Omanı sözü azərbaycan dilində

Omanı

Yazılış

  • Omanı • 90.9091%
  • OMANI • 9.0909%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Omanın Bəhreyni işğalı (1717)
Omanın Bəhreyni işğalı (1717) — Bəhreyndəki 115 illik Səfəvi sülaləsi hakimiyyətinə son qoyan Oman müdaxiləsi nəzərdə tutulur. Əsrin əvvəllərindən başlayan əfqan və digər üsyanlar Səfəvi imperiyasının zəifləməsinə səbəb oldu. Bundan istifadə edən Oman dövləti Bəhreyndəki Səfəvi hakimiyyətini devirməyi və oraları öz hakimiyyəti altına almağı bacardı. Bu zaman Omanı Yaruba sülaləsi idarə etməkdə idi. Bu sülalədən olan II Sultan ibn Seyf Bəhreyni ələ keçirdi və əkbərilərin nümayəndəsini taxta çıxardı. == Tarixi == Bəhreynli teoloq Şeyx Yusif əl-Bəhreyni hazırladığı şiə alimlərin bioqrafik lüğətində - Lu’lu’at al-Baḥrayn (Bəhreyn incisi) - işğalı öz nöqtey-nəzərindən belə izah edir: == Nəticə == Sultan ibn Seyfin qüvvələrinin Bəhreyndən geri çəkilməsindən sonra orada hakimiyətini qoruya bilmədi, lakin Omanlıların getməsindən sonra da Bəhreyndə sabitlik yaranmadı. Səfəvi imperiyasının ziyasi zəifliyi ona gətirib çıxardı ki, tez bir zamanda Bəhreyn adaları Huvala tayfası tərəfindən işğal edildi. Bu işğalı əl-Bəhrəni dağıdılma kimi təsvir edir.. Demək olar ki, durmadan davam edən müxtəlif sünni dəniz qüvvələrinin, Omanlıların və Səfəvilərdən sonra Nadir şahla Kərim xan Zəndin müdaxilələri Bəhreynin getdikcə zəifləməsinə və geridə qalmasına səbəb oldu. Həmçiniin, omanlılar tərəfindən inci tacirlərinə və toplayıcılarını tətbiq edilən yüksək vergilər bu sahələrin də tənəzzül etməsinə yol açdı.
Omanın dövlət quruluşu
Omanın dövlət quruluşu - 1996-ci ildə qəbul edilmiş Dövlətin Əsas Qanununa (Ağ Kitab) əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemi. == Dövlət quruluşu == Oman Sultanlığı mütləqiyyət formalı idarəetmə üsuluna malik unitar islam monarxiyasıdır. Milli bayram günü olan Sultanın ad günü 1970-ci ildən etibarən hər il 18 noyabrda qeyd olunur. Dövlətin Əsas Qanunu (Ağ Kitab) 6 noyabr 1996-cı ildən qüvvədədir. == İnzibati bölgüsü == Oman Sultanlığı 11 mühafaza (Dofar, Maskat, Musandam, Şimali Əl-Batina, Cənubi Əl-Batina, Şimali Əş-Şarkiya, Cənubi Əş-Şarkiya, Əd-Daxiliyə, Əz-Zahirə, Əl-Buraymi və Əl-Vusta) bölünür. == Dövlət başçısı == Oman Sultanı ölkədə milli və dini birliyin rəmzi, milli müstəqilliyin və ərazi bütövlüyünün təminatçısı, dövlət və Hökumət başçısı (Baş nazir), ali dini rəhbər (imam) və ali hakim, habelə silahlı qüvvələrin ali baş komandanı, maliyyə, müdafiə və xarici işlər naziridir. Dövlətin idarə olunması, o cümlədən icraedici və qanunvericilik hakimiyyəti bütövlükdə Sultanın səlahiyyətinə aiddir. Kabinetin üzvləri və digər vəzifəli şəxslər, habelə 1996-cı ildən fəaliyyət göstərən Dövlət Şurasının 41 üzvü Sultan tərəfindən təyin olunur. == İcraedici hakimiyyət == Nazirlər Kabinetinin tərkibi, ona bilavasitə rəhbərlik edən Sultanın xüsusi nümayəndəsindən, Baş nazirin 3 müavinindən (bir qayda olaraq Sultanın ən yaxın qohumları olur), Kabinetin katibindən və 20-dən artıq nazirdən ibarətdir. Nazirlərin və əyalət qubernatorlarının böyük əksəriyyəti hakim ailəyə mənsubdurlar.
Omanın əhalisi
== Tarixi == VII əsrin sonlarında omanlılar Şərqi Afrikaya daxil olaraq yerli əhalinin formalaşmasına da müəyyən dərəcədə təsir etmişlər. Omanın qul tacirləri uzun əsrlər boyu Ərəbistan yarımadasının müxtəlif bölgələrinə Afrikadan gətirdikləri qulları satmaqla məşğul olmuşdur. Qədim adət və ənənələrinə sadiq qalan Oman əhalisi iki qrupa: «ərəb ariba» (yerli ərəblər) və «musta ariba» (qarışıq ərəblər) bölünür. Omanın dəniz sahillərində məskunlaşan ərəblərin Afrika zənci qulları ilə qarışığından mulatlar törəmişdir. Ona görə omanlıların bir qisminin xarici görünüşlərində qara rəngli çalarlar üstünlük təşkil edir. Bununla belə ölkənin daxili bölgələrində yaşayan tayfalar avropoid irqini qoruyub saxlamışlar. Omanlılar arasında tarixdə məskunlaşmış şəxsiyyətlər də az olmayıb. Dənizçi Sindbadın omanlı olması hamıya məlumdur. Məşhur səyyah Vasqo da Qamanın gəmilərinin Hindistana Omanlı bosman Əhməd ben Məcid aparmışdı. XVII yüzillikdə omanlı səyyah və dənizçi Əbu Übeydə ben Abdulla ben Qasim yelkənli gəmidə ilk dəfə dünya səyahətinə çıxmışlar.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.06 dəfə / 1 mln.
2006 •••••••••••••• 0.23
2010 •••••• 0.09
2011 ••••• 0.09
2012 ••••••••••• 0.17
2014 •••••••••••••••••••• 0.34

Oxşar sözlər

#omanı nədir? #omanı sözünün mənası #omanı nə deməkdir? #omanı sözünün izahı #omanı sözünün yazılışı #omanı necə yazılır? #omanı sözünün düzgün yazılışı #omanı leksik mənası #omanı sözünün sinonimi #omanı sözünün yaxın mənalı sözlər #omanı sözünün əks mənası #omanı sözünün etimologiyası #omanı sözünün orfoqrafiyası #omanı rusca #omanı inglisça #omanı fransızca #omanı sözünün istifadəsi #sözlük