onlayn sözü azərbaycan dilində

onlayn

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • onlayn • 89.4867%
  • Onlayn • 10.5069%
  • ONLAYN • 0.0064%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Onlayn ensiklopediya
Onlayn ensiklopediya — informasiyanın internet üzərindən axtarışı üçün istifadə olunan platformadır. İnformasiyanın növündən asılı olmayaraq axtarıldığı vəsaitin dəqiq və etibarlı olması ən vacib şərtdir. Bu səbəbdən də informasiya axtarışı zamanı müraciət olunan ən böyük mənbə ensiklopediyalardır. Ensiklopediyalar isə sorğu kitabı olub insan biliyinin bütün sahələrini ardıcıl şəkildə və ətraflı əhatə edirlər. Elm və texnologiyada müşahidə olunan sürətli inkişaf real cəmiyyətin virtual cəmiyyətlə əvəz olunmasına gətirib çıxarır. Bu əvəzlənmə nəinki digər sahələrə həmçinin informasiya axtarışına da təsir edir. İnternet üzərindən pulsuz bir ensiklopediya yaratmaq fikri Inerpedia tərəfindən 1994-cü ildə təklif etmişdir, təklifdə hər kəsin material qatqı edəbiləcəyi qeyd olunmuşdu. == Nümunələri == === Vikipediya === Vikipediya (ing. Wikipedia) — ümumi internet vasitəsilə azad yayımlanan ensiklopediyadır və dünyanın bir çox dillərində viki texnologiyasının tətbiq edilməsi nəticəsində könüllü istifadəçilər tərəfindən yaradılır. Viki havay dilində "nə qədər mümkünsə daha tez" mənasını verir.
Onlayn ensiklopediyalar
Onlayn ensiklopediya — informasiyanın internet üzərindən axtarışı üçün istifadə olunan platformadır. İnformasiyanın növündən asılı olmayaraq axtarıldığı vəsaitin dəqiq və etibarlı olması ən vacib şərtdir. Bu səbəbdən də informasiya axtarışı zamanı müraciət olunan ən böyük mənbə ensiklopediyalardır. Ensiklopediyalar isə sorğu kitabı olub insan biliyinin bütün sahələrini ardıcıl şəkildə və ətraflı əhatə edirlər. Elm və texnologiyada müşahidə olunan sürətli inkişaf real cəmiyyətin virtual cəmiyyətlə əvəz olunmasına gətirib çıxarır. Bu əvəzlənmə nəinki digər sahələrə həmçinin informasiya axtarışına da təsir edir. İnternet üzərindən pulsuz bir ensiklopediya yaratmaq fikri Inerpedia tərəfindən 1994-cü ildə təklif etmişdir, təklifdə hər kəsin material qatqı edəbiləcəyi qeyd olunmuşdu. == Nümunələri == === Vikipediya === Vikipediya (ing. Wikipedia) — ümumi internet vasitəsilə azad yayımlanan ensiklopediyadır və dünyanın bir çox dillərində viki texnologiyasının tətbiq edilməsi nəticəsində könüllü istifadəçilər tərəfindən yaradılır. Viki havay dilində "nə qədər mümkünsə daha tez" mənasını verir.
Onlayn media
Rəqəmsal jurnalistika və ya internet-jurnalistika — XX əsrin sonlarında İnternetin inkişafı və yayılması ilə ortaya çıxan yeni bir jurnalistika növü. == Yeni media == "Yeni media" dedikdə ilk ağıla gələn bu kommunikasiya sistemnin məhz İnternet üzərində var olmasıdır. Halbuki yeni media daha geniş anlayışdır və internet məkanı xaricində də, offlayn həyata keçə bilir. Çox vaxt yeni medianı sosial media ilə qarışıq salırlar və bu iki anlayışı birləşdirirlər. Əslində, bilmək lazımdır ki, yeni media daha geniş anlayışdır və sosial media da onun ən populyar və gündəmdə olan qoludur. Sosial medianın da içərisində daha çox sosial şəbəkələr müzakirə olunur ki, ağıla ilk gələn Facebook şəbəkəsidir. Bundan başqa, yüzlərlə sosial şəbəkə platformaları var ki, jurnalistlər öz işlərində bunlardan yararlana bilər. Yeni medianı anlamaq üçün öncə yeni media mühitinin nə olduğunu anlamaq gərəkdir. Etik öhdəliklərlə yanaşı, dəyişməz öhdəliklər də var olmaqdadır. Bunlar juralistikanın təməl prinspləridir: xəbərin doğruluğu, dəqiqliyi, qərəzsizliyi, vicdanlılığı, etibarlılığı və s.
Onlayn senzura
İnternet senzurası senzuranın ən yeni növlərindən biridi, dövlət, hökumət orqanları, İnternet provayder və internetə nəzarət etmək imkanı olan şirkət və təşkilatların istifadəçilərin İnternetdəki fəaliyyətinə nəzarət və ya qadağalar qoyması deməkdir. İnternet senzuranın aradan qaldırılması hazırda İnternetin ən böyük problemlərindən biridir və miqyasından asılı olmayaraq İnternetlə bağlı əksər şirkətlər internet senzuranın aradan qaldırılması, eləcə də İnternet senzuradan yayınma yolları axtarmaqla məşğuldurlar. Belə ki, Google və Mərkəzi Avropa Universiteti 2010-cu ilin sentyabrın 20–22-də Macarıstanın paytaxtı Budapeştdə "Azadlıqda İnternet 2010" beynəlxalq tədbirini təşkil edib bu barədə müzakirələr aparıblar. Bundan başqa müxtəlif təşkilatlar və şirkətlər İnternetdə anonimliyi təmin etmək, bloklanmış səhifələrə daxil olmağa şərait yaratmaq üçün müxtəlif onlayn alətlər (Freegate, Dynaweb, Tor, Tor körpüləri, JonDo, Puff, Your-Freedom, Ultrasurf, Tor Brauzer Bandlı, Psiphon, Hotspot Shield, GPass, GTunnel və s.) hazırlayıblar.
Onlayn yırtıcı
Onlayn yırtıcı (ing. Online predator) — İnternet üzərindən uşaqların cinsi istismarıyla məşğul olan insan.
Piratlıq (onlayn)
Müəllif hüquqlarının pozulması müəllif hüququ təsdiqlənmiş hər hansı bir mülkiyyətdən hüquq sahibinin icazəsi olmadan müəllif hüququ təsdiqlənmiş mülkiyyətin və ya işin təkrar istehsal, dəyişiklik edilmə kimi xüsusi haqlarını pozmaqla istifadəsini nəzərdə tutur. Elektronik və audio-visual məhsulların icazəsiz təkrar istehsalı və yayılmasının ümumi adı piratlıq olaraq qəbul olunmuşdur(bu ifadənin tarixi ilk dəfə Daniel Defoenin 1703-cü ildə True-born Englishman əsərində "Bu Piratlar tərəfindən təkrarən çap olunurdu"cümləsini işlətməsilə başlanmışdır). Bu mənada qayda pozuntularınının "piratlıq"olaraq adlandırılması müəllif hüququnun yaranmasından bir qədər daha əvvəl baş vermişdir. Belə ki,1709-cu ildə yaranan və müəllif hüququyla bağlı ilk sayılan "Statue of Anne" fərmanına qədər 1557-ci ildə Stationer’s Company of London şirkətinin Kral Lisenziyası alması nəşriyyat sahəsində bu şirkətə inhisar imkani yaratmışdı. 1603-cü ildə bu lisenziyadan kənardakı bütün fəaliyyətlər piratlıq olaraq tanınırdı. Bu anlayışın istifadəsinin hüquqi bazasının yaranma tarixi elə həmin dövrlərə dayanır və günümüzə qədər daimi olaraq istifadə olunmaqdadır. Bir çox tənqidçilər bu tərz fəaliyyətlərin "piratlıq"adlandırılmasının aşağılayıcı oldugunu və haqsız olaraq onun bir çox daha ağır və pis əməllərlə bir tutulmasına qarşı olsalar da məhkəmələrdə müəllif hüquqlarının pozulması və "piratlıq"bir birini əvəz edə biləcək terminlər kimi işlədilir. == Terminologiya == === Piratlıq === Əqli mülkiyyət hüquqlarının qorunması tək Azərbaycan üçün deyil, bütün dünya ölkələri üçün prioritet istiqamətlərdən biridir. Hazırda piratlıq bütün dünya üzrə silah alveri və narkomaniyadan sonra üçüncü yerdə durur. Piratlıqdan gələn gəlir beynəlxalq illik ticarətin 200 milyard ABŞ dollarını təşkil edir.
Onlayn çat
Onlayn çat (ing. online chat) — mətn mesajlarının göndəricidən alıcıya İnternet üzərindən real vaxt rejimində ötürən kommunikasiya. Digər iştirakçıların tez cavab verməsini təmin etmək üçün söhbət mesajları əsasən qısa olur. Bu sayədə danışığa bənzər bir hiss yaranır ki, bu da söhbəti İnternet forumları və e-poçt kimi digər mətn əsaslı onlayn kommunikasiyadan fərqləndirir. Onlayn çat nöqtədən nöqtəyə kommunikasiya üçün, birdən çox alıcıya məlumat göndərmək və səs və video çat üçün nəzərdə tutula bilər. Veb konfrans xidmətinin bir funksiyası da ola bilər. Daha sadə izahla, onlayn söhbət ilk növbədə hər hansı birbaşa mətn əsaslı və ya video əsaslı (Vebkamera), ani mesajlaşma, IRC, talker, çox istifadəçili zindan və ya onlayn oyunlardakı təkbətək və ya qrup söhbəti ola bilər. Onlayn söhbət ifadəsi "qeyri-rəsmi söhbət" mənasını verən chat sözündən gəlir. Onlayn söhbətə müvadiq veb əsaslı proqramlar daxildir. Veb konfrans daha spesifik onlayn xidmətdir və tez-tez xidmət kimi satılır və satıcı tərəfindən idarə olunan veb serverdə yerləşdirilir.
Onlayn şəxsiyyət
Onlayn şəxsiyyət, həmçinin internet kimliyi, onlayn kimlik və ya internet şəxsiyyəti — internet istifadəçisinin onlayn icmalarda və veb-saytlarda yaratdığı sosial şəxsiyyət. Bu, həm də şəxsin özünün fəal şəkildə formalaşdırılmış təqdimatı ola bilər. Bəzi insanlar onlayn olaraq öz həqiqi adlarından istifadə etməyi seçsələr də, bəzi internet istifadəçiləri özlərini təxəllüslər ilə təqdim edərək anonim qalmağa üstünlük verirlər. Bu, müxtəlif miqdarlarda şəxsiyyəti müəyyən edən məlumatları ortaya qoyur. Onlayn şəxsiyyət hətta istifadəçinin onlayn məkanda bir hissəsi olduğu müəyyən sosial qrupa münasibəti ilə də müəyyən edilə bilər. Bəziləri öz şəxsiyyətləri haqqında yanıldıcı məlumatlar ortaya qoya bilərlər. Bəzi onlayn kontekstlərdə, o cümlədən İnternet forumlarında, onlayn söhbətlərdə və kütləvi şəkildə çox oyunçulu onlayn rol oynayan oyunlarda (MMORPG) istifadəçilər avatar, ikon ölçülü qrafik təsviri seçməklə özlərini vizual olaraq təmsil edə bilərlər. Avatarlar istifadəçilərin onlayn şəxsiyyətlərini ifadə etmə üsullarından biridir. Digər istifadəçilərlə qarşılıqlı əlaqədə qurulmuş onlayn şəxsiyyət reputasiya qazanır və bu, digər istifadəçilərə şəxsiyyətin etibara layiq olub-olmaması barədə qərar verməyə imkan verir. Onlayn şəxsiyyətlər identifikasiya vasitəsilə istifadəçilərlə əlaqələndirilir ki, bu da adətən qeydiyyat və daxil olmağı tələb edir.
Onlayn Dünya Bitkiləri
Onlayn Dünya Bitkiləri (ing. Plants of the World Online) — Royal Botanika Bağları, Kyu tərəfindən yayılan onlayn məlumat bazası. 2020-ci ilə qədər elmə məlum olan bütün toxumlu bitkilər haqqında məlumat toplamaq məqsədilə 2017-ci ildə yaradılıb. İlkin dövrlərdə diqqət əsasən tropik Afrika florası, xüsusilə Zambiya, tropik Qərbi Afrika florası və tropik Şərqi Afrika florasına yönəlmişdir.
Onlayn analitik emal
Operativ analitik emal – OLAP (ing. online analytical processing) – idarəedici qərarların qəbul edilməsini dəstəkləmək məqsədi ilə çoxölçülü verilənlərin yığılmasını, saxlanmasını və analizini yerinə yetirən texnologiyadır. == Ümumi məlumat == Verilənlərin operativ analitik emalı sistemlərinin üzərində duran əsas məsələ VX-də yığılmış informasiyaya (verilənlərə) kompleks baxışı, bu verilənlərin ümumiləşdirilməsi, aqreqatlaşdırılması, verilənlərin hiperkub təsvirini və çoxölçülü analizini təmin etməkdir. Bu əməliyyat ya xüsusi çoxölçülü VBİS-də və ya relyasiya texnologiyalar çərçivəsində yerinə yetirilir. İkinci halda əvvəlcədən aqreqatlaşdırılmış verilənlər ulduzvari VB-da yığılır və ya informasiyanın aqreqatlaşdırılması relasiya VB-nın detal verilənlərinin skaneri zamanı baş verir. OLAP, onlayn rejimində verilənlərin çoxölçülü, operativ, analitik emalı deməkdir. OLAP, ilkin verilənləri idarəedici qərarların qəbul edilməsi üçün istifadə olunan informasiyaya çevirir. == Analitik analizin imkanları == OLAP məhsulları vasitəsilə aparılan analizin ən maraqlı və mürəkkəb imkanlarından biri proqnozlaşdırma və gizli tendensiyaların üzə çıxarılmasıdır. Proqnozlaşdırma predmet sahəsinin xüsusiyyətlərindən asılı olduğuna görə, bu sahədə universal alqoritmlər yoxdur. Analitik əlavələrin yaradılmasında istifadə olunan müxtəlif alətlərə bir-neçə alqoritm daxildir ki, onlar xətti, eksponensial trend və movsüm dəyişmələrindən asılıdırlar.
Onlayn verilənlər bazası
Onlayn verilənlər bazası, onlayn məlumat bazası, onlayn informasiya bazası və ya onlayn databaza — fərdi kompüterdə və ya ona əlavə edilmiş yaddaşda (məsələn, CD kimi) lokal formada saxlanılandan fərqli olaraq, lokal şəbəkədən və ya internetdən əldə edilə bilən verilənlər bazası. Onlayn verilənlər bazaları veb-saytlarda yerləşdirilir, veb-brauzer vasitəsilə əldə edilə bilən xidmət məhsulları kimi proqram təminatı kimi təqdim edilir. Onlar pulsuz ola bilər və ya aylıq abunəlik sistemi kimi ödəniş tələb edə bilər. Bəziləri birgə redaktə və e-poçt bildirişi kimi təkmilləşdirilmiş funksiyalara malikdir. == Bulud verilənlər bazası == Bulud verilənlər bazası lokal yox, internet üzərindən işlədilən və əldə edilən verilənlər bazasıdır. Beləliklə, müştəri verilənlər bazasını bir yerdə saxlamaq əvəzinə, hansısa biznes onun bütün departamentlərinin və ya bölmələrinin ona daxil ola bilməsi və yeniləməsi üçün onun internetdə yerləşdirilməsini seçə bilər. Əksər verilənlər bazası xidmətləri son istifadəçinin verilənlər bazası nümunələrini təminvə konfiqurasiya etmək üçün istifadə edə biləcəyi veb əsaslı konsollar təklif edir. == İstinadlar == == Əlavə ədəbiyyat == Robert J Muller. Productive Objects: An Applied Software Project Management Framework. Morgan Kaufmann Publishers.
Kütləvi Açıq Onlayn Kurs
Kütləvi açıq onlayn kurs (ing. Massive open online course) və ya açıq onlayn kurs dedikdə internet vasitəsilə təşkil olunan kurslar nəzərdə tutulur . Adətən videomühazirələr, fərqli yazılı dərs materialları və tapşırıqlar kimi ənənəvi kurs elementlərindən ibarət olur. Lakin zamanımızda bir çox kütləvi açıq onlayn kurslar tələbələr, professorlar və müəllim köməkçiləri (TA) arasında qarşılıqlı əlaqəni təmin etməkdən ötəri virtual forumlar və ya sosial media müzakirələri ilə müzakirələr, təcrübə mübadilələri də təşkil edirlər. Kütləvi açıq onlayn kurs distant təhsilin bir formasıdır. Qısa olaraq MOOC kəliməi ingilis dilində “massive open online course" yəni “kütləvi açıq onlayn kurs" deməkdir. Termin 2008-ci ildə ABŞ-da pulsuz, asanlıqla əldə edilə bilən, tamamilə onlayn kurslar üçün istifadə edilməyə başlamışdır. Hazırda Coursera, edX, FutureLearn və s. Kimi kütləvi açıq onlayn kursları dünyanın ən yaxşı universitetlərindən təhsil almaq imkanı yaradır. Kütləvi açıq onlayn kurslarda adətən qəbul kriteriyaları olmur.
Onlayn Kompyuter Kitabxana Mərkəzi
OCLC Online Computer Library Center, Inc. (OCLC) — dünya kitabxanalarının qlobal fəaliyyətlərini özündə ehtiva edən beynəlxalq təşkilatdır. Onun nəzdində Worldcat- dünya kataloq sistemi fəaliyyət göstərir. 6 iyul 1967-ci ildə mənfəət götürməyən Ohayo kollecinin Kitabxana Mərkəzi olaraq qurulmuşdur. 170 ölkədə və ərazidə 72.000-dən çox kitabxana, kitabxana materiallarını axtarmaq, əldə etmək, kataloqlaşdırmaq, borc almaq və qorumaq üçün OCLC xidmətlərindən istifadə edir. Təşkilat Fred Kilqur tərəfindən təsis edilmiş və mərkəzi Dublin, Ohayo, ABŞ-də yerləşir. == Xidmətləri == OCLC biblioqrafik, annotasiya və tam mətnli məlumat əldə etmək imkanı verir. OCLC və üzv kitabxanalar birlikdə dünyanın ən böyük onlayn ictimai giriş kataloqu (OPAC) olan WorldCat — OCLC Onlayn Birlik Kataloqunu yaradır və qoruyurlar. WorldCat dünyanın hər yerindəki dövlət və özəl kitabxanalardan qeydlər aparır. Open WorldCat proqramı kitabxanalara aid materialları İnternet axtarış motorları, biblioqrafik və kitab satış saytları vasitəsilə əldə edilə bilən WorldCat OCLC verilənlər bazasına yazır.
Çoxoyunçulu onlayn döyüş arenası
Çoxoyunçulu onlayn döyüş arenası və ya MOBA (Abr: Multiplayer Online Battle Arena) real vaxt rejimində strategiya əsasında olan videooyun növüdür . Adətən beş nəfərdən ibarət olan iki fərqli komandanın üç əsas yoldan ibarət olan xəritədə rəqib komandanın enerji mənbələrini məhv etməyi hədəfləyir. Bu videooyun janrı əvvəlcə Starcraft oyununun xüsusi hazırlanmış Aeon of Strife rejimi ilə istifadə edilmiş, sonra isə ən mühüm nümunəsi olan Defense of the Ancients tərəfindən istifadə edilmişdir. Bəzi MOBA tipli videooyunlara nümunə olaraq Defence of the Ancients, League of Legends, Dota 2, Smite, Heroes of the Storm və Heroes of Newerth kimi oyunları göstərmək mümkündür.
Onlayn oyunlarda səsli söhbət
Səsli söhbət VoIP texnologiyaları vasitəsilə telekommunikasiya. Çoxnəfərli oyunlarda oyunçular arasında daxili əlaqə (ing. Intercom) vasitəsi kimi istifadə edilir. VoIP funksiyası bəzi oyunlarda sistemdəki kommunikasiya sistemi və ya üçüncü tərəf söhbət proqramı olaraq quraşdırıla bilər. == Tarixi == Video oyunlarda səsli söhbət videooyun konsollarının altıncı nəslindən olan Seganın Dreamcast konsolu ilə başladı. Seaman və Alien Front Online Dreamcast daxil olmaqla bəzi oyunlar SegaNet-ə aktiv abunə olmağı tələb etməsinə baxmayaraq səsli söhbət funksiyasına daxil edilmişdir.2001-ci ildə Sony qulaqlıq ilə səsli söhbət etməyə imkan verən PlayStation 2 video oyun konsolu üçün Şəbəkə Adapterini buraxdı. 2002-ci ildə Microsoft səsli söhbət üçün dəstək funksiyası olan Xbox Live xidmətini istifadəyə verdi. Daha sonra Microsoft bütün Xbox Live konsol oyun tərtibatçılarından səsli söhbət funksiyasını öz oyunlarına inteqrasiya etməyi tələb etdi və Xbox Live pərakəndə satış bölməsi ilə mikrofon və qulaqlıq satmağa başladı. 2005-ci ildə Nintendo həm Nintendo DS, həm də Wii üçün onlayn multiplayer xidməti olan Nintendo Wi-Fi Connection-u yayımladı. 2006-cı ilin martında buraxılan Metroid Prime Hunters Nintendo DS-in mikrofonu vasitəsilə səsli söhbət etməyə imkan verən ilk oyun idi.
Kütləvi çoxnəfərli onlayn rol oyunu
Kütləvi çoxnəfərli onlayn rol oyunu (abr. KÇORO, ing. Massively multiplayer online role-playing game, (abr. MMORPG) — çox sayda oyunçunun kompüterlərindən və ya oyun konsollarından internetə bağlanaraq birlikdə oynadığı, oyun əsnasında müxtəlif xarakterlərə büründüyü nəhəng videooyun janrı. 1997-ci ildən bəri yayılmışdır. MMORPG-lərdə oyunçuların seçdikləri ya da meydana gətirdikləri xarakterlər tamamilə fantaziya məhsuludur və oyunçuların oyundakı irqləri və digər şəxsiyyət məlumatları bəzi istisnalar xaricində həqiqəti əks etdirmir. Xarakterin idarəsi əksəriyyətlə tamamilə oyunçuya aiddir. MMORPG-də oyunçular oyuna daxil olduqdan sonra ümumiyyətlə müəyyən qruplara və ya qəbilələrə üzv olaraq, oyunun xəyali kainatını kəşf etməyə başlayırlar.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 108.62 dəfə / 1 mln.
2003 0.79
2004 2.36
2005 2.02
2006 3.15
2007 5.50
2008 6.58
2009 14.72
2010 24.51
2011 35.52
2012 •• 39.41
2013 •• 40.99
2014 •• 65.38
2015 •••• 111.77
2016 •••• 118.01
2017 ••••• 156.41
2018 ••••• 176.34
2019 •••••• 190.97
2020 •••••••••••••••••••• 722.45

Oxşar sözlər

#onlayn nədir? #onlayn sözünün mənası #onlayn nə deməkdir? #onlayn sözünün izahı #onlayn sözünün yazılışı #onlayn necə yazılır? #onlayn sözünün düzgün yazılışı #onlayn leksik mənası #onlayn sözünün sinonimi #onlayn sözünün yaxın mənalı sözlər #onlayn sözünün əks mənası #onlayn sözünün etimologiyası #onlayn sözünün orfoqrafiyası #onlayn rusca #onlayn inglisça #onlayn fransızca #onlayn sözünün istifadəsi #sözlük