oper sözü azərbaycan dilində

oper

Yazılış

  • oper • 63.6364%
  • Oper • 27.2727%
  • OPER • 9.0909%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
"Nərgiz" operası
Nərgiz — Bəstəkar Müslüm Maqomayevin Hüseyn Cavidin "Çobanlar" radiopyesinin süjeti əsasında yazdığı opera. == Tarixçə == Bəstəkar əsəri 1935-ci ildə yazsa da, ağır xəstəliyə görə operanın üzərində işləri başa çatdıra bilmədi. 1937-ci ildə müəllif vəfat etdi və əsər üzərində işlər tanınmış sovet bəstəkarı R. M. Qliyerə tapşırılır. Libretto müəllifi Məmməd Səid Ordubadidir. Bu, Azərbaycan musiqisində Avropa stilində yazılmış ilk opera idi. "Nərgiz" operasının premyerası 1935-ci ilin dekabrın 24-də oldu. Quruluşçu rejissor A. Tuqanov, dirijor bəstəkarın özü idi. Əsas rolların ifaçıları: A. Terequlova (Nərgiz), H. Hacıbabayev (Əliyar), Y. Rzayev (Cəfər), M. Bağırov (Ağalar bəy), B. Mustafayev (Həsən kişi), H. Hüseynov (Bədəl), Ə. Zülalov (Molla Mütəllim). == Məzmun == Əsərdə insanların əməyə, zəhmətə münasibəti və ülvi-saf məhəbbət hissi tərənnüm olunur. == Qaynaq == L. Şirinova — Azərbaycanın görkəmli şəxsiyyətləri.
A Night at the Opera (albom)
A Night at the Opera – Queenin 1975-ci ildə satışa çıxan albomu. Roy Thomas Baker & Queen tərəfindən hazırlanmışdır. Bu albomda 2 single var. Onlar "Bohemian Rhapsody", "You're My Best Friend"-dir.
Aida (opera)
Aida (it. Aida) — İtalyan bəstəkar Cüzeppe Verdinin bəstələdiyi, Gislançoni Antonionun farnsız misirünası, Mariet Ogüstün bir senarisi üzrə librettosunun yazdığı 4 pərdəli opera əsəri. İlk dəfə 24 dekabr 1871-ci ildə Qahirədə səhnəyə qoyulmuşdur. Hadisə Qədim Misirdə, Memfis və Tebendə firon hökmranlığı dövründə baş verir. Operanın süjet xəttini saray mühafizə rəisi Radames ilə əsir düşdükdən sonra qula çevrilmiş Nubiya hökmdarının qızı Aida arasındakı nakam məhəbbət təşkil edir. == Tarixi == XIX əsrin altmışıncı illərində Misir Osmanlı mülki olsa da ölkə vassal hökmdar “Xədivə” tərəfindən idarə olunurdu. İngilislərin gəlməsindən sonra 20 il sonra de fakto hakim Məhəmməd Əli tərəfindən müsəqillik əldə etmiş olur. Məhəmməd Əlinin xələfi Xədivə İsmayıl avropa təhsilli, fransız mədəniyyəti və ədəb ərkanı tərbiyəsi almış bir şəxs idi. Ölkəsində mədəni islahatların əsasını qoymuş Xədivə İsmayıl Qahirədə bir 850 tamaşaçı yerli taxta materialından opera binası inşa etdirir. Dövlət himninin musiqisini bəstələmək Verdidən xahiş olunsa da o, vaxtının olmaması bəhanəsi ilə bundan imtina edir.
Ailə TV kabel televiziyası operatoru
Ailə TV — Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən Caspian Telecom MMC şirkətinin brendidir. 1997-ci ildən bu sahədə fəaliyyət göstərir.
Aldanmış ulduzlar (opera)
Aldanmış ulduzlar - bəstəkar Məmməd Quliyevin görkəmli dramaturq Mirzə Fətəli Axundovun "Aldanmış kəvakib" adlı povesti əsasında yazdığı opera. Libretto - Vidadi Paşayev. == Tarixçə == Aldanmış ulduzlar - Proloq, epiloq və dörd məclisdən ibarət opera. Bəstəkar Məmməd Quliyev, Libretto - Vidadi Paşayev, Quruluşçu rejissor - Əflatun Nemətzadə, Musiqi rəhbər və Dirijor - Rauf Abdullayev, Quruluşçu rəssam - Ə. Almaszadə, Xormeysterlər - N. Məlikov, G. Koryakin, Baletmeysterlər - R. Axundova, M. Məmmədov. Əsər ilk dəfə 1977-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyulmuşdur. == Məzmun == M. F. Axundovun povestinin əsas – xalq və hökmdarlar problemini bəstəkar özündə dram teatrı, balet və pantomima cizqilərini birləşdirən sintetik opera formasında canlandırır. Əsərin janr diapozonunu genişləndirməyə çalışmaqla, müəlliflər operada qədim milli teatr formalarının, bayramlarda meydanlarda göstərilən “Qaravəlli” tamaşaları ənənələrini canlandırmağa cəhd göstərirlər. Bu “teatrda teatr” forması xalq komik nağıllarının, oxşamalarının və teatr tamaşalarının ən müxtəlif personajlarını operaya daxil etməyə imkan verir. Məsələn, bir – birini tamamlayan Keçəl və Kosa belələrindəndir. === Qəhrəmanlar və ifaçilar === Kosa - Ə. Haqverdiyev Keçəl - K. Hüseynov Axund - B. Mirzəyev, (C. Əkbərov) Səlma - X. Qasımova Yusif Sərrac - A. Məlikov Şah - F. Mehdiyev Cəmaləddin (münaccim) - A. Kərimov Başbilən (vəzir) - Q. Əliyev Bəhbəhani (saray şairi) - İ. Ələkbərov Yumruqoğlu (sərkərdə) - Ş. Quliyev Fiqaro (əcnəbi elçi) - K. Məmmədov II Elçi - İ. Məmmədov III Elçi - V. Tahirov Cəllad, hərəmlər, rəqqasələr, saray əhli, keşikçilər, xalq nümayəndələri == Ədəbiyyat == Ю. ГАБАЙ. "ОБМАНУТЫЕ ЗВЕЗДЫ", Москва, Советская музыка, 1978, № 8, с.
Amblyseius operculatus
Amblyseius operculatus (lat. Amblyseius operculatus) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius operculatus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Arşın mal alan (operetta)
Arşın mal alan — Üzeyir Hacıbəylinin 1913-cü ildə yazdığı son operetta. Əsəri Üzeyir bəy Sankt-Peterburqda konservatoriyada oxuyarkən qələmə almışdı. Operettanın süjeti Qarabağın Şuşa şəhərinin həyatından alınmışdır. 2013-cü ildə UNESCO-nun Baş Konfransının 36-cı sessiyasında Arşın mal alan operattasının 100 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi haqqında qərar qəbul edilib. == Operettanın tarixi == === Yaranma tarixi === "Arşın mal alan" Üzeyir Hacıbəylinin son və ən məşhur operettalarından biri sayılır. Bu operetta ölməz bəstəkarın Moskva və Peterburqda təhsil aldığı dönəmdə yazılıb. Operetta haqda fikir Ü.Hacıbəylinin Peterburqda yaşadığı vaxtda ağlına gəlir. Operettanın librettosunu özü yazır və yalnız şeirlərini böyük şair Məhəmməd Füzulinin yaradıcılığından götürür (Ü.Hacıbəyli ilk operası olan "Leyli və Məcnunu" Fizulinin poeması əsasında yazıb). Əsər 1913-cü ilin yay aylarında yaradılır. Musiqişünas Elmira Abasova qeyd edir ki, "Arşın mal alan" musiqili komediyasını Üzeyir Hacıbəyli konservatoriyaya qəbul olandan öncə, Peterburqda yaşayarkən yazıb.
Astana Opera
Astana Opera (qaz. Астана Oпера) — Nursultan Nazarbayevin sərəncamı əsasında Qazaxıstanın Astana şəhərində yeni qurulmuş bir opera evidir. == Dizayn və tikinti == Binanın dizaynı qismən Nursultan Nazarbayev tərəfindən hazırlanmışdır və tikinti Mabetex qrupunun rəhbərliyi altında, 2010-cu il iyulun 6-da başlayıb. Bina 9 hektar ərazidə tikilib. Binanın açılışı 2013-cü ildə Qazaxıstanın Birjan və Sara operalarından olan açılış nümayəndəliyi tərəfindən edildi. Teatrın akustikası dünyanın ən yaxşılarından sayılır və italyalı Enriko Moretti (Biobyte) və Maria Kairoli tərəfindən hazırlanmışdır. == Təsviri == Opera evinə iki salon daxildir: Opera və balet tamaşalarına ev sahibliyi edən və 120 nəfərə qədər musiqiçi üçün bir orkestr səhnəsi olan əsəs zal (1250 yer), Kamera Zalı (250 yer), kamera musiqisi konsertləri üçün.Bu, Astanada yeni tikilmiş ikinci bir operadır, çünki 1500 yerlik opera salonuna sahib olan Sülh və Razılıq Sarayı 2006-cı ildə tikilmişdir. Bina dünyanın üçüncü ən böyük operası hesab olunur. Opera binasının diqqətəlayiq xüsusiyyətlərindən biri 13 m yüksəklikdə yerləşən 1,6 tonlu çilçıraqdır. Opera evində bir neçə restoran və truppanın məşqləri üçün lazım olan bütün qurğular var.
Aydın (opera)
Aydın — bəstəkar Ramiz Mustafayevin 1968-cü ildə Cəfər Cabbarlının eyniadlı əsəri əsasında yazdığı opera. Librettonun müəllifi Əfrasiyab Bədəlbəyli və Turqut Bədəlbəyli.
Azad (opera)
== Tarixi == === Mənbə və mövzular === Cahangir Cahangirovun "Azad" operası yazıçı Mirzə İbrahimovun 1940-cı illərdə qələmə aldığı İran Azərbaycanında olan kəndli həyatında baş verən hadisələrdən bəhs edən "Gələcək gün" romanı və "Azad qız" povestinin motivləri əsasında yazılmışdır. Opera bu əsərlərin motivlərini özündə təcəssüm etdirir. Cənubi Azərbaycanın azadlığı və istiqlaliyyəti uğrunda məzlum xalqların mübarizəsi bu operada öz əksini tapmışdır.Mirzə İbrahimovun "Gələcək gün" romanı və "Azad qız" povestinin əsas ideyasını mülkədarların hakimiyyəti altında olan xalqın mübarizəsi təşkil edir. Əsərlərdə mübarizə mövzusu ilə kəndli Xəlil dayının ailəsindəki hadisələr bir-birinə qarışır, qızı Səciyyənin kədərli taleyi təsvir olunur. Səriyyə və onun nişanlısı Ayazın lirik taleyi əsərlərdə mühüm yer tutur. Bu tale yolların əlaqəsi, onların yanaşı mövcudluğu iki janrın, iki başlanğıcın – epik-qəhrəmanlıq və dramatik-lirik janrların uyğunluğundan, son illərin bir çox əsərlərinə səciyyəvi olan janr sintetizmindən xəbər vermişdir.Mirzə İbrahimovun "Gələcək gün" romanının mövzusunda İkinci Dünya müharibəsi ərəfəsi və müharibənin ilk ayları Cənubi Azərbaycanın ictimai-siyasi həyatında baş verən hadisələr geniş epik lövhələrdə, fikri dərinliklə və ustalıqla təsvir olunur.Müstəbid Rza şah hakimiyyətinin son dövrü ölkədə ingilis-amerikan imperialistlərinin ağalığı, yerli hakimlərin özbaşınalığı və xəyanəti, yoxsul kəndlilərin ağır, dözülməz həyatı, əsarətə və zülmə qarşı mübarizəsi təsirli, real hadisələr əsasında canlanır. Əsərin qəhrəmanı Firudinin məfkurəvi təkamülü, gərgin mübarizədə yetkinləşməsi ictimai-siyasi həyatın burulğanı fonunda inandırıcı verilir. Yazıçı milli demokratik hərəkatın güclənməsi səbəblərini açır, Kərim xan Azadi, Kürd Əhməd, Rza Qəhrəmani kimi saf, yenilməz, mərd inqilabçıların ədalətli mübarizəsinə möhkəm inam oyadır. Əsərdə Səttar xan və Şeyx Məhəmməd Xiyabaninin inqilabi ənənələrini mürəkkəb şəraitdə öz əməllərində yaşadan fars, kürd və azərbaycanlı gənclərin yeni həyat uğrunda əlbir mübarizəsi əsərin tərbiyəvi təsirini və ictimai dəyərini artırır. Ədib romanda Firudin, Sərtib Səlimi, Musa kişi, Hikmət İsfahani kimi bədii surətlər qalereyası yaratmışdır.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı
== Tarixi == 1910-cu ilin sonlarında Bakıya Rusiyadan məşhur bir opera müğənnisi qastrola gəlir. Müğənninin şərəfinə verilən ziyafətlərdən birində Bakı milyonçusu Mayılov sənətçi qadından bir də bu şəhərə nə vaxt gələcəyini soruşur. Aktrisa "heç vaxt!" deyə cavab verir. Milyonçu bu cavabın səbəbi ilə maraqlandıqda müğənni qadın deyir: "Belə böyük şəhərdə oxumağa opera binası yoxdursa, gəlməyimin nə mənası var?" Bu sözlər bakılı milyonçuya bərk təsir edir və elə oradaca qadına söz verir ki, cəmi bir il ərzində opera teatrı üçün gözəl bina tikdirəcək. Gələcək teatr binası üçün Qubernski – Torqovı (indiki Nizami) küçəsində yer alınır və tikinti başlayır. Bu cür təşəbbüsləri həmişə alqışlayan Hacı Zeynalabdin Tağıyev bildirir ki, belə bir binanı bir ilə tikmək qeyri – mümkündür. Mərc gəlirlər ki, əgər opera teatrı vaxtında hazır olsa, onun bütün xərclərini Tağıyev çəkəcək. Beləliklə, cəmi on ay ərzində – 1910–1911-ci illərdə memar N. Q. Bayevin layihələşdirdiyi teatr binası hazır olur. Ölkəmizdə ən böyük musiqili teatrı olan Azərbaycan Opera və Balet Teatrı 1920-ci ildən bu günədək bu yaraşıqlı binada fəaliyyət göstərir. 1928-ci ildə teatra M. F. Axundovun adı verilmişdir.
Azərbaycan Dövlət Opera və Balet Teatrı
== Tarixi == 1910-cu ilin sonlarında Bakıya Rusiyadan məşhur bir opera müğənnisi qastrola gəlir. Müğənninin şərəfinə verilən ziyafətlərdən birində Bakı milyonçusu Mayılov sənətçi qadından bir də bu şəhərə nə vaxt gələcəyini soruşur. Aktrisa "heç vaxt!" deyə cavab verir. Milyonçu bu cavabın səbəbi ilə maraqlandıqda müğənni qadın deyir: "Belə böyük şəhərdə oxumağa opera binası yoxdursa, gəlməyimin nə mənası var?" Bu sözlər bakılı milyonçuya bərk təsir edir və elə oradaca qadına söz verir ki, cəmi bir il ərzində opera teatrı üçün gözəl bina tikdirəcək. Gələcək teatr binası üçün Qubernski – Torqovı (indiki Nizami) küçəsində yer alınır və tikinti başlayır. Bu cür təşəbbüsləri həmişə alqışlayan Hacı Zeynalabdin Tağıyev bildirir ki, belə bir binanı bir ilə tikmək qeyri – mümkündür. Mərc gəlirlər ki, əgər opera teatrı vaxtında hazır olsa, onun bütün xərclərini Tağıyev çəkəcək. Beləliklə, cəmi on ay ərzində – 1910–1911-ci illərdə memar N. Q. Bayevin layihələşdirdiyi teatr binası hazır olur. Ölkəmizdə ən böyük musiqili teatrı olan Azərbaycan Opera və Balet Teatrı 1920-ci ildən bu günədək bu yaraşıqlı binada fəaliyyət göstərir. 1928-ci ildə teatra M. F. Axundovun adı verilmişdir.
Azərbaycan kino operatorlarının siyahısı
== A ==
Azərbaycan operası
Azərbaycan operası — operanın qollarından biri. Azərbaycanda opera sənətinin əsası 1908-ci il yanvarın 12-də (25-də) Üzeyir Hacıbəyovun Hacı Zeynalabdin Tağıyev teatrında səhnələşdirilən və şərq- müsəlman aləminin ilk opera əsəri olan "Leyli və Məcnun"u ilə qoyulmuşdur. Azərbaycanda Sovet hakimiyyəti qurulana qədər milli opera, məhz, Üzeyir Hacıbəyovun – "Şeyx Sənan" (1909, opera), "Ər-arvad" (1909, operetta), "Rüstəm və Söhrab" (1910, opera), "O olmasın, bu olsun" (1911, operetta), "Fərhad və Şirin" (1911, opera) və s. kimi əsərləri sayəsində inkişaf edib. Teatrın binası isə 1910-cu ildə məşhur inşaatçı-mühəndis Bayev tərəfindən tikilmişdir. 1918-ci il oktyabrın 18-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti bu binanı satın alaraq rəsmən dövlət teatrına çevirmək haqqında qərar qəbul etmişdir. Zülfüqar Hacıbəyov ("Aşıq Qərib" 1916), Müslüm Maqomayev ("Şah İsmayıl" 1919), Əfrasiyab Bədəlbəyli ("Nizami" 1948), Fikrət Əmirov ("Sevil" 1955) və digər bəstəkarlar da Azərbaycan opera sənətinə öz töhfələrini vermişlər. == Tarixi == === XIX əsr === Bakıda opera ilk dəfə 1889-cu ilin mayında konsert ifasında səslənmişdir. Bu o zaman Bakıda qastrol səfərində olan D.A.Aqrenyev-Slavyanskinin kapellasının ifa etdiyi A.N.Verstovskinin "Askoldova moqila" operası idi. Lakin bir çox musiqiçilər D.A.Aqrenyev-Slavyanskinin fəaliyyətinin bəzi tərəflərini mənfi qiymətləndirərək, repertuarın qeyri-bərabərliyi, ifaçılıq üslubunda həddən artıq zahiri teatr elementlərinin istifadə olunması haqda tənqidi qeydlərlə çıxış edirdilər.
Azərbaycanda opera
Azərbaycan operası — operanın qollarından biri. Azərbaycanda opera sənətinin əsası 1908-ci il yanvarın 12-də (25-də) Üzeyir Hacıbəyovun Hacı Zeynalabdin Tağıyev teatrında səhnələşdirilən və şərq- müsəlman aləminin ilk opera əsəri olan "Leyli və Məcnun"u ilə qoyulmuşdur. Azərbaycanda Sovet hakimiyyəti qurulana qədər milli opera, məhz, Üzeyir Hacıbəyovun – "Şeyx Sənan" (1909, opera), "Ər-arvad" (1909, operetta), "Rüstəm və Söhrab" (1910, opera), "O olmasın, bu olsun" (1911, operetta), "Fərhad və Şirin" (1911, opera) və s. kimi əsərləri sayəsində inkişaf edib. Teatrın binası isə 1910-cu ildə məşhur inşaatçı-mühəndis Bayev tərəfindən tikilmişdir. 1918-ci il oktyabrın 18-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti bu binanı satın alaraq rəsmən dövlət teatrına çevirmək haqqında qərar qəbul etmişdir. Zülfüqar Hacıbəyov ("Aşıq Qərib" 1916), Müslüm Maqomayev ("Şah İsmayıl" 1919), Əfrasiyab Bədəlbəyli ("Nizami" 1948), Fikrət Əmirov ("Sevil" 1955) və digər bəstəkarlar da Azərbaycan opera sənətinə öz töhfələrini vermişlər. == Tarixi == === XIX əsr === Bakıda opera ilk dəfə 1889-cu ilin mayında konsert ifasında səslənmişdir. Bu o zaman Bakıda qastrol səfərində olan D.A.Aqrenyev-Slavyanskinin kapellasının ifa etdiyi A.N.Verstovskinin "Askoldova moqila" operası idi. Lakin bir çox musiqiçilər D.A.Aqrenyev-Slavyanskinin fəaliyyətinin bəzi tərəflərini mənfi qiymətləndirərək, repertuarın qeyri-bərabərliyi, ifaçılıq üslubunda həddən artıq zahiri teatr elementlərinin istifadə olunması haqda tənqidi qeydlərlə çıxış edirdilər.
Aşıq Qərib (opera)
Aşıq Qərib - bəstəkar Zülfüqar Hacıbəyovun 1916-cı ildə eyniadlı dastan əsasında yazdığı muğam-operası. Libretto Üzeyir Hacıbəyovundur. == Məzmun == == Qaynaq == Əfrasiyab Bədəlbəyli - "Aşıq Qərib". "Kommunist", 31 dekabr 1926.
Bahadır və Sona (opera)
Bahadır və Sona — bəstəkar Süleyman Ələsgərovun Nəriman Nərimanova məxsus eyniadlı faciəvi pyesi əsasında yazdığı opera. Əsər 1962-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində müvəffəqiyytələ tamaşaya qoyulmuşdur. Libretto müəllifi Əfrasiyab Bədəlbəyli, şerlər Ş.Qurbanovundur. Əsərin ideyasını lirik-psixoloji opera janrında təcəssüm etdirən bəstəkar, klassik operaların, həmçinin Azərbaycan, rus və Qərb operaları ənənələrinə əsaslanır. == Məzmun == Azərbaycanlı müsəlman tələbə Bahadır və erməni qızı Sonanın sevgi hekayəsindən bəhs edir.
Başqırdıstan Opera və Balet Teatrı
Başqırdıstan Opera və Balet Teatrı – 1938-ci ildə Başqırdıstanın Ufa şəhərində keçmiş Aksakov xalq evinin binasında (bina 1909–35-ci illərdə tikilmişdir) Başqırdıstan Dövlət Opera Teatrı kimi yaradılmış, 1941-ci ildən Opera və Balet Teatrı olmuşdur. Fəaliyyətə C. Paiziellonun “Gözəl dəyirmançı arvadı” operası ilə (başqırd dilində) başlamışdır. == Ümumi məlumat == İlk başqırd milli operası “Xakmar” (M.M. Valeyev) 1940-ci ildə tamaşaya qoyulmuşdur. Sonralar milli repertuara N.K. Çembercinin “Karluqas” (1941), X.Ş. Zaimov və A.E. Spadavekkianın “Akbuzat” (1942), N.İ. Peykonun “Ayxılu” (1953), Z.Q. İsmagilovun “Salavat Yulayev” (1955), “Şaura” (1963), “Agidelin dalğaları” (1972), “Ural elçiləri” (1982), R.A. Murtazinin “Fırtına” (1969), X.F. Axmetovun “Müa sirlər” (1970), S.A. Nizamutdinovun “Qara sular” (1989), “Ay tutulan gecə” (1996) operaları daxil edilmişdir. 1944-cü ildə N.A. Anisimova ilk milli baleti – L.B. Stepanovun “Durna mahnısı”nı səhnəyə qoymuşdur (sonralar tamaşa dəfələrlə təkrar olunmuşdur). N.Q. Sabitovun “Gülnazira” (1963), M.X. Axmetovun “Ay tutulan gecə” (1982), L. İsmagilovanın “Arkaim” (2005) baletləri teatrın uğurlu tamaşalarındandır. Teatrda müxtəlif vaxtlarda dirijorlar P.M. Slavinski, Q.X. Mutalov; xormeyster A.Q. Tixomirov; müğənnilər M.X. Xismatullin (həmçinin rej.), B.N. Valeyeva, X.L. Qalimov, Q.S. Xabibullin, M.Q. Saliqaskarova, A. V. Sutyagin, N.X. Allayarova, S.K. Qalimova, S.D. Xusnuyarov, X.Z. Mazitov, K.A. Valeyev, Z. Q. Maxmutov, R.A. Qareyev, N.Z. Abdeyev, S.A. Askarov, A.A. Abdrazakov; balet artistləri R.X. Nureyev, F.M. Nafikova, M.A. Tagirova, İ.X. Xabirov, Ş.A. Terequlov, L.S. Kuvatova, Y.Q. Uşanov, R.Q. Zaripov; xoreoqraflar F.A. Qaskarov, V.X. Pyari, K.D. Karpinskaya, Q.İ. Yazvinski, X.F. Mustayev, S.V. Dreçin; rejisorlar B.Q. İmaşev, Ş.M. Murtazina, R.A. Valiullin; rəssamlar M.N. Arslanov, Q.Ş. İmaşeva, V.İ. Plekunov işləmişlər. 1993-cü ildən R. Nureyevin xatirəsinə balet sənəti festivalları keçirilir. == Şəkillər == == Mənbə == Başqırdıstan Opera və Balet Teatrı // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.).
Belarus Dövlət Opera və Balet Teatrı
Belarus Dövlət Akademik Opera və Balet Teatrı (belar. Нацыянальны акадэмічны Вялікі тэатр оперы і балета) — Belarusun paytaxtı Minsk şəhərində yerləşən teatr binası. Yerli xalq buranı "Opera Teatrı" (belar. Оперны Тэатр) və ya "Opera və Balet Teatrı" adlandırır. Mövcud teatr binası 1939-cu ildə açılıb. Bu, Leninqraddan olan Belarus memarı İosif Lanqbard tərəfindən hazırlanmışdır. Binanın orijinal dizaynı yalnız qismən yerinə yetirilmiş və bəzi dizayn detalları maliyyə və digər problemlərə görə dəyişdirilmişdir. Teatr binasında Zair Azqur tərəfindən hazırlanmış barelyeflər var. == Tarixi == Belarusda ilk daimi teatr 1933-cü ildə Belarus opera və balet məktəbinin nəzdində studiyanın təşkilatçısı məşhur Rus Opera müğənnisi Anton Bonaçiç tərəfindən qurulmuşdur. O yeni teatrın ilk rəhbəri idi.
Bizim Opera (1960)
Bizim opera qısametrajlı sənədli televiziya filmi rejissor Əlihüseyn Hüseynov tərəfindən 1960-cı ildə çəkilmişdir. Bakı Telestudiyasında istehsal edilmişdir. Film M. F. Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının 50 illiyinə həsr olunmuşdur. == Məzmun == Film M. F. Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının 50 illiyinə həsr olunmuşdur.
Bizim opera (film, 1960)
Bizim opera qısametrajlı sənədli televiziya filmi rejissor Əlihüseyn Hüseynov tərəfindən 1960-cı ildə çəkilmişdir. Bakı Telestudiyasında istehsal edilmişdir. Film M. F. Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının 50 illiyinə həsr olunmuşdur. == Məzmun == Film M. F. Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının 50 illiyinə həsr olunmuşdur.
Budapeşt operetta teatrı
Budapeşt operetta teatrı (mac. Budapesti Operettszínház) — Budapeşt mərkəzinin "Brodvey peşt" mərkəzində yerləşən musiqili teatr - repertuar operettası. Teatrın qarşısında tanınmış bəstəkarın İmre Kalmanın abidəsi ucalmışdır. == Yaranma tarixi == Birinci Dünya müharibəsi başlamazdan əvvəl, binada Orfeum kabare yerləşmişdir. Müharibə başladığında, kabare "Orfeumun qızıl dövrünə" son verən "qeyri-məhdud əyləncə üçün yer" kimi bağlandı. 1923-cü ildə operettanın Budapeştdə öz evinə sahib olması qərara alındı. Metropolitan Operetta Teatrı açıldı və operettanın "Gümüş Çağı" Macarıstanın paytaxtında başlamışdır. Teatr üçün ən mühüm məqam Macarıstanın klassik operettasının ənənələrinin davamı idi və eyni zamanda yeni, moda səhnə həllər əlavə etdi. Vyana arxasında, Budapeşt, tamaşaçı operetta teatrına gəldikdə yüksək keyfiyyətli bir performans görən bir şəhər halına gəldi. == Bina == Teatrının mövcud binası 1894-cü ildə Fellner və Helmerin məşhur Vyana mimarları tərəfindən hazırlanmışdır.
Bəyazid (opera)
Bəyazid və ya Tamerlan 1735-ci ildə Antonio Vivaldi tərəfindən bəstələnmiş italyan operasıdır. Operanın librettosu Aqostino Pioven tərəfindən yazılmışdır. Əsərin premyerası Veronada, karnaval mövsümündə həyata keçirilmişdir. Opera (kataloq nömrəsi RV 703) üç hissəli simfoniya olan giriş və üç pərdədən ibarətdir. Operanın mövzusu Osmanlı sultanı I Bəyazidin Əmir Teymur tərəfindən əsir götürülməsindən sonrakı həyatına həsr edilmişdir. Məşhur "Sposa son disprezzata" ariyası bu operadandır. == Rollar == == Simfoniya == Allegro Andante Molto Allegro == Pərdələr == == Ariyaların mənşəyi == Bəyazid operası pastiççiodur. Bu Vivaldinin başqa bəstəkarın əsərindən bir parçanı alaraq öz əsərinə uyğunlaşdırmaqda ilk təcrübəsi idi. Bəstəkar özü müsbət personajlar (Bəyazid, Asteriya və İdaspe) üçün ariyaları yazmış, mənfi personajların (Tamerlan, İrene və Androniko) ariyalarını isə başqa bəstəkarların əsərlərindən götürmüşdür. Ariyaların bəziləri isə Vivaldinin əvvəlki operalarında da işlədilmişdir.
CADD operator
CADD operator — CADD sistemindən istifadə edərək texniki çertyojlar çəkən çertyojçudur. CADD - kompüter yardımı ilə dizayn və çəkmə deməkdir (Computer-Aided Design and Drafting). Nəticə etibarilə bu sənət sahibləri kompüter vasitəsilə çertyoj çəkənlərdir. Onlara bəzən CAD çertyojçu (draftsman) da deyirlər. CAD kompüter proqramlarına nümunə olaraq AutoCAD, Google SketchUp, DraftSight, DraftIt, Rhino əplikeyşnlarını göstərmək olar. Bu proqramlar arasında ən geniş istifadə olunanı Autodesk sirkətinin məhsulu olan AutoCAD proqramıdır. AutoCAD CADD operatorlarının çertyoj çəkmə işini profesionallaşdırmaqla bərabər eyni zamanda çox asanlaşdırır. İldən ilə Autodesk sirkəti proqramı daha da təkmiləşdirərək çertyojçulara daha yeni imkanlar açır.
Cırtdan (opera)
Cırtdan — bəstəkar Nazim Əliverdibəyovun 1973-cü ildə yazdığı opera. Əsər 1978-ci ilin 25 iyunda Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində göstərilmişdir. Rejissoru Əflatun Nemətzadə olmuşdur. 1980-ci illərdə operanın böyük uğur qazanmağına baxmayaraq, sonralar 20 ildən artıq səhnəyə qoyulmayıb və 2009-cu ilin iyun ayında "Uşaq ili" münasibətilə yenidən bərpa olunub: tamaşanın bədii rəhbəri və dirijoru Kazım Əliverdibəyov, quruluşcu rejissoru Hafiz Quliyev, xormeysteri Sevil Hacıyeva, baletmeysteri Yuliana Əlikişizadə olmuşdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.07 dəfə / 1 mln.
2006 ••••••• 0.23
2010 ••• 0.09
2015 •••••••••••••••••••• 0.68
2016 •••••• 0.17
2017 ••••• 0.16

"oper" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#oper nədir? #oper sözünün mənası #oper nə deməkdir? #oper sözünün izahı #oper sözünün yazılışı #oper necə yazılır? #oper sözünün düzgün yazılışı #oper leksik mənası #oper sözünün sinonimi #oper sözünün yaxın mənalı sözlər #oper sözünün əks mənası #oper sözünün etimologiyası #oper sözünün orfoqrafiyası #oper rusca #oper inglisça #oper fransızca #oper sözünün istifadəsi #sözlük