operasionalizm sözü azərbaycan dilində

operasionalizm

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • operasionalizm • 71.4286%
  • Operasionalizm • 28.5714%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Operasionalizm
Operasionalizm yaxud əməliyyatçılıq — XX əsrdə fəlsəfə və onun metodoloqiyasında yaranmış, nəzəri və emprik mülahizələrin elmi meyarı kimi əməliyatçılığı hesab edən istiqamət. Fizikadakı əməliyatçılığın, sosial elmlərdə analoqu kimi biheviorizm(davranışçılıq) çıxış edir. Onların ümumi cəhəti xüsusi əməliyatlara və davranış reaksiyalarına qədər daraldılan anlayışların total empirik təvsirlərindədir. Əməliyyatçı nöqteyi nəzərin əla təsviri kimi P.U. Bricmenin uzunluq anlayışının analizini göstərmək olar: Bizə yəqin məlumdur ki, biz uzunluq anlayışı altında nəyi nəzərdə tuturuq, əgər biz istənilən obyektin uzunluğunu müəyyən edə biliriksə, fizika üçün isə bundan artığı gərək də deyil. Hər hansı obyektin uzunluğunu ölçmək üçün, müəyyən fiziki əməliyatlar keçirmək gərəkdir. Beləliklə, uzunluq anlayışı, onu ölçmək üçün gərək olan əməliyyatların müəyyən olunmasıdır: bu o deməkdir ki, uzunluq anlayışı, uzunluğu müəyyən edən əməliyyatlar dəstindən başqa şey deyil. Ümumiyyətlə, istənilən anlayış altında biz əməliyatlar dəstini nəzərdə tuturuq; anlayış münasib əməliyat dəstinin sinonimidir. Bricmen belə düşüncə tərzinin bütünlüklə cəmiyət üçün geniş nəticələrini anlayırdı: Əməliyatçı nöqteyi nəzərin qəbul olunması “anlayışın” adət olunmuş anlam üsulunun məhdudlaşdırılmasından daha artığını nəzərdə tutur, o mənada ki biz əməliyatçı terminlərdə dəqiq ərz edə bilmədiyimiz anlayışlardan düşüncə alətlərimiz kimi istifadə olunmasından imtina edirik. Bricmenin təhminləri doğruldu. Yeni düşüncə tərzi indi fəlsəfədə, psixologiyada, sosiologiyada və başqa sahələrdə dominantdır.

operasionalizm sözü azərbaycan dilinin lüğətlərində

Fəlsəfə terminlərinin izahlı lüğəti

\ – müasir fəlsəfədə öz təbiəti etibarilə məntiqi pozitivizmin və praqmatiz-min sintezindən ibarət cərəyan.

Fəlsəfə terminlərinin izahlı lüğəti

Oxşar sözlər

#operasionalizm nədir? #operasionalizm sözünün mənası #operasionalizm nə deməkdir? #operasionalizm sözünün izahı #operasionalizm sözünün yazılışı #operasionalizm necə yazılır? #operasionalizm sözünün düzgün yazılışı #operasionalizm leksik mənası #operasionalizm sözünün sinonimi #operasionalizm sözünün yaxın mənalı sözlər #operasionalizm sözünün əks mənası #operasionalizm sözünün etimologiyası #operasionalizm sözünün orfoqrafiyası #operasionalizm rusca #operasionalizm inglisça #operasionalizm fransızca #operasionalizm sözünün istifadəsi #sözlük