Omura sözü azərbaycan dilində

Omura

Yazılış

  • Omura • 83.3333%
  • omura • 16.6667%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ceyms Omura
Ceyms Matsumoto Omura (ing. James Matsumoto Omura; 17 noyabr 1912, Beynbric-Aylend[d], Vaşinqton – 20 iyun 1994, Denver) – yaponəsilli ABŞ jurnalisti. O, İkinci dünya müharibəsi zamanı internasiyada olan ABŞ yaponlarının sədaqət sübutu kimi məcburi hərbi xidmətə cəlb olunmasına qarşı olmasına görə tanınır. == Həyatı == === Müharibə dövrü === Ceyms Omura 17 noyabr 1912-ci ildə Vaşinqton ştatının Beynbric-Aylend şəhərində doğulmuşdur. O, 1940-cı ildə həyat yoldaşı Fumi Okumanın köməyi ilə və yığdığı pullarla "Current Life" adlı ilk nəşrini yaratmışdır. Yaponəsilli şəxslərin ABŞ cəmiyyətinə verdiyi töhfələri tanıtmaq məqsədi daşıyan bu nəşrdə ABŞ yaponları haqqında yazılar və xəbərlər yer almışdır. Lakin İkinci dünya müharibəsi səbəbilə "Current Life" cəmi 15 ay nəşr oluna bilmişdir.Omura Denver bölgəsində internasiya düşərgələrinə göndərilmiş ABŞ yaponlarına kömək emək üçün iş agentliyi yaratmışdır. Özü isə internasiyadan qurtulmaq üçün Koloradoya qaçmışdır. Omura yapon icmasının və hökumətin siyasətinə qarşı olduğu üçün onlarla münaqişə yaşamışdır. Belə ki, ABŞ Yaponları Vətəndaşlar Liqası hesab edirdi ki, ABŞ hökumətinin təxliyəsinə qarşı olmaq sədaqətsizlik göstəricisi hesab oluna bilər və ABŞ-yə sədaqətliliyi nümayiş etdirmək üçün təxliyə ilə razılaşmaq ən təhlükəsiz yoldur.Tolan komitəsi üçün şahidlik edən Omura bu siyasətə qarşı çıxmış və təxliyənin yapon sadaqəti sualının həllinə kömək etməyəcəyini bildirmişdir.
Norio Omura
Norio Omura (d. 6 sentyabr 1969) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 30 oyun keçirib, 4 qol vurub.
Omura Sumitada
Omura Sumitada (大村 純忠, 1533, Naqasaki prefekturası – 23 iyun 1587) – Yaponiya tarixində xristianlığı qəbul etmiş ilk daymyo. Xristianlığa keçdikdən sonra özünə Bartolomeu adını götürmüşdür. == Həyatı == Sumitadanın mənsub olduğu Omura ailəsi Kamakura dövründən etibarən Hizen əyalətinin Sonoqi bölgəsində məskunlaşmışdı. Sumitada 1533-cü ildə qonşu daymyo Arima Haruzuminin oğlu kimi doğulmuş, 1538-ci ildə Omura ailəsi tərəfindən övladlığa götürülmüşdür. O, ailədaxili müxalifətə baxmayaraq 1551-ci ildə ailənin başçısı olmuşdur. Yaxın qohumları ilə olan münaqişələrdən və gəlirinin azlığından narazı olan Sumitada daymyo statusunu gücləndirmək üçün portuqal tacirlərlə və yezuitlərlə əlaqələr qurmaq qərarına gəlmişdir.1562-ci ildə ona məxsus olan Yokoseura limanında yezutilər üçün böyük imtiyazlar vermiş, bunun qarşılığında portuqallar illik ticarətlərini Hirado limanından bu limana yönləndirmişdirlər. 1563-cü ildə Sumitadanın xristianlığı qəbul etməsi səbəbilə başlayan üsyan zamanı Yokoseura limanı məhv edilmişdir. Lakin portuqallar 1571-ci ildən etibarən ona məxsus olan Fukuda və Naqasaki limanlarına gəlməyə başlamış, hətta Sumitadaya hərbi yardım göstərmişdirlər. O, 9 iyun 1580-ci ildə Naqasaki bölgəsini "daimi olaraq" Yezuitlər ordeninin ixtiyarına vermiş, onlara inzibati və məhkəmə gücü, hətta ölüm cəzası vermək hüququ qazandırmışdır.1584-cü ildə Şimazu ailəsinin ordusu Naqasakini işğal etmiş, 1587-ci ildə isə Toyotomi Hideyoşi Şimazunu məğlub edərək Naqasakini öz torpaqlarına daxil etmiş və antixristianlıq barədə hökm çıxarmışdır. Sumitada bu hökmdən 2 ay qabaq ölmüşdür.Sumitada 1585-ci ilə qədər 60.000 yaponu xristianlığa keçməyə məcbur etmiş, 87 kilsə tikdirmiş, buddist və şinto məbədlərini məhv etmişdir.
Vayçiro Omura
Vayçiro Omura (1 yanvar 1933 - ?) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 5 oyun keçirib.
Ceyms Matsumoto Omura
Ceyms Matsumoto Omura (ing. James Matsumoto Omura; 17 noyabr 1912, Beynbric-Aylend[d], Vaşinqton – 20 iyun 1994, Denver) – yaponəsilli ABŞ jurnalisti. O, İkinci dünya müharibəsi zamanı internasiyada olan ABŞ yaponlarının sədaqət sübutu kimi məcburi hərbi xidmətə cəlb olunmasına qarşı olmasına görə tanınır. == Həyatı == === Müharibə dövrü === Ceyms Omura 17 noyabr 1912-ci ildə Vaşinqton ştatının Beynbric-Aylend şəhərində doğulmuşdur. O, 1940-cı ildə həyat yoldaşı Fumi Okumanın köməyi ilə və yığdığı pullarla "Current Life" adlı ilk nəşrini yaratmışdır. Yaponəsilli şəxslərin ABŞ cəmiyyətinə verdiyi töhfələri tanıtmaq məqsədi daşıyan bu nəşrdə ABŞ yaponları haqqında yazılar və xəbərlər yer almışdır. Lakin İkinci dünya müharibəsi səbəbilə "Current Life" cəmi 15 ay nəşr oluna bilmişdir.Omura Denver bölgəsində internasiya düşərgələrinə göndərilmiş ABŞ yaponlarına kömək emək üçün iş agentliyi yaratmışdır. Özü isə internasiyadan qurtulmaq üçün Koloradoya qaçmışdır. Omura yapon icmasının və hökumətin siyasətinə qarşı olduğu üçün onlarla münaqişə yaşamışdır. Belə ki, ABŞ Yaponları Vətəndaşlar Liqası hesab edirdi ki, ABŞ hökumətinin təxliyəsinə qarşı olmaq sədaqətsizlik göstəricisi hesab oluna bilər və ABŞ-yə sədaqətliliyi nümayiş etdirmək üçün təxliyə ilə razılaşmaq ən təhlükəsiz yoldur.Tolan komitəsi üçün şahidlik edən Omura bu siyasətə qarşı çıxmış və təxliyənin yapon sadaqəti sualının həllinə kömək etməyəcəyini bildirmişdir.
Bakı Omuraliyev
Bakı Omuraliyev (1932 Qırğızıstan MSSR, Canı-Arık (Qırğızıstanın indiki Jumqal rayonu) - 29 iyul 2003, Bişkek) - qırğız və sovet aktyoru, rejissor, dramaturq, publisist, Qırğızıstan SSR-in əməkdar mədəniyyət xadimi. SSRİ Yazıçılar İttifaqının üzvü (1971), SSRİ kinematoqrafiyaçıları İttifaqının və Teatr Xadimləri İttifaqının üzvü (1962-ci ildən). == Tərcümeyi-halı == Bakı Omuraliyev 1932-ci ildə müəllim ailəsində anadan olmuşdur. Kiçik yaşlarında hər iki valideynini itirən Bakı Omuraliyev 1941-1945-ci illərdə uşaq evində tərbiyə almışdır. 1955-ci ildə A.Ostrovski adına Daşkənd bədii-teatr institutunu, 1975-ci ildə Moskvada SSRİ Yazıçılar İttifaqı yanında Ali ədəbiyyat kursunu bitirmişdir. == Yaradıcılığı == Bakı Omuraliyev 1955-1972-ci illərdə Qırğızıstan Dövlət Dram Teatrının aktyoru olmuşdur. O, burada bir çox mürəkkəb və psixoloji səhnə obrazları (A.Qriboyedovun "Ağıldan bəla" əsərində Molçalin, V.Şekspirin "Kral Lir" əsərində Şut, R.Şukurbekovun "Akının arzuları" pyesində Toktoqul və s.) yaratmışdır. Sonralar o, Qırğızıstan SSR Dövlət Televiziya və Radio Komitəsində rejissori, dramaturgiya üzrə baş ədəbi məsləhətçi, Qırğızıstan SSR Yazıçılar İttifaqının İdarə Heyətinin katibi, Qırğızıstan SSR Mədəniyyət Nazirliyinin redaksiya kollegiyasının redaktoru vəzifələrində çalışmışdır. Bakı Omuraliyev "Qırğızfilm" studiyasında bir sıra filmlərə çəkilmişdir. O, onlarla filmdə ("Toktoqul", "Buz ürək haqqında əfsanə" "Qırmızı alma", "Kosmonavtlar küçəsi" və s.) yaddaqalan obrazlar yaratmışdır.
Balaenoptera omurai
Balaenoptera omurai (lat. Balaenoptera omurai) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin zolaqlı balinalar fəsiləsinin zolaqlı balina cinsinə aid heyvan növü. Müstəqil növ olaraq 2003-cü ildə molyekulyar-genetik araşdırmalar nəticəsində müəyyənləşmişdir. Bu növün aşkarlanmasında yapon Hideo Omurinin (大村 秀雄) şərəfinə adlandırılmışdır. == Növün qeydə alınması == Növün təstiqlənməsi 20 noyabr 2003 ildə "Nature" jurnalında dərc olunmuşdur. Yapon zooloqları Siro Vada, Masayoki Oisi və Tadasu Yamada muzeylərdə olan Brayde zolaqlı balina və İden zolaqlı balina skeletlərini araşdırdıqdan sonra yeni növün aşkarlanmasını qeydə alırlar. 2015-ci ilin oktyabrında beynəlxalq araşdırmaçılar Madaqaskar sahillərində bir qrup Omuri balinasını aşkarlamışlar. Bu zaman ilk dəfə olaraq növün xüsusiyyətləri müəyyənləşdirilmişdir. == Areal == Əsasən Sakit okeanın Yaponiya adaları sahillərində yayılmışlar.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2020 •••••••••••••••••••• 0.13

Oxşar sözlər

#omura nədir? #omura sözünün mənası #omura nə deməkdir? #omura sözünün izahı #omura sözünün yazılışı #omura necə yazılır? #omura sözünün düzgün yazılışı #omura leksik mənası #omura sözünün sinonimi #omura sözünün yaxın mənalı sözlər #omura sözünün əks mənası #omura sözünün etimologiyası #omura sözünün orfoqrafiyası #omura rusca #omura inglisça #omura fransızca #omura sözünün istifadəsi #sözlük