olmek sözü azərbaycan dilində

olmek

Yazılış

  • olmek • 50.0000%
  • Olmek • 50.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Olmek mədəniyyəti
Olmek mədəniyyəti — Meksikada arxeoloji mədəniyyət. Mezoamerikada məskunlaşan ilk insanların qoyub-getdikləri dəlillərin tarixi 20 min il bundan öncəyə gedib çıxır. Belə ki, Valsikimo, Tlapakoya ərazilərində tapılmış mızraq və ucluqlar belə sübutlardandır. 5000 ildən sonra artıq burada təsərrüfatla məşğul olan tayfalar məskunlaşmağa başlayır. B.e.ə. II minillikdən başlayaraq dağlıq və sahil ətrafında oturaq həyat tərzinə keçən tayfalar hakim mövqe əldə edirlər. B.e.ə. 1500-1000-ci illərdə Atlantik sahillərində yerləşən Verakrus ştatında mədəniyyət öz yüksək səviyyəsinə çatır. Olmek xalqının adı ilə həmin ərazi elə bu cür də adlandırıldı. Alimlər demək olar ki, bu xalqın mənşəyi haqqında heç bir məlumata malik deyillər.
Olmeklər
Olmeklər - Mərkəzi Amerikada yaşamış hindu tayfası. == Tarixi == Olmeklər - asteklərin tarixi salnamələrində xatırlanan hindu tayfalarından biridir. Tədqiqatçılar, demək olar ki, bu xalqın mənşəyi haqqında heç bir məlumata malik deyillər. Təkcə o məlumdur ki, bu xalq müasir Tabask ştatının ərazisində 4 min il əvvəl məskunlaşmışdı. Qədim rəvayətə görə, onların sirli əcdadları su vasitəsilə həyata gəlmiş və möcüzələrə malik olmuşlar. Bu xalqın əcdadları Tamaançe kimi qəribə adı olan ("Biz evimizi axtarırıq" mənasını verir) ərazidə məskunlaşmışdı. Lakin naməlum səbəbdən bu xalqın müdrik adamları gəmilərə minib, bir də dünyanın axırında qayıdacaqlarını vəd edərək cənuba doğru üzmüşlər. Yerdə qalan insanlar isə, özlərini şərti olaraq görkəmli rəhbərləri, ilk ruhaniləri olan Olmeka Uimtoninin şərəfinə – olmeklər adlandırmışlar.. Olmeklər Meksikada qədim və ilk böyük mədəniyyətin yaradıcıları, sonralar Sokonuskoda (Meksikanın cənub-qərbində yerləşən Çyapas ştatında) mövcud olmuş mədəniyyətin davamçıları olmuşlar../ Olmeklər Meksikanın mərkəzi və cənub hissələrində, müasir Verakrus və Tabasko ştatlarında yerləşən tropik ərazilərdə məskunlaşmışlar. Mülahizələrə görə, olmeklərlə Sokonuskoda Mokaya mədəniyyətini yaradanlar və mixe-soke dilinin daşıyıcıları arasında qohumluq əlaqələri mövcud olmuşdur.

Oxşar sözlər

#olmek nədir? #olmek sözünün mənası #olmek nə deməkdir? #olmek sözünün izahı #olmek sözünün yazılışı #olmek necə yazılır? #olmek sözünün düzgün yazılışı #olmek leksik mənası #olmek sözünün sinonimi #olmek sözünün yaxın mənalı sözlər #olmek sözünün əks mənası #olmek sözünün etimologiyası #olmek sözünün orfoqrafiyası #olmek rusca #olmek inglisça #olmek fransızca #olmek sözünün istifadəsi #sözlük