ond sözü azərbaycan dilində

ond

Yazılış

  • ond • 40.0000%
  • Ond • 20.0000%
  • OND • 20.0000%
  • ONd • 20.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Konqar-ool Ondar
Konqar-ool Boris oğlu Ondar (tıva Коңгар-оол Борис оглу Ондар, rus. Конгар-оол Борисович Ондар; 29 mart 1962 – 25 iyul 2013, Kızıl) — Tuva müğənnisi, qırtlaq musiqisi (höömey) sənətinin ustası, Tıva Ali Huralının deputatı. Konqar-ool Ondar adətən ənənəvi kostyumda morin xuur milli musiqi alətində çıxış edirdi. Tuva Respublikasının milli höömey tituluna sahib idi. == Həyatı == Konqar-ool Ondar 29 mart 1962-ci ildə Tuva MSSR Dzun-Xemçik rayonunun İyme kəndində anadan olmuşdur.1992-ci ildə beynəlxalq qırtlaq musiqi müsabiqəsində qalib gəldikdən sonra Qərbdə məşhurlaşdı, 1993-cü ildə məşhur musiqiçi Frenk Zappanın təşkil etdiyi tədbirdə çıxış etdi. O vaxtdan bəri mütəmadi olaraq təkcə Tuvada deyil, Rusiyadan kənarda da konsertlər verməyə başladı. Konqar-ool Ondar bir çox illər ərzində Qərbdə ən məşhur qırtlaq müğənnilərindən biri idi. "Back Tuva Future" adlı albomu Warner Records studiyasında yazılmışdır. O, qonaq qismində Devid Letterman ilə gec şou adlı televiziya verlişində iştirak etmişdir və CNN-ə müsabiqə vermişdir. Konqar-ool Ondar Amerikalı blüz sənətçisi Pol Penin Tuvaya səyahətini təşkil etmişdir, burada o, qırtlaq sənətinə yiyələnirdi.
Ondara
Ondara (isp. Ondara) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 10,41 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 6570 nəfərə çatmışdır.
Ondatra zibethicus
Ondatra zibethicus, müşk siçovulu (lat. Ondatra zibethicus) — ondatra cinsinə aid heyvan növü. Ondatra gəmiricilər dəstəsinin çöl siçanları yarımfəsiləsindən məməli heyvan növüdür. Bədəninin uzunluğu 35 sm-dək, quyruğu 28 sm-dək, kütləsi 1,5 kq-dək olur. Xəzi sıx, rəngi tünd-qəhvəyidən qaraya qədər olur. Erkəklərin qasıq vəziləri çoxalma dövründə tərkibində müşk olan sekret ifraz edir. Şimali Amerikada su hövzələrinin və bataqlıqların sahilində yaşayır. Avropaya bir neçə dəfə gətirilmiş və bütün Avrasiyaya, hətta subarktikaya da yayılmışdır; çay subasarları vasitəsilə Kiçik və Ön Asiyaya, Monqolustana, Çinə və Koreyaya qədər gedib çatmışdır. Yuva qazır, yaxud yediyi su bitkilərinin qalıqlarından, gövdə, budaq, yarpaq və köklərindən daxmacıq düzəldir. İldə 1-dən 3-4 dəfəyədək balalayır.
Onderdalen Milli Parkı
Onderdalen Milli Parkı (norv. Ånderdalen nasjonalpark) — Norveçin Troms vilayətində yerləşən milli park. Milli park krallıq qərarı ilə 6 fevral 1970-ci ildə qurulmuş, 2004-cü ildə genişlətdirilmişdir. == Coğrafiya == Onderdalen Senjanın cənubunda yerləşir. Kəskin kənarlı dağlar, göllər, çaylar, bataqlıqlar və meşə ilə örtülmüşdür. Böyük və qədim Lodqepole şam meşələri milli parkın qurulması üçün böyük səbəb olmuşdur. Parkdakı bəzi ağacların yaşı 500 ildir. Parkdakı ağacların hündürlüyü olduqca yüksəkdir. Parkın şimalında Kaperfyellet və Tverfyellet təpələri yerləşir. == Biologiya == Park şimal maralları üçün əhəmiyyətli otlama sahəsidir.
Ondetia
Ondetia (lat. Ondetia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Ondetia linearis Benth.
Ondetia linearis
Ondetia (lat. Ondetia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Ondetia linearis Benth.
Ondo ştatı
Ondo ştatı (ing. Ondo State) — Nigeriyanın Cənub-qərbi geosiyasi zonasında ştat.
Ondol
Koreya ənənəvi memarlığında Ondol(ON-dol; /ˈɒn.dɒl/ , (koreyaca: 온돌) və yaxud gudeul (koreyaca:구들) Kang adlı yataq sobasına bənzəyən yeraltı isitmə sistemidir, hansı ki odun tüstüsündən birbaşa istilik köçürməsilə qalın döşəmənin altı qızdırılır. Ənənəvi ondolun əsas komponentləri mətbəx və ya yataq otağından əlçatan agungi(soba), üfüqi və şaquli tüstü keçidləri üçün qaldırılmış hörgü döşəməsi və bacadır. Qızdırılan döşəmə tüstünün istiliyini düzgün paylamaq üçün qurulan daş dirəklərlə dəstəklənir. == Tarixi == === Mənşəyi === Ondolun istifadəsi günümüzdəki Şimali Koreyada arxeoloji yerlərdə tapılmışdır. Şimali Koreyanın Hamgyeongbuk-do bölgəsindəki Unggi şəhərində eramızdan 5000 il əvvələ aid Neolit dövrünə məxsus arxeoloji yerdə qazılmış bir yaşayış yerində gudeul aşkar edilmişdir. Erkən dövlərdə ondol evi və ya yeməyi isitmək üçün istofadə olunan gudeul olaraq adlandırılırdı. Düyü bişirmək üçün sobada ocaq qalandığı zaman alov üfüqi istiqamətdə hərəkət edirdi, çünki bacanın girişi sobanın yanında idi. Bu tənzimləmə çox vacib idi, çünki bu tənzimləmə tüstünün yuxarıya doğru getməsinə imkan verməyərək alovun tez sönməsinin qarşısını alırdı. Ondol(yeraltı isitməli) otaqlar yaratmaq üçün bütün otaqlar isitmə sobalarının üzərində qurulmağa başladı. === Etimologiyası === Gudeul sözü doğma Koreya sözüdür.
Ondon-de-las-Nyeves
Ondon-de-las-Nyeves (isp. Hondón de las Nieves) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Vinalopo-Mica ərazisinin 68,80 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 2948 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 25 km uzaqlıqda yerləşir.
Ondon-de-los-Frayles
Ondon-de-los-Frayles (isp. Hondón de los Frailes) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Vinalopo-Mica ərazisinin 12,6 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 1202 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 34 km uzaqlıqda yerləşir.
Ondrusovlu Adrian
Ondrusovlu Adrian (rus. Адриа́н Ондру́совский) və ya Andrey Nikiforoviç Zavalişin (rus. Андрей Никифорович Завалишин; XV əsr, Moskva – 15 may 1550) — xristianlıqda şəhid, rahib Svirli Aleksandrın şagirdi. O, Ladoqa gölünün şərq sahilindəki Müqəddəs Nikolay monastırının qurucusu olmuşdur. Ondrusovlu Adrian quldurlar tərəfindən öldürülmüşdür. Onun xatirəsi 26 avqust (8 sentyabr) və 17 may (30) tarixlərində Şərqi Ortodoks Kilsəsində yad edilir. == İstinadlar == == Əlavə ədəbiyyat == Голубинский Е. История канонизации святых в русской церкви. — М., 1903 Олонецкий патерик. — Петрозаводск, 1910 Православная энциклопедия. — М., 2000, Т. 1.
Psilostomum ondatrae
Psilostomum ondatrae (lat. Psilostomum ondatrae) — heyvanlar aləminin yastı qurdlar tipinin trematodlar sinfinin plagiorxidlər dəstəsinin psilostomatidlər fəsiləsinin psilostomum cinsinə aid heyvan növü. == Xarici quruluşu == bədənin uzunluğu 1,29-1,57 mm, eni isə (yumurtalıqların nahiyyəsində) 0,504-0,5824 mm-dir. Tam dairə şəklində olmayan ağız əmziyi 0,163-0,168x0,157 mm ölçülüdür. Farinks 0,062-0,056 mm-ə bərabərdir. Birinci toxumluğun ölçüsü 0,203-0,236x0,426-0,381 mm, ikincininki 0,235-0,258x0,392-0,381 mm-dir. Cinsi bursa oval şəkildədir və onun oturacağı oval şəkillidir və onun oturacağı qarın əmziyinin mərkəzində durur. Qısa balalıq qrın əmziyi ilə birinci toxumluğun arasında yerləşir. Yumurtalar oval şəkilli olub, 0,084-0,090x0,056 mm ölçüyə malikdir. == Həyat tərzi == Azsaylı endem növdür.
Sent-Ondra
Sent-Ondra (fr. Saint-Ondras) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Viryo kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38194. Kommunanın 1999-cu il üçün əhalisi 496 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 29 km şimal-qərbdə yerləşir.
Çılqıçı Ondar
Çılqıçı Ondar və ya Çılqıçı Çımıt Dorju oğlu Ondar — (Tuva dilində: Чылгычы Чимит-Доржу оглу Ондар) (16 noyabr 1955, Çadan, Tuva Muxtar Vilayəti[d] – 12 iyun 2020, Tıva) – Tuva dramaturqu, III və IV çağırış Dövət Dumasının deputatı. == Həyatı == Çılqıçı Ondar 16 noyabr 1955-ci ildə Dzun-Kemçik rayonunun Çadan şəhərində anadan olmuşdur. 1978-ci ildə B.V.Şukin adına Moskva Ali Teatr Məktəbini, Novosibirsk Ali İqtisad Məktəbini bitirmişdir. Çilgiçi Ondar əmək fəaliyyətinə 1978-ci ildə Tuva Dövlət Musiqili Dram Teatrında aktyor kimi başlamışdır. O, müxtəlif illərdə teatrın ədəbi hissə müdiri, Qızıl Sov.İKP MK-nın təbliğat və təbliğat şöbəsinin müəllimi, "Tıvanın anaktarı" qəzeti redaksiyasının informasiya və idman şöbəsinin müdiri, Tuva MSSR Mədəniyyət nazirinin müavini, Tuva Respublikasının Mədəniyyət, kino və turizm nazirinin müavini, Sosial siyasəti üzrə dövlət müşaviri vəzifələrinə çalışmışdır. 14 oktyabr 2001-ci ildə 27 nömrəli Tuva bir mandatlı seçki dairəsində əlavə seçkilərdə III çağırış Dövlət Dumasının deputatı seçilmişdir (Rusiya Federasiyası Hesablama Palatasında işə başlayan N. I. Loktionovun yerinə). O, seçkidə 38.57% səs toplayaraq deputat seçilmiş, Vhif Rusiya fraksiyasına daxil olmuşdur. Dövlət Dumasının Səhiyyə və İdman Komitəsi rəhbərinin müavini seçilmişdir.2003-cü ildə Tıva Respublikasının 28 saylı Tıva bir mandatlı seçki dairəsində, IV çağırış Dövlət Dumasının deputatı seçilmişdir. Dövlət Dumasının Mədəniyyət Komitəsi sədrinin müavini kimi fəaliyyət göstərmişdir. 2009-cu ildən Qazaxıstandakı Rusiya səfirliyinin birinci katibi olaraq diplomatik işə göndərilmiş, eyni zamanda Astanadakı Rusiya ilə əməkdaşlıq təşkilarının sədr müavini vəzifəsində çalışmışıdr.
Əli Bonqo Ondimba
Əli Bonqo Ondimba (fr. Ali Bongo Ondimba; 9 fevral 1959[…], Brazzavil) — 2009-cu ilin oktyabrından etibarən Qabon Prezidenti olan qabonlu siyasətçi. Əli Bonqo 1967-ci ildən 2009-cu ilədək Qabon Prezidenti postunu tutmuş Ömər Bonqonun oğludur. Atasının prezidentliyi dövründə 1989–1991-ci illərdə Xarici İşlər Naziri, 1991-ci ildən Bonqovil Milli Məclisdə millət vəkili olaraq çalışıb. 1999-cu ildən 2009-cu ilədək Müdafiə Naziri oldu. Atasının ölümündən sonra 2009-cu ildə Qabon prezident seçkilərində qalib gəldi. 2016-cı ildə çoxsaylı qanun pozuntuları, həbslər, insan haqları pozuntuları və seçkilərdən sonrakı etirazlar və zorakılıqlarla nəticələnən seçkilərdə yenidən seçildi. Bonqo eyni zamanda Qabon Demokrat Partiyasının sədridir. 2021 -ci ilin oktyabr ayında Ali Bongo "Pandora sənədləri" ndə sitat gətirilir, bu sənədlər dəniz şirkətlərinin vergi cənnətlərində istifadə edilməsinə dair sənədlərdir, Ali Bongo hazırda ləğv edilmiş iki şirkətin faydalanıcısı olardı. == Həyatı == === Dünyaya gəlməsi === Əli Bonqo Brazzavildə Ömər Bonqo və Pasyans Dabaninin ailəsində dünyaya gəldi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2013 •••••••••••••••••••• 0.15

"ond" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ond nədir? #ond sözünün mənası #ond nə deməkdir? #ond sözünün izahı #ond sözünün yazılışı #ond necə yazılır? #ond sözünün düzgün yazılışı #ond leksik mənası #ond sözünün sinonimi #ond sözünün yaxın mənalı sözlər #ond sözünün əks mənası #ond sözünün etimologiyası #ond sözünün orfoqrafiyası #ond rusca #ond inglisça #ond fransızca #ond sözünün istifadəsi #sözlük