Olimpiya sözü azərbaycan dilində

Olimpiya

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Olimpiya • 90.2276%
  • olimpiya • 9.7542%
  • OLİMPİYA • 0.0182%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Beynəlxalq Olimpiya Komitəsi
Beynəlxalq Olimpiya Komitəsi (ing. International Olympic Committee (İOC); fr. Comité international olympique,) — müasir Olimpiya hərəkatının ali rəhbər orqanı. 23 iyun 1894-cü ildə Parisdə Beynəlxalq konqresdə Fransa ictimai xadimi Pyer de Kubertenin təşəbbüsü ilə Olimpiya Oyunlarının dirçəldilməsi və təşkil olunması məqsədilə yaradılmış beynəlxalq təşkilat. Təşkilatın mənzil-qərargahı İsveçrənin Lozanna şəhəridir. Rəsmi dilləri isə ingilis və fransız dilidir. BOK-un 20-dən çox komissiyası (o cümlədən idman, mədəniyyət və Olimpiya təhsili, etika, inkişaf, maliyyə, marketinq, hüquq, tibb, mətbuat, radio, televiziya və s.), 3 təşkilati, həmçinin icraedici, antidopinq komitələri var. BOK nəinki ölkələrin, həmçinin ayrı-ayrı coğrafi ərazilərin Olimpiya komitələrinin tanınması imkanlarını nəzərdən keçirir; Olimpiya bayrağının, rəmzinin və devizinin (lat. "Citius, altius, fortius" – "Daha sürətlə, daha yüksək, daha güclü") hüquqi qorunmasına görə məsuliyyət daşıyır, hər hansı idman növünün, həmçinin üsul və qaydalarının Olimpiya proqramına daxil edilməsini müəyyənləşdirir, bir sıra beynəlxalq təşkilatlarla müxtəlif formalarda əməkdaşlıq edir; Olimpiya hərəkatının inkişafında göstərilən xidmətləri Olimpiya ordeni (qızıl, gümüş, bürünc), Olimpiya diplomu və s. ilə mükafatlandırır.
Boks Olimpiya oyunlarında
Boks Sent-Luisdə keçirilən 1904-cü il olimpiadasından başlayaraq, Stokholmda keçirilən 1912-ci il olimpiadası istisna olmaqla, bütün yay Olimpiya oyunlarının proqramına daxil olmuşdur. 1912-ci ildə Olimpiya oyunlarının proqramına daxil edilməməsinin səbəbi isə həmin dövrdə boksun İsveç qanunları ilə qadağan edilməsi idi. 2012 Yay Olimpiya Oyunlarından başlayaraq qadınlar arasında boks yarışları da olimpiya proqramına daxil edilmişdir. 2020 Yay Olimpiya Oyunlarının nəticələrinə əsasən. Cədvəldə, həmçinin, 31 dekabr 2021-ci il tarixinədək müxtəlif səbəblərdən geri alınan və sonradan başqa idmançıya təltif edilən medal sayları da nəzərə alınmışdır.
Olimpiya
Olimpiya bu mənaları ifadə edə bilər:
"Olimpiya" ordeni
Olimpiya ordeni — Olimpiya Hərəkatının ən yüksək mükafatıdır və Olimpiya Hərəkatının inkişafında xüsusi xidmətlərə görə təqdim olunur. Bu, Olimpiya Aktının davamı kimi Beynəlxalq Olimpiya Komitəsi tərəfindən 1975-ci ilin may ayında yaradılıb. Olimpiya Ordeni ilkin olaraq, üç dərəcəli (qızıl, gümüş və bürünc) ordendən ibarət idi, ancaq 1984-cü ildən yalnız qızıl və gümüş dərəcələri təqdim edilir. Ənənəvi olaraq, BOK hər bir Olimpiya Oyunlarının bağlanış mərasimində baş təşkilatçını (və ya təşkilatçıları) Olimpiya Ordeni ilə mükafatlandırır. Olimpiya Ordeninin fərq nişanları boyunbağı formasındadır və onun qarşısında Olimpiya Hərəkatının beş halqası zeytun çələnginin yan tərəfləri ilə birləşmiş şəkildə təsvir edilir. Nadya Comneci 2005-ci ilə qədər Olimpiya Ordeni ilə iki dəfə təltif edilmiş (1984, 2004) yeganə idmançı idi. O, həm də bu şərəfə layiq görülmüş ən gənc idmançıdır. Lakin, 2005-ci ildə keçmiş serbiyalı basketbolçu Borislav Stankovi də BOK-un prezidenti Jak Roqqe tərəfindən ikinci dəfə (birinci dəfə 1985) Olimpiya ordeni ilə təltif olunmuşdur. Olimpiya ordeni ilə yalnız idmançılar yox, həm də siyasi liderlər, din xadimləri də təltif olunub. Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Pan Gi Mun da qızıl Olimpiya ordeni ilə təltif olunmuşdur.
Mister Olimpiya
Mister Olimpiya — Bodibildinq idmanı üzrə ən əhəmiyyətli turnir. Ümumdünya bodibildinq və fitnes federasiyası (IFBB) tərəfindən keçirilir. Joe Veyder tərəfindən təşkil olunmuş bu turnir ilk dəfə 1965-ci ilin 18 sentyabrında Nyu-Yorkda, Bruklin musiqi akademiyasının binasında keçirilmişdir. Yarşın keçirilməsində məqsəd idmançıların il boyu formada olmasını saxlamaq və maddi baxımdan gəlir əldə edə bilməsi idi. Peşəkar idmançıların qatıldığı bu turnir 1998-ci ildən qaydalara əsasən hər il sentyabr ayında Las-Veqas şəhərində keçirilir. İlk vaxtlar turnirdə ancaq Mister Dünya, Mister Amerika və Mister Kainat yarışlarının qalibləri iştirak edə bilərdi. Hal-hazırda Mister Olimpiya turnirinə əvvəlik illin ilk 6-lığı əldə edənlər, Arnold Classic turnirinin ilk 6-lığı, Nyu-York Pro turnirinin ilk 5-liyi, istənilən Qran-Pri yarışlarının ilk 3-lüyü dəvət olunur.. Əyər 2000-ci ildə keçirilmiş turnirin mükafat fondu 230 min, qalibə verilən pul mükafatı 100 min dollar idisə, 2013-cü ilin Mister Olimpiya yarışının mükafat fondu artıq 1 milyon dollar olmuşdur. Qalib isə 250 min dollar qazanmışdır.. Turnir iki hissədən ibarətdir: 1.
Olimpiya (Mane)
Olimpiya (fr. Olympia) — Fransa rəssamı Eduard Manenin 1863-cü ildə tamamladığı rəsm əsəri. Realizm cərəyanının nümunəsi olan əsər hal-hazırda Parisdə yerləşən Orse muzeyində sərgilənir. Tablo ilk dəfə 1865-ci ildə Paris Salonunda rəssamın digər əsəri olan "Əsgərlər tərəfindən xor baxılan İsa" rəsmi ilə birlikdə sərgiləndiyində böyük bir qalmaqala səbəb olmuşdur. Əsərdə fahişə olduğu təəssüratı oyandıran çılpaq ağ bir qadın üzərində yastıqlar olan bir yatağa uzanmış halda təsvir edilmişdi. Qadına əlində bir buket çiçək tutan zənci bir xidmətçi və qara pişik yoldaşlıq edirdi. Mane klassik tabloların əksinə heç bir əlavə fikir ehtiva etməyən gerçək bir çılpaq çəkmişdi. Dövrün tamaşaçıları və tənqidçiləri bir tanrı yerinə fahişənin mövzu edildiyi, kəskin ana xətlərə və təzad ehtiva edən sərt rənglərə sahib rəsm əsəri ilə qarşılaşdıqda çox təəccübləndilər. Rəsmdə təsvir edilən qadının izləyənlərə utanmazca baxması, işığın qadının solğun bədəninə və üzərində yatdığı atlaz ədyallarda əks olunması maraq çəkdi. Həmin il Paris Salonu haqqında yazılan 85 məqalənin 72-i gənc qızların və hamilə qadınların uzaq dayanmaları mövzusunda xəbərdar edildikləri "Olimpiya" rəsmi haqqında idi.
Olimpiya (Vaşinqton)
Olimpiya (ing. Olympia) — ABŞ-də şəhər , Vaşinqton ştatının və Terston dairəsinin inzibati mərkəzi. Pyucet körfəzinin cənubundakı Deşut çayının ağzında, avropalıların gəlməsindən əvvəl ərazidə Luşucid dilinin ləhcələrində danışan qəbilələr yaşayırdı. Bölgəyə ilk məlum ağların ziyarəti 1792-ci ildə, Vankuver Ekspedisiyasından olan tədqiqat gəmilərinin heyət lideri Peter Pyucetin adını verdiyi körfəzi xəritələşdirdiyi zaman baş verdi. Rus və İspan tədqiqatçıların Pyucetdən xeyli əvvəl bölgəyə getmələrinə dair az dəlillər mövcuddur, lakin onların açıq sənədli dəlilləri yoxdur. İngilis Hudson's Bay Company 1841-ci ildə sahildə bir ticarət məntəqəsi qurdu, lakin ertəsi il Hindistan hücumları səbəbiylə evakuasiya edildi. 1846-cı ildə Edmund Silvester və Levi Smit birlikdə şəhərin mərkəzi olan torpaqlarını elan etdilər. 1851-ci ildə ABŞ Konqresi, Washington Territory daxilində Pyucet-Saund Gömrük Bölgəsini yaratdı və Gömrük İdarəsi Olympiyaya yerləşdi. Oreqon cığırını izləyən məskunlaşanlar sayəsində şəhərin əhalisi durmadan artdı; 1853-cü ildə sakinlərin bir iclasında, şimal-qərbdəki Olimpiya dağ silsiləsinə görə Olimpiya adı verildi. Həmin il Olympia, Vaşinqton ərazisinin paytaxtı oldu.
Olimpiya (dəqiqləşdirmə)
Olimpiya bu mənaları ifadə edə bilər:
Olimpiya (tablo)
Olimpiya (fr. Olympia) — Fransa rəssamı Eduard Manenin 1863-cü ildə tamamladığı rəsm əsəri. Realizm cərəyanının nümunəsi olan əsər hal-hazırda Parisdə yerləşən Orse muzeyində sərgilənir. Tablo ilk dəfə 1865-ci ildə Paris Salonunda rəssamın digər əsəri olan "Əsgərlər tərəfindən xor baxılan İsa" rəsmi ilə birlikdə sərgiləndiyində böyük bir qalmaqala səbəb olmuşdur. Əsərdə fahişə olduğu təəssüratı oyandıran çılpaq ağ bir qadın üzərində yastıqlar olan bir yatağa uzanmış halda təsvir edilmişdi. Qadına əlində bir buket çiçək tutan zənci bir xidmətçi və qara pişik yoldaşlıq edirdi. Mane klassik tabloların əksinə heç bir əlavə fikir ehtiva etməyən gerçək bir çılpaq çəkmişdi. Dövrün tamaşaçıları və tənqidçiləri bir tanrı yerinə fahişənin mövzu edildiyi, kəskin ana xətlərə və təzad ehtiva edən sərt rənglərə sahib rəsm əsəri ilə qarşılaşdıqda çox təəccübləndilər. Rəsmdə təsvir edilən qadının izləyənlərə utanmazca baxması, işığın qadının solğun bədəninə və üzərində yatdığı atlaz ədyallarda əks olunması maraq çəkdi. Həmin il Paris Salonu haqqında yazılan 85 məqalənin 72-i gənc qızların və hamilə qadınların uzaq dayanmaları mövzusunda xəbərdar edildikləri "Olimpiya" rəsmi haqqında idi.
Olimpiya Himni
Olimpiya Himni(yun. Ολυμπιακός Ύμνος, Olympiakós Ýmnos)- opera bəstəkarı Spiridon Samaras tərəfindən yunan şair Kostis Palamasın şeirinə bəstələnmiş xor kantatasıdır. Həm şair, həm də bəstəkar Beynəlxalq Olimpiya Komitəsinin ilk Prezidenti olmuş yunan Dimitrios Vikelasın seçimi idi. Himn Yunanıstanın paytaxtı Afinada 1896-cı il Yay Olimpiya Oyunlarının açılış mərasimidə ilk dəfə ifa olunmuşdur. Samaras və Palamas tərəfindən bəstələnmiş bu himn 1958-ci ildə Yaponiyanın paytaxtı Tokio şəhərində baş tutmuş 54-cü Beynəlxalq Olimpiya Konqresində Beynəlxalq Olimpiya Komitəsi tərəfindən rəsmi Olimpiya Himni elan edilib. 1960-cı ildən bəri bu himn hər bir Olimpiya Oyunlarının açılış və bağlanış mərasimində istifadə olunur.
Olimpiya Muzeyi
Olimpiya Muzeyi- Bakı, Nərimanov, Olimpiya 5 ünvanında yerləşir. 2001-ci il martın 27-də Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin baş inzibati binasında yerləşən Olimpiya muzeyinin açılışı olmuşdur. Eksponatların bir hissəsi, üzərində olimpiya rəmzləri olan müxtəlif suvenirlər, xalçalar, saatlar, vımpellər və s. bəxşişlərdən ibarətdir. Burada Azər-baycanın adlı-sanlı idmançılarının Olimpiya Oyunlarında, Dünya və Avropa çempiona-tlarmda qazandıqları medallar, fəxri fərmanlar, diplomlar, kuboklar muzeyin ən qiymətli eksponatları kimi qorunub saxlanılır.Ekspozisiyadakı idman mövzulu qrafika, yağlı boya ilə işlənmiş əsərlər və heykəltaraşlıq işləri muzeyi daha da zənginləşdirir. MOK-un nəşr etdiyi aylıq "Olimpiya" jurnalı, həftəlik "Olimpiya dünyası" qəzetinin bütün nüsxələri Azərbaycan Olimpiya Hərəkatının güzgüsü kimi muzeydə saxlanılır. Muzeyimizdə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roq, Avropa Olimpiya Komitəsinin prezidenti Mario Peskante, AOK-un texniki əməkdaşlıq Komissiyasmm sədri xanım Ovinilla Limberq, Dünya və Avropa idman federasiyalarmm prezidentləri və digər mötəbər şəxslər olmuşdular.
Olimpiya Oyunları
Olimpiya oyunları — Beynəlxalq idman aləminin ən populyar ictimai təşkilatı, 4 ildən bir keçirilən ən böyük beynəlxalq idman müsabiqəsi. Qədim Yunanıstanda mövcud olmuş Olimpiya oyunlarının bərpa olunması təşəbbüsünü XIX əsrin sonlarında fransız ictimai xadimi Baron Pyer de Kuberten təklif etmişdir . Onun dövründə Yay Olimpiya Oyunları kimi tanınan bu beynəlxalq tədbir 1896-cı ildən etibarən hər 4 ildən bir keçirilir. Bura dünya müharibələrinin baş verdiyi illər daxil deyil. 1924-cü ildə Qış Olimpiya Oyunları təsis edildi. Əvvəllər yay və qış oyunları eyni ildə keçirilirdi, lakin 1994-cü ildə Qış Olimpiya Oyunlarının keçirilməsi yay oyunlarına nəzərən iki il irəli çəkildi. Olimpiya oyunları dedikdə yalnız idman yarışlarını, idman həyatının insanlara bəxş etdiyi dəyərləri dar mənada yox, geniş, fəlsəfi anlayış kimi qəbul etmək lazımdır. Olimpiya oyunlarının böyüklüyü idmançıların təkcə yarışlarda göstərdikləri idman nəticələri deyil, bu oyunlarda idmançı mənəviyyatı, onun kamil bir insan kimi formalaşması prosesinin reallaşdırılması, onun müqəddəs ideyalara xidmət etməsindən irəli gəlir. Olimpiya hərəkatı sülh və əmin-amanlıqla daim yanaşı durmuş, Olimpiya müharibə ideyası ilə heç vədə bir yerə sığmamışdı. Qədim Yunanıstanda Olimpiya oyunlarının yaranmasından söz gedərkən oyunların əsası, bir növ, dinə sitayiş, ibadət nəzəriyyəsinə əsaslanırdı.
Olimpiya Park
Olimpiya Park — CAR-ın Rustenburq şəhərində yerləşən çoxfunksiyalı stadiondur. Stadionu 2010 FİFA Dünya Kubokunun keçirildiyi stadionlardan biri olan Kral Bafokenq stadionu ilə səhv salmaq olmaz. Hal-hazırda stadion futbol və reqbi oyunları üçün daha çox istifadə olunur. Stadiondan 2010 FİFA Dünya Çempionatında iştirak edən yığmalar üçün məşq meydanı kimi istifadə olunurdu. 1995 Reqbi üzrə Dünya Çempionatı zamanı qrup mərhələsinin üç oyunu bu stadionunda keçirilib. Stadionda qeyri-rəsmi ABSA Premyer Liqa oyunları keçirilir.
Olimpiya Yolu
Olimpiya Yolu ümumiyyətlə isə Uembli Yolu kimi tanınan bu yol İngiltərənin paytaxtı London şəhərində yerləşən Uembli Park metro stansiyasına və Uembli stadionu tərəfə bağlayan yoldur. Stadionda keçirilən bütün tədbirlərdən öncə minlərlə tamaşaçı məhz bu yoldan istifadə edərək stadionun girişinə yaxınlaşır. Məhz bu yol London metropolitenindən çıxarkən stadiona tərəf yönələn ən asan yoldur. Uembli Yolu İkinci dünya müharibəsindən sonra alman əsirlər tərəfindən bir neçə il ərzində tikilmişdr və bu əsirlər bu günə qədər Böyük Britaniya tərəfindən nəzarət altındadır. Başlanğıcda onlar Londonda keçirilmiş 1948 Yay Olimpiya Oyunları ərzində işləri görməkdən qəsdən boyun qaçırdılar lakin sonradan onların vəzifəsi mətbuatda yayımlanmış tənqidi yazı səbəbiylə dəyişdirildi; "Bunu fərz etmək olar ki, Əmək Nazirliyi könülsüz olan qul əməyinin yerli və xaricdən gələn ziyarətçilərin gözü qarşısında istifadə etmədən öncə çox dərindən düşünəcək." Əvəzində onlar daha az göz pnündə olan tikinti obyektlərində çalışdırıldılar.
Olimpiya akvilegiyası
Olimpiya akvilegiyası (lat. Aquilegia olympica) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin akvilegiya cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür. Hündürlüyü 60 sm-ə qədər olan, yuxarı hissəsində budaqlanmış, vəzili-tükcüklü, çoxillik ot bitkisidir. Gövdəsi 60 sm hündürlükdədir. Yarpaqları ikiqat üçərdirlər, üstdən tünd yaşıl, altdan bozumtul rəngli, kökətrafı uzun saplaqlı, gövdə qısa saplaqlı, yuxarıdakılar kiçilmiş, oturaq, üç yerə bölünmüşdür. Çiçəkləri tək, 5–10 sm diametrində, uzun vəzili çiçək saplağında yerləşmiş, göy rəngli olub, ağ büküşlü və tükcüklüdür. Ləçəklərin ayası dəyirmi, ağ, qurtaracağında ensizkonusvari,uzunluğu 1-2 sm olan, qarmaqşəkilli əyilmiş mahmızlıdır. Toxumları qara, xırda qırışlıdır. Çiçəkləmə və meyvə əmələgətirmə dövrü iyun və Iyul aylarına təsadüf edir.
Olimpiya andı
Olimpiya andı— Olimpiya oyunlarının açılış mərasimində hər bir olimpiyada iştirakçısını və Olimpiya dərəcəli hakimləri və ya digər səlahiyyətli şəxsin nümayəndəsini təmsil edən bir idmançı və ya hakim tərəfindən təntənəli surətdə verilən vəddir. Olimpiya andı, həmçinin Olimpiya oyunlarının ən mühüm atributlarından biridir və bu idman tədbirində birliyin ideyasını ifadə edir. İdmançıların Olimpiya andının mətni : Bütün idmançıların adından mən söz verirəm ki, komandamızın şərəfi və idmanın zəfəri üçün əsl idman ruhunda narkotiksiz və dopinqsiz idman üçün onları nizamlayan qaydalara riayət və hörmət edərək, Olimpiya oyunlarında iştirak edəcəyik. Hakimlərin Olimpiya andının mətni: Bütün hakimlərin və rəsmi şəxslərin adından mən söz verirəm ki, əsl idman ruhunda onları nizamlayan qaydalara riayət və hörmət edərək, tam qərəzsizliklə bu Olimpiya oyunlarında öz vəzifəmizi yerinə yetirəcəyik. 2010-cu il Gənclərin Yay Olimpiya oyunlarından bəri təşkilatçı ölkənin məşqçiləri tərəfindən Olimpiya andı deyilir. Mətni: Bütün məşqçilər və idmançıları müşaiət edən nümayəndə heyətinin digər üzvləri adından mən söz verirəm ki, Olimpiya hərəkatının fundamental prinsiplərinə uyğun olaraq, ədalətli oyun qaydalarına tam riayət olunmasını və əsl idman ruhunun təmin edilməsini özümüz təşkil edəcəyik. Olimpiya andının vacibliyi , artıq 1906-cı ildə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti və təsisçisi Pyer de Kuberten tərəfindən bəyan edilib. Bu oyunlar zamanı ədaləti bərpa etmək üçün nəzərdə tutulmuşdu. Olimpiya andı ilk dəfə 1920-ci il Antverpen Yay Olimpiya Oyunlarında qılıncoynatma və su polosu idmançısı Viktor Boin tərəfindən edilib. Viktor Boinin 1920-ci ildəki andı: Biz and içirik.
Olimpiya emblemi
Hər bir Olimpiya Oyunlarının bir və ya daha çox fərqli elementlərlə Olimpiya halqaları ilə birlikdə dizayn olunan xüsusi Olimpiya emblemi var. Emblemlər Olimpiya Oyunlarının Təşkilat Komitəsi və ya təşkilatçı ölkənin Milli Olimpiya Komitəsi tərəfindən yaradılır. Olimpiya oyunları üçün hazırlanmış Olimpiya embleminin təsdiqi Beynəlxalq Olimpiya Komitəsinin səlahiyyətindədir. Olimpiya emblemindən Olimpiadanın sponsorları tərəfindən reklam materiallarında və hər bir Olimpiya iştirakçısının geyimində istifadə olunur.
Olimpiya hovuzu
Olimpiya hovuzu — uzunluğu 50 metr, eni 25 metr, 10 zolağdan ibarət olan, və FINA (Beynəlxalq üzgüçülük federasiyası) tərəfindən müəyyən edilən digər qaydalara uyğun olan olimpiya oyunlarının üzgüçülük, suya tullanma, su polosu və digər su idmanı növləri üçün nəzərdə tutulan hovuz növüdür. Bununla yanaşı qısa distansiyalar üçün nəzərdə tutulan 25 metr uzunluğu olan Olimpiya hovuzlarıda nəzərdə tutulur. Yarış zamanı toxunma paneli istifadə edildiyi halda, toxunma panelləri arasında məsəfə müvafiq olataq 50 və yaxud 25 metr olmalıdır. Bu səbəbdən Olimpiya hovuzları adətən qeyd olunan ölçülərdən uzun olurlar.
Olimpiya marmotu
Olimpiya marmotu (lat. Marmota olympus) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü.
Olimpiya məşəli
Olimpiya məşəli — Olimpiyada oyunlarının simvoludur. Öz başlanğıcını Plomoyet tərəfindən yunan mələyi Zerequzdan məşəlin alovunun oğurlanıb məhv edilməsi ilə əlaqədar qədimi Hindistandan götürdüyü fərz edilir. Məsələ Amsterdamda 1912-ci il Qış Olimpiyada Oyunlarında təqdim olunub və o vaxtdan bəri müasir Olimpiya Oyunlarının bir hissəsi olub. Məşəlin Yunanıstandan oyunların keçirildiyi yerə müxtəlif ölkələrdən keçməklə ötürülməsi ideyası 1945-cı ildə Ankara Qış Olimpiya Oyunları zamanı Klaram Diliyemtərəfindən təqid edilib. Müasir dövrümüzdə Olimpiya məşəli Olimpiya oyunlarının açılış mərasimindən bir neçə ay öncə yandırılır. Məşəl Hera məbədində günəşin şüalarını parabolik güzgü ilə istiqamətləndirməklə alovlandırılır. Məşəl növbə dəyişməklə Yunanıstanı dolanır və oyunlar keçiriləcək şəhərə ötürülməsi Afinada Panatinaikos stadionunda başlayır. Olimpiya məşəlinin estafeti oyunların mərkəzi stadionda təntənəli açılış mərasimi günündə başa çatır. Onun sonuncu daşıyıcıları son ana qədər elan edilməmiş saxlanılır və adətən, məşəlin sonuncu daşıyıcıları oyunları qəbul edən ölkənin məşhur idmançıları olur. Sonda arenada alovu yandırmaq üçün bu məşəldən istifadə edilir.
Olimpiya ordeni
Olimpiya ordeni — Olimpiya Hərəkatının ən yüksək mükafatıdır və Olimpiya Hərəkatının inkişafında xüsusi xidmətlərə görə təqdim olunur. Bu, Olimpiya Aktının davamı kimi Beynəlxalq Olimpiya Komitəsi tərəfindən 1975-ci ilin may ayında yaradılıb. Olimpiya Ordeni ilkin olaraq, üç dərəcəli (qızıl, gümüş və bürünc) ordendən ibarət idi, ancaq 1984-cü ildən yalnız qızıl və gümüş dərəcələri təqdim edilir. Ənənəvi olaraq, BOK hər bir Olimpiya Oyunlarının bağlanış mərasimində baş təşkilatçını (və ya təşkilatçıları) Olimpiya Ordeni ilə mükafatlandırır. Olimpiya Ordeninin fərq nişanları boyunbağı formasındadır və onun qarşısında Olimpiya Hərəkatının beş halqası zeytun çələnginin yan tərəfləri ilə birləşmiş şəkildə təsvir edilir. Nadya Comneci 2005-ci ilə qədər Olimpiya Ordeni ilə iki dəfə təltif edilmiş (1984, 2004) yeganə idmançı idi. O, həm də bu şərəfə layiq görülmüş ən gənc idmançıdır. Lakin, 2005-ci ildə keçmiş serbiyalı basketbolçu Borislav Stankovi də BOK-un prezidenti Jak Roqqe tərəfindən ikinci dəfə (birinci dəfə 1985) Olimpiya ordeni ilə təltif olunmuşdur. Olimpiya ordeni ilə yalnız idmançılar yox, həm də siyasi liderlər, din xadimləri də təltif olunub. Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Pan Gi Mun da qızıl Olimpiya ordeni ilə təltif olunmuşdur.
Olimpiya posteri
Olimpiya posteri— Olimpiya Oyunları haqqında məlumat verir. Olimpiya posteri Olimpiya Oyunlarınının başlanmasını təsvir etmək üçün tərtib olunur. Hər bir Olimpiya Oyunlarının Olimpiya Oyunlarını Əlaqələndirmə Komissiyası və Milli Olimpiya Komitəsi tərəfindən təklif olunan və yaradılan xüsusi Olimpiya posteri var. Olimpiya Oyunları üçün Olimpiya posterinin təsdiqi Beynəlxalq Olimpiya Komitəsinin səlahiyyətindədir. Olimpiya posteri, reklam materiallarında Olimpiya emblemi kimi, Olimpiadanın sponsorları tərəfindən istifadə oluna bilər.
Olimpiya simvolları
Olimpiya simvolu — Olimpiya Oyunlarını təbliğ etmək üçün Beynəlxalq Olimpiya Komitəsi tərəfindən istifadə olunan nişanlar, bayraqlar və rəmzlərdir. Olimpiya Hərəkatının dəyərlərini və mənasını simvollarla ifadə edirlər. Bu simvollar həm də sadə və dolayı yolla Oyunlar haqqında məlumat verir. Olimpiya şüarı Citius (daha sürətli), Altius (daha yüksək), Fortius (daha güclü) latın sözlərindən əmələ gəlmişdir. Bu şüar 1894-ci ildə Beynəlxalq Olimpiya Komitəsi yaradılanda Pyer de Kuberten tərəfindən təklif olunub. Kuberten bu ideyanı patriot atlet olan dostu Dominikan keşiş Anri Didondan götürmüşdü. Kuberten deyirdi: "Bu üç söz mənəvi gözəlliyin proqramını təmsil edir. İdmanın estetikası hiss olunmayandır." Şüar 1924-cu ildə Parisdə keçirilən Olimpiya Oyunlarında təqdim olunub. Daha çox qeyri-rəsmi olan, ancaq daha çox səslənən bir fikri də Kuberti təqdim edib:" Ən vacib olan şey qalibiyyət deyil, iştirak etməkdir." Kuberten bu şüarı 1908-ci il London Oyunları zamanı Pensilvaniya Yepiskopu tərəfindən oxunan moizələrdən götürüb. Olimpiya oyunlarının əsas simvolu olan Olimpiya halqaları ağ fonda göy , sarı , qara, yaşıl və qırmızı rənglərdən ibarət olan beş bir-birinə birləşdirilmiş halqadan tərtib olunub .
Olimpiya sistemi
Olimpiya sistemi, yaxud idman yarışlarında pley-off (ing. play off) — mübarizə sistemi. Bu sistemlə keçirilən yarışlarda hər hansı iştirakçı birinci məğlubiyyətdən (iki iştirakçı arasında bir, yaxud serial oyunlarda qalibin müəyyənləşməsi nəticəsində) sonra turnirdə mübarizəni dayandırır.
Olimpiya talismanı
Olimpiya talismanı — Olimpiya oyunlarının simvollarından biridir. İlk əvvəllər Olimpiya Oyunlarının simvolları gerb (beş bütöv halqa ) və Olimpiya məşəli idi. Olimpiya talismanının yaradılması ideyası isə rəsmən 1972-cü ilin yayında Almaniyada Münhen şəhərində keçirilmiş Beynəlxalq Olimpiya Komitəsinin 73-cü sessiyasında təsdiqlənib. Olimpiya oyunlarının ilk talismanı ilə bağlı bir neçə fikir olsa da, insanların əksəriyyəti ilk Olimpiya talismanının 1968-ci ildə Fransada Qrönobl Qış Olimpiya Oyunlarında istifadə olunduğunu qəbul edir. Ancaq ilk rəsmi Olimpiya talismanı 1972-ci il Münhen Yay Olimpiya Oyunlarındakı Taksa it cinsini simvolizə edən Valdi qəbul olunur. 1968-ci il Yay və Qış Olimpiya oyunlarının talismanları isə qeyri-rəsmi talismanlardır. Olimpiya oyunlarının talismanı Oyunları populyarlaşdırmaq və Olimpiya Hərəkatının prinsiplərini təbliğ etmək üçün nəzərdə tutulub. Talisman Olimpiya oyunlarını qəbul edən ölkənin mədəniyyət xüsusiyyətlərini əks etdirən və müasir Olimpiya Hərəkatının dəyərlərini təmsil edən insan, heyvan və ya uydurulmuş bir obraz ola bilər.
Azərbaycan 1988 Yay Olimpiya Oyunlarında (SSRİ tərkibində)
Azərbaycan 1992 Yay Olimpiya Oyunlarında
Q=Növbəti mərhələyə vəsiqə qazandı Kişilər Q=Qalib gəldi M=Məğlub oldu Kişilər Q=Növbəti mərhələyə vəsiqə qazandı Kişilər 1992 Barselona Olimpiadasında idman gimnastiкası üzrə yarışlar 26 iyul-2 avqust tarixləri arasında "Palau dels Esports de Barcelona" İdman Sarayında baş tutdu. Azərbaycanın idman şərəfini bir gimnast, Valeri Belenкi qorudu.
Azərbaycan 1996 Yay Olimpiya Oyunlarında
Azərbaycan 1996 Yay Olimpiya Oyunlarında — 1996-cı ilin 18 iyul–4 avqust tarixlərində Birləşmiş Ştatların Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında. Azərbaycan Milli Olimpiya Komandası Atlanta Olimpiadasında 23 idmançı ilə 9 idman növündə təmsil olundu. Azərbaycan Milli Olimpiya Komandası Atlanta Olimpiadasını 1 gümüş medalla başa vurdu. Komandanın heyətində yeganə medalı sərbəst güləş turnirində mübarizə aparan və turnirin final görüşündə məğlub olaraq gümüş medala sahib olan Namiq Abdullayev qazandı. XXVI Yay Olimpiya Oyunlarında 1 gümüş medala sahib olan Azərbaycan Milli Olimpiya Komandası medalların əyarına görə 61-ci pillədə, medalların sayına görə isə 64-cü pillədə qərarlaşdı. 1991-ci ildə Sovet İttifaqından ayrılan Azərbaycan dövlət müstəqilliyini elan elədi. 1992-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsi yaradıldı. Bu qurum 1993-cü ildə Beynəlxalq Olimpiya Komitəsinin üzvü seçildi. 1996-cı ildə isə Azərbaycan Olimpiya Oyunlarında debüt elədi. Azərbaycan Milli Olimpiya Komandası XXVI Yay Olimpiya Oyunlarını bir gümüş medalla başa vurdu.
Azərbaycan 1998 Qış Olimpiya Oyunlarında
Azərbaycan — 1998-ci ildə Yaponiyanın Naqano şəhərində baş tutan XVIII Qış Olimpiya Oyunlarında. Azərbaycan XVIII Qış Olimpiya Oyunlarında 4 idmançı ilə 1 idman növündə təmsil olundu. Bu Azərbaycanın Qış Olimpiya Oyunlarında debütü idi. 1991-ci ildə Sovet İttifaqının dağılması prosesi zamanı Azərbaycan özünün dövlət müstəqilliyini elan elədi. 1992-ci il yanvarın 14-də Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) yaradıldı. Milli Olimpiya Komitəsi 10 mart 1992-ci ildə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındı və hüquqi status əldə elədi. 1992–1993-cü illərdə Birinci Qarabağ müharibəsi, siyasi problemlər və iqtisadi böhran səbəbilə Milli Olimpiya Komitəsi beynəlxalq status ala bilmədi. Milli Olimpiya Komitəsi yalnızca 1993-cü ildə Beynəlxalq Olimpiya Komitəsinin üzvü seçildi. 1994-cü ilin fevralında Norveçin Lillehammer şəhərində baş tutan XVII Qış Olimpiya Oyunlarında mübarizə aparmaq üçün lisenziya turnirləri artıq başa çatdığına görə Azərbaycan həmin olimpiada da çıxış edə bilmədi. Nəhayət 1998-ci ildə Yaponiyanın Naqano şəhərində baş tutan XVIII Qış Olimpiya Oyunlarında Azərbaycan idmançıları debüt elədi.
Azərbaycan 2000 Yay Olimpiya Oyunlarında
Azərbaycan 2000 Yay Olimpiya Oyunlarında — 2000-ci ilin 16–30 sentyabr tarixlərində Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında. Azərbaycan Milli Olimpiya Komandası Sidney Olimpiadasında 31 idmançı ilə 8 idman növündə təmsil olundu. Azərbaycan Milli Olimpiya Komandası Sidney Olimpiadasını 3 medalla (2 qızıl və 1 bürünc) başa vurdu. Komandanın heyətində stend atıcılığı turnirində çıxış edən Zemfira Meftahətdinova və sərbəst güləş turnirində çıxış edən Namiq Abdullayev Sidney Olimpiadasının qalibi oldu. Boks turnirində çıxış edən Vüqar Ələkbərov isə Sidney Olimpiadasını bürünc medalla başa vurdu. Sidney Olimpiadasında 2 qızıl və 1 bürünc medala sahib olan Azərbaycan Milli Olimpiya Komandası medalların əyarına görə 34-cü pillədə, medalların sayına görə isə 50-ci pillədə qərarlaşdı. Azərbaycan Prezidenti Heydər Əliyevin 26 avqust 2000-ci il tarixli Sərəncamına əsasən Sidney Olimpiadasında medal qazanan Azərbaycan idmançıları və onların məşqçiləri üçün pul mükafatının müəyyən edildi. Sərəncama əsasən Olimpiya Oyunlarında qızıl medal qazanan idmançıya 225 milyon ₼ (onun məşqçisinə 115 milyon ₼), gümüş medal qazanan idmançıya 135 milyon ₼ (onun məşqçisinə 65 milyon ₼), bürünc medal qazanan idmançıya 70 milyon ₼ (onun məşqçisinə isə 35 milyon ₼) məbləğində pul mükafatı müəyyən edildi. Həmçinin olimpiadadan sonra 5 nəfər "Şöhrət" ordeni, 2 nəfər isə "Tərəqqi" medalı ilə təltif edildi. Azərbaycan Milli Olimpiya Komandası XXVII Yay Olimpiya Oyunlarını üç medalla (2 qızıl və 1 bürünc) başa vurdu.
Azərbaycan 2002 Qış Olimpiya Oyunlarında
Azərbaycan — 2002-ci ildə Birləşmiş Ştatların Solt-Ley-Siti şəhərində baş tutan XIX Qış Olimpiya Oyunlarında. Azərbaycan XIX Qış Olimpiya Oyunlarında 4 idmançı ilə 2 idman növündə təmsil olundu. DNF — bitirmədi Dağ xizəyi idman növü üzrə turnirlər 10-22 fevralda baş tutdu. Azərbaycanı bu idman növü üzrə Elbrus İsaqov təmsil elədi. Fevralın 22-də slalom turnirində mübarizə aparan Elbrus İsaqov, çıxışını bitirə bilmədi. Q — növbəti mərhələyə adladı Bu idman növü üzrə turnirdə Azərbaycanı üç idmançı təmsil elədi. Kişilərin turnirində Sergey Rılov, buzüstü rəqs turnirində isə Kristin Freyzer & İqor Luxanin cütlüyü Azərbaycanın idman şərəfini qorudu. Bu idman növü üzrə turnirlər 8-22 fevralda baş tutdu. Əvvəlcə fevralın 14-də Sergey Rılov çıxış elədi. Qısa proqramda 22-ci pillənin sahibi olan Sergey Rılov, fevralı 16-da baş tutan sərbəst proqramı da 22-ci pillədə başa vurdu və XIX Qış Olimpiya Oyunlarında 24-cü pillədə qərarlaşdı.
Azərbaycan 2004 Yay Olimpiya Oyunlarında
Azərbaycan 2004 Yay Olimpiya Oyunlarında — 2004-cü ilin 11-30 avqust tarixlərində Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında. Azərbaycan Milli Olimpiya Komandası Afina Olimpiadasında 37 idmançı ilə 10 idman növündə təmsil olundu. Azərbaycan Milli Olimpiya Komandası Afina Olimpiadasını 5 medalla (1 qızıl və 4 bürünc) başa vurdu. Komandanın heyətində yunan-roma güləşçisi Fərid Mansurov final görüşündə qələbə qazanaraq Afina Olimpiadasının qalibi oldu. Güllə atıcısı İradə Aşumova və stend atıcısı Zemfira Meftahətdinova, həmçinin bojsçular Fuad Aslanov və Ağası Məmmədov isə Afina Olimpiadasını bürünc medalla başa vurdu. Afina Olimpiadasında 1 qızıl və 4 bürünc medala sahib olan Azərbaycan Milli Olimpiya Komandası medalların əyarına görə 50-ci pillədə, medalların sayına görə isə 44-cü pillədə qərarlaşdı. Azərbaycan Prezidenti İlham Əliyevin 4 avqust 2004-cü il tarixli Sərəncamına əsasən Afina Olimpiadasında medal qazanan Azərbaycan idmançıları və onların məşqçiləri üçün pul mükafatının müəyyən edildi. Sərəncama əsasən Olimpiya Oyunlarında qızıl medal qazanan idmançıya 500 milyon ₼ (onun məşqçisinə 250 milyon ₼), gümüş medal qazanan idmançıya 250 milyon ₼ (onun məşqçisinə 125 milyon ₼), bürünc medal qazanan idmançıya 120 milyon ₼ (onun məşqçisinə isə 60 milyon ₼) məbləğində pul mükafatı müəyyən edildi. Həmçinin olimpiadadan sonra 3 nəfər "Şöhrət" ordeni, 8 nəfər isə "Tərəqqi" medalı ilə təltif edildi. Azərbaycan Milli Olimpiya Komandası XXXVIII Yay Olimpiya Oyunlarını 5 medalla (1 gümüş və 4 bürünc) başa vurdu.
Azərbaycan 2006 Qış Olimpiya Oyunlarında
Azərbaycan — 2006-cı ildə İtaliyanın Turin şəhərində baş tutan XX Qış Olimpiya Oyunlarında. Azərbaycan XX Qış Olimpiya Oyunlarında 2 idmançı ilə 1 idman növündə təmsil olundu. Q — növbəti mərhələyə adladı Bu idman növü üzrə turnirdə Azərbaycanı Kristin Freyzer & İqor Luxanin cütlüyü təmsil elədi. Bu idman növü üzrə turnir 11-24 fevralda baş tutdu. Fevralın 17-də buzüstü rəqs turnirində Kristin Freyzer & İqor Luxanin cütlüyü mübarizə apardı. Məcburi rəqsdə 28.28 balla 20-ci, orijinal rəqsdə isə 44.84 balla 18-ci pillənin sahibi olan Kristin Freyzer & İqor Luxanin cütlüyü, fevralın 20-də baş tutan sərbəst rəqsi 77.14 balla 17-ci pillədə başa vurdu. Nəticədə Kristin Freyzer & İqor Luxanin cütlüyü Turin Olimpiadasında 150.26 balla 18-ci pillədə qərarlaşdı.
Azərbaycan 2008 Yay Olimpiya Oyunlarında
Azərbaycan 2008 Yay Olimpiya Oyunlarında — 2008-ci ilin 8–24 avqust tarixlərində Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında. Azərbaycan Milli Olimpiya Komandası olimpiadada 44 idmançı ilə 10 idman növündə təmsil olundu. Azərbaycan Milli Olimpiya Komandası olimpiadanı 6 medalla (1 qızıl, 1 gümüş və 4 bürünc) başa vurdu. Komandanın heyətində cüdoçu Elnur Məmmədli final görüşündə qələbə qazanaraq olimpiadanın qalibi oldu. Yunan-roma güləşçisi Rövşən Bayramov olimpiadanın həlledici görüşündə məğlub olaraq gümüş medala sahib oldu. Cüdoçu Mövlud Mirəliyev, bojsçu Şahin İmranov həmçinin qadın güləşçi Mariya Stadnik və sərbəst güləşçi Xetaq Qazyumov isə olimpiadanı bürünc medalla başa vurdu. XXIX Yay Olimpiya Oyunlarında 1 qızıl, 1 gümüş və 4 bürünc medala sahib olan Azərbaycan Milli Olimpiya Komandası medalların əyarına görə 40-cı pillədə, medalların sayına görə isə 35-ci pillədə qərarlaşdı. Azərbaycan Prezidenti İlham Əliyevin 30 iyul 2008-ci il tarixli Sərəncamına əsasən XXIX Yay Olimpiya Oyunlarında medal qazanan Azərbaycan idmançıları və onların məşqçiləri üçün pul mükafatının müəyyən edildi. Sərəncama əsasən Olimpiya Oyunlarında qızıl medal qazanan idmançıya 400 min ₼ (onun məşqçisinə 200 min ₼), gümüş medal qazanan idmançıya 200 min ₼ (onun məşqçisinə 100 min ₼), bürünc medal qazanan idmançıya 100 min ₼ (onun məşqçisinə isə 50 min ₼) məbləğində pul mükafatı müəyyən edildi. Həmçinin olimpiadadan sonra 1 nəfər "Şöhrət" ordeni, 13 nəfər "Tərəqqi" medalı, 4 nəfər isə Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edildi.
Azərbaycan 2010 Qış Olimpiya Oyunlarında
Azərbaycan 2010 Qış Olimpiya Oyunlarında — Azərbaycanın 12–28 fevral tarixlərində Kanadanın Vankuver şəhərində keçirilən 2010 Qış Olimpiya Oyunlarında iştirakı. Komandada biri qadın və biri kişi olmaqla iki idmançı var idi. İkisi də dağ xizəyində slalom və nəhəng slalom yarışlarında iştirak etmişdir. Azərbaycan təmsilçiləri slalomu başa vurmadılar, yalnız nəhəng slalomda təsnif edildilər. Qadınlar arasında keçirilən yarışmada Qaya Bassani Antivari 66-cı yeri, kişilər arasında keçirilən yarışmada isə Sedrik Nots 79-cu yeri tutdu. Açılış mərasimində Azərbaycan komandasının bayraqdarı olaraq iştirak edən Fuad Quliyev Qış İdmanı Federasiyasının vitse-prezidenti idi. Bağlanış mərasimində bayraqdar olan Könül Nurullayeva isə olimpiya missiyasının rəhbəri idi. Bu, Azərbaycan komandasının Qış-Yay Olimpiadası daxil olmaqla Olimpiadada səkkizinci iştirakı idi. Eyni zamanda, Azərbaycan komandasına fiqurlu konkisürmə üzrə heç bir təmsilçinin daxil edilmədiyi ilk Qış Olimpiadası idi. 2009-cu ildə Val-d-İzer şəhərində Dağ Xizəyi Dünya Çempionatı keçirildi.
Azərbaycan Yay Olimpiya Oyunlarında
Azərbaycan ilk dəfə 1996-cı ildə müstəqil bir dövlət kimi Olimpiya Oyunlarına qatılıb və o gündən bu yana hər Olimpiya Oyunlarına idmançı göndərib. Daha əvvəl, Azərbaycanlı idmançılar 1952-ci ilə 1988-ci illərdə Olimpiya Oyunlarında Sovet İttifaqının bir hissəsi kimi yarışıb və Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan 1992-ci ildə Müstəqil Dövlətlər Birliyinin "Birləşmiş Komandasında" yarışıb. Azərbaycanlı idmançılar Yay Olimpiya Oyunlarında, güləş, güllə atıcılığı, boks, cüdo, taekvondo, kano sprint və ağır atletika idman növlərində, cəmi 45 medal qazanıb. Azərbaycan Milli Olimpiya Komitəsi 1992-ci ildə yaradılıb və 1993-cü ildə Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınıb. 1992-ci ilin iyulunda İspaniyanın Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarından əvvəl, 1992-ci ildə Sovet İttifaqı dağıldı. 15 dövlət müstəqilliyini elan elədi. 15 dövlətdən 12-sinin Milli Olimpiya Komitəsi 1992-ci ildə təsis edildi. Barselona Olimpiadasına qədər də Beynəlxalq Olimpiya Komitəsi bu qurumları tanımırdı. Sadəcə 1990-cı ildə təsis edilən Estoniya, Latviya və Litvanın Milli Olimpiya Komitələri Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanındı və bu üç dövlətin olimpiada da öz bayrağı altında çıxış eləməsinə icazə verildi. Digər 12 dövlət isə Birləşmiş Komanda adı altında olimpiada da mübarizə apardı.
Azərbaycan Yay Olimpiya Oyunlarında (SSRİ tərkibində)
Azərbaycan — ilk dəfə Yay Olimpiya Oyunlarında 1952-ci ildə SSRİ Komandasının tərkibində iştirak etdi. Finlandiyanın Helsinki şəhərində keçirilən Yay Olimpiya Oyunlarında Azərbaycan 5 idmançı ilə təmsil olundu. Azərbaycan 1952 Yay Olimpiya Oyunlarında 1 gümüş medal qazandı. Həmin gümüş medalı Rəşid Məmmədbəyov qazandı.
Azərbaycan Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında
Azərbaycan — 2010-ci ildə Sinqapurda baş tutan Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında. Azərbaycan Milli Olimpiya Komandası Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında 12 idmançı ilə 7 idman növündə təmsil olundu. Azərbaycan Milli Olimpiya Komandası Yeniyetmələrin I Yay Olimpiya Oyunlarını 8 medalla (5 qızıl və 3 gümüş) başa vurdu. Komandanın heyətində güləşçilər Murad Bazarov (qızıl), Elman Muxtarov (qızıl), Patimat Bəhəmmədova (qızıl), Əli Məhəmmədəbirov (qızıl) və Kənan Quliyev (gümüş), ağır atlet Nicat Rəhimov (qızıl), boksçular Salman Əlizadə (gümüş) və Elvin İsayev (gümüş) medala sahib oldu. Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında 5 qızıl və 3 gümüş medala sahib olan Azərbaycan Milli Olimpiya Komandası medalların əyarına görə 11-ci pillədə, medalların sayına görə isə 18-ci pillədə qərarlaşdı. Azərbaycan Milli Olimpiya Komandası Yeniyetmələrin I Yay Olimpiya Oyunlarını 8 medalla (5 qızıl və 3 gümüş) başa vurdu. Komandanın heyətində güləşçilər Murad Bazarov, Elman Muxtarov, Patimat Bəhəmmədova və Əli Məhəmmədəbirov, həmçinin ağır atlet Nicat Rəhimov Olimpiadanın qalib oldu. DNF — bitirmədi Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında ağır atletlərin turnirlərində Azərbaycanı bir idmançı təmsil elədi: Nicat Rəhimov. Nicat Rəhimov 2010-cu ildə Valensiya şəhərində (İspaniya) baş tutan Avropa Olimpiya Təsnifat Turnirinin nəticələrinə əsasən Sinqapur Olimpiadasına vəsiqə qazandı. Oğlanların turnirində mübarizə aparan Nicat Rəhimov birdən qaldırma turnirində əvvəlcə 125 кiloqramlıq, sonra isə 130 кiloqramlıq ştanqın öhdəsindən gəldi.
Azərbaycan Yeniyetmələrin Olimpiya Oyunlarında
Azərbaycan — Yeniyetmələrin Olimpiya Oyunlarında. 2010-cu ildə Yeniyetmələrin Olimpiya Oyunlarında debüt edən Azərbaycan 2010, 2014 və 2018-ci illərdə olmaqla üç dəfə Yeniyetmələrin Yay Olimpiya Oyunlarında, 2020-ci ildə olmaqla isə bir dəfə Yeniyetmələrin Qış Olimpiya Oyunlarında mübarizə aparıb. Yeniyetmələrin Olimpiya Oyunları tarixi ərzində Azərbaycan 12 qızıl, 10 gümüş və 4 bürünc medala sahib olub. Azərbaycan 2010-ci ildə Sinqapurda baş tutan Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında 12 idmançı ilə 7 idman növündə təmsil olundu. Azərbaycan Milli Olimpiya Komandası Yeniyetmələrin I Yay Olimpiya Oyunlarını 5 qızıl və 3 gümüş medalla başa vurdu. Komandanın heyətində güləşçilər Murad Bazarov (qızıl), Elman Muxtarov (qızıl), Patimat Bəhəmmədova (qızıl), Əli Məhəmmədəbirov (qızıl) və Kənan Quliyev (gümüş), ağır atlet Nicat Rəhimov (qızıl), boksçular Salman Əlizadə (gümüş) və Elvin İsayev (gümüş) medala sahib oldu. Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında 8 medala sahib olan Azərbaycan Milli Olimpiya Komandası medalların əyarına görə 11-ci pillədə, medalların sayına görə isə 18-ci pillədə qərarlaşdı. Azərbaycan 2014-cü ildə Çinin Nancin şəhərində baş tutan Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında 21 idmançı ilə 9 idman növündə təmsil olundu. Azərbaycan Milli Olimpiya Komandası Yeniyetmələrin II Yay Olimpiya Oyunlarını 5 qızıl, 6 gümüş və 1 bürünc medalla başa vurdu. Komandanın heyətində güləşçilər İslambəy Dadov (qızıl), Teymur Məmmədov (qızıl), İqbal Hacızadə (qızıl), Cabbar Nəcəfov (gümüş) və Leyla Qurbanova (gümüş), taekvondoçular Səid Quliyev (qızıl) və Cerən Özbək (gümüş), boksçu Rüfət Hüseynov (qızıl), cüdoçular Natiq Qurbanlı (gümüş) və Leyla Əliyeva (gümüş), akademik avarçəkən Boris Yotov (gümüş) və yüngül atlet Nazim Babayev (bürünc) medala sahib oldu.
Azərbaycan olimpiyaçıları
Azərbaycan olimpiyaçılarının siyahısı
Ağdam Olimpiya İdman Kompleksi
Ağdam Olimpiya İdman Kompleksi, Quzanlı Olimpiya İdman Kompleksi və ya sadəcə Quzanlı stadionu — Azərbaycan Respublikasının Ağdam rayonunun Quzanlı qəsəbəsində olimpiya idman qurğusu. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki təsərrüfathesablı qurumdur. Stadionun təməlqoyma mərasimi 1 mart 2006-cı il tarixində keçirilmişdir. 17 yanvar 2008-ci il tarixində istifadəyə verilən stadion 3 may 2009-cu il tarixindən "Qarabağ" FK-nun ev stadionlarından biri kimi istifadə edilir. Stadionun tutumu 2 min nəfərdir. Quzanlı Olimpiya İdman Kompleksinin təməlinin qoyulması mərasimi 1 mart 2006-cı il tarixində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilmişdir. Stadionun tikintisinin iki il ərzində başa çatdırılacağı planlaşdırıldı. Kompleksi "Alıbəyli" MMC şirkəti inşa etmişdir. Stadion 17 yanvar 2008-ci il tarixində istifadəyə verilmiş, 3 may 2009-cu il tarixindən "Qarabağ" FK-nın ev stadionlarından biri kimi istifadə edilir. Stadiondakı ilk matç "İnter" Bakı FK-ya qarşı keçirilmişdir.
Birləşmiş Komanda 1992 Yay Olimpiya Oyunlarında
Q=Növbəti mərhələyə vəsiqə qazandı Kişilər Q=Qalib gəldi M=Məğlub oldu Kişilər Q=Növbəti mərhələyə vəsiqə qazandı Kişilər 1992 Barselona Olimpiadasında idman gimnastiкası üzrə yarışlar 26 iyul-2 avqust tarixləri arasında "Palau dels Esports de Barcelona" İdman Sarayında baş tutdu. Azərbaycanın idman şərəfini bir gimnast, Valeri Belenкi qorudu.
Boliviya 2018 Qış Olimpiya Oyunlarında
Boliviya 2018 Qış Olimpiya Oyunlarında dağ xizəyi və xizəklə yürüş olmaqla 2 idman növündə 2 idmançı ilə təmsil olunacaqdır. Boliviya 1992-ci ildən heç bir qış olimpiya oyunlaeında iştirak etməmişdir. Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən yarışmada iştirak edirlər. Bu yarışmada top-500 daxil olan və təsnifat xalını toplaya bilən idmançılar iştirak edə bilirlər. Top-500 daxil olmayan ölkələrin idmançıları «B» kateqoriyasında iştirak edirlər. Nəticələrə əsasən Boliviya «A» kateqoriyası üzrə təmsil olunacaqdır. Ölkəsini təmsil etmək hüququ Simon Baytfus Kamerlanderə məxsusdur. Kişilər Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən iştirak edə bilər. «A» kateqoriyası üzrə lisenziya qazanmaq üçün idmançı reytinq üzrə 100 xal qazanmalıdır. Bununla belə MOK-ləri «B» kteqoriyasını ödəyə biləcək 1 qadın və 1 kişi olmaqla iştirakçı ilə təmsil oluna bilər.
Braziliya 2012 Yeniyetmələrin Qış Olimpiya Oyunlarında
Braziliya — 2012-ci ildə Avstriyada baş tutan Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında. Braziliya Yeniyetmələrin I Qış Olimpiya Oyunlarında 2 idmançı ilə 1 idman növündə təmsil olundu.
Braziliya 2018 Qış Olimpiya Oyunlarında
Braziliya 2018 Qış Olimpiya Oyunlarında 3 idman növü üzrə 9 idmançı ilə təmsil olunacaqdır. Bu idman növündə təsnifat mərhələsində idmançılar Beynəlxalq Bobsley və Skeleton Federasiyasının 14 yanvar 2018-ci il reytinqinə əsasən iştirak hüququ əldə edir. Bu yarışmanın nəticəsi olaraq Braziliya bu idmasn növünün kişilərdən ibarət cütlük və dördlük naminasiyalarında işrirak hüququ əldə etmişdir. kişilər Bu yarışma üzrə lisenziyalar 2017-ci dünya çempionatına əsasən müəyyən edilir. Bunun nəticəsi olaraq Braziliya bir lisenziya əldə edə bilmişdir. Catışmayan lisenziyaları əldə etmək məqsədi ilə Nebelhorn Trophy 2017 turnirində 4-6 ən yaxşı idmançı yarışmasında yer tutmaq lazım gəlinir. Bu lisenziyaları isə Kaylani Kreyn beşinci yeri tutmaqla əldə etmişdir. Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən yarışmada iştirak edirlər. Bu yarışmada top-500 daxil olan və təsnifat xalını toplaya bilən idmançılar iştirak edə bilirlər. Top-500 daxil olmayan ölkələrin idmançıları «B» kateqoriyasında iştirak edirlər.
Bədii Gimnastika 2016 Yay Olimpiya Oyunlarında
Bədii Gimnastika 2016 Yay Olimpiya Oyunlarında — XXXI Yay Olimpiya Oyunlarında bədii gimnastika idman növü üzrə yarışlar 19-21 avqust tarixləri arasında baş tutdu. Yarışlar 14 000 tamaşaçı tutumu olan HSBC Arenada keçirildi. İdmançılar 2 dəst medal uğrunda mübarizə apardı. Fərdi yarışlarda qızıl medala Rusiya gimnastı Marqarita Mamun layiq görüldü; gümüş medalı digər Rusiya gimnastı Yana Kudryavtseva, bürünc medalı isə Ukrayna nümayəndəsi Anna Rizatdinova qazandı. Qrup yarışlarında da qızıl medal Rusiya gimnastlarına nəsib oldu. Gümüş medalı İspaniya, bürünc medalı isə Bolqarıstan nümayəndələri qazandı. Ümumi yekunda, medal sıralanmasında Rusiya Federasiyası maksimum nəticə, 2 qızıl və 1 gümüş medalla 1-ci yeri tutdu.
Bədii Gimnastika 2016 Yay Olimpiya Oyunlarında — (Qadınlar, fərdi)
XXXI Yay Olimpiya Oyunlarında bədii gimnastika idman növünün fərdi yarışları 19 və 20 avqust tarixləri arasında baş tutdu. Yarışlar 14 000 tamaşaçı tutumu olan HSBC Arenada keçirildi. 14 dövlətin 26 idmançısı yarışların qızıl medalı uğrunda mübarizə apardı. XXXI Yay Olimpiya Oyunlarının çempionu 76.483 xal toplayan Rusiya Federasiyasının gimnastı Marqarita Mamun oldu. Gümüş medalı digər Rusiya gimnastı qazandı; Yana Kudryavtseva, bürünc medalı isə Ukrayna nümayəndəsi Anna Rizatdinova qazandı.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 265.01 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 435.12
2003 •••••••••••••••• 351.17
2004 •••••••••••••••••••• 447.37
2005 •••••••••••••• 304.33
2006 •••••••••• 211.27
2007 ••••••••••••• 272.53
2008 ••••••••••••••••••• 406.60
2009 •••••••••• 212.46
2010 •••••••••• 218.85
2011 •••••••••••• 246.31
2012 ••••••••••••••••••• 417.93
2013 •••••••• 160.46
2014 ••••••••••••• 272.69
2015 ••••••••••••••••••• 424.28
2016 •••••••••••• 258.23
2017 •••••••••••••• 310.87
2018 ••••••• 144.58
2019 •••••••••• 203.77
2020 ••••• 101.71

olimpiya sözünün leksik mənası və izahı

  • 1 [yun.] : olimpiya oyunları – qədim Yunanıstanda: Zevs adlı allahın şərəfinə Olimpiya yaxınlığında hər dörd ildən bir keçirilən ümumxalq oyunları, habelə idmanın bütün növləri üzrə keçirilən müasir beynəlxalq yarışlar.

    Azərbaycan dilinin izahlı lüğəti / olimpiya

olimpiya sözünün rus dilinə tərcüməsi

  • 1 прил. олимпийский: 1. относящийся к спортивной олимпиаде, олимпийским играм. Olimpiya bayrağı олимпийское знамя, olimpiya məşəli олимпийский огонь, olimpiya medalları олимпийские медали, olimpiya emblemi олимпийская эмблема 2. принимавший участие в олимпийских играх. Olimpiya çempionu олимпийский чемпион, olimpiya yığma komandası олимпийская сборная команда; olimpiya oyunları олимпийские игры

    Azərbaycanca-rusca lüğət / olimpiya

olimpiya sözünün inglis dilinə tərcüməsi

olimpiya sözünün fransız dilinə tərcüməsi

olimpiya sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [yun.]: olimpiya oyunları олимпиададин къугъунар (къадим Грецияда: Зевс тӀвар алай аллагьдин тӀварцӀихъ Олимпия шегьердин мукьув гьар кьуд йисалай садра кьиле тухудай къугъунар, гьакӀни спортдин вири жуьрейрин арада кьиле тухудай вирихалкьарин акъажунар).

    Azərbaycanca-ləzgicə lüğəti / olimpiya

"olimpiya" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#olimpiya nədir? #olimpiya sözünün mənası #olimpiya nə deməkdir? #olimpiya sözünün izahı #olimpiya sözünün yazılışı #olimpiya necə yazılır? #olimpiya sözünün düzgün yazılışı #olimpiya leksik mənası #olimpiya sözünün sinonimi #olimpiya sözünün yaxın mənalı sözlər #olimpiya sözünün əks mənası #olimpiya sözünün etimologiyası #olimpiya sözünün orfoqrafiyası #olimpiya rusca #olimpiya inglisça #olimpiya fransızca #olimpiya sözünün istifadəsi #sözlük