opera-balet sözü azərbaycan dilində

opera-balet

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • opera-balet • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Başqırdıstan Opera və Balet Teatrı
Başqırdıstan Opera və Balet Teatrı – 1938-ci ildə Başqırdıstanın Ufa şəhərində keçmiş Aksakov xalq evinin binasında (bina 1909–35-ci illərdə tikilmişdir) Başqırdıstan Dövlət Opera Teatrı kimi yaradılmış, 1941-ci ildən Opera və Balet Teatrı olmuşdur. Fəaliyyətə C. Paiziellonun “Gözəl dəyirmançı arvadı” operası ilə (başqırd dilində) başlamışdır. == Ümumi məlumat == İlk başqırd milli operası “Xakmar” (M.M. Valeyev) 1940-ci ildə tamaşaya qoyulmuşdur. Sonralar milli repertuara N.K. Çembercinin “Karluqas” (1941), X.Ş. Zaimov və A.E. Spadavekkianın “Akbuzat” (1942), N.İ. Peykonun “Ayxılu” (1953), Z.Q. İsmagilovun “Salavat Yulayev” (1955), “Şaura” (1963), “Agidelin dalğaları” (1972), “Ural elçiləri” (1982), R.A. Murtazinin “Fırtına” (1969), X.F. Axmetovun “Müa sirlər” (1970), S.A. Nizamutdinovun “Qara sular” (1989), “Ay tutulan gecə” (1996) operaları daxil edilmişdir. 1944-cü ildə N.A. Anisimova ilk milli baleti – L.B. Stepanovun “Durna mahnısı”nı səhnəyə qoymuşdur (sonralar tamaşa dəfələrlə təkrar olunmuşdur). N.Q. Sabitovun “Gülnazira” (1963), M.X. Axmetovun “Ay tutulan gecə” (1982), L. İsmagilovanın “Arkaim” (2005) baletləri teatrın uğurlu tamaşalarındandır. Teatrda müxtəlif vaxtlarda dirijorlar P.M. Slavinski, Q.X. Mutalov; xormeyster A.Q. Tixomirov; müğənnilər M.X. Xismatullin (həmçinin rej.), B.N. Valeyeva, X.L. Qalimov, Q.S. Xabibullin, M.Q. Saliqaskarova, A. V. Sutyagin, N.X. Allayarova, S.K. Qalimova, S.D. Xusnuyarov, X.Z. Mazitov, K.A. Valeyev, Z. Q. Maxmutov, R.A. Qareyev, N.Z. Abdeyev, S.A. Askarov, A.A. Abdrazakov; balet artistləri R.X. Nureyev, F.M. Nafikova, M.A. Tagirova, İ.X. Xabirov, Ş.A. Terequlov, L.S. Kuvatova, Y.Q. Uşanov, R.Q. Zaripov; xoreoqraflar F.A. Qaskarov, V.X. Pyari, K.D. Karpinskaya, Q.İ. Yazvinski, X.F. Mustayev, S.V. Dreçin; rejisorlar B.Q. İmaşev, Ş.M. Murtazina, R.A. Valiullin; rəssamlar M.N. Arslanov, Q.Ş. İmaşeva, V.İ. Plekunov işləmişlər. 1993-cü ildən R. Nureyevin xatirəsinə balet sənəti festivalları keçirilir. == Şəkillər == == Mənbə == Başqırdıstan Opera və Balet Teatrı // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.).
Odessa Opera və Balet Teatrı
Odessa Milli Akademik Opera və Balet Teatrı (ukr. Одеський національний академічний театр опери та балету)-Odessada ilk teatr; İlk binanın açılışı 1810-cu ildə olmuşdur və 1873-cü ildə yanmışdır. Hal hazırdakı bina 1887-ci ildə memarlar-Felner və Helmer tərəfindən yeni vyana-barokko üslubunda tikilmişdir. İzləyici zalının interyeri keçmiş fransız üslubu -rokoko üslubundadır. Teatr binasının tam bərpası 2007-ci ildə başa çatdırılmışdır. Pyotr Çaykovski, Nikolay Rimski-Korsakov, Sergey Raxmaninov kimi məşhur dirijorlar teatrda dirijorluq etmiş, Fyodor Şalyapin, Salomeya Amvrosievna, Leonid Sabinov və s. onun səhnəsində ifa etmiş, Anna Pavlova, Aysedora Dunkan kimi məşhur rəqqasələr rəqs etmişlər. Aleksandr Puşkin "Yevgeni Onegin" əsərində bu teatrı xatırlayır. "Forbes" jurnalı Şərqi Avropanın ən qeyri-adi yerləri siyahısına Odessa teatrını da daxil edib == Teatrın tarixi == === İlk teatr === Odessa teatrının tarixi şəhərin əsasının qoyulduğu andan başlayır. Opera və Balet teatrı bir sıra mədəniyyət büəssisələri arasında ən qədimi sayıla bilər.
Tülkü və Alabaş (opera-balet)
Tülkü və Alabaş (rusca: Лиса и волкодав) — bəstəkar İbrahim Məmmədovun eyniadlı xalq nağılı əsasında yazdığı üçpərdəli uşaq opera-baleti. Libretto müəllifi Soltan Dadaşovdur. Əsərin premyerası 1964-cü ildə Aleksandr Spendiarov adına Ermənistan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində qoyulmuşdu.
Lvov Opera və Balet Teatrı
S.A.Kruşelnitskaya adına Lvov Milli Akademik Opera və Balet Teatrı (ukr. Львівський Національний академічний театр опери та балету імені Соломії Крушельницької) və yaxud Lvov Operası (ukr. Львівська оперa — Ukraynanın qərbində ən böyük şəhəri və həm Polşa, həm də Ukraynanın tarixi mədəniyyət mərkəzlərindən biri olan Lvovda yerləşən opera teatrı. Əvvəlcə su altında qalmış Poltva çayının keçmiş bataqlığında tikilmiş Lvov Operası indi Azadlıq prospektində, Lvovun tarixi hissəsində ağaclarla bəzədilmiş mərkəzində şəhərin Halıç rayonunda yerləşən binada məskunlaşıb. Opera binası YUNESKO-nun Dünya Mədəniyyət Mirasları siyahısı daxildir. Teatrın foyesindəki yazıya görə, bina 1897-1900-cü illər arasında tikilib. Bir neçə dəfə əsaslı təmir edilərək tarixi görkəmini saxlayıb. Əvvəlcə Lvov Avstriya-Macarıstan imperiyasının Qalisiya muxtar vilayətinin paytaxtı olarkən tikilmiş Lvov Operası əvvəlcə Hersoq Karl Lüdviq prospektinin sonunda yerləşirdi. Sonralar şəhər Polşaya daxil edildikdən sonra Böyük Teatr adlanıb. SSRİ dövründə teatr İvan Franko Lvov Dövlət Akademik Opera və Balet Teatrı kimi adlanırdı.
Balet
Balet (fr. balleto - rəqs edirəm) səhnə sənətinin bir növü, xoreoqrafiyanın ən yüksək pilləsidir. Əsas ifadə vasitələri bir-biri ilə qırılmaz tellərlə bağlanmış musiqi və rəsqdir. Baletdə rəqs sənəti musiqili-səhnə tamaşaları səviyyəsinə yüksəlir. == Balet tarixi == Bu sintetik janrın kökləri cox qədimdir. İbtidai icma və quldarlıq cəmiyyətin həyatında onun rolu vacibdir. Misirin, Yunanıstanın, Hindistanın mədəni abidələri bunu təsdiq edir. Əvvəllər balet "çox ədəbli" saray şənliklərinin tərkib hissəsi olmuşdur (Lüllinin, Ramonun operabaletləri, Molyerin komediya-baletləri və b. buna daxildir). Adətən, baletin əsasında müəyyən bir süjet, dramaturji ideya dayanır, lakin süjetsiz baletlər də var.
Opera
Opera (lat. iş, əmək, əsər) — (italyanca — inşa, iş, əmək, məşğuliyyət deməkdir), teatr sənətinin ən mürəkkəb növlərindən biridir. Məzmunu musiqi dramaturgiyası, xüsusilə vokal musiqi vasitəsilə ifadə edilən musiqi-dram incəsənət janrı. Opera, teatr incəsənətinin növüdür, o, özündə rəngarəng bədii vasitələri, solo və xor oxuma ansamblları, simfonik orkestri, təsviri incəsənətinin elementlərini (dekorasiyalar, kostyumlar) birləşdirir. Operanın əsasını libretto təşkil edir. Operanın librettosu nəzmlə yazılır. == Haqqında == Operanın vətəni İtaliyadır. O, misteriyaların-dini tamaşaların bir hissəsi kimi yaranıb. Belə ki, misteriyaların musiqili hissəsi opera adlanırdı. İlk dəfə Beverinin "Müqəddəs Pavelin qayıdışı" (1480) dini komediyasında musiqiyə-operaya əhəmiyyətli yer ayrılıb, tamaşa boyu hadisələr əvvəldən sona qədər musiqi ilə müşayiət olunurdu.
Azərbaycan Dövlət Opera və Balet Teatrı
== Tarixi == 1910-cu ilin sonlarında Bakıya Rusiyadan məşhur bir opera müğənnisi qastrola gəlir. Müğənninin şərəfinə verilən ziyafətlərdən birində Bakı milyonçusu Mayılov sənətçi qadından bir də bu şəhərə nə vaxt gələcəyini soruşur. Aktrisa "heç vaxt!" deyə cavab verir. Milyonçu bu cavabın səbəbi ilə maraqlandıqda müğənni qadın deyir: "Belə böyük şəhərdə oxumağa opera binası yoxdursa, gəlməyimin nə mənası var?" Bu sözlər bakılı milyonçuya bərk təsir edir və elə oradaca qadına söz verir ki, cəmi bir il ərzində opera teatrı üçün gözəl bina tikdirəcək. Gələcək teatr binası üçün Qubernski – Torqovı (indiki Nizami) küçəsində yer alınır və tikinti başlayır. Bu cür təşəbbüsləri həmişə alqışlayan Hacı Zeynalabdin Tağıyev bildirir ki, belə bir binanı bir ilə tikmək qeyri – mümkündür. Mərc gəlirlər ki, əgər opera teatrı vaxtında hazır olsa, onun bütün xərclərini Tağıyev çəkəcək. Beləliklə, cəmi on ay ərzində – 1910–1911-ci illərdə memar N. Q. Bayevin layihələşdirdiyi teatr binası hazır olur. Ölkəmizdə ən böyük musiqili teatrı olan Azərbaycan Opera və Balet Teatrı 1920-ci ildən bu günədək bu yaraşıqlı binada fəaliyyət göstərir. 1928-ci ildə teatra M. F. Axundovun adı verilmişdir.
Belarus Dövlət Opera və Balet Teatrı
Belarus Dövlət Akademik Opera və Balet Teatrı (belar. Нацыянальны акадэмічны Вялікі тэатр оперы і балета) — Belarusun paytaxtı Minsk şəhərində yerləşən teatr binası. Yerli xalq buranı "Opera Teatrı" (belar. Оперны Тэатр) və ya "Opera və Balet Teatrı" adlandırır. Mövcud teatr binası 1939-cu ildə açılıb. Bu, Leninqraddan olan Belarus memarı İosif Lanqbard tərəfindən hazırlanmışdır. Binanın orijinal dizaynı yalnız qismən yerinə yetirilmiş və bəzi dizayn detalları maliyyə və digər problemlərə görə dəyişdirilmişdir. Teatr binasında Zair Azqur tərəfindən hazırlanmış barelyeflər var. == Tarixi == Belarusda ilk daimi teatr 1933-cü ildə Belarus opera və balet məktəbinin nəzdində studiyanın təşkilatçısı məşhur Rus Opera müğənnisi Anton Bonaçiç tərəfindən qurulmuşdur. O yeni teatrın ilk rəhbəri idi.
Tbilisi Dövlət Opera və Balet Teatrı
Tbilisi Milli Opera və Balet Teatrı (gür: თბილისის ოპერისა və ბალეტის სახელმწიფო აკადემიური თეტტი), əvvəllər Tiflis İmperial Teatrı kimi tanınan, Gürcüstanın Tbilisi şəhərində Rustaveli prospektində yerləşən bir opera evi. 1851-ci ildə qurulan Tiflis Opera, Gürcüstanın əsas opera evi və Şərqi Avropanın ən qədim müəssisələrindən biridir. 1896-cı ildən etibarən, teatr, Baltik Alman mənşəli görkəmli memar Viktor Johann Gottlieb Schröter tərəfindən tikilmiş ekzotik bir neo-Mavritaniya tərzində quruluşa malik olmuşdur. Bəzi Şərq bəzək və üslubunda qətiyyətli olsa da, binanın sxemi, foyesi və əsas salonu tipik bir Avropa opera binasına bənzəyir. Təşkilat qurulduğu gündən etibarən teatr bir neçə yanğın tərəfindən zərər görmüş və Sovet Gürcüstanının rəhbərliyi altında böyük bərpa işləri aparılmışdır; sonuncu bərpa işləri 2016-cı ilin yanvarında başa çatıb, və təmiri 6 il çəkmişdi, təxminən 40 milyon ABŞ dolları məbləğində bir gürcü biznes fondu tərəfindən qarşılanmışdır.Opera evi Tbilisidə mədəni həyat mərkəzlərindən biridir və 1937-ci ildən bəri təşkilatın adı olan Gürcüstanın milli bəstəkarı olan Zaçaria Paliaşviliyə aiddir. Həmçinin teatr beynəlxalq tanınmış gürcü baletası Nina Ananiashvilinin başçılıq etdiyi Gürcüstanın Dövlət Baletinə ev sahibliyi edir. Son illərdə Montserrat Caballé və José Carreras kimi opera ulduzları, milli bayram və prezidentlik mərasimləri üçün ənənəvi bir yer kimi bu teatrda fəaliyyət göstərmişdir.
Çuvaş Dövlət Opera və Balet Teatrı
Çuvaş Dövlət Opera və Balet Teatrı (çuvaş Чăваш патшалăх оперăпа балет театрĕ) — 1960-cı ildə Çuvaş Dövlət Musiqili Teatrının bazasında yaradılmış Çeboksar teatrı. Mövcud teatr binası 1985-ci ildə inşa edilmişdir. == Tarixi == Teatr 1960-cı ildə F.Vasilyevin ilk Çuvaş operası "Şıvarman" ("Su dəyirmanı") ilə açılmışdır. Kollektivə Boris Semenoviç Markov rəhbərlik edirdi. Əvvəlcə tamaşalar Çuvaş Musiqi və Dram Teatrının səhnəsində oynanılırdı. 1967-ci ildə Q.Xirbinin "Narspi" operasının səhnələşdirilmiş quruluşu həyata keçirildi. O, həmçinin Çuvaşıstan Sovet Muxtar Respublikasının K.İvanov adına Dövlət Mükafatına layiq görüldü. Teatrda ilk balet tamaşası - A.Adamın "Jizel" tamaşası oldu. 28 iyun 1970-ci ildə ilk milli çuvaş baleti dünyaya gəlmişdir. Bu F.Vasilievin "Sarpiqe" baleti idi.
Arabesk (balet)
Arabesk ya Arabesk duruşu (it. arabesco — ərəb) — klassik rəqsin əsas duruşlardan biri. Bu zaman əllər allongeé vəzittətində, işlək ayaqlar dizlərdən və topuqdan tarım açılmiş şəkildə, biri döşəməyə barmaqlar üzərində dirənmiş, digəri isə arxaya açılmış, ifadəli nəzərlər uzaqlarad dikilmiş olur.
Azərbaycanda balet
Azərbaycan baleti — baletin qollarından biri. Azərbaycan baletinin yaranma tarixi 1940-cı ildən – Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baletinin səhnələşdirildiyi tarixdən hesablansa da, əslində onun rüşeymləri 1920-ci illərin əvvəllərində qoyulub. == Tarixi == === XX əsrin erkən illəri === Azərbaycanda baletin yaranma tarixi 1940-cı ildən – Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baletinin səhnələşdirildiyi tarixdən hesablansa da, əslində onun rüşeymləri 1920-ci illərin əvvəllərində qoyulub. Belə ki, 1923-cü ildə Bakıda özəl balet studiyası fəaliyyət göstərib. Qeyd etmək olar ki, Azərbaycanın ilk balerinası Qəmər Almaszadə balet sənətinin sirlərini bu məktəbdə öyrənib. Məktəbin məzunlarının ilk çıxışları klassik rus və Avropa baletlərinin Azərbaycanda tamaşaya qoyulması ilə bağlı olurdu.Azərbaycanın XKS-nın 1 iyul 1920-ci il tarixli qərarı ilə birləşmiş dövlət teatrı yaradıldı. 1924-cü ildə opera və balet truppası bu teatrdan ayrılaraq müstəqil opera və balet teatrına (Azərbaycan və rus bölmələri ilə) çevrildi.1930-cu illərin sonlarında Azərbaycanda artıq milli baletin yaradılması üçün möhkəm zəmin var idi. 1939-cu ildə ildə Əfrasiyab Bədəlbəyli Bakı Xoreoqrafiya məktəbinin ilk buraxılışı münasibətilə uşaqlar üçün birpərdəli "Tərlan" baletini, bir ildən sonra isə məxsusi olaraq Qəmər Almaszadə üçün "Qız qalası" baletini yazmışdır. "Qız qalası"nın yaranması bir sıra balet tamaşalarının yaranmasına səbəb oldu. Bu dövrdə teatrda "Sonalar gölü", "Don Kixot", "Baxçasaray fontanı", "Esmeralda", "Qırmızı lalə" və s.
Babək (balet)
Babək — Aqşin Əlizadənin 1986cı ildə yazdığı ikipərdəli balet. Libretto Rəfiqə Axundova və Maqsud Məmmədovundur. Quruluşçu rəssamları Tahir Salahov və Tahir Tahirov idi.
Balet artisti
Balet (fr. balleto - rəqs edirəm) səhnə sənətinin bir növü, xoreoqrafiyanın ən yüksək pilləsidir. Əsas ifadə vasitələri bir-biri ilə qırılmaz tellərlə bağlanmış musiqi və rəsqdir. Baletdə rəqs sənəti musiqili-səhnə tamaşaları səviyyəsinə yüksəlir. == Balet tarixi == Bu sintetik janrın kökləri cox qədimdir. İbtidai icma və quldarlıq cəmiyyətin həyatında onun rolu vacibdir. Misirin, Yunanıstanın, Hindistanın mədəni abidələri bunu təsdiq edir. Əvvəllər balet "çox ədəbli" saray şənliklərinin tərkib hissəsi olmuşdur (Lüllinin, Ramonun operabaletləri, Molyerin komediya-baletləri və b. buna daxildir). Adətən, baletin əsasında müəyyən bir süjet, dramaturji ideya dayanır, lakin süjetsiz baletlər də var.
Gülşən (balet)
Gülşən — Soltan Hacıbəyovun üçpərdəli, beşşəkilli baleti. Müasir mövzuya həsr olunmuş bu əsərdə insanların qarşılıqlı münasibətlərinə, əxlaqi keyfiyyətlərinə, estetik mövzulara toxunulmuşdur. Baletin musiqili səhnə kompozisiyası aydın və lakonikdir. Sevgi və məişət səhnələri ilə əmək mövzuları ayrılmaz vəhdətdə verilir. == Tarixi == 1950-ci ildə M. F. Axundov adına Opera və Balet Teatrının səhnəsində S. Hacıbəyovun müasir mövzuda yazdığı ilk Azərbaycan baleti — "Gülşən" tamaşaya qoyulur. 1952-ci ildə SSRİ Dövlət mükafatına layiq görülür. 1953-cü ildə "Gülşən" baleti Ə.Nəvai adına Daşkənd Böyük Teatrının səhnəsində tamaşaya qoyulur. Müəllif baletə yazdığı musiqi üzrə tərtib etdiyi "Gülşən" süitası böyük tirajla "Bruno" (Amerika) firması tərəfindən buraxılmış və geniş yayılmışdır. Baletinin birinci redaksiyasında (Q. Almaszadənindir) bir sıra nöqsanlar var idi. Azərbaycan ədəbiyyatı və incəsənətinin Moskvada keçirilən ikinci dekadası ilə əlaqədar olaraq əsər ikinci dəfə redaktə edilir (Libretto Q. Almaszadə və P. Abolimovundur).
Humay (balet)
Humay — bəstəkar Nəriman Məmmədovun şair Səməd Vurğunun “Komsomol poeması” əsasında yaratdığı balet. == Mənbə == Azərbaycan balet tamaşaları xronologiyası == Həmçinin bax == Yeddi oğul istərəm...
Kaleydoskop (balet)
Bəstəkar Fərəc Qarayevin italyan bəstəkarı Domeniko Skarlattinin sonatalarını interpretasiya edərək yazdığı beşpərdəli balet. Xoreoqraflar Rəfiqə Axundova və Maqsud Məmmədovdur. Librettonun müəllifi Rəfiqə Axundova və İlya Dadaşidze, rəssamı Tahir Tarirovdur. Premyera Paris şəhərində oynanılıb. Bakıda ilk tamaşa 1971-ci ildə göstərilib. == Məzmun == Süjetsiz baletdir.
Muğam (balet)
"Muğam" — Nazim Əliverdibəyovun Mirzə Şəfi Vazehin şeirləri əsasında 1972-ci ildə yazdığı birpərdəli balet, xoreoqrafik miniatür . Xoreoqrafları Rəfiqə Axundova və Maqsud Məmmədov, quruluşçu rəssam Tahir Tahirov idi. Baş rollarda Tamilla Şirəliyeva və Vladimir Pletnyov oynayırdılar. Şeirləri Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası Vera Şirye oxuyurdu. Bu balet böyük uğurla Moskvada Çaykovski adına Konsert zalında baletmeysterlər və balet artistlərinin III Ümumittifaq yarışması zamanı nümayiş etdirilmişdi . Sonralar başqa ölkələrdə də göstərilmişdi. == Məzmun == Baletin özəlliyi istifadə olunan musiqi alətlərdən (orqan, arfa, zərb alətləri), xanəndə və şeir oxuyanın olmasıdır.
Nizami (balet)
"Nizami" — Fikrət Əmirovun 1984-cü yazdığı sonuncu balet. Tamaşaya 1991-ci ildə Nizami Gəncəvinin anadan olmasının 850 illik yubileyi münasibətilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində qoyulmuşdur.
Oğuznamə (balet)
Oğuznamə — Cavanşir Quliyevin 2007-ci ildə eyniadlı türk dastanı əsasında yazdığı balet. == Mənbə == Cavanşir Quliyev qalan ömrünü yeni baletinə həsr edəcək. Kaspi.- 2007.- 7 mart.- S. 17.
Rast (balet)
"Rast" — Niyazinin eyniadlı simfonik muğamı və skif qadın-sərkərdəsi Tomris haqqında əfsanə əsasında 2004-cü ildə səhnəyə qoyulmuş ilk ikipərdəli muğam-balet. Libretto müəllifi jurnalist Əjdər Ulduzdur, xoreoqrafı Tamilla Şirəliyeva, quruluşçu-rəssamları Rafiz İsmayılov və Tahir Tahirovdur. == Məzmun == Tomris Banu == Mənbə == Искусствовед-хореограф Афаг Гусейнова. Магистр хореографического искусства.
Sayalı (balet)
Sayalı — bəstəkar Elnarə Dadaşova tərəfindən 1983-cü ildə bəstələnmiş birpərdəli balet. Balet bəstəkarın anasının Sayalı Tağıyevanın adını daşıyır. Premyera 15 dekabr 2012 ildə olub. Baletmeyster Pulumb Agilliu, dirijoru Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərov, quruluşçu rəssamı isə əməkdar mədəniyyət işçisi Yusif Babayevdir. == Tarixçə == “Sa­ya­lı” ba­le­ti­nin lent ya­zı­sı 1983-cü il­dən Azər­bay­can Te­le­vi­zi­ya və Ra­dio Şir­kə­ti­nin fo­no­te­ka­sın­da saxlanılır. Əsər Azər­bay­can Te­le­vi­zi­ya və ra­dio Şir­kə­ti­nin sim­fo­nik or­kest­ri­nin ifa­sın­da len­tə alı­nıb. “Araz” proqramı ilə vax­ta­şı­rı efi­rə ve­ri­lib və ve­ri­lir. == Məzmun == "Sayalı" baleti Novruz, bayramında təbiətin oyanması, heç vaxt solmayan əbədi məhəbbət, gənclik və rəqabət mövzusundadır.
Tutu (balet)
Tutu — qat-qat tül ətəkdən ibarbaət balet libası. Tutu libasında ilk dəfə, 1839-cu ildə səhnəyə çıxan balerina Talioni Mariya olmuşdur.
Tərlan (balet)
Tərlan - Əfrasiyab Bədəlbəylinin uşaqlar üçün bəstələdiyi bir pərdəli balet-tamaşa. Qəmər Almaszadənin quruluşunda xoreoqrafik məktəbin məzunları iştirakı ilə 1939-cu ildə tamaşaçılara təqdim olunub. Kinolenti qalmayıb. == Məzmun == Balaca qız Tərlan yuxuda onun qorxulu yaratıq tərəfindən təqib olunduğunu görür. Xeyir və Şər qüvvələrinin savaşının sonucu bəllidir: cəsarətli oğlan uşağı qalib gəlir və qızı xilas edir.
Çitra (balet)
"Çitra" — Niyazinin hind yazıçısı Rabindranat Taqorun eyniadlı poeması əsasında 1961-ci yazdığı ikipərdəli balet. Xoreoqrafı və librettisti Nataliya Danilova idi. Bu balet böyük uğurla bir çox şəhərlərdə nümayiş etdirilmişdir. Baletdə Niyazi hind xalq musiqisinin ritm və intonasiyalarından, orkestrovkada hind musiqi alətlərinin səslənməsini xatırladan tembrlərdən istifadə etmişdir. 1974-cü ildə Niyazi Hindistanda beynəlxalq Nehru mükafatına layiq görülmüşdür. Balet 1972ci ildə ikinci, 1975ci ildə isə üçüncü redaksiyadan keçir.

Oxşar sözlər

#opera-balet nədir? #opera-balet sözünün mənası #opera-balet nə deməkdir? #opera-balet sözünün izahı #opera-balet sözünün yazılışı #opera-balet necə yazılır? #opera-balet sözünün düzgün yazılışı #opera-balet leksik mənası #opera-balet sözünün sinonimi #opera-balet sözünün yaxın mənalı sözlər #opera-balet sözünün əks mənası #opera-balet sözünün etimologiyası #opera-balet sözünün orfoqrafiyası #opera-balet rusca #opera-balet inglisça #opera-balet fransızca #opera-balet sözünün istifadəsi #sözlük