ci ildə Londonda keçirilmişdir. Hazırda yarış FİDE-nin təşkilatçılığı ilə baş tutur. 1976-cı ildə siyasi səbəblər üzündən turnirin İsrailin Hayfa şəhərində keçirilməsinə etiraz əlaməti olaraq bəzi dövlətlər yarışdan imtina etmiş və Liviyanın paytaxtı Tripolidə qeyri-rəsmi turnir keçirmişdirlər. 2016-cı ildə turnir Azərbaycanın paytaxtı Bakıda, 2018-ci ildə isə Gürcüstanın Batumi şəhərində keçiriləcəkdir.

"olimpiadas" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#olimpiadas nədir? #olimpiadas sözünün mənası #olimpiadas nə deməkdir? #olimpiadas sözünün izahı #olimpiadas sözünün yazılışı #olimpiadas necə yazılır? #olimpiadas sözünün düzgün yazılışı #olimpiadas leksik mənası #olimpiadas sözünün sinonimi #olimpiadas sözünün yaxın mənalı sözlər #olimpiadas sözünün əks mənası #olimpiadas sözünün etimologiyası #olimpiadas sözünün orfoqrafiyası #olimpiadas rusca #olimpiadas inglisça #olimpiadas fransızca #olimpiadas sözünün istifadəsi #sözlük